Üç gün öncə qalmaqal baş vermiş “Space” televiziyasının “Günaydın” proqramının bağlanması barədə qərar qəbul edilib.
Bunu Trend-ə “Space” televiziyasının icraçı direktoru Kamil Şahverdiyev deyib.
İyunun 30-da “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ictimaiyyətdən və Milli Televiziya və Radio Şurasından (MTRŞ) üzr istəyib.
K.Şahverdiyevin sözlərinə görə, baş verən qalmaqallı hadisə ilə bağlı tədbir görüləcək: “Televiziyada baş verən hadisə ilə bağlı müzakirələr aparılıb və konkret tədbirlər görülməsi barədə qərar qəbul edilib. Belə ki, iyulun 17-dən etibarən “Günaydın” proqramının verilişi dayandırılacaq və proqram bağlanacaq”.
Qeyd edək ki, iyunun 30-da “Space” televiziyasında efirə yayımlanan “Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər.
***
“Qafqazinfo” əlavə edərək bildirir ki, əslində bu “Space” rəhbərliyinin ictimaiyyətə qarşı növbəti təhqiramiz münasibətidir. Əgər telekanal rəhbərliyi sözügedən “ÇP” ilə bağlı verilişi bağlamaq niyyətində olsaydı, bu qərar elə həmin gün verilərdi.
İyulun 17-də verilişin bağlanacağını demək növbəti hötmətsizlikdir. Məlumdur ki, veriliş həmin vaxt yay məzuniyyətinə çıxır. Kanal rəhbərliyi isə tamaşaçıları aldadaraq verilişin bağlanacağı ilə bağlı açıqlama verib.
Tanınmış müğənni Murad Arifin musiqiçilərinin olduğu maşın selə düşüb. Elchi.az xəbər verir ki, bununla bağlı Murad Arif İnstagram hesabında görüntü...
“Avroviziya 2026” mahnı müsabiqəsini avstriyalı Viktoriya Svarovski və Maykl Ostrovski aparacaq. Elchi.az xəbər verir ki, bu barədə “Avroviziya”nın rəsmi saytı...
Əməkdar artist Elnarə Abdullayeva açıqlamaları ilə diqqət çəkib. Elchi.az xəbər verir ki, sənətçi verilişlərin birində qonaq olarkən sosial şəbəkələrdə ona yazılan...
Əməkdar artist Elnarə Abdullayeva açıqlamaları ilə diqqət çəkib. Elchi.az xəbər verir ki, sənətçi verilişlərin birində qonaq olarkən sosial şəbəkələrdə ona yazılan...
Son şərhlər