"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

“Hökumət dollara olan tələbi azaltmasa, manatın taleyi…” – Vüqar Bayramov

29 İyun 2015 - 19:23
in İQTİSADİYYAT, İQTİSADİYYAT MANŞET
FacebookVatsap

vuqar-byramovMərkəzi Bank valyuta səbətində avronun payını artırıb

Bunu da oxuyun

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

Rusiyanın ödəniş sistemi Azərbaycana pul köçürmələrini dayandırdı

Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı endi

 

Son zamanlar beynəlxalq maliyyə bazarlarında böyük gərginlik hökm sürür. Bəzi ekspertlər bu gərginliyin Azərbaycan manatına da əlavə risklər yaratdığını istisna etmir. Mütəxəssislər iddia edirlər ki, iyun ayında dünya maliyyə və əmtəə bazarlarında baş verən proseslər manatın məzənnəsinin sabitliyi üçün müəyyən risklər yaradır. Vəziyyətdən asılı olaraq manatın ucuzlaşması, bahalaşması və ya sabit qalması mümkündür. Çünki Mərkəzi Bank (MB) bu ilin fevralında həyata keçirilmiş kəskin devalvasiyanın ardınca valyuta ehtiyatlarının sürətlə azalması ilə qarşılaşıb. Hər ay MB manatın kursunu sabit saxlaya bilmək üçün 1 milyard dollardan çox vəsait dövriyyəyə buraxıb. Doğrudur, ötən ay bu tendensiya dayanmış və manatın yeni devalvasiyası ilə bağlı risklər azalmışdı. Ancaq beynəlxalq maliyyə bazarlarında baş verənlər manat üçün də riskləri artıracaq.

Məsələni şərh edən İqtisadçı-ekspert Vüqar Bayramov AİM.az -a açıqlamasında bildirib ki, milli valyutamızın məzənnəsi daha çox dünya valyuta bazarında baş verənlərdən asılı olacaq. Onun sözlərinə görə, manatın son günlərdəki rəsmi məzənnəsi göstərir ki, Mərkəzi Bank valyuta səbətində avronun payını artırıb:

“Praktik olaraq, dollar avroya nisbətən möhkəmlənən zaman manata nisbətən də güclənir və ya əskinə. Bu, manatın məzənnəsinin avronun məzənnəsindən tədricən asılılığının yaranması anlamına gəlir. Yəni manatın növbəti mərhələdə məzənnəsi, həmçinin Avropa pulunun durumundan asılı olacaq. Əgər avrozonada Avropa İttifaqının vahid valyutası möhkəmlənəcəksə, o zaman manat da dollara nisbətən dəyər qazanacaq. Avronun dollara nisbətən zəifləməsi isə manatın da yumşalmasına səbəb olacaq”.

Ekspert qeyd edib ki, manatın məzənnəsini Mərkəzi Bank inzibati yolla müəyyənləşdirdiyi üçün milli valyutanın kursunu valyuta bazarında baş verənlərə əsasən proqnozlaşdırmaq mümkün deyil. Bununla yanaşı, son trendləri nəzərə alan Bayramov deyir ki, yaxın zamanlarda manatın dolları “qəpiklərlə satın alması” mümkünsüz görünür:

“Eyni zamanda, manatın kəskin möhkəmlənməsi nəinki valyuta və dünya neft bazarındakı mövcud vəziyyətə, hətta iqtisadi hədəflər baxımdan da məqbul hesab edilmir”.

Ekspertin fikrincə, indiki şərtlərlə  manatın kəskin ucuzlaşacağı da gözlənilmir:

“Mövcud şərtlər daxilində Mərkəzi Bank çalışacaq ki, yaxın aylarda manatı kəskin yumşaltmasın. Milli valyutanın son zamanlar dəyişən məzənnəsi göstərir ki, Mərkəzi Bank hələlik özü üçün müəyyənləşdirdiyi dəhliz çərçivəsində məzənnəni dəyişəcək. Bununla da, manatın məzənnəsinin necə dəyişəcəyi barədə konkret fikir formalaşmasına əsas yaratmayacaq. Əslində, hal-hazırda manatın məzənnəsinin möhkəmlənməsinə iqtisadi baxımdan əsas olmamaqla yanaşı, onun kursunun kəskin ucuzlaşmasına sosial aspektdən lüzum da yoxdur. Belə görsənir ki, manatın kursu neftin dünya bazar qiymətinə və eləcə də ticarət üzrə əsas tərəfdaş ölkələrdə milli valyutalardakı məzənnə dəyişikliyinə uyğun olaraq müəyyənləşəcək”.

Ekspert söyləyib ki, strateji baxımdan manatın məzənnəsi ölkəyə daxil olan valyuta kütləsindən asılıdır:

“Neftin dünya bazar qiymətinin bir barel üçün 80 dolları ötəcəyi və həmin intervalda stabilləşəcəyi halında manat rahat nəfəs ala biləcək. Bu halda artıq manatın dollara məzənnəsinin bərabərləşməsi mümkün olacaq. Bayramovun fikrincə, manatla dolların kursunun bərabərləşməsi həm valyuta stabilliyi baxımdan, həm də qeyri-neft sektorunun ixrac potensialını qorumaq baxımdan mümkündür.”

Ekspert valyuta bazarında baş verəcək mümkün risklərdən slğortalanmaq üçün nağd pulun saxlanan zaman səbətdən istifadə edilməsini tövsiyə edir:

“Xüsusən də, dünya valyuta bazarındakı mövcud vəziyyəti, milli valyutamızın mövcud dəhliz daxilində dəyişiklikləri nəzərə alaraq nağd şəkildə saxlanan vəsaitlərin bir valyuta ilə deyil, bir neçə valyuta ilə saxlanması arzuolunandır. Bu avro, manat və dollar ola bilər. Biz valyuta səbəti olaraq, vəsaitlərin 60 faizinin dollar, 20 faizinin manat, 20 faizinin isə avro kimi saxlanılmasının tərəfdarıyıq ki, bu da valyuta bazarındakı intensiv dəyişikliklərdən həmin vəsaitlərin sığorta olunmasına və onların dəyərinin itməsinin qarşının alınmasına şərait yaradacaq”.

İqtisadçı alim vəsaitlərin real dəyərinin qorunması üçün daşınmaz əmlaka sərmayə qoymağın əsl vaxtının olduğunu da bildirir. O, tövsiyə edir ki, çox pulu olanlar qiyməti aşağı olan daşınmaz əmlak alsın:

“Bakıda daşınmaz əmlaka yatırım etmək istəyənlər paytaxtdan kənarda yerləşən, qiyməti nisbətən aşağı olan torpaq sahələrini ala bilərlər. Xüsusən də, şəhərin mərkəzində sökülən məhəllələrdəki mənzil sahiblərinə verilən kompensasiyaları nəzərə alsaq, paytaxtdan kənardakı ərazilərdə torpaq sahələrinin qiymətinin daha da bahalaşacağı gözlənilir. Hətta neftin qiyməti ucuzlaşsa belə, bu torpaq sahələrinə tələbat yüksək olacaq. Daşınmaz əmlaka yatırım etmək istəyənlərin daha çox Mərkəzi və Şərqi Avropa ölkələrinə vəsait ayırması da arzuolunandır. Xüsusən də, Çexiya, Polşa, Macarıstan və Bolqarıstanda hazırda daşınmaz əmlakın qiyməti enir. Bu ölkələrdə daşınmaz əmlaka sərmayə qoyuluşu bir müddət sonra yüksək gəlir gətirəcək. Bakıda daşınmaz əmlakın qiyməti isə 2015-ci ilin növbəti aylarında daha da azalacaq”.

Müsahibimiz onu da əlavə edib ki, manatın məzənnəsinin sabit qalması üçün xarici valyutalara tələb azaldılmalıdır:

“Bu ayın əvvəlinə Mərkəzi Bankın valyuta ehtiyatlarının artması manatın məzənnəsinə həm psixloji, həm də iqtisadi baxımdan müsbət təsir göstərə bilər. Baş bankda borclanmalar hesabına valyuta ehtiyatlarının həcmindəki azalmaların qarşısının alınmasına çalışılacağı gözlənilir. Başqa tərəfdən Mərkəzi Bank və eləcə də hökumət dolayı vasitələrlə dollara olan tələbi azaltmağa çalışmalıdır. Qiymətli kağızlar bazarını inkişaf etdirməklə əhalinin qeyri-valyuta yığım imkanlarını artırmaq və bütövlükdə dollara tələbin azalmasına nail olmaq mümkündür”.

Aim.az

Previous Post

“Hökumət dollara olan tələbi azaltmasa, manatın taleyi…” – Vüqar Bayramov

Next Post

Cəbhə bölgəsindəki yanğınlar kosmosdan belə görünür

Bənzər yazılar

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

25 İyul 2026 - 14:47

Qlobal əmtəə bazarlarında qiymətli metallar üzrə ticarət qarışıq dinamika ilə başa çatıb. Elchi.az xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri...

Rusiyanın ödəniş sistemi Azərbaycana pul köçürmələrini dayandırdı

Rusiyanın ödəniş sistemi Azərbaycana pul köçürmələrini dayandırdı

25 İyul 2026 - 11:11

Rusiyanın ödəniş sistemi "Zolotaya Korona" Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 21-ci sanksiyalar paketindən sonra Azərbaycana, Gürcüstan, Ermənistan və daha...

Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı endi

Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı endi

25 İyul 2026 - 10:20

Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb. Elchi.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 6.37 dollar və...

Azərbaycanda qızıl və gümüş istehsalı azalıb, qızılın ixracı artıb

Azərbaycanda qızıl və gümüş istehsalı azalıb, qızılın ixracı artıb

24 İyul 2026 - 17:59

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 1316,5 kiloqram qızıl istehsal edilib. Elchi.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki...

Next Post

Cəbhə bölgəsindəki yanğınlar kosmosdan belə görünür

Cəbhə bölgəsindəki yanğınlar kosmosdan belə görünür

Son xəbərlər

Ukrayna Təhlükəsizlik Xidməti: Rusiyanın S-400 sistemi, hərbi gəmisi və Xəzər dənizindəki obyektlərinə zərbələr endirilib

Ukrayna Təhlükəsizlik Xidməti: Rusiyanın S-400 sistemi, hərbi gəmisi və Xəzər dənizindəki obyektlərinə zərbələr endirilib

25 İyul 2026 - 14:52
Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

25 İyul 2026 - 14:49
Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

25 İyul 2026 - 14:47
Bakıda bağlı qapı arxasında qalan uşaq xilas edildi

Bakıda bağlı qapı arxasında qalan uşaq xilas edildi

25 İyul 2026 - 14:26
Hindistanın təhsil naziri tələbə etirazları fonunda istefa verib

Hindistanın təhsil naziri tələbə etirazları fonunda istefa verib

25 İyul 2026 - 14:23
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb – FOTO

Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb – FOTO

25 İyul 2026 - 14:20
FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib – FOTO

FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib – FOTO

25 İyul 2026 - 14:18
Milix Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Milix Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

25 İyul 2026 - 14:06
İtaliya Ukraynanın sabiq müdafiə nazirinə müşavir vəzifəsi təklif edib

İtaliya Ukraynanın sabiq müdafiə nazirinə müşavir vəzifəsi təklif edib

25 İyul 2026 - 14:03
Bakıda iməcilik keçirilib – FOTO

Bakıda iməcilik keçirilib – FOTO

25 İyul 2026 - 13:53
Tümen neft emalı zavoduna PUA-nın düşməsi nəticəsində yanğın baş verib

Tümen neft emalı zavoduna PUA-nın düşməsi nəticəsində yanğın baş verib

25 İyul 2026 - 13:21
Şəmkirdə 12 yaşlı qız qətlə yetirilib, 16 yaşlı bacısı şübhəli kimi saxlanılıb – YENİLƏNİB

Şəmkirdə 12 yaşlı qız qətlə yetirilib, 16 yaşlı bacısı şübhəli kimi saxlanılıb – YENİLƏNİB

25 İyul 2026 - 13:13
Ukrayna Zaporojyenin Rusiyanın nəzarətində olan ərazisində turbazanı vurub, 8 nəfər ölüb, 14 nəfər yaralanıb

Ukrayna Zaporojyenin Rusiyanın nəzarətində olan ərazisində turbazanı vurub, 8 nəfər ölüb, 14 nəfər yaralanıb

25 İyul 2026 - 13:11
Azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirilib

Azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirilib

25 İyul 2026 - 13:09
Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

25 İyul 2026 - 12:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.