"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Dünya müharibə dövrünə qədəm qoydu”

07 Oktyabr 2015 - 14:11
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Yardımlıda açıq ərazidə yanğın baş verib

Bölmə :
Dünya
Yayım tarixi :
Bu gün [12:31]
Baxılıb :
2351 dəfə
Paylaş:
Font ölçüsü :
  • a
  • a
  • a
  • a
  • a
Tarixin heç bir zamanında 3 dövlət digər 3 dövlətin ərazisinə qoşun yeritməyib. Dünya müharibə dövrünə qədəm qoydu. Rusiya Suriyaya, Türkiyə İraqa ordusunu daxil etdi. Səudiyyə Ərəbistanının on minlik ordusu Yəmənin daxilindədir. Ukrayna NATO ordusunu hər an öz daxilinə qəbul etməyə hazırdır: məqsədi Rusiyaya qarşı müharibə aparmaqdır. ABŞ və NATO buna razılıq vermirlər. Bu müharibələrin məqsəd və intensivlikləri müxtəlif olsa da, tarixin heç bir zamanında bir ay ərzində 3 dövlət digər 3 dövlətin ərazisinə qoşun yeritməyib.
Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin dünyanın siyasi arxitekturasını öz xeyrinə dəyişə bildi, Ukrayna məsələsini öz istədiyi səviyyəyədək həll etdikdən sonra Suriya məsələsinin həllinə başladı: “Ötən il Soçi Olimpiadası zamanı ABŞ qəflətən Ukrayna məsələsini kəskinləşdirmişdi. ABŞ-ın hesablamalarına görə, həm Suriya, həm də Ukraynanı Rusiyanın əlindən ala biləcək. Reallıqda o zaman nə Suriya, nə də Ukrayna indiki qədər Rusiyanın təsiri altında deyildilər. ABŞ-ın hər iki dövlət üzrə siyasəti iflasa uğradı. Ukrayna Krımsızdır, Donbas bufer zonaya çevriləcək. Bu, V.Putinin Ukrayna üzrə modelidir, hadisələrin digər ssenarisi hələ ki, yoxdur. Suriyada iki il bundan öncəyədək cəmi 4 rus hərbçi var idi. İndi ABŞ hesab edir ki, Suriyadakı Rusiya hərbçilərinin sayı 1700 nəfərdir. Əlavə iki min hərbçi isə demək olar ki, “yoldadır”. Rusiya prezidenti V.Putin Federasiya Şurasına müraciət edərək Suriyaya ordu yeritməyə icazə aldı. ABŞ-ın Rusiyadakı səfirinin rəsmi Moskvanın Suriyaya qoşun yeritməsini B.Obama ilə V.Putin arasında razılaşmanın nəticəsi kimi təqdim etməsi təbliğatdan başqa bir şey deyil. Belə ki, BMT-nin Baş Assambleyasında hətta V.Putinin çıxışı və B.Obama ilə görüşündən sonra belə ABŞ-ın Suriya ilə bağlı mövqeyi dəyişməmişdi”.
M.Əhmədoğlu qeyd edib ki, ABŞ Rusiyanın Suriyaya aviasiya və hərbi texnika göndərməsindən narazı idi; bunun əks-effekti olacağını təkrarlayırdı: “ABŞ dövlət katibi C.Kerri və digər rəsmilər tərəfindən bu fikir tez-tez təkrarlanırdı. BMT-nin Baş Assambleyası müstəvisində B.Obama ilə V.Putin arasındakı görüşdən sonra ABŞ və Rusiya tərəfdən yayılan məlumatlarda Suriya məsələsi üzrə razılaşmanın olunmadığı bildirilirdi. B.Obamanın BMT Baş Assambleyasındakı çıxışı da Suriya ilə bağlı ABŞ-ın bəlli mövqeyinin müdafiəsi üzərində qurulmuşdu. ABŞ Suriya prezidenti Bəşər Əsədin devrilməsini ilkin məsələ hesab edirdi. B.Obamanın fikrincə, ABŞ-ın fikirləri bütün demokratik düşərgənin fikirləridir. ABŞ-ın Bəşər Əsədə qarşı mövqeyinin dəyişməməsi təkzibolunmaz idi. Hətta ABŞ-ın bəzi müttəfiqləri Bəşər Əsədlə müəyyən şərtlər daxilində dialoqu mümkün hesab etsə də, Vaşinqton bunu qəbul etmirdi”.
Politoloq sonra əlavə edib ki, Böyük Britaniyanın baş naziri D.Kemeronun fikrincə, Bəşər Əsədlə əməkdaşlıq edib “İslam dövlətini” məhv etmək, sonra isə B.Əsədin özünü cinayət məsuliyyətinə cəlb etmək lazımdır: “Rusiyanın Suriyaya dair mövqeyi əvvəldən ABŞ-ın mövqeyinin tam tərsinə idi. Bəşər Əsəd Suriyanın yeganə legitim prezidentidir; onun rəhbərlik etdiyi ordu legitim ordudur. B.Əsəd dəstəklənməli, “İslam dövlətinə” qarşı mübarizə onun üzərində qurulmalıdır. ABŞ-ın dünya miqyaslı mətbu orqanları ilə birgə bu mövzuda Rusiyaya qarşı apardığı təbliğat kampaniyası da effektsiz oldu. “Reuters”, BBC, “Bloomberg”-in yaydıqları informasiyalara görə, guya ki, Rusiya və ABŞ-ın apardığı danışıqlarda müzakirə olunan məsələlərdən biri də B.Əsədin hakimiyyətdən uzaqlaşdırılmasıdır. Az sonra rəsmi Moskva ABŞ-ın bu təbliğat klişesindən əks anlamda istifadə etdi. ABŞ-la danışıqlarda B.Əsədin hakimiyyətdə qalması məsələsi müzakirə olunur”.
Mərkəz rəhbəri sonra əlavə edib ki, Suriyada Rusiya qoşunları, xüsusilə, Hərbi-Kosmik Qüvvələri fəaliyyətə başladı: “İslam Dövləti” adlanan qurumun bazalarına dağıdıcı zərbələr endirdi. Suriyada Rusiya HKQ-nin fəaliyyəti Qərbdə birmənalı qarşılanmır. Guya, “İslam Dövləti” əvəzinə mülki əhali atəşə tutulur. ABŞ-ın Rusiyanın Suriyadakı hərbi əməliyyatlarına münasibəti zidiyyətlidir. BMT Baş Assambleyasında B.Obama və V.Putin Suriya məsələləri üzrə razılığa gələ bilmədilər. HKQ-nin əməliyyatları başlayan kimi ABŞ-ın Rusiyadakı səfirliyi V.Putinin bu addımını B.Obama ilə razılaşdırması barədə məlumat yaydı. ABŞ və Rusiya hərbçilərinin Suriyadakı fəaliyyətinin koordinasiyası da zidiyyətlidir. İlk yayılan məlumatda Suriyanın ABŞ-ı alçaldıcı məlumat yaymaqda ittiham etdilər. Guya Rusiya diplomatları Bağdadda ABŞ diplomatlarına bildiriblər ki, Suriyada Rusiya təyyarələri fəaliyyətə başlayır, ABŞ təyyarələri Suriyadan qaçsınlar. Sonradan Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri D.Peskov bunu təkzib etdi. C.Kerri və B.Obama Suriya məsələsində Rusiya ilə əməkdaşlıq edəcəyini bildirsələr də, az keçmiş fikirlərindən vaz keçdilər”.
M.Əhmədoğlu qeyd edib ki, hətta Suriyada müxaliflərin lideri Rusiyanın iştirakı olmadan prosesləri nizamlamağın mümkün olmadığını bildirdi: “ABŞ-ın Suriya və Yaxın Şərqdəki uğurunun əsas mənbəyi ABŞ-ın Yaxın Şərq siyasətinin səhv olmasıdır. Rusiya Suriya siyasətində paradoksal vəziyyətlə rastlaşdı. Bu paradoksallardan birincisi İranın mövqeyi ilə əlaqədardır. İran Suriya tənzimlənməsində Bəşər Əsədin tədricən amma qısa zaman ərzində hakimiyyəti müxalifətə verməsi üzərində qurulmuş konsepsiya hazırlamışdır. B.Əsəd bu konsepsiyanı rədd etdi. Bəlkə də B.Əsədin Rusiyanın qoşun göndərməsi xahişi də İranın bu mövqeyinə hesablanmışdı. İranın xarici işlər nazirinin müavini Ə.Abdullahiyan Moskvada Rusiya xarici işlər nazirinin müavini V.Boqdanovla dörd saatlıq görüşdə İranın Suriya ilə bağlı planını izah etmişdi. İran prezidenti H.Ruhaninin BMT Baş Assambleyasındakı çıxışı da İran-ABŞ müttəfiqliyi üzərində qurulmuşdu. Əfqanıstanın və İraqın demokratikləşməsində İran ABŞ-a yardım edib, Suriya və Yəmənin də demokratikləşməsində çoxluğun hakimiyyətə gəlməsində ABŞ-ın kömək edəcəyini bəyan etdi. Bir məqamı xüsusi qeyd edək ki, İran prezidentinin çıxışı rus dilində tərcümə olunarkən bütün bu fikirlər tərcümə olunmadı. Ola bilər, Rusiya mətbuatında İranın təsiri çox güclüdür. İkinci paradoks isə bəzi dövlətləri RF-ə Suriyaya hərbi uçuşlar etməsi zamanı koridor verməkdən imtina etməsi ilə bağlıdır. İran hava koridoru verdi. ABŞ-ın rəsmi Tehranın Rusiyaya koridor verməsindən məyus olması barədə məlumat yayması bəzi şeylərə bir daha aydınlıq gətirdi. Görünür, İran və ABŞ gizli danışıqlarında Moskvanın Suriya siyasətinə maneçilik etmə barədə öhdəlik götürübmüş. Belə ki, ABŞ Yunanıstan və İraqın Rusiya hava koridoru verməsinə belə münasibət bildirmədi”.
Previous Post

“Dünya müharibə dövrünə qədəm qoydu”

Next Post

İlham Əliyev Putinə zəng etdi

Bənzər yazılar

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

18 Sentyabr 2026 - 23:30

Rusiyadakı Kursk atom elektrik stansiyasının (AES) fəaliyyətdə olan enerji blokunun soyutma qülləsinə sebtyabrın 17-si səhər saatlarında PUA zərbəsi endirilib. Bu...

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

18 Sentyabr 2026 - 23:28

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov tam ştatlı müəllimlərin seçim prosesi məsələsinə aydınlıq gətirib. Elchi.az...

Yardımlıda açıq ərazidə yanğın baş verib

Yardımlıda açıq ərazidə yanğın baş verib

18 Sentyabr 2026 - 23:25

Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın baş verib. Bu barədə Elchi.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib....

Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

18 Sentyabr 2026 - 23:22

Ölkəmizin və can Azərbaycanımızın müstəqilliyi, millətimizin birliyi və dövlətlərimizin gələcəyi naminə şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər bu gün birlikdə...

Next Post

İlham Əliyev Putinə zəng etdi

İlham Əliyev Putinə zəng etdi

Son xəbərlər

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

20 Sentyabr 2026 - 13:00
Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

20 Sentyabr 2026 - 12:55
Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

20 Sentyabr 2026 - 12:54
Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

20 Sentyabr 2026 - 12:51
Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

20 Sentyabr 2026 - 12:49
Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

20 Sentyabr 2026 - 12:43
Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

20 Sentyabr 2026 - 12:41
Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

20 Sentyabr 2026 - 10:38
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

20 Sentyabr 2026 - 10:37
“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

20 Sentyabr 2026 - 10:35
“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

20 Sentyabr 2026 - 10:33
Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19 Sentyabr 2026 - 18:11
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Göygölə dolu düşüb – FAKTİKİ HAVA

19 Sentyabr 2026 - 17:30
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

Bakıda yaşayış binasında yanğın olub

19 Sentyabr 2026 - 16:53
Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

19 Sentyabr 2026 - 16:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.