"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

Elxan Abdullayev: “Qəbələ”nin qrupdan çıxmaq şansı var”

19 Oktyabr 2015 - 15:18
in İDMAN
FacebookVatsap

Elxan Abdullayev: “Qəbələ”nin qrupdan çıxmaq şansı var”

Bunu da oxuyun

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” və “Qarabag”ın oyunları milli komandamızın məsqçilərinin də diqqət mərkəzindədir. Allsport.az xəbər verir ki, millinin bas məsqçisi Robert Prosineçkinin istəyi ilə ilə köməkçiləri bu klubların həm çempionat, həm də avrokubok matçlarında şəxsən istirak edirlər.
“Qəbələ”nin Krasnodarda keçirdiyi oyunu Prosineçkinin köməkçilərindən olan Elxan Abdullayev izləyib. Yeri gəlmişkən, 45 yaşlı mütəxəssis təsnifat mərhələsində “Qəbələ”nin Tiflisdə “Dinamo”yla, Kiprdə isə “Apollon”la oyunlarına da tamaşa edib. Millinin sabiq baş məşqçiləri – braziliyalı Karlos Alberto Torres və almaniyalı Berti Foqstun da köməkçisi olmuş Abdullayev “Qəbələ İK”-ya müsahibəsində “Qəbələ”nin, komandanın millidəki təmsilçiləri, eləcə də, AÇ-2016-nın seçmə mərhələsinin yekunları barədə fikirlərini bizimlə bölüşüb:
– Avropa Liqasının qrup mərhələsində eyni vaxtda iki təmsilçimizin mübarizə aparması çox yaxşı haldır. Qrup mərhələsinin ikinci turunda “Qarabağ” kimi “Qəbələ” də qalib gələ bilərdi. Təəssüf ki, Krasnodarda istəyimizə nail ola bilmədik. “Qarabağ” 6 ildir Avropa Liqasında çıxış edir, ötən mövsüm də qrup mərhələsinə düşmüşdü. Bu komandanın sabit heyəti var, futbolçuları uzun müddətdir bir yerdə oynayır. “Qəbələ” isə Avropa Liqasında gənc komandadır, qrupun debütantıdır. Hər halda, komandanın hesabında xal var və bunu qrup mərhələsinin ilk oyununda qazanıb.
– Ümumiyyətlə, “Qəbələ”nin Avropa Liqasında çıxışını necə dəyərləndirərdiniz?
– Bu başdan qeyd edim ki, “Qəbələ”nin qrup mərhələsinə düşməsi artıq böyük uğurdur. Həm də komanda bu mərhələyədək güclü rəqiblərlə mübarizədən qalib ayrılıb. Avropa meydanlarında böyük təcrübəyə malik ”Apollon” və “Panatinaikos” kimi komandaları mübarizədən kənarlaşdırmasını, xüsusi qeyd edərdim. Onu da unutmayın ki, həmin vaxt yerli çempionat start götürmüşdü və “Qəbələ” sıx qrafikdə oynamalı olurdu.
– “Krasnodar”la oyun haqqında nə deyə bilərsiniz?
– “Qəbələ” ikinci hissəni ilk yarıdan qat-qat yaxşı oynadı. Fasilədən sonra komandamız böyük ərazi üstünlüyünə malik idi. Daha çox hücum edən tərəf biz idik, çoxlu qol imkanımız oldu. Hətta 2 dəfə rəqib qapısına yol tapsaq da, hakim qolları saymadı. Rəşad Sadiqovun tirdən qayıdan zərbəsi yaddaqalan oldu. Təəssüf ki, bu üstünlük oyunun nəticəsində əksini tapmadı. “Krasnodar”ın heyətində həm Rusiya, həm də digər ölkələrin yığmalarına cəlb olunan 8 futbolçu çıxış edir. Bu matçda qələbə topunu vuran Fyodr Smolov Rusiya millisinin hücumçusudur. “Krasnodar”dakı braziliyalılar da tanınmış futbolçulardır. Belə güclü heyəti olan rəqibə qarşı oynamaq və hətta bəzi epizodlarda onları üstələmək asan məsələ deyil. Həmin gün “Krasnodar”ın oyunu tam alınmadı. Çünki buna “Qəbələ” imkan vermədi. Şəxsən mən komandamızın oyunundan razı qaldım.
– “Qəbələ”nin qrupdan çıxması realdırmı?
– Qrupda güclü komandalar yer alıb. Avropanın ən tanınmış komandalarından olan Dortmund “Borussiya”sı favoritdir. PAOK azarkeş dəstəyi sayəsində doğma meydanında çox güclü oynayır. Yunanlar Almaniya klubundan xal almaqla bunu sübut etdilər. Odur ki, sonadək mübarizə aparmaq lazımdır. Əgər “Qəbələ” özünəməxsus tərzdə çıxış etsə, oyun keyfiyyətini daha da artırsa, növbəti mərhələyə çıxmaq şansını gerçəkliyə çevirə bilər. Niyə də yox? İnanıram ki, komanda xal ehtiyatını artıracaq.
– Millinin məşqçisi olaraq klublarda, o cümlədən, “Qəbələ”də əsas diqqəti yığma üzvlərinə, namizədlərə yönəldirsiniz. Onların hazırlıq durumu sizi qane edir?
– Əsas işim milli üzvlərinin oynununu izləyib, onların hazırlıq səviyyəsini diqqətdə saxlamaqdır. “Qəbələ”nin heyətində millinin 4-5 üzvü var. Təəssüf ki, onlar Avropa Liqasında az oynayırlar. Yaxşı olardı ki, azərbaycanlı futbolçulara avrokubok oyunlarında daha çox şans verilsin. Ancaq bu, mənim istəyimdir. Klubun isə öz planları var və buna heç kim qarışa bilməz. Təəssüf ki, “Qəbələ”nin milli üzvlərindən Ruslan Abışovla Vüqar Nadirov sifariş olunmadıqlarından avrokubok matçlarına çıxa bilmirlər. Halbuki, onlar qrup mərhələsi oyunlarında böyük təcrübə qazana bilərdilər.
– “Qəbələ”nin son yerli transferləri – Ruslan Abışov, Vüqar Nadirov və Vaqif Cavadov oldu. Bu futbolçuların “Qəbələ” kimi iddialı kluba keçməsi, güman ki, millinin məşqçilər korpusunu da sevindirdi.
– Klublarda çıxış edən oyunçuların uğurları bizi də sevindirir. Milli üzvünün ehtiyatda qalması isə ürəkaçan hal deyil. Məsələn, Məhəmməd Mirzəbəyov “Qəbələ”də az oynayır. Biz – millinin məşqçiləri onun müntəzəm oynamasını istərdik. Tək Məhəmməddə yox, bütün milli üzvlərində oyun praktikası çox olmalıdır. Milli üzvlərinin hansı klubda oynaması bizim üçün önəmli deyil. Əsas məsələ onların müntəzəm meydançaya çıxmasıdır. Ruslan yenidən “Qəbələ”də çıxış etdiyindən ona dəvət göndərdik və Bolqarıstanla oyunda şans verdik. Vüqarla Vaqif isə hələ ki ehtiyatda qalır. Qeyd edim ki, təkcə onlar deyil, hər bir azərbaycanlı futbolçu milli komandaya namizəddir.
– Əsas heyət oyunçusu, gənc müdafiəçi Ürfan Abbasov sentyabrda Xorvatiya və Maltayla oyunlar öncəsi milliyə çağırılsa da, sonradan heyətdən kənarlaşdırıldı. 20 yaşlı yarımmüdafiəçi Elvin Camalov isə Prosineçkinin vaxtında milliyə mütəmadi dəvət alsa da, hələ rəsmi debüt etməyib.
– Elvin U-21-də çıxış edir, bütün matçlarda oynayır. Hələ gəncdir, zamanı gələndə əsas yığmada da oynayacaq. Biz hər bir futbolçunu izləyirik. Elə oyun yoxdur ki, millinin məşqçiləri onu izləməsin. Hər bir futbolçu haqda məlumatımız var. Ürfanı çağırmışıqsa, deməli, onun potensialını görürük. Heyətlə bağlı son qərarı baş məşqçi verir. Vaxt gələcək, Abbasov da millidə çıxış edəcək. Prosineçki dəvət edibsə, deməli, o, Ürfanı diqqətdə saxlayıb.
– Milli komandamız üçün daha bir seçmə mərhələ arxada qaldı. Yekunda bu barədə nə deyərdiniz?
– İtaliya yığmasıyla matç tarixi oyun oldu. İlk dəfə Olimpiya stadionunda futbol matçı keçirildi. İtaliyayla matçda məqsədimiz Xorvatiya ilə matçda olduğu kimi azarkeşləri öz oyunumuzla, nəticəylə sevindirmək idi. Bolqarıstan yığması da bizim kimi final mərhələsinə düşmək şansını itirdiyindən, nəticə baxımından gərgin olmayan bir matç oldu. Prosineçkinin gəlişindən sonra milli komandamızda irəliləyiş hiss olunur. Ancaq sabiq baş məşqçi Berti Foqstun dövründə ilk 4 oyunda xal qazanmamaq bizi geri saldı. Gərək növbəti seçmə mərhələdə daha yaxşı çıxış edək, nəticə verək.

 

Previous Post

Elxan Abdullayev: “Qəbələ”nin qrupdan çıxmaq şansı var”

Next Post

ƏƏSMN müharibə əlillərinə minik avtomobilləri payladı

Bənzər yazılar

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00

Qadınların +78 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Madina Kaisinova dünya çempionatında yarışa 1/16 final mərhələsindən başlayıb. Elchi.az xəbər...

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00

Kişilərin +100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Camal Qamzatxanov dünya çempionatında ilk görüşünə çıxıb. Elchi.az xəbər verir ki,...

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

10 Oktyabr 2026 - 11:41

PSJ-nin hücumçusu Ferran Torres Fransa çempionatında sentyabr ayının ən yaxşı futbolçusu adına layiq görülüb. Elchi.az xəbər verir ki, bu barədə...

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12

Next Post

ƏƏSMN müharibə əlillərinə minik avtomobilləri payladı

ƏƏSMN müharibə əlillərinə minik avtomobilləri payladı

Son xəbərlər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

10 Oktyabr 2026 - 11:41
Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

10 Oktyabr 2026 - 11:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.