"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Həyatımızın aynası: İTV

28 Avqust 2015 - 10:57
in KÖŞƏ YAZILARI
FacebookVatsap
Foto: Həyatımızın aynası: İTV / Cəmiyyət

İctimai Televiziya haqqında dediklərimin hamısının arxasında konkret fakt dayanır. Daim hərəkətdə olan və eyni zamanda cəmiyyətin bütün təbəqələrində özünə qarşı bir inam, etibar qazanan bu nəhəng televiziya dəyirmanı son dərəcə güclü informasiya axınını özündə əsl peşəkarlıqla üyüdür və tamaşaçılarına təqdim edir.

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

O üzdən haqqında söhbət açdığımız ünvana vahid bir orqanizm kimi baxmağımız da təbiidir. Burada az qala hər şey bir-birini zərgər dəqiqliyilə tamamlayır. Nədən danışırsansa, nədən başlamaq istəyirsənsə, yenə də o bütövlüyü görürsən və qeyri-ixtiyari olaraq ayrıca hansısa verilişi deyil, bütöv bir televiziya ekranının əks etdirdiyi nə varsa, hamısını gözlərinin önündən keçirirsən. Məncə, bu, İctimai Televiziyanın əldə etdiyi son dərəcə möhtəşəm uğurdur və ən əsası, bu uğurdan hamımıza pay düşür.

Güclü rəqabət haqqında söz açmağa çətinlik çəkirəm. Televiziya məkanlarımızın özlərini çox asanlıqla nüfuzdan saldığı bir vaxtda, əgər ciddi rəqabət haqqında danışmaq istəsək, o rəqabətin ən etibarlı, ən sağlam ünvanlarından biri, bəlkə də birincisi elə İctimai Televiziyanın özü olacaq. Çünki bu meydanda hər şey özünün təbii görüntülərilə yalanı, illüziyanı səhnə arxasına sıxışdırır və bizdə üz-üzə gəldiyimiz hər hansı fakt haqqında doğru-düzgün təsəvvür formalaşdırır. Bəzən bu, ən adi etik normalardan tutmuş ən ali əxlaq kodekslərinədək gedib çıxır. Bununla da, cəmiyyətin intellektual səviyyəsini, dünyagörüşünü, ictimai-siyasi baxışlarını nəzərəçarpacaq dərəcədə yönləndirir…

Bu məkanda bayağı, süni təsvir və təşviqi görmək, bəlkə də, nə vaxtsa rastlaşa biləcəyimiz nadir hadisələrdən biri olardı. Çünki İctimai Televiziya peşəkar komandası ilə şəxsən mənə bir sırada çiyin-çiyinə vermiş, bir-birinə güvənən, etibar edən və nəhayət, uğrunda çarpışdığı məram və məqsədi yetərincə aydın dərk edən əsgərləri xatırladır. Belə əsgərlərin səfini pozmaq çox çətindir. Bu sıra, bu nizam qələbəni davamlı inadkarlığı, yaradıcılıq axtarışları ilə təmin edir və böyük bir səmimiyyətlə yenə də bizimlə bölüşür.

On il… Məncə, efir məkanında özünü döğrultmaq, özünü təqdim etmək, nəhayət, özünü tanımaq və tanıtmaq üçün bu müddət İctimai Televiziyaya kifayət qədər yetərli oldu. O qısa müddət ərzində etibarını qazandığı tamaşaçı auiditoriyasını, obrazlı ifadə etsək, öz əhatə dairəsində saxlamağı və bu sayı günbəgün artırmağı bacardı. Bütün bu uğurların arxasında isə, heç şübhəsiz, gecəli-gündüzlü, bitib-tükənməyən yaradıcılıq axtarışları, davamlı ciddi müşahidələr, bir sözlə, peşəkarlıq dayanır.

Milli Mətbuatımızın təməl prinsiplərinə, maarifçilik ənənələrinə intellektual mövqedən yanaşan bu doğma televiziya məkanı həm də, cəmiyyətin bütün təbəqələri üçün açıq olan qapıları ilə bizə doğmadır. Burada dövlətçilik ənənələri, milli dəyərlər, vətənpərvərlik, ümumiyyətlə, insani olanlar artıq on ildir ki, bizə öz həqiqi siması ilə təqdim edilir.

İnsanların bir-birinə və gələcəyə olan inamı artırmaq, sevinci sevinc, kədərə kədər kimi yaşamaq mədəniyyətini formalaşdırmaq, Vətənə, Dövlətə, xalqa sədaqət aşılamaqdır İctimai Televiziyanın bugünkü məramı, bugünkü məqsədi. Məncə, ötən son illər ərzində o, bu məqsədə çəkdiyi ağır zəhmət bahasına ləyaqətlə, şərəflə nail olub. Elə məhz buna görə də on yaşını qeyd etməyə hazırlaşan İctimai Televiziyanın bu yubiley sevincini hamımız ürəkdən bölüşürük. Çünki bu, bizim hamımızın bayramıdır…

İbrahim Rüstəmli,
Əməkdar jurnalist

Previous Post

Həyatımızın aynası: İTV

Next Post

“Dərman bazarında qıtlıq yoxdur”

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

"Dərman bazarında qıtlıq yoxdur"

"Dərman bazarında qıtlıq yoxdur"

Son xəbərlər

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25
ABŞ-də qaz anbarında güclü yanğın baş verib

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

17 Avqust 2026 - 21:22
Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

17 Avqust 2026 - 21:21
Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

17 Avqust 2026 - 19:29
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

17 Avqust 2026 - 19:16
Şəmkirdə ağır qəza: dörd nəfər öldü

Şəmkirdə ağır qəza: dörd nəfər öldü

17 Avqust 2026 - 19:08
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

17 Avqust 2026 - 18:50
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

17 Avqust 2026 - 18:32
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

17 Avqust 2026 - 18:18
Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

17 Avqust 2026 - 18:05
Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

17 Avqust 2026 - 17:59
Samuxda bir nəfər kanalda batıb

Samuxda bir nəfər kanalda batıb

17 Avqust 2026 - 17:56
Azərbaycan nefti cüzi bahalaşdı

Azərbaycanın neft-qaz sektoruna investisiyaların həcmi 30%-dən çox artıb

17 Avqust 2026 - 17:53
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

17 Avqust 2026 - 17:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.