"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qafar Çaxmaqlı: “Ermənistan “erməni soyqırımı” təbliğatından heç nə əldə edə bilmədi”

27 May 2015 - 11:05
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

“Ermənilər 1915-ci ildə baş verən olaylarla bağlı çoxdan hazırlıq işləri görürdülər. Şəxsən mən 24 aprel ərəfəsində bir neçə beynəlxalq simpoziumda bununla bağlı məruzələr etdim”.

Bu haqda Modern.az saytına Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümü başqanı Qafar Çaxmaqlı məlumat verib.

“Ermənistanda 2011-ci ildə ilk dəfə dövlət səviyyəsində koordinasiya komissiyası yaradılmışdı. Bu da “100 illik” ərəfəsində görüləcək işlər və hədəflərin müəyyən olunmasına xidmət edirdi. Demək olar ki, ermənilər bu hədəflərə çatmadılar. Onlar gözləyirdilər ki, həm dünya ictimaiyyəti, həm də beynəlxalq təşkilatlar Türkiyəni “erməni soyqırımı”nı etiraf etdirəcəklər və türklər rəsmi şəkildə ermənilərdən üzr istəyəcək. Türklərin “soyqırım”ı tanıması ilə ermənilər Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəkdilər. Oradan da ermənilərin xeyrinə qərar çıxsaydı, artıq Türkiyə çox pis vəziyyətdə qalacaqdı. Onlar bu hədəfə çata bilmədilər. Çünki Türkiyə nəinki “soyqırım”ı tanımadı, ona yaxın belə durmadı. Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı qərarını kağız parçası hesab etdilər, yox saydılar”.

Qafar Çaxmaqlının fikrincə, ermənilər real hədəflərinə çatmasalar da, təbliğat baxımından çox irəliyə gediblər: “Nəzərə alsaq ki, indiyə qədər “erməni soyqırımı”nı 20 ölkə tanıyırdısa, təbliğatlardan sonra həmin siyahıya bir neçə ölkə də əlavə olundu. Avropa Parlamentinin “erməni soyqırımı”nı tanıması ermənilərin çox böyük uğurlarından sayıla bilər. Çünki Avropada bir çox dövlətlər və onların təmsilçiləri var. Onlar yığışaraq Türkiyənin belə bir “soyqırım” törətdiyini qəbul etdilər və Türkiyəni bu hadisəni tanımağa səslədilər. Bu baxımdan ermənilər  Avropa ölkələrini Türkiyəyə qarşı qaldırdıqlarına görə öyünürlər.

Onların digər təbliğat hədəfləri “soyqırım”dan bəhs edən filmlər çəkmək, kitablar yazmaq və bu “hadisə”yə həsr olunan tədbirlər keçirilməsi idi. Buna da qismən nail ola bildilər. Əsas odur ki, ictimai fikri bu səmtə yönəldə bildilər. Bu mənada da ermənilər bunu uğur sayırlar. Amma əsas məsələ ondan ibarətdir ki, Türkiyə bu “soyqırım”ı haqlı olaraq qəbul etmir. Tarixdə heç vaxt belə soyqırım olmayıb.  27 may 1915-ci ildə dövlət səviyyəsində ermənilərin bir yerdən digərinə köçü baş tutub. Ola bilər ki, aclıq, səfalətdən, xəstəliklərdən ölən ermənilər olub. Bunu qəbul etmək olar. Tədqiqatçı olaraq düşünürəm ki, yolda gedərkən öldürülən də olub. Həmin dövrdə ermənilərin özünün çoxlu quldur dəstələri mövcud idi. Kürdlərdən ibarət dəstələr ermənilərə hücum edib talayır, özləri özlərini öldürürdülər. Amma bunun dövlət səviyyəsində olmadığı onunla sübut olunur ki, dövlət bu işləri görənləri, cinayətləri törədənləri həbs edib. Osmanlı dövlətində bu quldur dəstələri ilə bağlı qaldırılan cinayət işləri ilə tanış olanda görürsən ki, çox kütləvi şəkildə olmasa da, mindən çox cinayət işi açılıb və həmin insanlar cəzalandırılıb. Bu onu sübut edir ki, dövlət səviyyəsində “erməni soyqırımı” müzakirə mövzusu ola bilməz”

Araşdırmaçı etiraf edib ki, əhali köçürülərkən müəyyən qüsurlar olub: “Onlar getdikləri yerlərdə bəzən sıxıntılar çəkərək həyatlarını itiriblər. Belə hallar bütün dövlətlərin həyatında olub. 1948-1953-cü illərdə Ermənistanla Azərbaycan arasında narazılıq yaşanıb. Azərbaycanlılar Kür-Araz ovalığına köçürülərkən iqlim şərtlərinə uyğunlaşa bilmədiklərindən çox sayda itkilərə məruz qalıblar. Biz bunu ermənilərin ayağına yazmırıq və demirik ki, Ermənistan belə bir soyqırımı edib. Bu səbəbdən də ermənilər də bu məsələdə soyqırımı iddiası qaldırarkən haqlı deyillər. 1948-ci ildə qəbul olunan sözləşmələr, konvensiyalar var. Ermənilərin iddia etdikləri məsələ isə konvensiyanın müddəalarına tamamilə ziddir. Ona görə də Türkiyənin bunu qəbul etməsi heç cür mümkün deyil. Həmin dövrdə ermənilərin köçürülməsi əsaslandırılıb. Səbəblər də dünya tarixçiləri tərəfindən təqdir olunub. Birinci Dünya Müharibəsinə girib səkkiz cəbhədə müharibə aparan ölkə heç vaxt ermənilərin arxadan zərbə endirməsini təsəvvür edə bilməzdi. Məsələnin yeganə çıxış yolu əhalinin Doğu Anadoludan köçürülməsi olub. Bu bir də ona görə soyqırımı deyil ki, əhalinin bütün qismi köçürülməyib. Məsələn, İstanbulda, İzmitdə, İzmirdə, Kocaelidə, Yalovda yaşayan əhali köçürülməyə məruz qalmayıb”.

Qafar Çaxmaqlı bu barədə danışarkən son dərəcə diqqətli olmağın vacibliyini vurğulayıb:

“Ermənilər hər zaman “soyqırımı” məsələsində Türkiyənin mühakimə olunması naminə əlindən gələni əsirgəməyib. Bu erməni mətbuatında da çox geniş müzakirələrə səbəb olub. Türkiyənin o vaxtkı 6 vilayət məsələsi, indiki 11 vilayət məsələsinə çevrilib. Çünki müəyyən müddət sonra vilayətlər genişləndiyindən ayrılıb, 11 vilayətin Ermənistana verilməsi məsələsi tez-tez diqqətə çatdırılıb. Ermənilərin bu istəyi Türkiyənin rəsmən “soyqırımı” tanımasından sonra baş tuta bilərdi. Hətta ermənilər 2014-cü ildə Rəcəb Tayyib Ərdoğanın baş sağlığı verməsi məsələsini də çox qabartdılar. Məhz bununla bağlı Türkiyədə “Bu başsağlığıdır, bu üzr istəmək deyil” adlı yazım da çıxdı. Bu soyqırımı kimi o vaxt tanınar ki, ölkə başçısı, baş prokuror və xarici işlər naziri rəsmən bununla bağlı fikir yürüdər. Mən əminəm ki, Türkiyə belə bir “soyqırımı”ı heç vaxt qəbul edə bilməz. Ermənistan mətbuatı da buna dair geniş şərhlər verirdi. Hətta türklərin “soyqırım”la bağlı fikirlərini yaymaqla Türkiyənin bu “faciə”ni qəbul etdiyini vurğulamaq istəyirdilər. Amma onlar satın alınmış adamlardır. Taner Aslan, yazar Orxan Pamuk kimi… Başsağlığı ola bilər, amma bunun “soyqırım” olduğunu dilə gətirmək ağlasığmazdır. Bu mənada çox ehtiyatlı olmaq lazımdır. Bəzən ehtiyatsız deyilən bir söz həll olunmaz problemlərə gətirib çıxara bilər”.

Gülşən RAUFQIZI

Previous Post

Qafar Çaxmaqlı: “Ermənistan “erməni soyqırımı” təbliğatından heç nə əldə edə bilmədi”

Next Post

Bakı İrəvanla sülh sazişi imzalayır?

Bənzər yazılar

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi planlarını açıqlayıb. Elchi.az -ın məlumatına görə, o, bu...

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12

"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və...

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10

İsveç 2026-cı ildə mülki əhaliyə dəstək məqsədilə Ukraynaya 522 milyon kron (52,3 milyon dollar) məbləğində yardım paketi ayırır. Elchi.az xəbər...

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08

Keniya Səhiyyə Nazirliyi bu gün ölkədə Ebola virusuna üçüncü yoluxma halını təsdiqləyib. Bu barədə Elchi.az "Xinhua"ya istinadən xəbər verir. Xəstələnən...

Next Post

Bakı İrəvanla sülh sazişi imzalayır?

Bakı İrəvanla sülh sazişi imzalayır?

Son xəbərlər

Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

17 Oktyabr 2026 - 19:21
Moskvada 103 aviareys təxirə salınıb

Moskvada 103 aviareys təxirə salınıb

17 Oktyabr 2026 - 19:00
“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

17 Oktyabr 2026 - 18:43
Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

17 Oktyabr 2026 - 18:02
Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

17 Oktyabr 2026 - 17:00
İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

17 Oktyabr 2026 - 16:35
Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

17 Oktyabr 2026 - 15:57
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr 2026 - 15:40
Roma Papası xəstəxanadan evə buraxılacaq

Roma Papası xəstəxanadan evə buraxılacaq

17 Oktyabr 2026 - 14:32
Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

17 Oktyabr 2026 - 12:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.