"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Borc içində batanlar və… İlham Əliyevin əmri

21 Sentyabr 2015 - 09:30
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Prezident İlham Əliyev bu günlərdə Kürdəmir və Ağsu rayonlarına səfəri zamanı yerli ictimaiyyət nümayəndələri qarşısında etdiyi çıxışda ölkədə və dünyada gedən iqtisadi proseslər barədə danışarkən növbəti dəfə Azərbaycanın xarici borcu məsələsinə toxundu.
Prezident bəzi Avropa ölkələrinin Ümumi Daxili Məhsulun həcmindən dəfələrlə çox xarici borc öhdəliyinin olduğunu xatırladaraq bildirdi ki, hazırda qlobal miqyasda iqtisadi böhran əlamətlərinin müşahidə edildiyi bir vaxtda Azərbaycan dünyada ən az xarici borcu olan ölkələr arasındadır. Və istəsə xarici borcunu bir günə ödəyə biləcək qədər valyuta ehtiyatlarına malikdir.
“Mən istəsəm əmr edərəm, bütün xarici borcumuzu bir günün içində ödəyərlər”-prezident elə bu cür də dedi.
Ola bilsin ki, Kürdəmir və Ağsu ictimaiyyətinin nümayəndələri (belələri isə adətən qlobal iqtisadiyyat, makroiqtisadi göstəricilər və xarici borcun məbləğinin az, yaxud çox olmasının insanların güzəranına, gələcəyinə hansı təsirinin olduğu haqda dərin iqtisadi biliklərə malik olmayan yerli məmurlardan və ictimai fəallardan ibarət olur) prezidentin indiki iqtisadi çətinliklər dövründə xarici borcların az olmasını niyə xüsusi vurğulamasının fərqinə dərindən varmayıblar.
Lakin dünyada gedən iqtisadi prosesləri hərtəfəli analiz edənlər yaxşı dərk edir ki, indiki situasiyada Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üçün xarici borcun məbləğinin həm ÜDM-ə nisbətdə, həm adambaşına düşən borc nisbətində minimal olmasının hansı taktiki üstünlükləri var.
Son statistik rəqəmlərə görə Azərbaycanın indiyədək imzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ÜDM-in  cəmi 12,2 faizini təşkil edir, adambaşına düşən xarici dövlət borcu isə 686,5 dollardır.
Bu, dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə nə dərəcədə böyük rəqəmdir? Yaxud Azərbaycanın daxil olduğu MDB məkanında xarici borclar üzrə göstəricilər necədir?
Xarici iqtisadi nəşrlərdən götürülən rəqəmlər göstərir ki, dünyanın inkişaf etmiş ölkələrinin az qala hamısı sanki borc hesabına yaşayır. Hazırda çox az ölkə nəzəri olaraq  xarici borc öhdəliklərini bir gündə tamamilə bağlaya bilər.  Əslində isə heç kim xarici borc öhdəliklərindən tamamilə azad olmaq istəmir və kifayət qədər pulu olan ölkələr də xarici kreditlərdən istifadə edir. Xarici borclanma müasir dünya iqtisadiyyatının ayrılmaz komponentidir.
Rəqəmlərə keçməzdən əvvəl qeyd etmək lazımdır ki, xarici borcun məbləğinin ölkələr üzrə az və ya çox olmasına həmin ölkənin iqtisadiyyatının nə dərəcədə inkişaf etməsi də təsir göstərir. Məsələn, zəif iqtisadiyyata malik olan, sənayeləşməmiş, kənd təsərrüfatı ölkələrinin xarici borclarının məbləği cüzi görünə bilər. Çünki bu ölkələrə borc vermək istəyən də çətin tapılır.
Digər tərəfdən belə ölkələrdə bank sistemi inkişaf etmədiyindən və ixrac qabiliyyətli məhsullar istehsal edən, səhmləri dünya birjalarında alınıb-satılan müəssisələr az olduğundan, (yaxud ümumiyyətlə olmadığından)  özəl sektor inkişaf etmədiyindən borc almaq istəyən subyektlər də məhduddur.
Xarici borclanma üçün mühüm şərtlərdən biri də beynəlxalq reytinq agentliklərinin həmin ölkənin reytinqini investisiya səviyyəsində müəyyən etməsidir. Çünki defolt həddində olan ölkəyə borc vermək əlavə risklər deməkdir. Azərbaycanın isə ötən 10-12 ildə beynəlxalq kreditorlardan borc almaq problemi olmayıb.
Sürətli iqtisadi inkişaf, ÜDM-in həcminin dəfələrlə artması, neft gəlirləri sayəsində stabil valyuta daxilolmaları Azərbaycanı beynəlxalq maliyyə təsisatları və xarici banklar üçün cəlbedici ölkəyə çevirib. Yəni hökumət istəsəydi heç bir çətinlik çəkmədən ölkəyə milyardlarla dollar xarici kreditlər cəlb edə bilərdi.
Ancaq Azərbaycanda xarici borclanma məsələsində həmişə ehtiyatlı davranıblar. Hələ ötən əsrin 90-cı illərinin ortalarında ölkədə ağır iqtisadi böhranın hökm sürdüyü dövrdə Beynəlxalq Valyuta Fondundan, Dünya Bankından, digər  beynəlxalq maliyyə təsisatlarından borc alarkən bu borcun ÜDM-dəki nisbəti  nəzərə alınırdı .
Ölkənin pula kəskin ehtiyacının olmasına baxmayaraq kredit hesabına yaxşı yaşamaq, inkişaf etmək konsepsiyasını yaxına buraxmırdılar. Azərbaycanın o vaxtkı  lideri Heydər Əliyev nəzərə alırdı ki, beynəlxalq maliyyə çevrələrinin kreditlərindən asılı duruma düşmək ölkənin gələcəyi üçün hansı siyasi-iqtisadi risklər yarada bilər.
Xarici borclanma məsələsində ehtiyatlı davranmaq siyasəti prezident İlham Əlievin hakimiyyəti dövründə də davam edib. Digər tərəfdən neft gəlirlərinin kəskin artması sayəsində Azərbaycan özü çox keçmədən borc alan ölkədən borc verən ölkəyə çevrildi. Nəticədə Azərbaycan nəinki bəzi ölkələr kimi beynəlxalq maliyyə təsisatlarından borc almaq üçün onların ağır şərtlərini yerinə yetirmək öhdəliklərindən azad oldu, eyni zamanda özü xarici siyasət və milli maraqlarından çıxış edərək tərəfdaşlarına qısamüddətli və uzunmüddətli kreditlər təklif etmək imkanları qazandı.
Məsələn, erməni lobbisinin səyləri sayəsində ABŞ Konqresi Exİm banka Bakı-Tiflis-Qars dəmir yol layihəsinin tikintisinə kredit ayırmağı qadağan edəndə Azərbaycan layihənin həyata keçirilməsi üçün Gürcüstana üst-üsə 1 milyard dollara yaxın güzəştli  borc verdi. Nəticədə Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu nəqliyyat dəhlizinə əsas maneə aradan qalxdı.
İndi isə dünyanın ən varlı və inkişaf etmiş ölkələrinin, habelə bəzi MDB ölkələrinin xarici borc göstəricilərinə nəzər salaq. Yəqin ki, dünyanın ən güclü iqtisadiyyatına malik ölkəsi deyəndə ağla dərhal ABŞ gəlir, elə deyilmi? Ancaq ABŞ nə qədər güclü, inkişaf etmiş iqtisadiyyata malik olsa da onun da xarici borcları var, özü də ÜDM-in düz 106 faizi həcmində.
Bu ilin iyun ayına olan rəqəmlərə görə ABŞ-ın xarici borcu 18 trilyon 540 milyard 449 milyon dollara yaxındır. Adambaşına düşən xarici borcun məbləği isə təxminən 58 min 500 dollar təşkil edir. Müqayisə üçün qeyd edək ki, dünyanın ikinci ən iri iqtisadiyyatına malik olan Asiya nəhənginin-Çinin xarici borcları ÜDM-in heç 40 faizinə də çatmır.
Bəs digər inkişaf etmiş Qərb ölkəsinin-Böyük Britaniyanın xarici borclarının ÜDM-in həcmindən dörd dəfə çox olduğunu bilirdinizmi? Bu ölkənin xarici borclarının məbləği 9.6 trilyon dollara yaxındır, adambaşına düşən xarici borc məbləği isə 160 min dolları keçir.
 
Fransanın xarici borcu isə 5 trilyon 750 milyard dollardan çoxdur, adambaşı xarici borc məbləği 86 min dolları keçir. Ölkənin xarici borcları ÜDM-in 222 faizini təşkil edir.
 
Almaniyanın xarici borcunun məbləği 5.6 trilyon dollara yaxındır, bu ölkədə adambaşına düşən xarici borc məbləği 68 min dolları keçir. Xarici borcun ÜDM-ə nisbəti isə 142 faizdir.
 
Niderlandın xarici borcu 2.5 trilyon dollardan çoxdur (2014- cü ilin sonuna olan rəqəmlər) , bu ölkədə adambaşına düşən xarici borc 226 min dolları keçir  və xarici borcların məbləği ÜDM-in 316 faizini təşkil edir. Yəni xarici borc illik ÜDM-in həcmindən 3 dəfə çoxdur.
 
Neft ölkəsi Norveçdə isə 737 milyard dollarlıq xarici borc var, bu ölkənin borcları ÜDM-in 141 faizini təşkil edir, adambaşına düşən xarici borc məbləği 131 min dollardan çoxdur.
 
Göstəricilərə nəzər salanda məlum olur ki, əksər inkişaf etmiş Qərb ölkələrinin xarici borcları astronomik məbləğlərdədir və ÜDM-in həcmindən çoxdur. Onlar sanki borc hesabına yaşayır və inkişaf edirlər. Doğrudur, bu ölkələrin ödəmə qabiliyyəti də yüksəkdir və onları Yunanıstan kimi defolt təhlükəsi gözləmir.
Ancaq inkişaf etmiş ölkələrin xarici borc göstəriciləri Qərb kapitalizminin hansı riskli mərhələyə gəlib çatdığını göstərir. Hazırda astronoik məbləğlərdə borclanma dünya iqtisadiyyatını təhdid edən əsas səbəblərdən biridir. 2008-ci ildə qlobal maliyyə böhranı da məhz bu borc piramidasının azacıq silkələnməsi nəticəsində baş vermişdi.
MDB ölkələri arasında isə ilk növbədə Azərbaycanla Qazaxıstanın göstəriciləri arasında müqayisə aparmaq olar. Çünki Azərbaycan kimi Qazaxıstan da neft ölkəsidir, üstəlik daha zəngin ehtiyatlara və daha yüksək hasilata, nəticədə daha çox neft gəlirlərinə malikdir.
Son rəqəmlərə görə Qazaxıstanın məcmu xarici borclarının məbləği 154 milyard dollardır, xarici borcun ÜDM-dəki payı 72 faizdir və adambaşına düşən xarici borc məbləği 4500 dollara yaxındır (özəl sektorun borcları nəzərə alınmadan). Proqnozlara görə Qazaxıstanın xarici borcları 2020-ci ilə qədər ÜDM-in 80-85 faizinə qədər artacaq. Dövlət borcunun ikiqat arta biləcəyi də istisna deyil. “Bank of America Merrill Lynch” tərəfindən bu ilin yayında açıqlanmış proqnozda deyilirdi ki, Qazaxıstanın xarici borclarının yüksək olması bu ölkəni defolta aparır.
 
MDB-nin digər neft ölkəsi Rusiyada isə xarici borcun məbləği 599 milyard dollardır. Xarici borcun ÜDM-ə nisbəti 33 faiz təşkil edir, adambaşına düşən xarici borcun məbləği 5 min dolları keçir. (həm dövlət sektorunun, həm özəl sektorun borcları nəzərə alınmaqla)
 
Qeyd etmək lazımdır ki, Rusiyanın xarici borclarının bu cür qismən aşağı olması prezident Vladimir Putinin hakimiyyətə gələndən sonra xarici borclanmanı məhdudlaşdırması  və götürülmüş borcların qaytarılmasını sürətləndirməsi sayəsində mümkün olub. Çünki Rusiyanın superderjava statusunu qaytarmağı qarşıya məqsəd qoyan Putin nəzərə alırdı ki, xarici borclar Qərbin əlində çox təsirli siyasi təzyiq alətidir.
Qonşu Gürcüstanda isə məcmu xarici borcların məbləği 14 milyard dollara yaxın olmaqla ÜDM-in 82 faizini təşkil edir.
Belarusun məcmu xarici borclarının məbləği bu ilin iyul ayına olan rəqəmlərə görə 38 milyard dollara yaxındır, adambaşına düşən xarici borc məbləği 4 min dollardan çoxdur. Xarici borclar ÜDM-in 55 faizindən çoxunu təşkil edir.
Beləliklə, müqayisələr göstərir ki, Azərbaycan MDB respublikaları arasında da ən az xarici borcu olan ölkələrdən biridir. Üstəlik xarici borcun ÜDM-dəki payı cəmi 12 faiz təşkil edir ki, bu da hökumətə gəlirlərin azaldığı bir vaxtda xarici kreditlərdən istifadə etmək üçün yaxşı imkanlar açır.
Xarici borc göstəricilərində əsas amillərdən biri borcun ÜDM-dəki payıdır. Beynəlxalq Valyuta Fondunun ekspertlərinin qiymətləndirmələrinə görə, əgər xarici borcların ÜDM-dəki payı 30 faizə qədərdisə bu, aşağı risk dərəcəsi hesab edilir. ÜDM-in 40 faizi həcmində borc orta risk dərəcəsidir. Bundan yuxarısı isə yüksək risk dərəcəsi hesab edilir. Başqa sözlə, Azərbaycan xarici borclar baxımından heç aşağı risk dərəcəsinə də malik deyil.
Ancaq  Azərbaycanın xarici borc göstəricilərinin indiki səviyyəsi necə gəldi borclanma üçün əsas deyil. Hökumət böhran dövründə xarici kreditlərdən istifadə edə, bu kreditləri yarımçıq qalmış infrastruktur layihələrinə, yeni iş yerlərinin açılmasına və iqtisadiyyatın diversifikasiyasına yönəldə bilər. Bir şərtlə ki, xarici kreditlərin xərclənməsində olduqca ciddi nəzarət mexanizmləri yaradılsın, bu kreditlər kilometri 25-30 milyon dollara başa gələn yollara xərclənməsin və korrupsiyanın güdazına getməsin. Əks halda ölkənin gələcəyini indidən boş yerə xərcləməyə, xarici borcları şişirtməyə dəyməz…
Previous Post

Borc içində batanlar və… İlham Əliyevin əmri

Next Post

“Bəşər Əsəd gedəcək, amma indi yox”

Bənzər yazılar

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23

Çərşənbə günü ABŞ-də inflyasiyanın gözləniləndən daha çox sürətlənməsinin səbəb olduğu dolların möhkəmlənməsi fonunda qızılın qiymətləri kəskin şəkildə azalır. Elchi.az xəbər...

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20

Fransada şagirdlərin ölkə üzrə etiraz aksiyalarına başladığı vaxtdan indiyədək hüquq-mühafizə orqanları əməkdaşları təxminən 8 min nəfəri saxlayıblar. Elchi.az -ın BFMTV...

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19

Albaniyanın paytaxtı Tiranada etiraz aksiyasında iştirak edən tələbələr Təhsil Nazirliyinin binasına od vurublar. Elchi.az -ın "Politico" nəşrinə istinadən verdiyi məlumata...

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin 51 %-nə nəzarət etdiyi Özbəkistanın "Davr Bank"ının rəhbərliyi yenidən formalaşdırılıb. Elchi.az Özbəkistan mətbuatına istinadən...

Next Post

"Bəşər Əsəd gedəcək, amma indi yox"

"Bəşər Əsəd gedəcək, amma indi yox"

Son xəbərlər

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.