"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

AZƏRBAYCAN AVRASİYA İTTİFAQINA QOŞULSA…

05 Oktyabr 2015 - 00:59
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

img1518381
Bəzən hətta qeyri-müəyyən şəkildə deyilmiş bir fikir belə təlaş və narahatlıq yaratmaq iqtidarındadır. Azərbaycanın Avrasiya İttifaqına münasibəti ilə bağlı diplomatik dildə deyilmiş bir mesaj da belə oldu – mətbuat dərhal həmin mövzunu günün əsas xəbərlərindən birinə çevirdi…
Tələbkar oxucu bəlkə də düşünə bilər ki, əgər mövzu artıq müzakirə olunubsa, ona bir daha qayıtmağa ehtiyac yoxdur… Amma düşünürük ki, bu, heç də ən doğru və düzgün çıxış yolu deyil – bu məsələ hələ uzun müddət oxucu auditoriyası toplaya biləcək, çünki onunla bağlı tükəndirici izahat və açıqlama verilməyib…
Məsələ isə kifayət qədər ciddidir. Düşünürsən ki, əgər 24 illik bir prosesin üstündən xətt çəkərək yenidən başlanğıc nöqtəsinə qayıdacaqdıqsa, əgər 24 il keçəndən sonra yenidən Rusiya ilə bir qurumda olmaq, yenidən bu ölkəyə rus hərbi bazalarını qaytarmaq, yenidən ölkəni siyasi “boyunduruğ”a keçirmək hətta nəzəri cəhətdən belə mümkün olacaqdısa, bu qədər əziyyət çəkməyə heç dəyərdimi?..
Bu illər ərzində çox itkilər olub. Bu illər ərzində çox şeylərdən vaz keçilib və bütün bunların əvəzində bir təsəlli olub – Azərbaycan müstəqildir…
İndi cəmiyyət elə bir heysiz və süst vəziyyətə gətirilib ki, bəlkə də onu istənilən istiqamətə sürükləmək olar. Amma cəmiyyətin heysiz və hətta biganə olması əsas verirmir ki, toxunulmaz prinsiplər belə diplomatların müzakirə predmetinə çevrilsin…
Yox, biz də güman etmirik ki, Azərbaycan bu gün və ya sabah Avrasiya İttifaqına üzv olacaq. Yox, belə gümanlarımız yoxdur. Amma Azərbaycanın dövlət və partiya rəsmilərinin münasibətində açıq-aşkar Rusiya tendensiyası hiss olunur, hətta bizim – adi jurnalistlərin belə sadəcə, S.Lavrov adlandırdığı bir naziri azərbaycanlı rəsmilər böyük hörmət və izzətlə cənab Lavrov adlandırırlar. Təbii ki, bu da ciddi şübhələrə düşmək üçün əsas ola bilməz, ona görə ki, kimi necə adlandırmaq hər kəsin öz işidir…
Amma təlaş doğruran budur ki, bəzi hakimiyyətyönümlü partiyalar da açıq mətnlə bir neçə dəfə Avrasiya İttifaqına üzv olmağın mümkünlüyündən dəm vurublar. Güman etmirik ki, bu, onların özəl fikridir… Böyük ehtimalla belə çıxışlarla məsələyə bir növ ictimai reaksiyanı öyrənməyə cəhd edilir…
Biz yenə də belə detallardan narahat olmazdıq, əgər milli maraqlar tədricən bir hakimiyyətin maraqlarına transformasiya olunmasaydı. Rusiya daim ölkənin və millətin milli maraqlarını təhdid edir, amma bu, diqqətdən qaçır. Hətta bir dəfə soruşanda ki, bəs niyə hakimiyyət Rusiyaya və İrana qarşı kəskin bəyanat vermir, açıq mətnlə deyildi ki, onlar bizi, yəni hakimiyyəti tənqid etmir…
Amma yenə də ən azı hakimiyyətin maraqlarının tamam aşınmadığının, müstəqillik və suverenlik prinsiplərinin onlar üçün ən azı təcrübi əhəmiyyət və önəm kəsb etdiyinin fərqindəyik. Azərbaycan Avrasiya İttifaqına qoşulsa gərək Gömrük Birliyinə də üzv ola, bunu isə ehtimal etməyə çətinlik çəkirik, o səbəbdən ki, sonuncu hakimiyyət üçün həyati maraq kəsb edir…
Bəli, ola bilsin, “Heç vaxt “heç vaxt” demə!” deyəndə sadəcə, rus diplomatları ilə onların öz dilində danışmağa cəhd edilib – ruslar öz layihələrinə o qədər həssasdırlar ki, bunlarla bağlı bir xoş söz demək, bir növ ümid vermək onların könlünü xoş edir…
Amma siyasətdə də gərək o sözləri deyəsən ki, onları eşitmək istəyirsən və gərək heç bir vaxt irəli qaçaraq səndən tələb olunmayanı deməyəsən. Həm də bizə elə gəlir ki, Rusiyaya mesaj göndərməklə Azərbaycan Qərbə təsir etməyə cəhd edir. Bunu da istisna etmirik. Fəqət, düşünməyək ki, biz Qərb üçün çox, olduqca çox əhəmiyyət kəsb edirik, onlar hətta bizim Avropaya göndərməyə hazırlaşdığımız “beş faizlik qazı” da kompensasiya etməyin yolunu tapa bilər və bizi tamam seytnot vəziyyətində qoyarlar…
Bizi də elə təlaşlandıran budur ki, Avropa ilə, ABŞ-la bu “zarafatlar”ın axırı yaxşı heç nə vəd etmir. Ən müxtəlif səbəblərdən onlar bizi Rusiya ilə təkbətək və üzbəüz buraxa bilərlər. Necə ki, heç kimin yadına da düşümür ki, bir uzaq Tacikstan adlı da ölkə vardı! Bu vaxta qədər onlar bizə ona görə az-çox diqqət ayırırdılar ki, biz bunu istəyirdik, biz buna cəhd edirdik…
Rusiya Azərbaycanı Avrasiya İtifaqına cəlb etməyə çalışmaqla yenə də Ermənistanın problemini həll etməyə çalışır – indi Birliyin bu ölkə ilə heç bir sərhədi toxdur və bu hal onu bir növ maraqsız edir…
Allah eləməsin, bir gün Qərb də deyə bilər ki, onsuz da Azərbaycandan bir şey çıxmayacaq, heç olmasa, qoy, Ermənistanın problemi həll olunsun ki, biz də erməni əsilli seçicilərimizə deməyə söz tapaq…
O halda biz nə edərik? Özümüz də marionet dövlət adlandırdığımız Ermənistanın vəziyyətinə düşmərikmi? Heç olmasa, bunun fərqindəyikmi və nəsillər qarşısında məsuliyyətmizi dərk edirikmi?..
Yazar : Hüseynbala Səlimov
Previous Post

AZƏRBAYCAN AVRASİYA İTTİFAQINA QOŞULSA…

Next Post

Göygöldə avtomobil su anbarına düşüb, 3 nəfər boğularaq ölüb

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Göygöldə avtomobil su anbarına düşüb, 3 nəfər boğularaq ölüb

Göygöldə avtomobil su anbarına düşüb, 3 nəfər boğularaq ölüb

Son xəbərlər

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

13 Oktyabr 2026 - 14:17
Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

13 Oktyabr 2026 - 12:26
“Sabah”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək

13 Oktyabr 2026 - 12:18
9 ayda Azərbaycanda 12 mlrd. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib

9 ayda Azərbaycanda 12 mlrd. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib

13 Oktyabr 2026 - 12:10
Laos Prezidenti Azərbaycan dövlət başçısına tələbələrlə bağlı təklifinə görə təşəkkür edib

Laos Prezidenti Azərbaycan dövlət başçısına tələbələrlə bağlı təklifinə görə təşəkkür edib

13 Oktyabr 2026 - 12:00
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Prezident İlham Əliyev: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

13 Oktyabr 2026 - 11:56
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

13 Oktyabr 2026 - 11:44
Azərbaycanda nağdsız ödənişlərin payı 70%-ə yaxınlaşıb

Azərbaycanda nağdsız ödənişlərin payı 70%-ə yaxınlaşıb

13 Oktyabr 2026 - 11:30
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

13 Oktyabr 2026 - 11:24
Milli Məclisin iclası başlayıb

İsraildə müxalifət Netanyahunu qabaqlayır

13 Oktyabr 2026 - 11:15
Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub

13 Oktyabr 2026 - 11:05
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

13 Oktyabr 2026 - 10:59
DİM sədri: Bu il Prezident təqaüdünə namizəd olan 15 nəfər kənd və qəsəbə məktəblərinin məzunudur

DİM sədri: Bu il Prezident təqaüdünə namizəd olan 15 nəfər kənd və qəsəbə məktəblərinin məzunudur

13 Oktyabr 2026 - 10:51
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

13 Oktyabr 2026 - 10:42
Türk dövlətləri fintex sahəsində əməkdaşlığı Bakıda müzakirə edir

Türk dövlətləri fintex sahəsində əməkdaşlığı Bakıda müzakirə edir

13 Oktyabr 2026 - 10:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.