"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Eldar Mahmudov vəhhabilərə “krışalıq” edib – ŞOK FAKTLAR

29 Oktyabr 2015 - 10:47
in XƏBƏR LENTİ
FacebookVatsap

vehhabiMTN rəsmiləri vəhhabilərə necə və nəyin qarşılığında “krışalıq” edib, “əməliyyat marağı” adı altında bu prosesə burun soxanlar niyə cəzalandırılıb?

Bunu da oxuyun

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra MTN-də başlanan istintaq hər keçən gün eks-nazirin qruplaşmasının yeni-yeni əməllərini üzə çıxarır. Bu məlumatlardan bəziləri mətbuata da sızdırılır. Ancaq bir çox məlumatlar hələ də ictimailəşdirilmir. 

 Əlimizə çatan bu cür bilgilərdən birini təhlil edərkən ortaya yeni nüanslar çıxdı. Bu “əməllər” sırasında sahibkarların talanmasından tutmuş, xarici xüsusi xidmət orqanlarına məlumat ötürmə, “vəhhabi məsələsi”ndən, “brilyant mafiozluğunadək” fərqli işlər var.
Rəsmi məlumatlarda MTN-in bir sıra generallarının işdən qovulması və 10-dan artıq yüksək rütbəli əməkdaşının saxlanması ilə bağlı faktların səsləndirilməsi qeyd olunan iddiaları daha da gücləndirir. Lakin bütün bu məlumatlarda qırmızı xətt olaraq keçmiş nazir və onun cinayətkar dəstəsinin harınlaması, şəxsi varlanma və ambisiyalarını hər şeydən – ən əsası, dövlət mənafeyi və dövlətin təhlükəsizlik maraqlarından üstün tutması aşkar şəkildə sezilməkdədir.
Məlum olur ki, MTN məmurları dövlətin təhlükəsizliyi üçün riskli hesab olunan məqamları belə nəzərə almadan hər fürsətdə rüşvətxorluq, haqq toplama, pul xatirinə cinayət əməllərinə qol qoyublar. Hüquq-mühafizə orqanlarına yaxın olan mənbələrdən əldə etdiyimiz məlumata görə, bu istiqamətlərdən biri də MTN-in dünyanın diqqət mərkəzində olan və beynəlxalq təhlükəsizliyin bir nömrəli probleminə çevrilmiş dini ekstremizm və onun Azərbaycanda yuva salmış “radikal vəhhabi” qanadına illər ərzində “krışalıq” etməsi faktlarını araşdırmaqdadır. 
Avrasiya.net-in musavat-a istinadən məlumatına görə, mənbə bildirir ki, son illər “vəhhabi” məsələsi, demək olar ki, bütövlükdə MTN-in monopoliyasına keçib. Əməliyyat sirri və əməliyyat zərurətini bəhanə gətirən bu qurumun rəsmiləri, vəhhabilərlə bağlı nə varsa – onların bizneslərindən tutmuş məişət cinayətlərinədək, təbliğat mexanizmləri, saytlarından tutmuş daxili “razborkalar”ınadək – bütün məsələlərdən digər strukturları (DİN, Gömrük, Vergilər, hətta DQİK və QMİ) uzaqlaşdırıb.
Ancaq məlum olur ki, “əməliyyat zərurəti” əslində MTN rəsmilərinin gəlirli sahəyə təkbaşına nəzarət etmək məqsədinə xidmət edib. Nəticə isə göz onündədir: son illər əsasən maddi şirnikləndirmə üslubu ilə yayılan bu təriqət Azərbaycanın bütün bölgələrində vüsət alıb, on minlərlə tərəfdar toplayıb və ən mütəşəkkil dini qruplaşma mövqeyinə sahib olub.
Mənbənin bildirdiyinə görə, bunun arxasında MTN-in vəhhabilərlə mübarizə aparmaq əvəzinə, onlara daha çox “qızıl yumurta gətirən” toyuq kimi baxması durur. Vəhhabi-sələfi qrupundan bəhrələnmə aşağıdakı üslublarla aparılıb: 
1. Onların Yaxın Şərqdəki sponsorlarından gələn ianə və yardımlardan birbaşa “haqq” almaqla.
 
2. Xaricdən gələn maliyyə dəstəyi hesabına vəhhabilərin qurduğu geniş biznes şəbəkəsinə şərik olmaq və ya aylıq almaqla.
 
3. Vəhhabilərə yardım edən iş adamlarını və onlarla qohumluq əlaqəsi olan dövlət məmurlarını şantaj edərək rüşvət almaqla.
Dini radikalizmin yayılması üçün bütün dünyada astronomik məbləğ ayrılır. Bu maliyyənin bir hissəsi də Azərbaycan üçün nəzərdə tutulub. Birinci üslubun realizə edilməsi üçün Eldar Mahmudov qruplaşması ölkəyə daxil olan və çıxarılan maliyyə axını üzərində MTN-in monitorinq funksiyasından məharətlə istifadə edərək vəhhabilərə göndərilən hər dollardan öz payını alıb. Mənbənin dediyinə görə, bu işə bilavasitə MTN Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin istintaq tərəfindən saxlanılmış rəis müavini Füzuli Əliyev və ona havadarlıq edən rəisi Sübahir Qurbanov cavabdehlik daşıyıblar.
Təsadüfi deyil ki, bu kanal MTN-in nəzarətinə alınandan sonra vəhhabilərə maliyyə köçürməsi sahəsində hər hansı əməliyyat keçirilməyib, aşkarlanan faktlar ictimaiyyətə təqdim olunmayıb. İkinci üslubu gerçəkləşdirməklə MTN rəhbərləri, sadəcə, vəhhabilərin tikinti materialları və pərakəndə ticarət şəbəkəsindən aylıq xəracın alınması ilə kifayətlənməyib, onlara gostərilən “krışalıq” müqabilində hətta Dubay və digər körfəz ölkələrində vəhhabi simpatizanı olan böyük iş adamları ilə ortaq bizneslər qurublar. O da təsadüfi deyil ki, Eldar Mahmudovun qudasının Beynəlxalq Bankdan oğurladığı külli miqadarda vəsaitin bir qismi məhz Dubaydakı layihələrə yatırım adı altında talan edilib.
Nəhayət, bəllidir ki, bir sıra yüksək rütbəli dövlət məmurları və iş adamlarının yaxın qohumları, xüsusilə gənclər vəhhabilər tərəfindən tovlanaraq ekstremist cərəyana cəlb ediliblər. Bu faktordan istifadə edən MTN əməliyyat məlumatlarını radikal təbliğatın kökünün kəsilməsinə deyil, əldə etdiyi məlumatlarla həmin gənclərin qohumlarını şantaj etmək, maddi və siyasi dividentlər əldə etməyə yönəldib. Belə ki, bu şantaj əməliyyatları müqabilində qohumlarının adları sələfiliklə bağlı çəkilən yüksək rütbəli məmurlardan birindən tikinti sahəsində, digərindən gömrük sahəsində imtiyazların əldə etdiyi məlumdur.
Bundan başqa, sələfi liderləri arasında informator şəbəkəsi yaratmış və hazırda üzvləri istintaqa cəlb edilmiş qruplaşma hansi yerli iş adamlarının sələfilərə ianə etdiklərini dərhal bilib, həmin iş adamını cağıraraq onu “İŞİD-ə” yardım etməklə hədələyərək “qırxılma” əməliyyatları keçirib. 
 
Ən paradoksal hal odur ki, terrorla mübarizəyə bilavasitə cavabdeh olan “çekistlər” şantaj elədikləri biznesmenlərə öz ağızları ilə dünyada ən agır cinayətlərdən biri olan “terrorculuğun maliyyələsdirilməsi” ittihamı irəli sürərək, özləri də onu ört-basdır etməyi təklif edirmişlər. Mənbənin dediyinə görə, bu işə bilavasitə hazirda istintaq tərəfindən məsuliyyətə cəlb edilmiş  MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyev rəhbərlik edib, həmin idarənin işdən çıxarılmış məsul əməkdaşı isə əsas icraçı rolunu oynayıb.
Təbii ki, bütün bu əməllərə sanksiya birbaşa MTN-in şefindən gəlib və vəhhabilərdən toplanan xərac haqda da birbaşa ona “hesabat” verilib. Yeri gəlmişkən, Eldar Mahmudovun işdən azad edilməsindən cəmi bir neçə gün sonra keçirilmiş antiterror əməliyyatı zamanı sələfi qruplaşmasının “kassiri” sayılan, Qamət Süleymanovun müavini Adil Rəcəbovun həbsi də bu proseslə bağlı ola bilər.
Mənbənin bildirdiyinə görə, “vəhhabilərə krışalıq” etmək əməliyyatını sığortalamaq üçün MTN-dəki cinayətkar dəstə bu təhlükəyə qarşı çıxış edənləri zərərsizləşdirmək mexanizminə də malik olub. Onun sözlərinə əsasən, xüsusilə şimal bölgələrində neçə illərdi hamının pıçıltı ilə danışdığı eyni söhbət var: “Neçə dəfə polis bunları (radikal vəhhabiləri) tutmaq istəyib, dərhal Bakıdan generallar zəng edib buraxdırıblar”. Hətta bəzilərinin and içərək etdiyi iddiaya görə, buraxılarkən polisi söyüb, hədələyiblər də.
Eyni şəkildə Vergilər Nazirliyi vəhhabilərin biznes şəbəkəsinə qarşı yoxlamalar keçirmək istəyəndə bu qurumun əməkdaşlarına, hətta rəhbərliyinə qarşı toplanan “kompromatlar” işə salınaraq proses səngidilib. Vergilər Nazirliyində bu sahəyə Eldar Mahmudovun adamı, “MTN işi”lə baglı həbs edilmiş, nazirliyin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, general Vidadi Məmmədov məsuliyyət daşıyırdı. Eyni zamanda vəhhabiliyin Azərbaycanda sürətlə yayılmasına qarşı səs ucaldan ənənəvi dini cərəyanların aparıcı simaları müxtəlif  təzyiq, hədə, həbslərlə susdurulmağa çalışılıb. Dindar cameədə heç bir siyasi fəaliyyəti olmayan, sadəcə, xütbələrində vəhhabiliyi ifşa edən Şeyx Cavid Məmmədovun 2012-ci ilin oktyabrında gözlənilməz həbsinin məhz vəhhabilərin sifarişi ilə gerçəkləşdiyini hələ o zaman iddia edirdilər.
 
MTN-in bəzi əməkdaşlarının vəhhabi qruplarla “iş birliyi” o həddə çatıb ki, bir sıra hallarda maraq müdafiəçisi kimi çıxış ediblər. Məsələn, MTN əməkdaşlarının etiraf etdiyinə görə, bir neçə il əvvəl Həcc ziyarətindən qayıdan zəvvar avtobuslarından birində bir neçə yeşikdə Azərbaycanda qadağan olunmuş kitablar gətirilib. Əvvəlcə kitablar gömrük əməkdaşları tərəfindən müsadirə olunub və bu barədə MTN-ə məlumat verilib. Ancaq bir neçə gündən sonra gömrükçülər bildirib ki, həmin kitabları Həcc qrupunda gedən MTN əməliyyatçısı alıb aparıb. 
 
Nəhayət, indi üzə çıxan məlumatlara əsasən “bu işlərdə” MTN-lə işbirliyində olan “reket” saytlardan da geniş istifadə olunub. Mənbənin dediyinə görə, vəhhabilərin müdafiə edilməsində bir neçə sayt xüsusi canfəşanlıq edib ki, həmin saytlarda vəhhabi ideologiyasının təsiri altında olan şəxslər çalışır. Həmin saytlar MTN-in ləkələmə üzrə apardığı bütün kampaniyalarda canla-başla iştirak edib. Bu saytlar və troll-qruplar internet mediası və sosial şəbəkələrdə müxtəlif şəxslər və qruplar barəsində düşünülmüş kampaniya aparıblar.
Mənbənin dediyinə görə, istintaqın araşdırmasında olan bütün bu faktlar əsasında belə bir təsəvvür yaranır ki, uzun illər ərində başda Eldar Mahmudov olmaqla, MTN-dəki cinayətkar qruplaşmanın fəaliyyəti nəticəsində ölkədə sabitliyi poza biləcək bir cərəyanın möhkəmlənməsinə şərait yaradılmaqla milli təhlükəsizliyə ağır zərbələr vurulub. Bu cərəyandan hansı siyasi və strateji məqsədlər üçün istifadə olunması planları isə istintaq tərəfindən tam aşkarlanmasını gözləyən məsələdir.
Previous Post

Eldar Mahmudov vəhhabilərə “krışalıq” edib – ŞOK FAKTLAR

Next Post

Kremldən Bakıya qorxulu seçki sürprizləri – kartlar açılır

Bənzər yazılar

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23

Çərşənbə günü ABŞ-də inflyasiyanın gözləniləndən daha çox sürətlənməsinin səbəb olduğu dolların möhkəmlənməsi fonunda qızılın qiymətləri kəskin şəkildə azalır. Elchi.az xəbər...

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20

Fransada şagirdlərin ölkə üzrə etiraz aksiyalarına başladığı vaxtdan indiyədək hüquq-mühafizə orqanları əməkdaşları təxminən 8 min nəfəri saxlayıblar. Elchi.az -ın BFMTV...

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19

Albaniyanın paytaxtı Tiranada etiraz aksiyasında iştirak edən tələbələr Təhsil Nazirliyinin binasına od vurublar. Elchi.az -ın "Politico" nəşrinə istinadən verdiyi məlumata...

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin 51 %-nə nəzarət etdiyi Özbəkistanın "Davr Bank"ının rəhbərliyi yenidən formalaşdırılıb. Elchi.az Özbəkistan mətbuatına istinadən...

Next Post

Kremldən Bakıya qorxulu seçki sürprizləri - kartlar açılır

Kremldən Bakıya qorxulu seçki sürprizləri - kartlar açılır

Son xəbərlər

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.