"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

AZAL-ın qiymət oyunu

24 İyul 2015 - 08:54
in XƏBƏR LENTİ
FacebookVatsap

AZAL-ın qiymət oyunu

Bunu da oxuyun

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Ekspertlər xarici aviaşirkətlərin ölkəyə buraxılmasını vacib sayır, AZAL isə endirimlər səbəbindən reyslərin bağlanacağını vurğulayır

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) qiymətləri endirməsi barədə açıqlaması narazılıqla müşayiət olunur. Səbəb qiymət endiriminin real olmaması və endirimli şərtlərin gülünc formada əsaslandırılmasıdır. Ekspertlər bildirirlər ki, endirim barədə qərar ciddi olmamaqla bərabər, ictimaiyyəti çaşdırır. Digər ölkələrlə və aviaşirkətlərlə qiymət fərqi isə yenə də müqayisədə AZAL-ın üstünlüyü olmadan yekunlaşır.

 
 
Qeyd edək ki, iyulun 21-də AZAL özünün aşağı büdcəli sərnişindaşıma xəttinin (lou-kost istiqamətlər), həmçinin aviaşirkətin bütün mövcud reysləri üzrə təyyarələrdə aşağı tarifli yerlərin yeni blokunu tətbiq edib. Bu tədbirlərin dövlət başçısı İlham Əliyevin aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq görüldüyü də vurğulanır. Ekspertlərin fikrincə, AZAL-ın qiymət endirimi barədə bildiriş həqiqəti əks etdirmir və bu, gözdən pərdə asmaq üçün atılmış addımdır. 
Qiymət azaltması ictimai rəyi yumşaltmağa və sakitləşdirməyə hesablanmış addımdır. Qiymətlərin avro ilə müəyyən edilməsi isə təkcə qanun pozuntusu deyil, həm də manata olan güvənsizlik işarəsidir. Yəni AZAL cəmiyyətə bir mesaj verir ki, Azərbaycan manatına güvənmək olmaz. Azərbaycan manatının məzənnəsi oynaya bilər, milli valyuta dəyərdən düşə bilər. Yəni qiymətlərin avroda elan olunması qanunvericiliyə ziddir. Ölkə qanunvericiliyinə görə, ölkə ərazisində bütün ticarət qiymətləri milli valyuta ilə göstərilməlidir.
Ekspert Əkrəm Həsənov bu məsələ ilə bağlı musavat.com-a bildirib ki, AZAL xaricdə qiymətləri istədiyi valyutada təyin edə bilər: “Amma Azərbaycanda edə bilməz. Əvvəla, Konstitusiyanın 19-cu maddəsinə görə, bu, belədir. Həmin maddəyə görə, ölkədə yeganə ödəniş vasitəsi manatdır. Daha sonra ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsində deyilir: “Satıcı (icraçı) Azərbaycan Respublikasının ərazisində satdığı malların (işlərin, xidmətlərin) qiymətlərini yalnız manatla göstərməlidir”. Belə çıxır ki, AZAL bu tələbləri pozur”.
 
Qeyd edək ki, ekspertlər AZAL-ın qiymətləri azaltmasının yolunun rəqabətli mühitdən keçdiyini vurğulayırlar. Bildirilir ki, əks halda, endirim xəbərləri yalandan başqa bir şey deyil. Qeyd edilir ki, AZAL-a rəqib kampaniyaların ölkəyə girişinin təmin olunması qiymət endirimi üçün əsas atılacaq addımdır. AZAL mütləq rəqabətli mühitin olmasına çalışmalıdır, xarici kampaniyaların Azərbaycana girişinə icazə verilməlidir. Əslində AZAL ölkədə fəaliyyət göstərən digər hava yolları şirkətlərinə qiymətləri diqtə edir. Bilet qiymətləri olduqca baha olan şirkət, digər şirkətlərə də qiymətləri ucuzlaşdırmağa imkan vermir.
İddialara görə, ucuz uçuşlar həyata keçirən şirkətlər AZAL-ın qəzəbinə gələrək, ölkəni tərk etməli olur. Ölkəni tərk etməyənlər isə AZAL-la rəsmi olmayan qiymət müqaviləsi bağlamalıdır. Həmçinin bildirilir ki, Azərbaycandan uçuşlar reallaşdıran başqa hava yolları firmaları üçün əlavə “ödənişlər” də tələb olunur. Bu da onların da qiymətləri yüksək saxlamasına səbəb olur. Həmçinin bildirilir ki, AZAL-dakı süni qiymət artımı digər şirkətlərə rəqabət aparmaq üçün də imkan yaratmır. Ekspertlərin fikrincə, biletlərin qiymətinin baha olması AZAL-ın bazardakı monopolist mövqeyindən qaynaqlanır. Bir müddət əvvəl hava yolları vasitəsilə sərnişin daşınması ilə məşğul “Turan Air” şirkəti fəaliyyətini dayandırmalı olub. Hava nəqliyyatı ilə sərnişin daşınmasında özəl sektoru bir şirkət- “Silk Way Business Aviation” MMC təmsil edir. Bu şirkətin bazarda payı cüzidir- sərnişin daşımalarının 0,4 faizi özəl şirkətlərin payına düşür. Daşınmaların 99,6 faizini AZAL həyata keçirir və beynəlxalq hava yollarına görə tarifləri də özü müəyyənləşdirir. Bu tariflər sanki havadan götürülüb və heç bir iqtisadi əsaslandırması yoxdur.
Şirkət monopolist mövqeyindən istifadə edərək, tarifləri orta statistik azərbaycanlılar üçün əlçatmaz edib. Gəncədən İstanbula uçuş həyata keçirən “OnurAirz” şirkəti Bakıya buraxılmır. Macarıstanın “Wizz Air” hava yollarının Bakı-Budapeşt marşrutu da bağlanıb. Əvvəlcə aviareysin rentabelli olduğu bildirilsə də, sonradan qiymətlərin ucuzluğu səbəbindən şirkət ölkədən çıxarılıb. Həmçinin “Peqasus Airlines” şirkəti Gəncədən Türkiyəyə ucuz qiymətə səfərlər təşkil edirdi. 
Artıq buna da imkan verilmir. Türk Hava Yolları ilə isə AZAL qiymət sazişi bağlayıb ki, qiymətlər aşağı düşməsin. Ekspertlərə görə, əsas səbəb AZAL-ın bazarda heç bir rəqibinin olmamasıdır. Bu səbəbdən dünyada müşahidə edilən endirim kampaniyaları da AZAL-da müşahidə edilmir. Həmçinin neftin qiymətinin ucuzlaşması da bu məsələdə təsirsizdir. AZAL bazarda qiymətləri istədiyi səviyyədə saxlaya bilir. Bazarda digər müstəqil oyunçular yoxdur. Nə yerli, nə də xarici şirkətlər bazara buraxılmır. Müəyyən qədər yer tutan “Türk Hava yolları” şirkəti isə Azərbaycanın diktə etdiyi qaydalara görə fəaliyyətini qurur. Yəni tam müstəqil şəkildə fəaliyyət göstərə bilmir.
Bu yay mövsümü AZAL-ın soyğunçuluğu ilə bağlı narazılıq və etirazlar başlanandan sonra isə AZAL görüntü yaratmağa çalışır. Məsələn, AZAL-ın vitse-prezidenti Arif Məmmədov bildirib ki, “Macarıstanın “WizzAir” aviaşirkətinə heç bir qadağa qoyulmayıb”. A.Məmmədovun sözlərinə görə, “WizzAir” aviaşirkəti heç aldığı xidmətlərin dəyərini ödəməyib: “”WizzAir”in uçuşlarına qadağa qoyulmayıb. Sadəcə “WizzAir” aldığı xidmətlərin qiymətini ödəməyib. “WizzAir” qış mövsümündə uçuşlar həyata keçirmək istəmir. Amma biz onlara uçuşların ilboyu həyata keçirilməsi tələbi qoymuşuq. Şirkət yalnız yay mövsümündə fəaliyyət göstərmək istəyir”,- deyə vitse-prezident APA-ya bildirib. A.Məmmədov əlavə edib ki, “WizzAir” onların irəli sürdüyü təkliflər barəsində düşünür.
Həmçinin AZAL indidən narazılığa başlayıb və qiymət endiriminin şirkət üçün sərfəli olmadığını vurğulayır. Arif Məmmədov deyib ki, “Aviabiletlərin qiymətləri elə səviyyədə olmalıdır ki, çəkilən xərc maya dəyərini qarşılasın”. Onun sözlərinə görə, qiymətlərin aşağı salınması bəzi reyslərin bağlanmasına səbəb ola bilər: “Ola bilsin ki, bəzi aviareyslərin biletləri 20 faizdən aşağı salınsın. Bu, həmin reyslərin bağlanmasına səbəb olacaq. Əgər bir təyyarə 2 saatdan artıq uçursa və onun biletinin qiyməti 99 avrodan aşağıdırsa, bu, onun xərclərini ödəmir”.

 

Previous Post

AZAL-ın qiymət oyunu

Next Post

Brent nefti 55 dollara satılır

Bənzər yazılar

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

12 Oktyabr 2026 - 16:24

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu...

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13

Ukrayna Silahlı Qüvvələri (USQ) oktyabrın 9-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətində, Sırovatixa yaşayış məntəqəsi yaxınlığında yerləşən Qitələrarası Ballistik Raketlərin...

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24

Bakıda "Sabah" və "Slaviya" (İngiltərə) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu avstriyalı hakim idarə edəcək....

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21

Müdafiə Nazirliyi ötənhəftəki məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. Elchi.az icmalı təqdim edir:    

Next Post

Brent nefti 55 dollara satılır

Dollar və avroda son vəziyyət

Son xəbərlər

Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

12 Oktyabr 2026 - 16:57
Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

12 Oktyabr 2026 - 16:44
Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol təsdiq edilib

Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol təsdiq edilib

12 Oktyabr 2026 - 16:32
Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

12 Oktyabr 2026 - 16:24
DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib – VİDEO

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib – VİDEO

12 Oktyabr 2026 - 13:55
“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb

“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb

12 Oktyabr 2026 - 12:29
Zelenski Trampla münaqişə riski ilə üz-üzədir

Zelenski Trampla münaqişə riski ilə üz-üzədir

12 Oktyabr 2026 - 12:15
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

12 Oktyabr 2026 - 12:07
Messi üçün “Kamp Nou”da vida mərasimi keçiriləcək

Messi üçün “Kamp Nou”da vida mərasimi keçiriləcək

12 Oktyabr 2026 - 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

12 Oktyabr 2026 - 11:53
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Prezident İlham Əliyev Kambocaya səfərə dəvət edilib

12 Oktyabr 2026 - 11:51
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

12 Oktyabr 2026 - 11:50
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

12 Oktyabr 2026 - 11:48
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

12 Oktyabr 2026 - 11:45
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər

İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər

12 Oktyabr 2026 - 11:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.