"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Hacı İbrahimin Xəzərdə tikdirdiyi şəhərin son halı – FOTO

29 Sentyabr 2015 - 15:46
in XƏBƏR LENTİ
FacebookVatsap
Hacı İbrahimin Xəzərdə tikdirdiyi şəhərin son halı - FOTO Nehrəmli iş adamı pul dalınca Çinə gedir; “Bu əfsanəvi şəhərin tikintisini davam edəcək. Ölkədən qaçmağa hazırlaşdığım haqda deyilənlər tam əsassızdır”

“Avesta” Konserninin prezidenti, “Xəzər Adaları” layihəsinin müəllifi Hacı İbrahim Nehrəmlinin ölkədən qaçmaq istəməsi ilə bağlı xəbərlər yayılıb. Buna səbəb kimi onun Benəlxalq Banka 450 milyon manat kredit borcunun olması göstərilir. Guya tanınan iş adamı bu borcunu ödəmək istəmədiyi üçün ölkədən qaçmağı planlaşdırır.
Hacı İbrahim musavat.com-a bildirib ki, haqqında yayılan məlumatlar cəfəngiyatdır: “Mənim Azərbaycandan qaçmağım haqda yayılmış xəbər tam əsassız və yalandır. Kredit borcum var, bunu danmıram. Amma bu borcu ödəyəcək imkanlarım da var. Mən indinin biznesmeni deyiləm. Hələ yenidən qurma dövründən iş sektorunda öz sözümü demiş adamam. Çox iqtisadi böhranlar yaşamışıq. Hamısından da alnımız açıq, üzümüz ağ çıxmışıq. İnşallah bu dəfə də belə olar. Bu günlərdə Çin şirkəti ilə müqavilə bağlamışam. O müqaviləyə uyğun olaraq gələn ayın əvvəllərində Çinə və Honkonqa səfərim gözlənilir. İnanıram ki, bu səfərlər uğurlu olacaq və “Xəzər Adaları” layihəsi davam edəcək. Mən bu əfsanəvi şəhərin tikintisini başa çatdıracam”.
“Xəzər Adaları”ndakı son vəziyyəti öyrənmək üçün şəhərin tikildiyi ərazidə olduq. Tikinti demək olar dayandırılıb. Xəzərin içərisinə doğru layihənin maketinə uyğun olaraq 3 kilometr ərazi artıq qurudulub və üzərində tikinti işləri aparılıb. Bunları kənardan da görmək mümkündür. Eyni zamanda kənardan ərazidə fəhlələrin işləmədiyini, sakitliyin hökm sürdüyünü də müşahidə etdik.
 
Adalara yaxın ərazidə yaşayan Məhərrəm adlı şəxs bildirdi ki, əvvəllər burada qızğın iş getsə də, 4 aydan çoxdur ki, sakitlikdir:
“Əvvəllər bura o qədər qum, daş və digər tikinti materialları gətirirdilər ki, səsdən evdə otura bilmirdik. Yəni güclü iş gedirdi. Özüm də kənardan baxırdım, xoşuma gəlirdi. Getdikcə dənizin içərisinə doğru suyu quruda-quruda irəliləyirdilər. Bax oraya çıxıb (ərazidəyə yaxınlıqda yerləşən təpələri göstərir) baxırdım adalara. Hələ uşağın bir “binokul”u vardı. Onunla baxırdım. Özüm Biləsuvardanam. Orada yaşayan qohumlarımdan da bu tikintilərdə işləyənlər var idi. Ancaq 3-4 ay olar ki, onlar işləmirlər. İşlədikləri ayların haqqını alıblar”.
Sakindən ayrıldıqdan sonra “Xəzər Adaları”nın giriş postu kimi tanınan və mühafizəçilərin oturduğu yerə yollandıq.
Bizə bildirdilər ki, Hacı İbrahim Nehrəmli ofisdə deyil. Onun əsasən baş ofisdə oturduğu bildirildi. Orada olarkən öyrəndik ki, layihənin inşası üçün istifadə olunan tikinti materiallarının əsas hissəsi giriş postunun yaxınlığında saxlanılır. Bununla yanaşı tikinti aparmaq üçün istifadə olunan texnika da məhz buradadır. Mühafizəçilər bildirdilər ki, adalarda iş dayandıqdan sonra tikintidə istifadə olunan texnikaların bir hissəsi burada saxlanılır. Adalarda olduğumuz zaman bir nəfər də olsun fəhləyə rast gəlmədik. “Xəzər Adalar”ında tikinti işləri tamamilə dayandırılıb.  Texnikalar isə tozun altındadır. Uzun zamandır istifadə olunmadığı açıq şəkildə sezilir.
Giriş postunda söhbət etdiyimiz mühafizəçilər Hacı İbrahim Nehrəmlidən razılıq etdilər. Onlar bildirdilər ki, maaşları  hələ ki, vaxtı-vaxtında verilir. Bununla bağlı problemləri yoxdur. Həmçinin söylədilər ki, sabaha bir ümidləri var. O da Hacı İbrahim Nehrəmlinin yaxın zaman üçün planlaşdırdığı Honkonqa olan səfəridir.
Hacı İbrahimin qaçmaq istəyi ilə bağlı yayılan xəbərlər də məhz bu səfərin ətrafında yaranıb. Ancaq orada olarkən bizə məlumatların əksini söyləyib, yayılan xəbərləri də əsassız adlandırdılar.
Özünü “Xəzər Adaları”nın mühafizə rəisi  kimi təqdim edən və yazıda ona elə bu cür xitab etməyimizi xahiş edən şəxs bildirdi ki, Hacı İbrahimin xaricə getməsində bir səbəb var. O da müqavilədir:
“Hacı İbrahimin Honkonqa gözlənilən səfəri, Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Junla imzaladığı müqavilənin davamıdır. Onun qaçması ilə bağlı yayılan xəbərlər, sadəcə olaraq əsası olmayan informasiyalardır. Hazırda “Xəzər Adaları”nın tikilən hissəsinə bir milyard dollardan çox vəsait təklif edirlər. Hacı İbrahimin də Beynəlxalq Banka olan borcu cəmi 450 milyon manat civarındadır. Yəni o, istəsə layihədən imtina da edə bilər. Daha nə üçün xaricə qaçmalıdır ki? O, xaricə gedərək, özünün də qeyd etdiyi kimi müqavilənin davamını imzalayıb, ayrılan vəsaiti gətirərək “Xəzər Adaları”nda tikintiyə davam edəcək”.
Əldə etdiyimiz məlumata görə, səfərin 6 oktyabr tarixində reallaşması planlaşdırılır.
Əli Rais, 
musavat.com
















































Bunu da oxuyun

Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib

Xəzər dənizində zəlzələ olub

Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib

Previous Post

Hacı İbrahimin Xəzərdə tikdirdiyi şəhərin son halı – FOTO

Next Post

Bu il “selfi” 12 nəfərin həyatına son qoyub

Bənzər yazılar

Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib

Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib

21 Sentyabr 2026 - 20:11

Serbiyada Azərbaycanın da qatılacağı "EXPO 2027" beynəlxalq sərgisinin infrastrukturu üçün 6,3 milyard dinarlıq (təxminən 54,3 milyon avro) tikinti icazəsi razılaşdırılıb....

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

21 Sentyabr 2026 - 20:07

Xəzər dənizində zəlzələ olub. Elchi.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat...

Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib

Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib

21 Sentyabr 2026 - 20:05

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada şübhəli ölümü ilə bağlı saxlanılan 3 nəfərdən biri,...

Vens Trampın Zelenski ilə görüşündən sonra Ukrayna üzrə irəliləyişə ümid edir

Vens Trampın Zelenski ilə görüşündən sonra Ukrayna üzrə irəliləyişə ümid edir

21 Sentyabr 2026 - 19:57

Birləşmiş Ştatların Vitse-prezidenti Cey Di Vens ABŞ və Ukrayna liderlərinin qarşıdan gələn görüşündən sonra Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında irəliləyiş gözləyir. Elchi.az...

Next Post

Bu il "selfi" 12 nəfərin həyatına son qoyub

Bu il "selfi" 12 nəfərin həyatına son qoyub

Son xəbərlər

Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib

Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib

21 Sentyabr 2026 - 20:11
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb

Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb

21 Sentyabr 2026 - 20:09
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

21 Sentyabr 2026 - 20:07
Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib

Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib

21 Sentyabr 2026 - 20:05
Vens Trampın Zelenski ilə görüşündən sonra Ukrayna üzrə irəliləyişə ümid edir

Vens Trampın Zelenski ilə görüşündən sonra Ukrayna üzrə irəliləyişə ümid edir

21 Sentyabr 2026 - 19:57
Aİ-də rusiyalı biznesmenlərə qarşı sanksiyaların uzadılması razılaşdırılır

Aİ-də rusiyalı biznesmenlərə qarşı sanksiyaların uzadılması razılaşdırılır

21 Sentyabr 2026 - 19:42
93 min şəxs üçün kiçik ailə təsərrüfatları yaradıldı

93 min şəxs üçün kiçik ailə təsərrüfatları yaradıldı

21 Sentyabr 2026 - 19:24
Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəblərin sayı azalıb – STATİSTİKA

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəblərin sayı azalıb – STATİSTİKA

21 Sentyabr 2026 - 19:12
Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

Xəzər dənizində zəlzələ olub

21 Sentyabr 2026 - 19:04
Məktəblərdə dünyəvilik prinsipinə uyğun olmayan geyimlərdən istifadəyə yol verilməyəcək

Məktəblərdə dünyəvilik prinsipinə uyğun olmayan geyimlərdən istifadəyə yol verilməyəcək

21 Sentyabr 2026 - 18:55
Nazirlər Kabineti, AHİK və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında birgə saziş bağlanıb

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

21 Sentyabr 2026 - 18:48
Vilayət Eyvazov xidmətə qəbul üçün növbəti sıra baxışı keçirdi – VİDEO

Vilayət Eyvazov xidmətə qəbul üçün növbəti sıra baxışı keçirdi – VİDEO

21 Sentyabr 2026 - 18:37
Bessent : İran aviaşirkətləri sentyabrın 23-dən beynəlxalq uçuşları dayandıracaq

Bessent : İran aviaşirkətləri sentyabrın 23-dən beynəlxalq uçuşları dayandıracaq

21 Sentyabr 2026 - 18:29
Xırdalanda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın başlayıb

21 Sentyabr 2026 - 18:18
Gürcüstanda 2,6 min hektar sahədə meşələr bərpa olunacaq

Gürcüstanda 2,6 min hektar sahədə meşələr bərpa olunacaq

21 Sentyabr 2026 - 18:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.