"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT MANŞET

`Əhali pullarını yastığın altında saxlayır` – Ölkənin baş bankiri

18 Noyabr 2015 - 10:20
in İQTİSADİYYAT MANŞET
FacebookVatsap

“Xatırlayırsınızsa, təxminən 10 il əvvəl manatın kursu ancaq yüksəlirdi. O qədər yüksəlmişdi ki, əhalinin dollara marağı itmişdi.

Bunu da oxuyun

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanları müzakirə edilib

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

 

Mərkəzi Bank isə valyuta bazarına fəal intervensiya həyata keçirərək çalışırdı ki, milli valyutanın kursu hansısa ağlaban həddi aşıb keçməsin. Əhali pullarını manatla saxlayırdı, dolları və digər valyutaları az qala yaddan çıxarmışdı. Ölkədə dedollarizasiya prosesi gedirdi”.

AzVision.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov virtualaz-a açıqlamasında bildirib.

Mərkəzi Bank rəhbəri bildirib ki, fevral devalvasiyasından sonra əks proses – dollarlaşma başladı. Manata maraq azaldı, həm fiziki, həm də hüquqi şəxslər öz vəsaitlərini əsasən dollara çevirdilər.

Nəticədə isə dövriyyədən əhəmiyyətli miqdarda manat kütləsi çıxır və Mərkəzi Bankın anbarlarına yığılır.

E.Rüstəmov deyir ki, anbarlarda saxlanılan əsginasların qiyməti yalnız onun çapına sərf olunmuş vəsaitlə – qəpiyin hansısa hissəsi ilə ölçülür. Hərçənd ki, bu pullar dövriyyədə olsa iqtisadiyyata özünün nominal dəyəri həcmində fayda verə bilərdi. Bu isə milyardlarla manat deməkdir.

Elman Rüstəmovun sözlərinə görə, son bir ildə dollarla saxlanılan əmanətlərin və yığımların həcmi hər ay artır. Əgər ötən ilin yekunlarına görə dollarla olan əmanətlərin və yığımların həcmi 6 faiz artmışdısa, təkcə bu ilin 9 ayında həmin pul kütləsinin az qala yarısı dövriyyədən çıxıb və anbarlarda öz saatını gözləməkdədir. Ölkədə əmanətlərin dollarlaşması səviyyəsi isə 75 faizi keçib.

Mərkəzi Bank rəhbəri manat kütləsinin iqtisadiyyatın tələbatını tam ödədiyini deyib. O, ÜDM-in artdığı bir vaxtda manat kütləsinin niyə azaldığı haqda suallara cavab olaraq bildirib ki, Mərkəzi Bankın statistikasında ÜDM-in real artımından yox, nominal artımından bəhs edilmişdi. Çünki bu cür statistikalarda ÜDM-in nominal dəyəri əsas götürülür.

E.Rüstəmov dövriyyədəki pul kütləsinin azalmasının səbəblərini izah edərək deyib ki, azərbaycanlılar həmişə sanballı miqdarda nağd pul saxlamağı xoşlayıblar. Yəni insanlar bank sektoruna və kredit kartlarına o qədər də etibar etmirlər.

“Təsəvvür etmək çətindir ki, hansısa amerikalı cibində 10-20 dollardan artıq nağd pul saxlayar. Xırda kupyurlar ona çaypulu verməyə lazımdır, bütün qalan ödənişlərini isə bank kartı ilə həyata keçirir. Ona görə də pullar həmişə dövriyyədədir. Azərbaycanda isə yaxşı qazancı olan istənilən şəxsin cibində yəqin ki, azı bir neçə yüz manat tapmaq olar. Üstəlik daha bir neçə min dolları da hər ehtimala qarşı evində saxlayır”- baş bankir deyir.

E.Rüstəmovun bildirdiyinə görə, azərbaycanlılar hazırda 50 və 100 manatlıq kupyurları da kütləvi şəkildə yığıb saxlayırlar. Bu kupyurların sayı dövriyyədə ilin əvvəlindən iki dəfə azalıb. Ölkə miqyasında isə bu, milyardlarla manat deməkdir. Həmin pullar banklarda saxlanılmayıb, dövriyyədən çıxarılıb və nəticədə Mərkəzi Bankın hesabladığı pul kütləsinə daxil deyil.

“Əhalinin əksər hissəsi öz pullarını banklarda yox, evdə, yastığın altında saxlamağa üstünlük verir. İnsanlar dollar almağa milyardlarla manat xərcləyir və sonra valyutanı yastığın altına qoyurlar. Bu dollar kütləsi iqtisadiyyata heç cür xidmət etmir, eynilə Mərkəzi Bankın anbarlarına yığılan manat kütləsi kimi”- deyə E.Rüstəmov vəziyyəti izah edir.

Mərkəzi Bank rəhbəri ölkədə dollarlaşmanı azaltmaq üçün tədbirlər görüldüyünü bildirib. Məsələn, daşınmaz əmlakın alqı-satqısı əvvəl dollarla aparılırdısa, indi manata keçirilib.

Hərçənd ki, bəzən tərəflərin vergidən qaçmaq üçün öz aralarında xəlvəti sövdələşmə etməsi istisna deyil. Həmçinin avtomobil bazarında dedollarizasiyanı azaltmağa imkanlar var.

Etibarnamə ilə maşın idarə edənlərə qarşı tələblər sərtləşir və nəticədə qeyri-leqal avtomobil bazarı leqallaşır. Monetar və fiskal nəzarət gücləndirilir, kölgə iqtisadiyyatına qarşı mübarizə aparılır. Və bütün bu tədbirlər öz nəticəsini verməkdədir.

Həmçinin iqtisadiyyatın pul kütləsinə olan tələbatı ödənilir. Mərkəzi Bank bir sıra iri layihələri dolayısı yolla maliyyələşdirməklə monetar siyasətini genişləndirir. Bu isə likvidliyin artmasına imkan yaradır.

“Biz ilin sonuna qədər Beynəlxalq Banka 3 milyard manatın ayrılmasını başa çatdıracağıq. Bu vəsaitin 2 milyard manatı artıq banka daxil olub. SOCAR-a ölkənin qazlaşdırılmasını başa çatdırmaq üçün 0,5 milyard manat ayrılıb. Biz bankların rezerv normalarını da aşağı salmışıq, bu da pul kütləsinin artmasına təsir edəcək”- deyə Elman Rüstəmov bildirib.

Previous Post

`Əhali pullarını yastığın altında saxlayır` – Ölkənin baş bankiri

Next Post

Mirmahmud Mirəlioğlu Oqtay Gülalıyevi qovdu

Bənzər yazılar

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

20 İyul 2026 - 23:47

Gürcüstan və Azərbaycan beynəlxalq avtomobil yükdaşımaları üçün elektron icazələrin verilməsi və mübadiləsi prosesinə başlayıb. Elchi.az -ın məlumatına görə bu barədə...

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanları müzakirə edilib

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanları müzakirə edilib

17 İyun 2026 - 23:19

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Uqanda İnkişaf Bankının...

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

25 Fevral 2026 - 22:07

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov bu ölkənin investisiya, ticarət və sənaye naziri Johari Abdul Qani ilə görüşüb. Səfirlikdən Elchi.az -...

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb

12 Fevral 2026 - 19:54

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt...

Next Post

Mirmahmud Mirəlioğlu Oqtay Gülalıyevi qovdu

Mirmahmud Mirəlioğlu Oqtay Gülalıyevi qovdu

Son xəbərlər

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

29 İyul 2026 - 21:57
Magistratura imtahanının nəticələri elan olunub

Magistratura imtahanının nəticələri elan olunub

29 İyul 2026 - 21:53
İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

29 İyul 2026 - 21:48
Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

29 İyul 2026 - 21:47
Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

29 İyul 2026 - 21:45
Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

29 İyul 2026 - 19:30
“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

29 İyul 2026 - 19:26
Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

29 İyul 2026 - 19:16
Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

29 İyul 2026 - 19:09
Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

29 İyul 2026 - 18:57
Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

29 İyul 2026 - 18:50
Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

29 İyul 2026 - 18:41
Qəzzada 60 mindən çox uşaq yetim qalıb

Qəzzada 60 mindən çox uşaq yetim qalıb

29 İyul 2026 - 18:36
DİM magistraturaya qəbulun nəticələrini elan etdi

DİM magistraturaya qəbulun nəticələrini elan etdi

29 İyul 2026 - 18:26
Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

29 İyul 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.