"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Cövhər Dudayev kimdir? – FOTOLAR

20 Sentyabr 2015 - 09:37
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

Cövhər Dudayev kimdir? - FOTOLAR

Bölmə :
Maraqlı
Yayım tarixi :
19/9/2015 [16:52]
Baxılıb :
10352 dəfə
Paylaş:
Font ölçüsü :
  • a
  • a
  • a
  • a
  • a
Stalinin sürgün elədiyi 800.000 insanın içərisində Cövhər adlı 15 günlük bir uşaq da var idi
Özlərini dünyanın ən qədim xalqlarından biri olaraq görən çeçenlərin Rusiya ilə münasibətləri çarlıq dönəminə qədər uzanır. Cənuba doğru genişləmə siyasəti çərçivəsində Rusiya ilə Çeçenistan arasındakı gərginlik 18-ci əsrin sonlarından başlayıb. Bu illərdən etibarən Çeçenlər Şeyx Mansur, Şeyx Şamil kimi liderlərin başçılığı altında üsyan hərəkatlarına qatılıblar. Lakin bu üsyan hərəkatlarının ən güclüsü 20-ci əsrin sonunda oldu. Əsrlər boyu bir ovuc xalq, nəhəng imperiya tərəfindən zülmlərə məruz qaldı. Çeçenlər dəfələrlə müxtəlif yerlərə sürgün edildi. Bu sürgünlərdən birini də Stalin etdi. Stalinin əmri ilə  1944-cü ilin 23 fevralında 800.000 çeçen evlərindən çıxarılaraq Qazaxıstana və Sibirə sürgün edildilər.
Evlərini, əşyalarını buraxıb getmək məcburiyyətində qalan bu insanlar 13 il boyunca sürgündə yaşadılar. Həmin dövr ərzində Çeçenistana ruslar yerləşdirildi. Bu yolla çeçenlər xəritədən silinməli idi. Amma Stalin bunu bacara bilmədi. Stalinin sürgün elədiyi 800.000 insanın içərisində Cövhər adlı bir uşaq da var idi. Sürgün dövründə Cövhər anasının qucağında 15 günlük bir körpə idi. Bəlkə də, Cövhər sürgündə olan ən kiçik körpə idi. Soğuq hava şəraiti səbəbindən sürgün edilənlərin demək olar ki, yarısı həyatını itirdi. Amma kiçik Cövhər möcüzə nəticəsində hələ də sağ idi. Günahkar olaraq doğulan Cövhər, Qazaxıstanın Çimkənt şəhərində 13 il yaşadı. O, anasının və atasının danışdığı Çeçenistanı həmişə yuxularında görərək böyüdü. 13 yaşında olan bu uşaq hələ öz doğma torpağını görməmişdi.
Qanlı diktator Stalinin ölümündən sonra imperiya, çeçenlərin haqsızlığa məruz qaldığını qəbul etdi və onların öz doğma torpaqlarına geri dönmələrinə icazə verildi. 1957-ci ildə reallaşan geri dönüş karvanına, Cövhər və ailəsi də qatıldı. 13 il əvvəl Stalinin ağlına da gəlməzdi ki, onun sürgün etdiyi 800.000 insanın arasından bir nəfər çıxacaq və Rusiyaya sözün əsl mənasında qan udduracaq. 13 yaşlı Cövhər və ailəsi onların evlərinə yerləşmiş rusları qovdular. Öz doğma torpağı ilə tanış olan Cövhər, illər sonra imtahanlardan uğurla keçdi və Tambov Hava Hərb məktəbinə daxil oldu. Məktəbi uğurla bitirən Cövhər, Sovet ordusunda gənc bir pilot olaraq xidmətinə başladı. Öz işində dürüstlüyü və bacarığı sayəsində Cövhər, qısa zamanda yüksəlməyə başladı. Cövhər daha sonra çox əzablı həyatını bölüşəcəyi Alla Dudayeva ilə evləndi. Alla, çeçen deyildi. Amma Cövhərin ölümündən sonra qürurla həyatını sürdürməsi bu gəlinin Çeçen adət ənənələrinə bağlı olduğunu göstərirdi. İllər keçmişdi və Cövhər öz vəzifəsində yüksəlmişdi. 1989-cu il idi. Sovet sistemində artıq ilk çatlar görünməyə başlamışdı. Qarbaçovun tətbiq etdiyi “Qlasnost” və “Prestroyka” siyasətləri kommunizmə gün saydırırdı. 1991-ci ilin sonunda gözlənən son, reallaşdı və Sovet imperiyası çökdü.
İmperiyanın çöküşü öncəsi Cövhər, artıq general rütbəsinə qədər yüksəlmişdi. O, Estoniyada xidmətinə davam edirdi. General Estoniyada xidmətdə olduğu bir zamanda, stadionda keçirilən bir tədbirdə estoniyalı gənclər, Eston bayrağı açaraq azadlıqlarını elan etdilər. Sovet ordusunda general olan Cövhər, bu hərəkəti normal qarşıladı. Daha sonra generala bu tip aksiyalara müdaxilə etmək əmri verildi. Lakin general müdaxilə etmədi və estonlar arasında xeyli hörmət qazandı. Estoniyadakı bu hadisələr zamanı Cövhərin öz ölkəsində – Çeçenistanda hərəkətli günlər yaşanırdı. Moskva generalın itaətsizliyini həzm edə bilmədi və Cövhəri cəza olaraq Qroznıya göndərdi. Cövhər  Dudayev 1990-cı ilin may ayında öz vəzifəsindən istefa verdi. Dudayev 1990-cı ildə toplanan Çeçen Xalqının Qurultayına dəvət edildi və daha sonra “Çeçen Xalq Konqresi” adını alan bu xalq məclisinin idarə heyətinə sədr seçildi. 1991-ci ildə keçirilən seçkilərdə Cövhər Dudayev 85% səs toplayaraq Çeçenistanın prezidenti seçildi. Bundan sonra Ruslara qaşı “çeçen mübarizəsi” başladı. Yenidən ayağa durmağa cəhd edən Rusiya, Çeçenistanda baş verənlərə bir müddət sonra əl uzatdı. Rusiya Cövhər Dudayevə qarşı olan müxalif qrupları gizli formada dəstəklədi. Dövlət, çeçenləri bir-birinə qırdıraraq sonda xilaskar kimi bölgəyə girməyi planlaşdırmışdı. Lakin uzun müddət Sovet ordusunda xidmət etmiş Dudayev, Rusiyanın bu planından xəbərdar idi və bu plana qarşı addımlar atdı. 1994-cü ilin sonunda isə rusların Çeçenistanda başlatdığı işğal və soyqırım hərəkətlərinə qarşı Cahar Dudayev “Son çeçen canını vermədən ruslar ölkəmizə hakim ola bilməz” deyərək xalqını “cihad”a səslədi. Rusiya müdafi naziri həmin dönəm çeçen terrorçuların cəmi 2 saata məhv ediləcəyini dedi. Lakin  Dudayevin liderliyindəki çeçen xalqı, 2 ilə yaxın bir müddətdə şanlı bir azadlıq mübarizəsi apardı.  Rusiya müdafiə nazirinin 2 saata hər şey yoluna qoyulacaq dediyi məsələ, 2 il çəkdi və sonda 1996-cı ildə Çeçenistan ruslardan təmizləndi. Dudayev Qafqaz tarixində yeni bir səhifə açdı. Lakin bu sevinc uzun çəkmədi. Bir neçə ay sonra Cövhər Dudayev öldürüldü. Cövhər Dudayev öldürülməmişdən əvvəl Türkiyə baş naziri Nəcməddin Ərbakanla görüşmüşdü. Baş nazir Dudayevə “Nec immersat-m” telefonu hədiyyə etmişdi. Elə bu telefon da onun sonu oldu. İddialara görə həmin telefon vasitəsiylə Cövhər Dudayevin yeri öyrənilirdi. Baş nazir Nəcməddin Ərbakanın bütün planlardan xəbərsiz olduğu deyilirdi. Dudayevə hədiyyə edilmiş bu telefon vasitəsiylə onun yeri CİA (Mərkəzi Kəşfiyyat İdarəsi) tərəfindən öyənildi və məlumatlar KGB-yə ötürüldü. Lakin məlumatın tam əldə edilməsi üçün telefonun uzun müddət siqnal göndərməsi lazım idi. Bunun üçün tək bir şey lazım idi. Dudayevin telefonu bir müddət məşğul olmalı idi. Bu vəzifəni də yüksək rütbəli biri həyata keçirdi. Dudayevlə baş tutan telefon danışığı uzun çəkdi. C.Dudayevin yeri tam öyənildi. Əldə edilmiş kordinata raket atəşi gerçəkləşdirildi. 21 aprel 1996-cı ildə əsgərlərlə görüşdən qayıdan Cövhər Dudayev öldürüldü. Cövhərin öldürülməsinə baxmayaraq çeçenlərin mübarizəsi bitmədi. Bu müharibə illərlə sürdü. Ölkədə hal-hazırda yaşayan çeçenlər, artıq hər əlli ildən bir mübarizənin yenidən baş qaldıracağına inanırlar. Çeçenlərin qəhrəmanı Cövhər Dudayev ölsə də, onun qurduğu sistem bir müddət yaşadı. Dudayevin həyat yoldaşı Alla Dudayeva isə qürurla həyatını davam etdirdi və həyat yoldaşı haqqında “Milyon birinci” adlı kitabını yazdı.
Previous Post

Cövhər Dudayev kimdir? – FOTOLAR

Next Post

Taksi sürücüsü özünü yandırdı – SUMQAYITDA

Bənzər yazılar

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13

Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub. Elchi.az -ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan...

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11

BƏƏ sahillərində "Gem No. 2" tankerindən neft sızması dayandırılıb, yeni neft sızması halları aşkar edilməyib, zərər çəkmiş sahilboyu ərazilərin təmizlənməsi...

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29

Yəmənin hökumət qüvvələri "Yəmən şəfəqi" hücum əməliyyatı çərçivəsində son saatlar ərzində husilərə 1087 zərbə endirdiyini açıqlayıb. Elchi.az xəbər verir ki,...

Next Post

Taksi sürücüsü özünü yandırdı - SUMQAYITDA

Ordumuz ermənilərə ağır zərbələr endirdi

Son xəbərlər

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33
Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13
“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11
“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29
G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

30 Oktyabr 2026 - 20:26
Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

30 Oktyabr 2026 - 20:24
Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

30 Oktyabr 2026 - 20:22
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

30 Oktyabr 2026 - 19:28
İspaniya millisi Bakıda dünya çempionu oldu

İspaniya millisi Bakıda dünya çempionu oldu

30 Oktyabr 2026 - 19:20
“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

30 Oktyabr 2026 - 19:11
Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

30 Oktyabr 2026 - 18:59
Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

30 Oktyabr 2026 - 18:45
Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

30 Oktyabr 2026 - 18:38
Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

30 Oktyabr 2026 - 18:26
Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

30 Oktyabr 2026 - 18:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.