"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Faşizm Avropaya miqrantlarla birgə qayıdır…

29 Avqust 2015 - 11:47
in XƏBƏR LENTİ
FacebookVatsap

Faşizm Avropaya miqrantlarla birgə qayıdır…

Son həftələrin Avropası ölümdən qaçan miqrantlarla yerli əhalinin savaş meydanını xatırladır.

Bunu da oxuyun

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

Ksenofobiya və narazı xırda burjuanın ideologiyası olan faşizm yenidən “Köhnə dünya”nın seçiminə çevrilir. Xalqların yeni köçünün uğursuzluğa məhkumluğu həm də bütün dnyada insan fəlakətinə yeni, acımasız, humanizm ideyalarından çox uzaq münasibtin formalaşdığından xəbər verir.

Son hadisələrə nəzər salaq. Avqustun 26-da Leyptsiq yaxınlığında qaçqınlar üçün hazırlanmış düşərgə yandırılır. Avqustun 25-də Nauen şəhərində (Almaniya) qaçqınların yerləşdiriləcəyi idman zalı oda verilir.

Avqustun 22-də Drezden yaxınlığındakı Haydenauda yerli əhali qaçqın düşərgəsini mühasirəyə alaraq binaya “Molotov kokteylləri” atırlar. Polislə toqquşmada hər iki tərəfdən onlarla şəxs yaralanır.

Yaxud bu ilin əvvəlindən 110 mindən çox qeyri-leqal miqrantın sərhədini keçdiyi Macarıstanda sərhədləri qaçqın axınından qorumaq üçün ordudan istifadə etməyə qərar verilib. Eyni zamanda Macarıstan Serbiya ilə sərhədinə (miqrantlar ən çox bu ölkədən gəlir) hasar çəkir və bu baryer artıq qışda hazır olmalıdır. Divarın uzunluğu 175 kilometr, hündürlüyü isə 4 metr olacaq.

Serbiyada dəmiryol vağzalının perronunda dincələn miqrantlar

Ən çətin vəziyyət İtaliya və Yunanıstandadır. 800 min qaçqın buradan digər Avropa ölkələrinə keçməyə çalışır, ancaq heç bir ölkə onları qəbul etmək istəyində deyil.

Qaçqınların sayı isə günbəgün artır. Təkcə Suriyanı son 4 ildə 3 milyondan çox adam tərk edib (bu, Suriya əhalisinin üçdə biri deməkdir).

Bu günlərdə Yunanıstanla Makedoniyanın sərhədində Suriyadan qaçan miqrantlarla sərhədçilər arasında əsl insan dramı yaşandı. Fotolarda sərədçilərin qaçqın uşaq və qocalara qarşı amansızlığı özünə yer aldı. Üstəlik, Bolqarıstan qaçqınlardan qorunmaq üçün Makedoniyaya 25 zirehli maşın göndərmək niyyətindədir.

Avqustun 27-də Avstriyanın şərqində içərisində 50 qaçqının cəsədi olan yük maşını tapılıb. Ölümün səbəbi oksigen çatışmazlığıdır. Bu binəsiblər qeyri-leqal qaçqın biznesinin qurbanlarıdır.

Bir sözlə, qaçqınları Avropanın heç yerində istəmirlər. Onların gəlişinə mane ola biləcək adekvat tədbirlər planı da yoxdur. Üstəlik, məhz Avropanın iştirakı ilə yaradılmış obyektiv səbəblər – işğal, müharibə, silah alveri, kubar dövlətlərin dağıdılması kimi şərtlər (o şərtlər ki, qaçqın dalğasını “qidalandırır”), aradan götürülməyib. Deməli, köç davam edəcək.

Bu neqativ prosesdə heç bir səbəbkar özünün cinayətkar rolunu boynuna almaq istəmir. Xaos və dezinteqrasiya proseslərinin sonu görünmədiyindən, qçqınların sayının isə davamlı şəkildə artacağının tamamilə gözlənilən olduğunu nəzərə alsaq, gəlmələrlə yelilərin savaşı da dərinləşəcək.

Bu isə Avropa arenasına yenidən millətçiliyin və faşizmin qayıdışı ilə nəticələnəcək.

***

Fəlakət isə qlobaldır. Çünki onun əsasında həm də əzilənlərə və zəiflərə olan münasibətin radikal şəkildə dəyişməsi dayanır. Yəni dünya yeni “dəyərlər”ə sahiblənir. Və bu yeni “dəyərlər” – antihumanizmdir.

1960-cı illərdən başlayaraq dünyada incidilənlərə münasibətdə dəyişiklik baş vermişdi – bu, həmin əzilənlərin yanında olmaq, onlara haqlı tələblərində kömək etmək konsepsiyası idi.

Bunu humanizm konsepsiyası da adlandıra bilərik. Yəni istər siyasətdə, istər mədəniyyət, ədəbiyyat və incəsənətdə belə bir meyl formalaşır – əzilənlərə birbaşa, yerindəcə kömək etmək lazımdır.

Məhz bunun nümunəsidir ki, Çe Gevara Konqo və Boliviyada vuruşur, alman RAF-ı fələstinlilərlə birlikdə əməliyyatlar keçirir, Argentina “montonerolar”ı Nikaraqua sandinistlərinə kömək edir, fransız intellektuallar Əlcəzair üsyançılarının tərəfinə keçir.

Yaxud kinematoqrafda “Üçüncü kino” cərəyanı formalaşır. Bu cür siyasi filmlərdə tamaşaçı seçməlidir: o, döyüşən haqlılarla bir yerdə mübarizə aparmağa hazırdır, ya yox?

Bu cür filmləri Argentina “montonerolar”ı, Avropada Kosta-Qavras və fon Trotta kimi rejissorlar çəkirlər. Onun çoxsaylı nümunələri seyrçiləri mübarizə aparanlara kənardan ehtiram hissi ilə baxmağa yox, bilavasitə əzilənlərlə birlikdə savaşmağa çağırırdı.

Bu humanist konsepsiya 1980-cı illərin sonlarından başlayaraq humanitar konsepsiya (yəni, inan haqları konsepsiyası) ilə əvəzləndi. Əslində bu, Qiyamdan epataja keçid idi.

Yəni bütün sahələrdə qurbanlıqlara yalnız empatiya hissi bəsləməklə kifayətləndilər. Siyasətdə bu, əzilənlərin mübarizəsinə birbaşa dəstəyin bu əzilənləri miqrant kimi qəbul etməklə əvəzlənməsi idi. Yəni çox-çox uzaqlarda savaş gedir, o savaşda haqlı tərəfə qələbə çalmaq üçün kömək etmək yox, olsa-olsa əzilənlərin müəyyən hissəsini varlı ölkələrdə yerləşdirmək yetərlidir.

Diktaturalar, qan, ölüm, müharibə isə davam etsə də olar. Bir sözlə, qurbanlara haqq işində kömək yox, onlara acımaq bəs edir.

Nəticədə Azadlıq və haqq işi uğrunda mübarizə aparanlara münasibətdə aksent insan haqları fəlsəfəsi ilə əvəzlənir. Yəni mübarizənin müdafiəsi yox, qurbanlıqların müdafiəsi fəlsəfəsi əsas götürülür. Ədəbiyyatda da, kinoda da müəllif və rejissor oxucuya və seyrçiyə münaqişədə hansısa konkret tərəfin mövqeyində dayanmağı, özlərini qəhrəmanlarla identikləşdirməyi təlqin edən sənət nümunələrini yox, vur-tut qurbanlıqlar haqda əsərləri təklif edirlər. Sonunda isə baş verənlər humanizmin fəlakti yox, humanitar fəlakət kimi qavranılır.

Bu, ona oxşayır ki, siyasət, ədəbiyyat, mədəniyyət və incəsənət nümayəndələri, yaxud adi vətəndaşlar Osventsimdə insan hüquqlarını qorumağı Hitlerdən xahiş etsinlər.

İndi isə biz tamaşanın üçüncü aktındayıq. Daha humanitar konsepsiya da yoxdur. İndi var antihumanizm konsepsiyası. Yəni əzilənlərin nəinki mübarizəsinə yardım olunmur, artıq əzilənlərə mərhəmət hissində də imtina olunur. Və bu, sivilizasiyanın sonuna bənzəyir…

Previous Post

Faşizm Avropaya miqrantlarla birgə qayıdır…

Next Post

Keçmiş polisi öldürənin kriminal aləmlə əlaqələri olub – Şok faktlar

Bənzər yazılar

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

09 Noyabr 2026 - 11:59

Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkəsi hesabında...

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Günüdür

09 Noyabr 2026 - 00:00

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Elchi.az-ın məlumatına görə, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

08 Noyabr 2026 - 21:27

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda təntənəli bayram konserti keçirilib. Elchi.az xəbər verir ki, tədbir Heydər...

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

08 Noyabr 2026 - 20:53

Noyabrın 8-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və...

Next Post

Keçmiş polisi öldürənin kriminal aləmlə əlaqələri olub - Şok faktlar

Keçmiş polisi öldürənin kriminal aləmlə əlaqələri olub - Şok faktlar

Son xəbərlər

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

09 Noyabr 2026 - 18:00
Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb

Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb

09 Noyabr 2026 - 17:34
“Zəfər nəsli” gənclər düşərgəsinin açılış mərasimi keçirilib

“Zəfər nəsli” gənclər düşərgəsinin açılış mərasimi keçirilib

09 Noyabr 2026 - 17:26
İrəvanla Bakı arasında münasibətlərin normallaşması… – Şoyqu

İrəvanla Bakı arasında münasibətlərin normallaşması… – Şoyqu

09 Noyabr 2026 - 17:19
Dağlıq ərazilərdə yollar buz bağlaya bilər – XƏBƏRDARLIQ

Dağlıq ərazilərdə yollar buz bağlaya bilər – XƏBƏRDARLIQ

09 Noyabr 2026 - 17:10
Adanada zəlzələ olub

Adanada zəlzələ olub

09 Noyabr 2026 - 16:59
Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

09 Noyabr 2026 - 16:39
Yağışa görə bu oyun təxirə düşdü

Yağışa görə bu oyun təxirə düşdü

09 Noyabr 2026 - 16:30
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək

Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək

09 Noyabr 2026 - 16:14
Özgür Özəl İlham Əliyevi təbrik etdi

Özgür Özəl İlham Əliyevi təbrik etdi

09 Noyabr 2026 - 16:01
Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

09 Noyabr 2026 - 12:30
Sabah Bakıya yağış yağacaq

Sabahın havası açıqlanıb

09 Noyabr 2026 - 12:21
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

09 Noyabr 2026 - 12:00
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

09 Noyabr 2026 - 11:59
DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

09 Noyabr 2026 - 11:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.