"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SEÇMƏ XƏBƏRLƏR

Əgər Eldar Həsənov təslim olmursa…

24 İyun 2015 - 16:47
in SEÇMƏ XƏBƏRLƏR, XƏBƏR LENTİ
FacebookVatsap

Eynulla Fətullayev

Azərbaycan müxalifətinin yeni “İbrahimbəyov”u, indi sabiqlər sırasında olan Arif Məmmədov Azərbaycan xüsusi xidmət orqanlarının və İlham Əliyevin yaxın silahdaşlarının görməli olduğu işi gördü.

Bunu da oxuyun

Nyu-York metrosunda yanğın olub, 14 nəfər xəsarət alıb

“Air India” təyyarəsi burulğana düşüb, 17 nəfər xəsarət alıb

Sabah İordaniyada Qüds məsələsi müzakirə olunacaq

Əgər səfirin facebook səhifəsindəki ayrı-ayrı utanmaz replikalarını, “bu antixalq hakimiyyətə son qoymaq” çağırışlarını Bakı yanğınından sarsılmış melanxolikin emosional partlayışı kimi qəbul etmək mümkün idisə, onun müxalifətçi Əli Kərimlinin balkonundan dilə gətirdiyi sonrakı ifrat emosional siyasi çağırışlar hakim elitanın mütləq əksəriyyəti tərəfindən xəyanət kimi qarşılandı.

Prezidentə nəyisə sübut etmək lazım deyil. Məmmədov özü-özünü ifşa edib. Özü də elə arvadı ilə birgə Brüsselin SPA-mərkəzlərinə getdiyini də vurğuladığı ilk tənqidi çıxışından sonra…

Məmmədov qoy cəhənnəm olsun. Onun kitabı onsuz da bağlanıb. Xüsusilə də prezident İlham Əliyevə onu məmurların hücumlarından qorumaq və xilas etmək xahişi ilə müraciət edəndən sonra…

Arif Məmmədov gülüş hədəfinə çevrilib. İndi müxalifətçilər və Əliyev hakimiyyətinin ən barışmaz düşmənləri də onunla məzələnirlər, adamı açıq-aşkar lağa qoyurlar. Yəni ki, eh, bizim mənəvi atamız, sən prezident olmaq istəyirdin, amma heç seçkiqabağı şüarını elan etməyə də macal tapmamış Gəncədə tez-tez heroinlə ilişən qardaşın Asif Məmmədovu xatırladın və o dəqiqə yaxşı hökmdarı və yolunu azmış əyanları tərifləməyə başladın…

Müxalifətçilər Məmmədovdan heç cür İbrahimbəyov alınmayacağını çox tez başa düşdülər. Sabun köpüyü tez partladı. Yaxşı, bəs bu köpüyü üfürüb şişirtməyə sərf olunan enerji də itdimi?

Və budur, pərdənin arxasından yeni “sabun köpüyü” tragikomediyasının əsas siması görünməyə başladı. Baho! Bu ki, hamının tanıdığı adamdır… Səhnədəki qəhrəman şəxsən Eldar Həsənov özüdür. Sabiq baş prokuroru lap çoxdan idi görmürdük…

Beləliklə, E.Həsənov onun səfirlərin Balkan sui-qəsdində bilavasitə iştirak etməsinə dair təqdim etdiyimiz faktlara nə ilə, necə cavab verdi?! Özünü ifşa etməklə. Təsəvvür edirsinizmi?!

A.Məmmədov sosial şəbəkələrdə çərənləyəndə necə olmuşdusa belə bir ifadə işlətmişdi. Demişdi ki, bizim haqqin.az və virtualaz.org saytları ondan ötrü bir növ indikator rolunu oynayır və o, hakim elitanın nə düşündüyünü bu indikator vasitəsilə öyrənə bilir.

Belə düşünmək sadəcə olaraq axmaqlıqdır!

Diqqətli oxucular da təsdiqləyər ki, əksər yüksək rütbəli məmurlar bizim saytlarda kifayət qədər tez-tez tənqid olunur. Özü də bəzən hətta qədərindən çox və bunu haqq etmədən… Nə etmək olar, plüralizm də bizim dövrün dəbi və tələbidir.

Bir redaksiyanın fəaliyyətini hökumətin siyasi kursu ilə bağlamaq cəhdləri isə bağları səliqəsiz bağlanmış çirkli çəkməni xatırladan səfirin primitiv təfəkkür tərzinin, axmaqlığının daha bir göstəricisidir.

Qiyamçı Məmmədovun, indi isə özündənrazı Eldar Həsənovun çıxışlarını kimlərin böyük məmnuniyyətlə tirajladığına diqqət edin. Bəli, bu, İlham Əliyevin əsas və barışmaz tənqidçisi olan “Azadlıq” qəzetidir. Sual olunur: əgər Eldar Həsənovun dedikləri hakimiyyətin müdafiəsinə xidmət edirsə və onun xeyrinədirsə, onda Əli Kərimlinin qəzeti səfirin Əliyev hakimiyyətinin maraqlarını qorumağa yönələn çıxışlarını hansı maraq və məntiqə görə dərc edib tirajlamalıdır? Nəyə görə?

Əlbəttə, Eldar Həsənov etiraz edib deyə bilər ki, onun bizim ittihamlarımıza cavab olaraq yaydığı ilk açıq çıxışı aztirajlı hafta.az saytında işıq üzü görüb. Lap tutaq ki, belədir.

Yaxşı, bəs onda Eldar Həsənovun çıxışını göydə qapıb onu öz qəzetinin ön səhifəsində yerləşdirmək hakimiyyəti gözdən salmaq üçün əlinə düşən hər fürsətdən yararlanmağa çalışan Əli Kərimlinin nəyinə gərək idi?

Burada inanılmaz bir versiyaya diqqət edək: tutaq ki, hakimiyyətin rəqiblərini bu zaman oxucu marağı, auditoriya, tiraj maraqlandırıb. Amma burada başqa sual da yaranır: bəs onda bizim ittihamları niyə dərc etməmişdilər?

Əlbəttə, E.Həsənovun bəyanatlarının anti-Əliyev qüvvələrin döyüş vərəqələrində tirajlanmasına dair istənilən mülahizə “Balkan qaçqını”nın uzağagedən planları barədəki şübhələri bir daha gücləndirir. İsa Qəmbər hakimiyyətin tərəfinə keçənə qədərki dövrlərdə o zamankı baş prokurorun bütün təbliğat-təşviqat materialları onun nəşrlərində yer alardı.

Diqqət edin, E.Həsənov həmin ənənəni davam etdirir, yəni Əliyevin ən qatı düşmənləri ilə pərdə arxasından oynayır. O, öz siyasi ənənələrinə sadiqdir.

İndi isə keçək müxalif KİV-lərdə dərc olunmuş bəyanatın mahiyyətinə.

Jurnalist E.Həsənova onun Arif Məmmədov və Abbas Abbasovla əlaqələri barədə sual verir. Lakin Həsənov birbaşa cavab verməkdən yayınır, haqqında soruşulan məsələyə şərh vermir. Səfirlərin Balkan sui-qəsdi barədəki informasiyaları isə ümumi sözlərlə “qisasçılıq və yalan” adlandırır. Özü də heç bir arqument və fakt gətirmədən!

E.Həsənov daha sonra da bu ittihamların haradan qaynaqlanmasına izah verir. Sən demə, hakimiyyətdə kimlərsə onun nəhəng diplomatik uğurlarından narahat olubmuş. Sən demə, iki ölkənin – Serbiya və Bosniya və Herseqovinanın prezidentləri “Bakı-2015” I Avropa Oyunlarının açılış mərasiminə məhz Həsənovun sayəsində gəlibmiş. Belə çıxır ki, bu prezidentlər İlham Əliyevin yox, Eldar Həsənovun qonağı imişlər.

Yəni səfir çox incə şəkildə boykota eyham vurur. O mənada ki, guya mən olmasaydım, bu iki prezident də Azərbaycana qarşı ümumavropa sui-qəsdində yer alardı.

Amma aydın görünür ki, E.Həsənov bu məqamda özünü var gücü ilə ələ almağa, özünə-sözünə nəzarət etməyə çalışıb. Əgər o, Putinlə Ərdoğanın, habelə digər çoxsaylı qonaqların da Bakıya məhz Balkan qaçqınının səyləri ilə gəldiyini desəydi, bu, onun özünə nəzarəti itirdiyini sübut edərdi.

Şübhəsiz ki, Əli Kərimli buradakı narazılığı və yekəxanalığı o dəqiqə hiss etdi. Bəli, bəli, Həsənov öz ambisiyalarının selində möhkəmcə boğuldu – buna söz yoxdur. Onun növbəti bəyanatı növbəti prezident seçkilərində iştirakı ilə bağlı olmayacaq ki? Arif Məmmədov da belə başlamışdı. Xırda bir narazılıqdan…

Fikir verin, Həsənovun müsahibəsində nə Abbas Abbasov, nə də “rus partiyası”nın digər nümayəndələri barədə bir kəlmə də danışılmır. Həsənovun Abbasovla məsələhətləşmələri barədə də bircə cümlə də yoxdur. Səfir bu informasiyaları nə təsdiq, nə də təkzib etmir. E.Həsənov heç aylarla öz kabinetində niyə tapılmamasının, dünyanın nəhəng dövlətlərinin paytaxtlarını nədən gəzib-dolaşmasının səbəblərini də izah etmir. Moskvada, Ankarada, Brüsseldə keçirdiyi görüşlər, apardığı danışıqlar barədə də susur. Qara dəniz və Xəzər dənizi hövzəsi Ölkələrinin Əməkdaşlığı və Tərəfdaşlığı Fondunun Bakıda keçirilən iclası və həmin iclasa nədən Arif Məmmədovla birgə qatılması barədə də heç bir söz demir. Özü də Həsənov bu iclasda Kərimlinin barrikadalarında gizlənmiş “yeni İbrahimbəyov”un hökumət əleyhinə mübarizəsinin ən qızğın vaxtında peyda olmuşdu.

Həsənov Moskva və İstanbuldakı milyardlarla dollarlıq biznesi barədə də bircə kəlmə də danışmır. Həsənov öz fondunun Rusiya filialında rəhbər posta gətirdiyi Andranik Qriqoryeviç Ohannisyanla əlaqələri haqda da danışmır, danışmaq istəmir. Həsənov korrupsiyaya qurşanmış rumın neft baronlarının devrilməsindən sonra Rumıniyadan necə rüsvayçılıqla qaçması haqda da bircə kəlmə demir…

E.Həsənov bizim ondan səbirsizliklə gözlədiyimiz aydın cavabların əvəzinə Azərbaycanın dövlət orqanlarına hansısa qəribə bir sorğu göndərir, hakimiyyətdən izahat tələb edir…

E.Həsənovun əvəzinə isə yenə də Arif Məmmədov danışdı. O, Balkan qaçqını ilə əlaqələrindən özünə xas olan məntiqsziliklə və kifayət qədər axmaq bir şəkildə söz açdı.

Məmmədov deyir ki, Bakıda Həsənovla cəmi 5 dəqiqəlik görüşləri olub, səfirə səmimi-qəlbdən hörmət və ehtiramı olsa da onunla xüsusi münasibətləri yoxdur…

Çox maraqlıdır. Belə çıxır ki, Məmmədov Brüsseldən Bakıya – Həsənovun məclisinə min verst yolu ona görə basa-basa gəlib ki, onunla elə atüstü görüşsün, cəmi 5 dəqiqə söhbət etsin…

E.Həsənovun Əli Kərimli tərəfindən yayılıb tirajlanan bəyanatı hakimiyyətə ultimatum kimi də qiymətləndirilə bilər. Yeri gəlmişkən, bu, onun son vaxtlar səslənən ilk belə ultimatumu deyil.

E.Həsənovun qardaşı dövlət qulluğundan çıxarılandan dərhal sonra sabiq baş prokuror yüksək rütbəli məmurlardan biri ilə söhbətində qızışaraq narazılığını bildirib. Deyib ki, əlinizdə külli-ixtiyar olsa da sizi Azərbaycandan kənarda heç kim tanımır. Bununla da ona çox ehtiyatlı və incə şəkildə eyham vurub ki, Avropada onların anasını ağlada bilər!

E.Həsənov Xruşşovdan fərqli olaraq çəkməsini çıxarıb stola döyəcləmədi. Çəkmə yerinə səfir Arif Məmmədov vardı. Balkan qaçqını Azərbaycan hökumətinə bunu vəd etməyb ki?

Hər halda E.Həsənov quyudan çıxdı. Və o, nəyə görəsə Kərimlinin quyusundan, özü də ultimativ mesajlarla boylandı. Əgər Həsənov düşməndirsə və təslim olmursa, böyük Qorkinin yazdığı kimi, inqilab dövrünün qanunlarına görə, düşməni məhv edirlər.

Balkan qaçqınının növbəti yaylım atəşi nə vaxt olacaq? Düyünləri çözmək anı yaxınlaşır…

Virtualaz.org

Previous Post

Əgər Eldar Həsənov təslim olmursa…

Next Post

İŞİD Qafqazı rəsmən öz vilayəti elan etdi

Bənzər yazılar

Nyu-York metrosunda yanğın olub, 14 nəfər xəsarət alıb

Nyu-York metrosunda yanğın olub, 14 nəfər xəsarət alıb

04 Avqust 2026 - 20:44

Nyu-York metropoliteninin tarixi Astor-Pleys stansiyasında yanğın baş verib, nəticədə 8 əməkdaş və 6 yanğınsöndürən xəsarət alıb. Elchi.az xəbər verir ki,...

“Air India” təyyarəsi burulğana düşüb, 17 nəfər xəsarət alıb

“Air India” təyyarəsi burulğana düşüb, 17 nəfər xəsarət alıb

04 Avqust 2026 - 20:42

"Air India" aviaşirkətinin Pxuketdən Delhiyə AI379 reysini yerinə yetirən təyyarəsi güclü burulğan zonasına düşüb. Elchi.az xəbər verir ki, bu barədə...

Sabah İordaniyada Qüds məsələsi müzakirə olunacaq

Sabah İordaniyada Qüds məsələsi müzakirə olunacaq

04 Avqust 2026 - 20:40

İordaniyanın paytaxtı Əmmanda avqustun 5-də Qüds məsələsinə həsr olunmuş Nazirlər Toplantısı keçiriləcək. Elchi.az  xəbər verir ki, bu barədə Türkiyənin Xarici...

Hindistan gəmisi Yəmən sahillərində, Qırmızı dənizdə hücumdan sonra batıb

Hindistan gəmisi Yəmən sahillərində, Qırmızı dənizdə hücumdan sonra batıb

04 Avqust 2026 - 20:38

  Hindistanın "Faize Noore Oliya" gəmisi partlayıcı maddənin olduğu qayığın hücumundan sonra Yəmənin qərb sahillərində, Qırmızı dənizdə batıb. Elchi.az  xəbər...

Next Post

İŞİD Qafqazı rəsmən öz vilayəti elan etdi

İŞİD Qafqazı rəsmən öz vilayəti elan etdi

Son xəbərlər

Nyu-York metrosunda yanğın olub, 14 nəfər xəsarət alıb

Nyu-York metrosunda yanğın olub, 14 nəfər xəsarət alıb

04 Avqust 2026 - 20:44
“Air India” təyyarəsi burulğana düşüb, 17 nəfər xəsarət alıb

“Air India” təyyarəsi burulğana düşüb, 17 nəfər xəsarət alıb

04 Avqust 2026 - 20:42
Sabah İordaniyada Qüds məsələsi müzakirə olunacaq

Sabah İordaniyada Qüds məsələsi müzakirə olunacaq

04 Avqust 2026 - 20:40
Hindistan gəmisi Yəmən sahillərində, Qırmızı dənizdə hücumdan sonra batıb

Hindistan gəmisi Yəmən sahillərində, Qırmızı dənizdə hücumdan sonra batıb

04 Avqust 2026 - 20:38
Seutada qanunsuz miqrantların sayı 2 minə qədər azalıb

Seutada qanunsuz miqrantların sayı 2 minə qədər azalıb

04 Avqust 2026 - 19:39
Messi İspaniyadakı meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib

Messi İspaniyadakı meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib

04 Avqust 2026 - 19:36
AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

04 Avqust 2026 - 19:35
Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək

Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək

04 Avqust 2026 - 19:33
Peşə təhsilindən karyeraya: 11 gənc ADY ailəsinə qoşuldu

Peşə təhsilindən karyeraya: 11 gənc ADY ailəsinə qoşuldu

04 Avqust 2026 - 19:28
İcbari sığorta ilə bağlı yeni Qaydalar təsdiq olunub

İcbari sığorta ilə bağlı yeni Qaydalar təsdiq olunub

04 Avqust 2026 - 19:17
Palata Azərbaycanın neft və qazın tranzitindən əldə etdiyi gəlirlərin azalmasının səbəbini açıqladı

Palata Azərbaycanın neft və qazın tranzitindən əldə etdiyi gəlirlərin azalmasının səbəbini açıqladı

04 Avqust 2026 - 19:09
Naxçıvanda yol qəzasında 3 nəfər xəsarət alıb – FOTO

Naxçıvanda yol qəzasında 3 nəfər xəsarət alıb – FOTO

04 Avqust 2026 - 18:57
ADY dəmir yollarında təhlükəsizlik zonasının mühafizəsini gücləndirəcək

ADY dəmir yollarında təhlükəsizlik zonasının mühafizəsini gücləndirəcək

04 Avqust 2026 - 18:42
Yaşayış sahələrinin kütləvi seçimi ilk dəfə SİMA rəqəmsal imzanın üztanıma texnologiyası ilə tətbiq edilib

Yaşayış sahələrinin kütləvi seçimi ilk dəfə SİMA rəqəmsal imzanın üztanıma texnologiyası ilə tətbiq edilib

04 Avqust 2026 - 18:35
Bakıda piyada təhlükəsizliyinin təmini məqsədilə tədbir keçirilib – VİDEO

Bakıda piyada təhlükəsizliyinin təmini məqsədilə tədbir keçirilib – VİDEO

04 Avqust 2026 - 18:23
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.