"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

7 iyun seçkisi – Türkiyə üçün yeni dönəm başlayır- ŞƏRH

06 İyun 2015 - 00:33
in SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

BMT AQEM-in rolunu indi əvvəlkindən daha vacib hesab edir

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Son sosioloji rəy sorğularının nəticələrinə əsasən, AKP səslərin orta hesabla 41-45%-ni, CXP 25-27%-ni, MHP 16-18%-ni, HDP isə 8-11%-ni toplayacaqBakı. 5 iyun. REPORT.AZ/ İyunun 7-də Türkiyədə parlament seçkiləri olacaq. Bu siyasi kampaniya bölgədə və dünyada baş verən ciddi hadisələr, o cümlədən Yaxın Şərqin qaynar nöqtəyə çevirildiyi, habelə Türkiydə dövlət quruculuğu ilə bağlı aparılacağı vəd olunan islahatlar fonunda keçiriləcək.

Seçkiqabağı kampaniyada tərəflər yeni Türkiyə quracaqları vədini verməklə prosesə daha fərqli çalar qatıblar.

Seçkidə 31 siyasi partiya iştirak edəcək. Ancaq mübarizənin daha çox hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalif Cümhuriyyət Xalq (CHP) və Milliyətçi Hərəkat (MHP) partiyaları arasında olacağını indidən proqnozlaşdırmaq mümkündür. Bu siyasi təşkilatlar seçkidə mütləq qələbə qazanmağı, hakimiyyətə təkbaşına gəlməyi hədəf seçiblər. Adı müxalifət cərgəsində hallanan regional – Xalqların Demokratik Partiyasının (Halkların Demokratik Partisi – HDP) seçkidə məqsədi daha çox kürdlərin siyasi mübarizə apardığını təbliğ etmək, bu yöndə siyasi nüfuz qazanmaq və seçki barajını aşmaqdır.

Seçkiöncəsi keçirilən son sosioloji rəy sorğularına əsasən, AKP səslərin orta hesabla 41-45%-ni, CXP 25-27%-ni, MHP 16-18%-ni, HDP isə 8-11%-ni toplayacaq.

Qeyd edək ki, 550 nəfərlik Türkiyə Böyük Millət Məclisində hazırda AKP-nin 311, CXP-nin 124, MHP-nin 52, HDP-nin isə 29 deputatı var.

Hakim partiyanın qeyri-rəsmi lideri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkiqabağı çıxışlarında bildirib ki, parlamentdə 400 deputatla təmsil olunmaq istəyirlər. AKP ölkə vətəndaşlarına yeni Türkiyə quracaqlarını boyun olur. Bu siyasi təşkliat konstitusiyanı, dövlətin idarəetmə üsulunu dəyişəcəyini, habelə etnik azlıqların milli-mədəni hüquqlarını genişləndirəcəyini vəd verir.

CHP AKP-ni təkrarlamaq istəməsə də, yeni Türkiyə qurmaq istədiklərini gizlətmir. Onlar daha çox sosial -iqtisadi yönlü şüarlara və proqramlara üstünlük verirlər. Amma yeni konstitusiyanın yazılmasına qarşı da çıxmırlar.

MHP ənənəvi çıxışlardan bir az fərqli siyasi tezislər irəli sürməyə başlayıb, daha iddialı hədəflər müəyyənləşdirib. Bu partiya ölkənin unitarlığını daha çox vurğulamaqla Türkiyənin ərazi bütövlüyünə qarşı olan təhlükəni gündəlikdən çıxarmır. Milli və sosial məsələlərə yanaşmada MHP-nin platforması ilə hakim siyasi partiyanın proqramı arasında ciddi fərq var.

Təxminən 10 ay öncə Türkiyədə keçirlən prezident seçkisindən sonra HDP bir az da fəallaşıb. Onlar ölkədəki etnik azlıqların, o cümlədən ermənilərin, assorilərin dəstəyinə bel bağlayırlar. Bu sayaq davranış onların ümumTürkiyə partiyası olmalarını əngəlləyir. Oradakı siyasilərin əvvəlki fəaliyyəti bu partiyaya hədəfini gizlətməyə imkan vermir. HDP rəhbərliyinin səmimi olmaması da buradan irəli gəlir.

Bu partiyaların liderlərinin çıxış və seçkiqabağı proqramlarından belə nəticəyə gəlmək olar:

– yeni Türkiyənin quruculuğu başlayacaq;

– yeni sosial-siyasi, mədəni, iqtisadi mühit yaranacaq;

– yeni idarəetmə forması tətbiq olunacaq;

– yeni konstitusiya qəbul ediləcək;

– yeni Türkiyə yeni enerjidaşıyıcıları şəbəkəsinin aparıcı elementi olacaq və s.

Bu seçkidən sonra hər hansı partiya təkbaşına iqtidar olacaqmı? Türkiyə prezidenti R.T.Ərdoğanın “400 millət vəkili istəyirəm” deməsi ilə AKP təkbaşına iqtidar olmağı daha çox istədiklərini gizlətmir.

Nəzərə almaq lazımdır ki, ötənilki prezident seçkisi ümumxalq səsverməsi yolu ilə keçirilib. Ərdoğan 51,79%, müxalifətin (CXP və MHP) vahid namizədi Ekmələddin İhsanoğlu 38,44%, HDP-nin namizədi Səlahəddin Dəmirtaş 9,76% səs toplamışdı.

Hakim partiya azından bu göstəricini təkrarlamaq istəyir. Ancaq yuxarıda qeyd etdiyimiz sorğular bunun baş verməyəcəyini də ehtimal etməyə əsaslar yaradır. Belə olan halda ya hakim partiya müxaliflərdən biri ilə, ya da 3 müxalif partiya – CXP, MHP və HDP ilə öz aralarında koalisiya hökuməti qurmalıdır. Amma adları çəkilən müxalifət partiyalarının bir yerdə olması mümkün deyil. Azından MHP və HDP liderləri bir hökumətdə birlikdə olmaq istəmədiklərini bildiriblər. AKP ilə CHP-nin də koalisiya quracağı az ehtimal edilir.

AKP isə MHP, yaxud HDP ilə koalisiya hökuməti qura bilər. Çünki MHP ilə hakim partiyanın düşüncəsi bir-birindən o qədər də fərqlənmir. AKP ilə HDP-ni birləşdirən məqamlar isə az deyil. İraqda baş verənlər fonunda AKP-nin HDP ilə siyasi iş ortaqlığı mövcuddur və ona görə də hakim partiya təkbaşına iqtidara gələ bilməzsə, onun bu siyasi təşkilatla koalisyon hökumət qurması mümkündür. Bunun üçün də HDP seçki barajını aşmalıdır. Belə bir ehtimal da var ki, HDP-ni dəstəkləyənlər AKP-yə səs verə bilər. HDP barajı aşa bilməyəcəyi halda AKP təkbaşına iqtidar qura bilər. Ona görə də hakim partiya daha çox bu siyasi təşkilatı dəstəkləyənlərin səslərini qazanmağa çalışır.

Nəhayət, seçkiqabağı kampaniyada prezidentin təbliğat aparması Türkiyədəki siyasi mədəniyyətə yad olsa da, bu baş verdi. Elə bəlkə ona görə də bir sıra təhlilçilər ölkədə diktaturanın yaranacağından ehtiyat edir. Ancaq son illər Türkiyənin dünya siyasətində fəallaşmasında prezident R.T.Ərdoğanın və AKP-nin rolu inkaredilməzdir. Bəs ehtiyat ediləcək nədir?

Türkiyə vətəndaşları özləri buna çox sadə cavab verirlər: “Bunların hamısı yaxşıdır. Ancaq Rəcəb bəyin bizi hara apardığını bimirik. Bizim üçün ən təhlükəlisi budur. O bizə bunu açıq demir”.

Beləliklə hökuməti hansı siyasi qüvvələrin formalaşdıracağından asılı olmayaraq, iyunun 7-dən sonra yeni Tükiyə quruculuğu yolunda siyasi mübarizə davam edəcək.

Sədrəddin Soltan

Previous Post

7 iyun seçkisi – Türkiyə üçün yeni dönəm başlayır- ŞƏRH

Next Post

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar saxlanıldı

Bənzər yazılar

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15 Oktyabr 2026 - 16:50

Azərbaycan 2026-2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edəcək. Elchi.az xəbər verir ki, bununla bağlı...

BMT AQEM-in rolunu indi əvvəlkindən daha vacib hesab edir

BMT AQEM-in rolunu indi əvvəlkindən daha vacib hesab edir

15 Oktyabr 2026 - 16:42

BMT-nin mərkəzində dayandığı çoxtərəfli əməkdaşlıq şəbəkələrinin gücləndirilməsində AQEM-in rolu və töhfəsi indi əvvəlkindən daha vacibdir. Elchi.az xəbər verir ki, bunu...

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

15 Oktyabr 2026 - 16:22

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Elchi.az xəbər verir ki,...

AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

15 Oktyabr 2026 - 16:20

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü başa çatıb. Elchi.az xəbər verir ki, Azərbaycanın xarici...

Next Post

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar saxlanıldı

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar saxlanıldı

Son xəbərlər

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15 Oktyabr 2026 - 16:50
BMT AQEM-in rolunu indi əvvəlkindən daha vacib hesab edir

BMT AQEM-in rolunu indi əvvəlkindən daha vacib hesab edir

15 Oktyabr 2026 - 16:42
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub

DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub

15 Oktyabr 2026 - 16:36
Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

15 Oktyabr 2026 - 16:22
AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

15 Oktyabr 2026 - 16:20
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb

15 Oktyabr 2026 - 16:17
AQEM-in Baş katibi dəyişib

AQEM-in Baş katibi dəyişib

15 Oktyabr 2026 - 16:17
AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

15 Oktyabr 2026 - 16:09
Azərbaycanla Qazaxıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Azərbaycanla Qazaxıstan arasında imzalanmış sənədlər mübadilə edilib

15 Oktyabr 2026 - 16:04
Mask Zelenskini İSTEFAYA ÇAĞIRDI

Mask Zelenskini İSTEFAYA ÇAĞIRDI

15 Oktyabr 2026 - 16:00
Pezeşkian sabah Ermənistana səfər edəcək

Pezeşkian sabah Ermənistana səfər edəcək

15 Oktyabr 2026 - 15:53
Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb

Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb

15 Oktyabr 2026 - 15:44
Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

15 Oktyabr 2026 - 15:30
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək

15 Oktyabr 2026 - 15:16
Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

15 Oktyabr 2026 - 15:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.