"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SEÇMƏ XƏBƏRLƏR

“Rəşad Məcid mətn yaza bilmir“ – Kəramət Böyükçöldən ŞOK iddia

09 Noyabr 2015 - 14:49
in SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

1447063454_03“Rəşad vətənin bütöv yağlı yerlərini sevir, mən vətənin sınıq, əzik-üzük yerlərini”.

Bunu da oxuyun

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

“Rəşad Məcidin “525-ci” qəzetində mənim və Aynur Camalqızının haqqında yazdığı yazını oxudum və gülümsədim. Yadıma bəzi mətləblər düşdü. Bu adam həyatı boyu hər şeyi mənimsəməklə məşğul olub. Titulları da, vəzifəni də, şeiri də… Hətta bəzi adamlara baxıb onlar kimi yeriməyi də”.

Bunu Moderator.az-a açıqlamasında gənc yazar Kəramət Böyükçöl bildirib.

Kəramət Böyükçöl deyib ki, bu adamın adı bütün münsif heyətlərində var:

“Qardaş, bu adam nə vaxt doyacaq? Adam nə qədər mənimsəyər? Həm də mənim Rəşad Məcidə yazığm gəlir. Bu adam həyatı boyu bütün gücünü toparlayıb ki, adamların qabağında dayana bilsin, görünə bilsin. Desinlər ki, bu da bir işin qulpundan yapışa bilir. Amma nə yapışmaq, qardaş, bu adam hər şeyi mənimsəyir.

Əgər yadınızdadırsa, jurnalistlərə ev paylananda Vüqar Səfərli onun üstünə necə qışqırdı, özü də camaatın gözü qarşısında. Bu səhnə bütün kanallarda yayımlandı. Demək, püşk zamanı Rəşad Məcidə ev yuxarı mərtəbələrdə düşüb. O da elə hey və yavaş-yavaş Vüqar Səfərliyə deyir ki, mənim mənzilimi dəyiş aşağıya. Səs də aydın eşidilir. Düz beş-altı dəfə dedi. Birdən Vüqar Səfərli Rəşadın üstünə qışqırdı ki, ay qardaş, sən nə istəyirsən, qoy işimizi görək də. Rəşadın yerinə utandım…”

Kəramət Böyükçöl qeyd edib ki, Rəşad Məciddən fərqli olaraq vətənini, xalqını, dövlətini çox sevir: “Rəşad vətənin məmurlarını çox sevir, mən şəhidləri, əlilləri, müharibə iştirakçılarını. Rəşad vətənin bütöv yağlı yerlərini sevir, mən vətənin sınıq, əzik-üzük yerlərini. Rəşad birinci sırada oturmağı sevir, mən arxa sırada, Rəşad mətn yaza bilmir, mən mətn yazıram… Bax, bizim əsas fərqimiz budur.

Milli-mənəvi və əxlaqi dəyərlərimizi, Azərbaycan Milli Elmlər Akademiyasını, Bakı Dövlət Universitetini, onların keçdiyi tarixi yolu mən Rəşid Məciddən yaxşı bilirəm və yüksək qiymətləndirirəm. Sabirin, Əhməd Cavadın, Bəxtiyar Vahabzadənin dəyərini mən Rəşad Məciddən çox bilirəm. Adlarını çəkdiyim bu milli-mənəvi, əxlaqi dəyərlərə Rəşad Məciddən fərqli olaraq böyük hörmətim var.

Mən bütün yazılarımda Milli Elmlər Akademiyasının, Azərbaycan Yazıçılar Birliyinin qabağındakı budaqları sınmış körpə bir ağacın dərdinə ağlamışam. Rəşad Məcid bu ağacın dərdinə ağlaya bilməz, çünki o ağacı Rəşad Məcid və Rəşad Məcid kimilər sındırıb.

Azərbaycan Yazıçılar Birliyinə ən çox inamsızlıq və hörmətsizlik Rəşad Məcidə görə yaranıb. İndi də Milli Elmlər Akademiyasına “əl” atır. Mən Sabiri, Əhməd Cavadı, Bəxtiyar Vahabzadəni, Azərbaycan Milli Elmlər Akademiyasını, Azərbaycan Yazıçılar Birliyini Rəşad Məcid kimi böyük mənimsəmə hissinə malik olanlardan qorumaq istəmişəm.
Rəşad Məcid həmişə yağ içində böyrək kimi yaşayıb, amma mən kirayə evlərdə böyümüşəm, atam kirayə pulunu verə bilməyəndə yanımda utanıb. Amma Rəşad Məcid heç vaxt utanmayıb, hətta evə görə Vüqar Səfərli onun üstünə qışqıranda da utanmadı.

Rəşad Məcid məni Yazıçılar Birliyinin üzvlüyündən çıxarmaqla hədələyir. Bacarırsa, eləsin! Onsuz da o, həmişə istedadlı gəncləri Azərbaycan Yazıçılar Birliyindən uzaq salıb. Həm beləsinə, həm eləsinə. Rəşad Məcidddən düz iki dəfə müsahibə almışam. Sonra o həmin müsahibənin mətnini məndən alıb düz beş gün redaktə eləyib, yenə ürəyi soyunmayıb, müsahibə çap olunandan sonra məndən narazı qalıb. İndi mənimlə onun davasını çəkir.
Rəşadın “11 sentyabr” hekayəsindən başqa heç nəyi yoxdur. Amma yazıçıdır, AYB katibidir. Jurnalist kimi yadda qalan bir məqaləsi yoxdur. Hətta “525-ci qəzet” ona görə məşhurlaşddı ki, onun redaktoru Səbuhi idi. Nə vaxt ki, Rəşad baş redaktor oldu, o qəzet də batdı. Adamın Azərbaycan ictimai-ədəbi həyatında bir önəmli yazısını, imzasını, sözünü deyə bilməzsiniz. Amma adam hər yerdədir. Çünki özünün yeri yoxdur.

Bu qədər mal-mülk sahibi olan Rəşad Məcid başqa bir evə yiyələnməklə də növbəti kasıbın haqqını mənimsədi. Aynur Camalqızı xahiş edib, bir jurnslisti kirayədən qurtaranda Rəşad xahişlə özünə 40-cı evi də aldı.

Adam bu yaşda adının gənc qızlarla hallanmasını fəxrlə ictimailəşdirməkdən zövq alır, çünki onunçün əxlaq anlayışı sözün bütün mənalarında nəfsin altındadır. Hədə-qorxu, şantaj, özünü böyük göstərmək istəyi cılız və istedsdsızların işidir, çünki onlar qazandıqlarına layiq olmadığını gözəl bilirlər.

Hər yeni gənc Rəşad üçün potensial düşməndir. Rəşad MKM-də jüri oldu. Hansı göstəricisi ilə? Jüri kimi onun səs verdiyi romanlara baxın, ən zəif əsərə ən yüksək qiyməti verən də, ona-buna zəng edib qrup yaradan da Rəşad idi. Biabırçı uğursuzluğa düçar olanda da dünənə qədər təriflədiyi MKM-dən çıxası oldu. Yazıçılar arasında jurnalist, jurnalistlər arasında redaktor, redaktorlar arasında yeyib-içən oğlan… Bu adamın özünü yamadığı sferalarda statusu bunlardan ibarətdir.

Bir əsas məsələ də var. Görünür, getdikcə dirilən bir cəmiyyətdə Rəşad çox acizdir. Görünür, o, mənimlə, mənim mənsub olduğum ədəbi gəncliklə bacarmır. Çünki Rəşadın ömrü çoxdan qurtarıb, o, hal-hazırda mənə elə gəlir ki, kiminsə ömrünü yaşayır. Rəşad müti cavanlar arasında qüdrətli görünür. O, heç vaxt mənim yanımda güclü görünə bilməz… Görür gücü çatmır, axırda şantaj yolunu tutur. Rəşad Aynur Camalqızını şantaj edir ki, o, məni işdən çıxarsın.

Aynur xanımla heç vaxt müdir-işçi münasibətimiz olumayıb, o, həmişə rəhbərlik elədiyi media qurumunun bütün işçiləri kimi, mənimlə də dost kimi rəftar eləyib. Aynur Camalqızı sabah məni işdən çıxarda da bilər. Mən iş yerimi itirməkdən qorxmuram. Amma Rəşad Məcid bilsin ki, ondan fərqli olaraq, işdən çıxarılmağım mənim ölümüm deyil. Qoy elə itən iş yerimiz olsun, şərəfimiz, ləyaqətimiz itməsin…”

Xatırladaq ki, dünən Yazıçılar Birliyinin katibi Rəşad Məcidinin rəhbəri olduğu “525-ci qəzet”də Publika.az və teleqraf.com saytlarının rəhbəri Aynur Camal barədə ağır tənqidi yazı dərc edilib. Tənqidə səbəb A.Camalın media qrupuna daxil olan “Teleqraf” saytında Kəramət Böyükçölün “Elmlər Akademiyasının yeməkxanası” adlı yazısı olub.

Previous Post

“Rəşad Məcid mətn yaza bilmir“ – Kəramət Böyükçöldən ŞOK iddia

Next Post

Lavrov: “Rusiya Qarabağ münaqişəsinin həllində fəal rol oynamağı davam etdirəcək”

Bənzər yazılar

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

25 Fevral 2026 - 20:17

Audiovizual Şura "Tarixin bir günü", "Elgizlə izlə" və s. televiziya proqramlarının aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə...

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

13 Fevral 2026 - 23:40

"Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq...

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

09 Fevral 2026 - 23:17

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı 2026-cı ilin əvvəlində Azərbaycan da daxil olmaqla, region ölkələrinin dövlət sərhədlərindən malların, xidmətlərin...

Next Post

Lavrov: "Rusiya Qarabağ münaqişəsinin həllində fəal rol oynamağı davam etdirəcək"

Lavrov: "Rusiya Qarabağ münaqişəsinin həllində fəal rol oynamağı davam etdirəcək"

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.