Mərkəzi Bank bu barədə iddiaları təkzib etsə də, cəmiyyətdə manatın ikinci dəfə kəskin devalvasiyaya uğrama ehtimalından doğan ciddi narahatlıq səngimək bilmir. Əhali kütləvi şəkildə manat ehtiyatlarını dollara dəyişir, banklardan əmanətlərini geri götürür. Ekspertlərin proqnozları da nikbin heç nə vəd etmir.
Bir tərəfdən neftin ucuzlaşması, digər tərəfdən isə Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması manatın məzənnəsinin sabit saxlanılmasını çətinləşdirir. Ötən dəfə manatın devalvasiyasından sonra yaranan problemlər hələ həllini tapmadığı bir zamanda, ikinci devalvasiyanın olması ölkə iqtisadiyyatı üçün də ağır zərbə deməkdir.
Bəs, görəsən sadə insanlar manatın dəyərdən düşəcəyi haqqında gəzən söz-söhbətlərdən xəbərdardırmı? Milli valyutanın ucuzlaşması ehtimalı onları narahat edirmi?
Musavat.com bu suallarla şəhər sakinləri arasında sorğu keçirib. Sorğu iştirakçılarının cavabları ilə aşağıda təqdim etdiyimiz videodan tanış ola bilərsiniz.
Ukrayna Silahlı Qüvvələri (USQ) oktyabrın 9-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətində, Sırovatixa yaşayış məntəqəsi yaxınlığında yerləşən Qitələrarası Ballistik Raketlərin...
Bakıda "Sabah" və "Slaviya" (İngiltərə) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu avstriyalı hakim idarə edəcək....
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...
Son şərhlər