"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Dünya mətbuatı dünyanı bürüyən böhranı müzakirə edir

25 Avqust 2015 - 17:37
in XƏBƏR LENTİ
FacebookVatsap

Dünya mətbuatı dünyanı bürüyən böhranı müzakirə edir

Bunu da oxuyun

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

“Həftələr boyunca Çinin səhm bazarındakı satış təzyiqi belə bir fikir yaratmışdı ki, hökumətin dəstəyi dayanınca hər şey daş kimi aşağı yuvarlanacaq.
Bu səbəbdən bazar ertəsi Şanxay fond birjasının “SSE Composite” indeksi 8.5% düşəndə bu, sürprizdən çox qlobal reaksiya idi. Səhmlər niyə hər yerdə düşməyə başladı?”
Bu barədə “The Wall Street Journal” yazır. Nəşr qeyd edir ki, Çin bazarı real iqtisadiyyatla heç vaxt sıx bağlı olmayıb. Ancaq deyəsən, bu vəziyyət dəyişməkdədir. Ən azı indiki çaxnaşma artımın yavaşıması və kapital axını ilə üst-üstə düşür.
“Eyni zamanda Çinin qlobal iqtisadi təsiri böyük olmayıb. Hər halda Çin ABŞ və Avropa kimi tələbin yekun mənbəyi deyil, maliyyə sistemi dünyanın qalan hissəsindən ayrılıb. Ancaq Çin yeni körpüləri, fabrikləri və yaşayış binaları üçün xammal idxalını dayandırsa, dünya iqtisadiyyatında artımın əsas sütunlarından biri sıradan çıxmış olar” – deyə “The Wall Street Journal” yazır.
“Hazırda Çindən o qədər mənfi xəbər gəlir ki, Çinin artım modelinin böyük stress sınağından keçdiyi qənaətinə gəlməmək mümkün deyil” -nəşr əlavə edir.
“Hətta əmtəə və səhm bazarlarında son düşüşdən öncə dünya iqtisadiyyatı zəif idi. Ancaq Çin, Avropa, Yaponiya və digər ölkələrdən gələn son məlumatlar artımın təhlilçilərin proqnozlarından artıq azaldığını göstərir. Bu, həmin ölkələrin siyasətçiləri üzərinə bir yük qoyur ki, iqtisadiyyatı gücləndirmək üçün daha etibarlı yollar düşünsünlər” – bunu isə “The New York Times” qəzetinin redaksiya məqaləsində oxuyuruq.
Yazıda ən narahatedici xəbərlərin dünyanın ikinci böyük iqtisadiyyatı olan Çindən gəldiyi vurğulanır: “Görünür, Çinin kommunist hökuməti maliyyə bazarına məcburi müdaxilə ilə işləri daha da korlayıb. Əvvəla, dövlət şirkətlərinə və qiymətli kağızlar sənayesinə səhmlər almaq göstərişi verilir.
Ancaq bu addım səhm bazarına inamı tənzimləyə bilmədi və səhmlər düşməkdə davam etdi. Çinin valyutasını devalvasiya etmək qərarı digər ölkələrin valyutalarını da dollara nisbətdə kəskin endirib.
Təhlilçilərin çoxu ümid edirdi ki, Çinin yüksəlişi qlobal iqtisadiyyat üçün yaxşı olacaq, Birləşmiş Ştatlarla yanaşı daha bir böyük artım mənbəyi yaranacaq. Ancaq hökumətin bu yay iqtisadiyyatı yanlış idarə etməsi Çinin bu rolu bir daha oynaya bilməyəcəyi fikrini ortalığa qoydu. Problem ondadır ki, dünyanın qalan hissəsi də çabalayır”.
Məqalədə Yaponiya, Rusiya, Braziliya kimi ölkələrin iqtisadiyyatının da zəiflədiyi vurğulanır. Çin və digər ölkələr daha az xammal idxal edirlər. Neftin qiymətləri düşür. Əmtəə ixrac edən ölkələr iqtisadiyyatlarını şaxələndirməlidirlər.
“The New York Times” daha sonra yazır: “Amerika iqtisadiyyatı daha yaxşı formadadır, ancaq dünyanın qalan hissəsinə kömək edəcək sürətlə inkişaf etmir. Dünyada yavaşımalar Birləşmiş Ştatlarda artımı da zəiflədə bilər, belə ki, Amerikadan ixraca tələb azalar.
Son aylar dollar digər valyutalara nisbətən güclənib ki, bu da hər yerdə Amerika mallarını bahalaşdırıb. Federal Ehtiyatlar Sisteminin gələn aydan faiz dərəcələrini artıracağı gözlənir. Bunu etməmişdən qabaq qlobal iqtisadiyyatın zəifliyini nəzərə almalıdır”.
“The Washington Post” isə yazır ki, mərkəzi banklar qısamüddətli xilas planlarını uğurla həyata keçirsələr də qlobal artımı yeni, daha sağlam dayaqlar üzərinə qaldıra bilməyiblər. Bu, qlobal pul və mal axınının tarazlaşdırılmasını tələb edəcək.
“Uzun müddət ABŞ istehlakçıları dünyada hazır məhsulların əsas tələbat mənbəyi idi. O malların çoxu Çindən gəlirdi, Çin də inkişaf edən dünyadan xammal alırdı… İndi Çin daha çox özünün daxili tələbatına əsaslanacaq, Birləşmiş Ştatlar isə daha çox ixrac hesabına artacaq” – deyə nəşr bildirir.
“The Washington Post” yazır ki, təkcə Birləşmiş Ştatlar dünya iqtisadiyyatına lazımi dəyişiklikləri irəli apara bilər: “Prezident Obama və respublikaçıların idarə etdiyi Konqres bazarlardan gələn xəbərləri ciddiyə almalıdırlar. Bu xəbərlər qlobal dirçəlişin necə kövrək, yeni sarsıntılara necə davamsız olduğunu göstərir”.
“Financial Times” Çinin nəhəng iqtisadi problemlərlə üzləşdiyini yazır. Ölkədə kəskin investisiya düşüşü var. İxrac artıq ölkəni xilas edə bilməz.
“Qlobal iqtisadiyyatın 15 faizini verən Çin öz yoluyla getmək üçün kifayət qədər böyükdür. Maliyyə böhranından bəri iqtisadiyyatı stimullaşdıran investisiyayönümlü modelə qayıtmaq da müdrik addım olmazdı. Belə yüksək səviyyədə kapital yatırımı bir tərəfdən, inkişafın səmərəsiz modelidir, digər tərəfdən, qəfil dayanmalara məhkumdur.
Pekin çaxnaşmaya düşməməli, hökumət isə istehlakı artırmağın yollarını düşünməlidir. Gəlinən nəticələr ictimaiyyətə bildirilməlidir. Ölkədə bazar iqtisadiyyatına xas fiskal və monetar tənzimləmə alətlərinin olmadığını nəzərə alsaq, bazarlar və dünyanı planın mövcudluğuna inandırmaq lazımdır” – deyə “Financial Times” yazır.
Previous Post

Dünya mətbuatı dünyanı bürüyən böhranı müzakirə edir

Next Post

Bakıda facebook istifadəçiləri üçün “FB SHOW”

Bənzər yazılar

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi planlarını açıqlayıb. Elchi.az -ın məlumatına görə, o, bu...

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12

"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və...

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10

İsveç 2026-cı ildə mülki əhaliyə dəstək məqsədilə Ukraynaya 522 milyon kron (52,3 milyon dollar) məbləğində yardım paketi ayırır. Elchi.az xəbər...

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08

Keniya Səhiyyə Nazirliyi bu gün ölkədə Ebola virusuna üçüncü yoluxma halını təsdiqləyib. Bu barədə Elchi.az "Xinhua"ya istinadən xəbər verir. Xəstələnən...

Next Post

Bakıda facebook istifadəçiləri üçün “FB SHOW”

Bakıda facebook istifadəçiləri üçün “FB SHOW”

Son xəbərlər

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

17 Oktyabr 2026 - 12:48
Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

17 Oktyabr 2026 - 12:15
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

17 Oktyabr 2026 - 12:02
Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

17 Oktyabr 2026 - 11:39
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

17 Oktyabr 2026 - 11:21
9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

17 Oktyabr 2026 - 11:10
FIFA Türkiyə klubuna transfer qadağası qoydu

FIFA Türkiyə klubuna transfer qadağası qoydu

17 Oktyabr 2026 - 10:56
Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

17 Oktyabr 2026 - 10:54
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

17 Oktyabr 2026 - 10:42
Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

17 Oktyabr 2026 - 10:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.