"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycan ətrafında artan müharibə riskləri

04 İyul 2015 - 10:13
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycan ətrafında artan müharibə riskləri

Bunu da oxuyun

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

Ukraynadakı “böyük savaş” Qarabağ konfliktinə də təsirsiz ötüşməyəcək; ABŞ-ın güclənən diplomatik fəallığı sülh prosesinə yeni məzmun verə biləcəkmi? Ekspert: “Ermənistan 7 rayonu qaytarsa, tərəflər arasında etimad atmosferi yaranar…”

Postsovet məkanındakı etnik-ərazi münaqişələrinin, o cümlədən Dağlıq Qarabağ probleminin həllinə Rusiyanın əngəl siyasəti davam edir. Bu harasıdır, son günlər Moskvada hakim partiyanın deputatları və qalmaqallı siyasətçi Vladimir Jirinovski tərəfindən SSRİ-nin çöküşünün “qanuni olub-olmaması” kimi hüquqi müstəvidə fitnəkar təşəbbüslər irəli sürülməkdədir.

Bütün bunlar rəsmi Moskvanın Sovet İttifaqını bərpa eləmək yönündə planlarının ciddiliyinə şübhə yeri saxlamır. Şimal qonşumuzun Ukrayna ətrafında və Donbasda, Azərbaycan daxil, Güney Qafqaza yaxın bölgələrdə hərbi mövcudluğunu günbəgün artırması bu Kremlin yaxın hədəflərinə başqa yandan işıq salır.
***
Bu arada Gürcüstanın müdafiə naziri Tinati Xidaşeli bölgə ölkələrinə Rusiya təhlükəsinin reallığı haqda xəbərdarlıq edib. İsveçrə nəşrinə müsahibəsində nazir deyib ki, Rusiyaya qətiyyətli cavab verilməsə, onun ətrafdakı suveren dövlətlərə qarşı işğalçılığı davam edəcək: “Sivil dünya 2008-ci ilin səhvini Ukraynada təkrarlamamalıdır – nə vaxt ki, Gürcüstan kömək istəsə də onu axır ki, ala bilmədi. Təkcə mən – müdafiə naziri deyil, gürcülərin hamısı Rusiyanın Ukraynada apardığı müharibə sarıdan narahatdır”.
Müdafiə naziri ölkəsinin hələ də Rusiya ilə müharibə vəziyyətində olduğunu xatırladaraq daha sonra bildirib: “Döyüşlər getməsə də, Rusiyanın işğal elədiyi Abxaziya və Cənubi Osetiyada hər gün insanlar itkin düşür. Hazırda Cənubi Osetiya Rusiya Silahlı Qüvvələrinin hərbi bazasına və Gürcüstanı bir neçə saat ərzində işğal eləmək üçün platsdarma çevrilib”.
Yada salaq ki, Rusiyanın ən əvvəl öz yaxın qonşuları üçün təhlükə olması haqda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi, nüfuzlu politoloq Zbiqnev Bzejinsiki də xəbərdarlıq edib. Ukraynada Rusiyanın davranışlarını analiz edən Bzejinski Azərbaycanın Moskvanın növbəti hədəflərdən biri ola biləcəyini istisna eləməmişdi.
***
Ukraynanın şərqində isə hərbi vəziyyət getdikcə pisləşir. Bəzi mənbələr hətta böyük müharibəyə cəmi iki həftə qaldığını iddia edir. Onların qənaətincə, Donetsk ərazisində bu yaxınlarda genişmiqyaslı döyüşlərin başlayacağı realdır. Hətta dəqiq tarix də göstərilir -15 iyul.
Kəşfiyyat qruplarının hər iki tərəfin müharibəyə fəal hazırlığı haqqında hər gün yeni xəbərlər verməsi göstərir ki, savaş davam edir. “İyulun əvvəllərində taktiki təlimləri başa çatdıracaqlar. Hələ ki bütün kartları açıqlamırıq. Dəqiq məlumatımız var ki, 15 iyulda hücuma hazırlaşırlar”, – deyə Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat bölüyünün komandiri, leytenant İqor Mazur bildirib.
Hadisələrin bu cür inkişafı sözsüz ki, Dağlıq Qarabağ konflikti zonasına da əks-səda verəcək. Hökmən deyil ki, bu, hərbi əməliyyatların bərpa edilməsi şəklində olsun. Ancaq ən azından sülh prosesi növbəti ağır zərbəsini alacaq.
***
Belə görünür, Dağlıq Qarabağ ixtilafının tezliklə tarixin arxivinə verilməsi hələ ki şimal qonşumuzun maraqlarına daxil deyil və bunu düşmən ölkədə də, deyəsən, anlamağa başlayıblar. Məsələn, “Jamanak” qəzeti yazıb ki, Rusiya Azərbaycan və Ermənistan arasında düşmənçiliyi qızışdırmaqla məşğuldur.
“Məlumdur ki, Ermənistan parlamenti ölkəyə güzəştli kreditin ayrılması haqqında Rusiya və Ermənistan hökumətləri arasında imzalanmış sazişi ratifikasiya edib.
200 milyon dollara Ermənistan Rusiya istehsalı hərbi texnika və silah almalıdır. Lakin həmin məbləğə konkret olaraq nəyin alınacağı sirr saxlanılır” – qeyd edir nəşr.
“Belə ehtimallar var ki, Rusiya bununla Ermənistan və Azərbaycanın hərbi-texniki imkanlarını bərabərləşdirir və ya yaxınlaşdırır. Bununla da, Bakının silahlanma yarışını davam etdirmək və İrəvan üzərində üstünlüyü ələ almaq üçün yeni milyardlar xərcləməkdən başqa çarəsi qalmır. Görünür ki, Ermənistana təqdim edilən 200 milyon dollar Azərbaycanın Rusiyaya 2-3 milyard dollarlıq sifariş verməsi ilə nəticələnəcək. Bu böyük dövlət vaxtaşırı iki ölkə arasında düşmənçiliyi qızışdırır” – qəzet yazıb.
***
Əlbəttə ki, Azərbaycanla Ermənistan arasında barışmaz münasibətlərin, düşmənçiliyin qalması və dərinləşməsi ən çox Rusiyaya əl verir – baxmayaraq ki, ara-sıra Moskvadan “gümrahlaşdırıcı” açıqlamalar da gəlir. Rusiyalı tanınmış politoloq, prezident Vladimir Putinin etibar etdiyi şəxslərdən olan Sergey Markovun “AzerRos”un informasiya portalına müsahibəsində söylədikləri bu qəbildən sayıla bilər.
Sitat: “Mən hesab edirəm ki, hər iki tərəf kompromisə getməlidir. Variantlardan biri budur ki, Dağlıq Qarabağın statusu məsələsi müvəqqəti kənara qoyulsun. İndiki mərhələdə Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın nəzarətinə verə, qarşılığında Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən blokadası götürülə bilər. Belə bir kompromis Dağlıq Qarabağın yekun statusuna dair danışıqlarda etimad atmosferi üçün əsas yaradardı”.
Lakin iş də ondadır ki, Ermənistan Qarabağ məsələsində əsas söz sahibi deyil, İrəvanın sözünü Moskva deyir. Moskva isə hələlik 7 rayonla bağlı öz forpostuna təzyiqlər edənə oxşamır. Deməli, bölgədə, Dağlıq Qarabağda yeni müharibə təhlükəsi qalır.
Görünür, Kremlin destruktiv mövqeyinin dərkindəndir ki, Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentləri arasında tezliklə növbəti görüşün baş tutmasına can atır. ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta da iki gün öncə bildirib ki, tezliklə həmsədrlər regiona gələcəklər və əsas məqsəd də prezidentlərin görüşünə nail olmaqdır.
***
Bəs görüş tezliklə reallaşacaqmı? Ümumiyyətlə, qarşıdakı bir neçə ayda Qarabağ məsələsi ətrafında situasiya hansı istiqamətə dəyişə bilər, Rusiyanın bu xüsusda yeni planları nədən ibarət ola bilər? Yəqin ki, önümüzdəki həftələrdə bu suallara əsaslı şəkildə aydınlıq gələcək.
Previous Post

Azərbaycan ətrafında artan müharibə riskləri

Next Post

Suriyada məscidin partladılması nəticəsində 25 silahlı ölüb

Bənzər yazılar

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:48

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb. Elchi.az  xəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində...

“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

29 Avqust 2026 - 21:46

"Taliban" hərəkatı ABŞ ilə diplomatik münasibətləri normallaşdırmağa can atdığını bəyan edib və Amerika səfirliyinin Qabilə qayıtmasına isti münasibət göstərdiyini açıqlayıb....

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

29 Avqust 2026 - 21:44

Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi informasiya resursları ölkədə yaşayan müxtəlif icmaların adından çıxış edərək, özlərini həmin milli azlıqların maraqlarını təmsil...

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:41

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb. Elchi.az xəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində...

Next Post

Suriyada məscidin partladılması nəticəsində 25 silahlı ölüb

Suriyada məscidin partladılması nəticəsində 25 silahlı ölüb

Son xəbərlər

Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

29 Avqust 2026 - 21:50
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:48
“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

29 Avqust 2026 - 21:46
Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

29 Avqust 2026 - 21:44
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:41
Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

29 Avqust 2026 - 19:51
Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

29 Avqust 2026 - 19:49
Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

29 Avqust 2026 - 19:47
Əsəd rejiminin ölkədən qanunsuz çıxardığı dövlət aktivləri Suriyaya qaytarılacaq

Əsəd rejiminin ölkədən qanunsuz çıxardığı dövlət aktivləri Suriyaya qaytarılacaq

29 Avqust 2026 - 19:45
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

29 Avqust 2026 - 19:41
İsrailin saxladığı 36 türk fəal bu gün vətənə qaytarılacaq

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

29 Avqust 2026 - 18:02
UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

29 Avqust 2026 - 17:46
Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

29 Avqust 2026 - 17:24
AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

29 Avqust 2026 - 17:00
Sabah yağış yağacaq – PROQNOZ

Ölkədə hava şəraiti kəskin dəyişəcək, 3 gün yağış yağacaq

29 Avqust 2026 - 16:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.