"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

​”Atan kazaklardır”, yaxud Türkiyədə vətəndaş qarşıdurması yaratmaq cəhdləri – ŞƏRH

16 Sentyabr 2015 - 09:53
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

Bunu edənlərin əsas məqsədi türk-kürd qarşıdurması yaratmaq və kürdlərlə türklərin bir yerdə yaşamağının mümkün olmadığı iddiasını ortaya atmaqdırBoz qurdun başını simvol kimi göstərməklə o əqidənin daşıyıcısı olmurlar, axı?!  

İraq, Suriya və Yəməndəki hakimiyyət boşluğundan istifadə edilərək, bu ölkələrin ərazi bütövlüyü pozulub və çeşidli ad altında qurumlar ortaya çıxıb.

Hazırda terrorçu PKK kimi qruplaşmalar adı altında da Türkiyədə qarışıqlıq yaratmağa, ölkənin bir hissəsini nəzarətdən çıxarmağa səy göstərilir. Hər halda bütün faktlar bunu göstərir və heç bir şübhə doğurmur.

Bu azmış kimi Türkiyədə etnik zəmində iğtişaşlar yaratmağa və ya bunu təşkil etməyə çalışırlar.

Ötən həftə ölkənin müxtəlif şəhərlərində keçirilən “Terrora lənət!” yürüşündə xoşagəlməz hadisələr də yaşanıb. Bu aksiyada iştirak edən iki nəfərdən Atatürkün şəkli çəkilmiş portret və Türkiyə bayraqları daşıyan avtomobillərdən birindən terrorçu PKK və İŞİD-ə aid vəsiqə, ov tüfəngi, tapança, fişəng, çoxlu sayda mobil danışıq və komputerin yaddaş kartları aşkarlanıb. 19 yaşlı sürücü Barkın Parın, onun yanındakı isə 18 yaşlı Aslı Ç. adlı PKK-çı müəyyənləşib.

Hər halda bu istiqamətdə istintaqın getdiyi bildirilir, nəticələrin də yaxın zamanlarda açıqlanacağı istisna edilmir.

İlkin araşdırmaya əsasən, onlar aksiyanın keçirildiyi ərazidə qarşıdurma yaratmaq istəyirmişlər.

Hər iki şübhəli barəsində Cinayət Məcəlləsinin terror təşkilatına üzv olmaq, terrorçuluq təbliğatı aparmaq, milli zəmində iğtişaş yaratmaq və bu yöndə təliğat aparmaq maddələri ilə cinayət işi açılıb.

Türkiyənin Kırşehirindəki yürüş nəticəsində dükanı yandırılaraq, dağıdılan sahibkarın öz mağazasının qarşısına yazıb, vurduğu plakat ölkədə milli zəmində iğtişaş salıb, aranı qarışdırmaq istəyənlərə tutarlı cavablardan biri sayıla da bilər: “Mağazamıza basqını Kirşəhir əhalisi deyil, şəhərimizə xaricdən gələn və ölkəmizi iç savaşa sürükləyən təxribatçılar edib”.

Plakatda yazılıb ki, baş verən pozuculuq işləri türk-kürd qardaşlığına qarşı törədilən hərəkətdir:  “Biz bundan sonra da qardaşca yaşamağı davam etdirəcəyik”.

Plakatda baş verənlərin həm də savadsızlıqdan və təbliğatın zəif getdiyi üzündən baş verdiyi vurğulanıb.

Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli də iğtişaşları pisləyərək, Türkiyədə etnik zəmində problem yaratmaq istəyənləri sərt şəkildə qınayıb.

Heç şübhəsiz, son aylarda Türkiyədə yaşanan hadisələri törədənlərin əsas məqsədi türk-kürd qarşıdurması yaratmaq və nəticədə kürdlərin bu ölkədə türklərlə bir yerdə yaşamağının mümkün olmadığı iddiasını ortaya atmaqdır.

“Milli zəmində” qarşıdurmanın nə olduğunu azərbaycanlılar yaxşı bilir və bu acı hadisələr Azərnbaycanda 110 il öncə yaşanıb. 1905-ci ölkədə türk-erməni qarşıdurmasını salanların arxasında “atan kazaklar” dururdu (Cəfər Cabbarlının “1905-ci ilə” pyesində deyilənləri xatırlatmaq kifayətdir). Sonrakı dönəmlərdə bu proses Azərbaycan torpaqlarında Ermənistan adlı dövlətin yaradılması ilə nəticələndi. Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları əhatə edən 20 faiz torpağı “atan kazaklar”ların çox illik fəaliyyətinin nəticəsində işğal olunub.

Başqa bir örnək kimi indiki Ermənistandan, Qərbi Azərbaycandan azərbaycanlıların qovulmasını və o hadisələrin ardınca Sumqayıtda baş verənləri göstərmək olar. Bütün bunların təşkilatçısının keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi olduğu artıq təsdiqlənib.

Hətta, Dağlıq Qarabağ münaqişəsinin milli zəmində baş verdiyini iddia edənlər də var.

Bu baxımdan Türkiyədə də bu sayaq əməllərin ideoloqlarının “kazaklar”, “beşinci koloniya”, “ingilis barmağı” olması ehtimalı az deyil. Çünki bu qüvvələr bir əsrdən artıqdır Türkiyəni yalnız parçalamaq deyil, məhv etmək niyyətlərindən əl çəkməyiblər. Kimi İstanbulda çəkmələrini yumaq istəyir, kimi Türkiyənin bu şəhərində dini mərkəz yaratmaq, kimi bu ərazini özünə qatmaq iddiasındadır və s. Bu məqsədlə çeşidli saxta tarixlər də yazılıb.

Ona görə də Türkiyədə milli zəmində qarşıdurma yaratmaq istəyənlərin əsas hədəfi aşağıdakılardır:

– vətəndaşların biri-birinə və dövlətə etibarını, inamını zəiflətmək;

– cəmiyyətin terrora və xaricdən olan başqa mənfi təsirlərə qarşı müqavimətini azaltmaq;

– vətəndaş qarşıdurması yaratmaq;

– ölkəni küçə savaşlarına sürükləmək;

– Türkiyənin dünyadakı nüfuzuna zərbə vurmaq;

– ölkəni iqtisadi, o cümlədən xarici sərmayənin qoyulması baxımından riskli dövlətlər siyahısına daxil edilməsinə nail olmaq;

– vətəndaşların ölkə iqtisadiyyatına qoyduğu sərmayənin xaricə çıxarılmasını təmin etmək;

– Xarici iş adamlarının ölkəyə qoyduqları sərmayənin geri çəkilməsinə nail olmaq;

-Türkiyənin ərazi bütövlüyünü pozmaq və s.

Bu baxımdan adsız və orta barmaqlarını baş barmaqla birləşdirib, bozqurdun başının simvolunu göstərənlərin heç də hamısı nələrin baş verdiyini alınmır. Bu işarə boz qurd başından başqa əllərini o formada yuxarı qaldıranlardan bəzilərində donuz, kimi də ayı, digərlərində tülkü, kim də çaqqal başına oxşayır. Bu elə Türkiyədə vətəndaş qarşıdurması yaratmaq istəyənlərin bağlı olduğu mərkəzlərə də bir işarə ola bilər. Boz qurdun başını simvol kimi göstərməklə o əqidənin daşıyıcısı olmurlar, axı?!

Sədrəddin İsmayılov /report.az/

Previous Post

​”Atan kazaklardır”, yaxud Türkiyədə vətəndaş qarşıdurması yaratmaq cəhdləri – ŞƏRH

Next Post

Inanılmaz: Təyyarədən paraşütsüz atıldı ve…

Bənzər yazılar

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

15 Sentyabr 2026 - 21:59

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1 399 nəfərə çatıb. Elchi.az  yerli mediaya istinadən xəbər verir ki, bu barədə Nepal hakimiyyəti...

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

15 Sentyabr 2026 - 21:57

İranın Sepahan aviaşirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi şassi ilə bağlı yaranan problem və mühərrikin ehtimal olunan zədələnməsi səbəbindən Məşhəd...

Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

15 Sentyabr 2026 - 21:55

Fransanın paytaxtı Parisdə təxminən 10 min polis əməkdaşı əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyasına çıxıb. Elchi.az...

Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

15 Sentyabr 2026 - 21:53

ABŞ Prezidenti Donald Tramp, konservativ çoxluğunun formalaşmasına şəxsən kömək etdiyi Ali Məhkəməni kəskin tənqid edib. Elchi.az -ın verdiyi məlumata görə,...

Next Post

Inanılmaz: Təyyarədən paraşütsüz atıldı ve...

Inanılmaz: Təyyarədən paraşütsüz atıldı ve...

Son xəbərlər

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

15 Sentyabr 2026 - 21:59
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

15 Sentyabr 2026 - 21:57
Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

15 Sentyabr 2026 - 21:55
Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

15 Sentyabr 2026 - 21:53
ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

15 Sentyabr 2026 - 20:36
İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

15 Sentyabr 2026 - 20:17
Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 Sentyabr 2026 - 20:11
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

15 Sentyabr 2026 - 20:10
Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

15 Sentyabr 2026 - 20:07
Ronaldo çıxış etdiyi klubu ala bilər

Ronaldo çıxış etdiyi klubu ala bilər

15 Sentyabr 2026 - 19:28
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər

Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər

15 Sentyabr 2026 - 19:20
Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

15 Sentyabr 2026 - 19:12
Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib

Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib

15 Sentyabr 2026 - 19:00
Polis Akademiyasında andiçmə mərasimi keçirilib

Polis Akademiyasında andiçmə mərasimi keçirilib

15 Sentyabr 2026 - 18:51
AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında “Bilik günü” keçirilib

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında “Bilik günü” keçirilib

15 Sentyabr 2026 - 18:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.