"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

MTN generalının gizli türməsi var imiş

08 Noyabr 2015 - 22:39
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov tutduğu vəzifədən azad edilib və ciddi nəzarət altına alınıb. Onun yaxın günlərdə həbsə atılacağı gözlənilir.

Bunu da oxuyun

ÜST-dən Ebola xəbərdarlığı: Tarixin ən ölümcül epidemiyası ola bilər

Putindən Yaponiyaya sərt irad

Tramp: Danışıqlar məsələsində İrana etibar etmirəm

MTN-ə yaxın mənbələrdən strateq.az saytına daxil olan məlumata görə, indiyədək həbs olunan MTN əməkdaşlarının əksəriyyəti qeyri-qanuni göstərişlərin bir çoxunu həm də birbaşa general Çovdarovdan aldıqları haqda ifadələr veriblər və artıq onun həbsi üçün kifayət qədər dəlil-sübutlar toplanıb.

Eyni zamanda, təhlükəsizlik məqsədilə adları hələlik cəmiyyətə açıqlanmayan xeyli sayda iş adamı da Baş Prokurorluğa və Prezident Administrasiyasına ünvanladıqları şikayətlərində birbaşa məhz general Akif Çovdarovun onlara hədə-qorxu gələrək milyonlarla vəsaitlərini və əmlaklarını əllərindən aldığını bildiriblər.

Məlumata görə, həm bu adamların, həm də həbs olunan MTN əməkdaşlarının dindirilməsi zamanı ortaya təkcə MTN-dəki məlum dəstənin sahibkarları necə soyub-taladıqlarının ağlagəlməz mexanizmi çıxmayıb, üstəlik sensasiya sayılacaq başqa bir mühüm fakt da aşkarlanıb.

Bəlli olub ki, Çovdarovun özünün ayrıca adam oğurluğu ilə məşğul olan böyük bir dəstəsi və bu dəstənin MTN-dən kənarda, Bakının heç kimin ağlına gəlməyəcək yerində gizli həbsxanası da olub.

Məlum olub ki, MTN-dəki məlum dəstə pul almaq məqsədilə keçirdikləri əməliyyatlar barədə hər hansı iz qoymamaq və informasiyanın kənara sızmaması üçün xeyli sayda adamı, xüsusən də ayrı-ayrı vəzifəli şəxslərlə qohumluq əlaqələri olan imkanlı adamları məhz MTN binasından kənarda yerləşən bu gizli həbsxanaya aparıb saatlarla və günlərlə rahatca saxlayır, sonda isə əvvəlcədən dinləmə və izləmə vasitəsilə topladıqları rüsvayedici kompromatları nümayiş etdirir və qarşılığında külli miqdarda pul tələb edirmişlər.

Həmin şəxslər də tələb olunanı dinməzcə verib canlarını qurtarır, heç hara gətirildikləri, hansı qurum tərəfindən saxlandıqları barədə nəinki hər hansı məlumata, hətta cüzi təsəvvürə də malik olmurmuşlar. Bu barədə danışmağın onlara baha başa gələ biləcəyi xatırladıldığından qorxularından kimsəyə də nəsə demirmişlər.

Əldə edilən məlumatlara görə, Çovdarova bu işlərin görülməsində təkcə MTN-dəki dəstəsi yox, Rusiya və Gürcüstanın cinayət aləmindəki şəbəkəsi də böyük köməklik göstərib. Onlar bütün bu qaranlıq işlərində faktiki olaraq əlbir fəaliyyət göstəriblər…

Xatırladaq ki, sabiq nazir Eldar Mahmudovun kassiri və sirdaşı sayılan Çovdarovun adı Azərbaycan mətbuatına çox yaxşı tanışdır. Vaxtilə həbsxanada “nadzor” olan, daha sonra polis sisteminə keçən, oradan da MTN-ə gətirilən Akif Çovdarov bütün bu “poqon altındakı fəaliyyəti” boyu “qara işlər”in ən yaxşı icraçısı kimi ad çıxarıb…

Belə görünür ki, indiyədək barəsində mif yaradılmış “Çovdarov əfsanəsi” də artıq birdəfəlik bitmək, müasir Azərbaycanın tarixinin qanla yazılan daha bir səhifəsi çevrilmək, qapanmaq üzrədir. Bu dəfə o, öz əməlləri ilə öz xirtdəyinə keçirdiyi ədalət mühakiməsinin kəndirindən çətin ki, yaxa qurtara bilsin…

Previous Post

MTN generalının gizli türməsi var imiş

Next Post

Araz Ağalarov: “Mənzilimin qapısına dinamit qoyublar…”

Bənzər yazılar

ÜST-dən Ebola xəbərdarlığı: Tarixin ən ölümcül epidemiyası ola bilər

ÜST-dən Ebola xəbərdarlığı: Tarixin ən ölümcül epidemiyası ola bilər

13 Avqust 2026 - 10:59

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyasının indiyə qədər qeydə alınan...

Putindən Yaponiyaya sərt irad

Putindən Yaponiyaya sərt irad

12 Avqust 2026 - 14:00

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, İkinci Dünya Müharibəsindən sonrakı reallığı əks etdirən beynəlxalq sənədlərdə Kuril adalarının Rusiya ərazisi kimi...

Tramp: Danışıqlar məsələsində İrana etibar etmirəm

Tramp: Danışıqlar məsələsində İrana etibar etmirəm

12 Avqust 2026 - 10:46

ABŞ Prezidenti Donald Tramp danışıqlar məsələsində İrana etibar etmədiyini bildirərək dedi: "Mən İrana etibar edən sonuncu şəxsəm. Onlar mənə daim...

“Mən heç vaxt heç nədən qorxmamışam” – Putin

“Mən heç vaxt heç nədən qorxmamışam” – Putin

11 Avqust 2026 - 15:00

Rusiya prezidenti Vladimir Putin Novosibirskdə işgüzar səfəri zamanı heç vaxt heç nədən qorxmadığını bildirib. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post

Araz Ağalarov: “Mənzilimin qapısına dinamit qoyublar...”

Araz Ağalarov: “Mənzilimin qapısına dinamit qoyublar...”

Son xəbərlər

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

13 Avqust 2026 - 12:04
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

13 Avqust 2026 - 11:55
“Qarabağ”ın oyunu ilə əlaqədar metroda iş rejimi dəyişdiriləcək

“Qarabağ”ın oyunu ilə əlaqədar metroda iş rejimi dəyişdiriləcək

13 Avqust 2026 - 11:46
Məleykə Abbaszadə: İxtisas seçimi zamanı ardıcıllıq çox vacibdir

Məleykə Abbaszadə: İxtisas seçimi zamanı ardıcıllıq çox vacibdir

13 Avqust 2026 - 11:39
FHN mürəkkəb relyefli ərazilərdə axtarış-xilasetmə təlimi keçirdi – FOTO/VİDEO

FHN mürəkkəb relyefli ərazilərdə axtarış-xilasetmə təlimi keçirdi – FOTO/VİDEO

13 Avqust 2026 - 11:30
Yeni təmayül tədris modeli üzrə 7 mindən çox şagird müraciət edib

Yeni təmayül tədris modeli üzrə 7 mindən çox şagird müraciət edib

13 Avqust 2026 - 11:23
Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 265-ə çatıb

Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 265-ə çatıb

13 Avqust 2026 - 11:16
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

13 Avqust 2026 - 11:08
ÜST-dən Ebola xəbərdarlığı: Tarixin ən ölümcül epidemiyası ola bilər

ÜST-dən Ebola xəbərdarlığı: Tarixin ən ölümcül epidemiyası ola bilər

13 Avqust 2026 - 10:59
Tramp: Hörmüz tamamilə nəzarət altındadır

Tramp: Hörmüz tamamilə nəzarət altındadır

13 Avqust 2026 - 10:46
Telefonları təkbaşına idarə edən süni intellekt gəlir

Telefonları təkbaşına idarə edən süni intellekt gəlir

13 Avqust 2026 - 10:35
Naxçıvanda vergi daxilolmaları 4%-ə yaxın artıb

Əhaliyə yeddi ayda 6 milyard manatdan çox sosial ödəniş edilib

13 Avqust 2026 - 10:27
Zelenski ABŞ-dan daha çox Patriot raketi istəyir

Zelenski ABŞ-dan daha çox Patriot raketi istəyir

13 Avqust 2026 - 10:18
NASA Marsda təəccüblü kəşf edib

NASA Marsda təəccüblü kəşf edib

13 Avqust 2026 - 10:04
DYP piyadalara müraciət edib

DYP piyadalara müraciət edib

13 Avqust 2026 - 09:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.