"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Anamla Anamlı Anlarımı Anarkən…

08 May 2015 - 16:09
in XƏBƏR LENTİ
FacebookVatsap

c81aeb6b5730ab513856a073526d56faÖzümü küskün, sınıxmış, Sənsiz və Tənha göstərmərəm. Nə Sənə, nə bir kimsəyə. Buna ehtiyac da yox. Axı Sən bizdən ayrılmayıbsan ki, məzlum, yetim görünək. Sənin yerin görünmür, Ana. Sən elə həmişə öz yerindəsən: ocağımızın, ürəyimizin, süfrəmizin başında, xeyir-şərimizdə. Hər yerdə, uşaqlarımızla, ailəmizlə… Ancaq bir o fərqlə ki, day Sən dinmirsən, nəyisə irad tutmursan, göstəriş vermirsən. Bu arxayınçılığından da hamımız rahatıq: Sən artıq bizə inanırsan, nə ediriksə, düz etdiyimizdən, öyrətdiyin kimi etdiyimizdən, adına layiq addım atdığımızdan məmnunsan. Day bu yaşda da bizdən nigaran qalası deyilsən ki…
Axı Sən sözü bir dəfə deyən Anasan!

Bunu da oxuyun

Qarabağda 75-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

Axı Sən sözü bir olan Anasan!

… Və artıq bir ildi Səninlə xatirələri bölüşürük – hesabatımız Sənədi. “Cənnəti ayaqaltı edən analar”ın balaları kimi ancaq bir şeyin fərqindəyik: cənnəti bütün müqəddəsliyi və paklığı ilə başımızın üstündə duyuruq, hesabımızı götürürük! O hesabı ki, hər kəs anasını mələk bilir və belə təqdim edir. Və hər kəs də həm də özünü, ailəsini, elini, obasını tanıyır.

Bizim Sənin axirət dünyandan narahatçılığımız yox, Ana!

Bizim Səni axirətdə narahat qoyacaq əməlimiz də yox…

Bizim də, elə Sənin də bir vaxtlar sevincin 9 May idi.

Sən bizə həyatda qələbənin, qalibliyin dadını-tamını dadızdırmışdın. Biz Səninlə birgə və Sənlə bildik qələbə şirinliyini.

Biz həm də elə Səninlə birgə və Sənlə bildik itkilərin acısını-ağrısını.

Şuşa itkisi də, işğalda olan torpaq həsrəti də, umsuq qaldığımız əzəli və əbədi qələbələrə tamarzılıq da Sənin indiki halın kimidi.

Şuşa da susur – sınağındadı Allahın…

Sən də susursan – sınağındayıq Allahın…

Torpaq da susur – sınağındadı Allahın!

Səbir bizlik olmasa da gərək gözləməyi bacaraq!

Övlad olaraq Sənə qovuşmaq istəyi nə qədər atəşindirsə, Şuşaya da, qalan torpaqlara da cəm halda o yanğıyla təşnəyik.

Sən özündən sonra Qələbə tarixini üzümüzə açıq saxladın – səkkizindən sonra doqquzu gəlir. Bunu ancaq Sən edə bilərdin – gedişin Qələbə ilə qeyd olunsun!

Yerin cənnətdi, Ana! Bax, bu anlamda bu dünyanı qalib tərk etməyinlə sevinirik, nəfsinə sahib, balalarına, elinə, obana, ailənə nümunə.

İnsanlara ölümündən sonra verilən qiymət ən düzgün qiymətdir. Sən də, bütün analar da, ana olmayanlar da bilir ki, indi dünyanın elə düzənidi ki, (yəni demokratiya baxımından) yalandan tərif demək olmur. Yaxşı olmayan analara yaxşı demirlər yalandan.

Sağ ol, Ana – bizi Sənə alnıaçıq, üzüağ “bizim gözəl Anamız” deməkdən məhrum etmədiyin üçün!

Sağ ol, Ana – bizi gözəl ananın övladları kimi bu dünyaya əmanət edib qalib gedə bilməyi bacardığın üçün!

Şuşa da qayıdacaq!

Bütün torpaqlar da!

Qələbələr də çox olacaq! Lap çox!

Amma bir daha Sənin kimi qalib gedib qayıtmaq istəməyən olmayacaq!

Sizlər – qalib gedən analar, bizim gözəl analarımız, harada olsanız, gələrik!

Biz gələrik! Bizi bu dünyaya gətirib bu dünyadan gedən analar!

Təki Siz olan yerlərdə olaq – hər ananın öz yeri var.

Bizi arxayın edən Anamız, bizi arxayın edən Analarımız, bizi cənnətdə gözləyən analarımız…

Həə, Nənə, ev içində çağırdığım kimi, el içində də deyim: Nənə… yaman darıxmışam. Bildin də… niyə? Sənin bilmədiyin nəsə oldu ki?

Sənə deyim bir də, həmişə dediyim kimi, amma day Sən həmişə baxdığın, cavabladığın kimi cavablama, yaxşımı?

“Mənim Anam Azərbaycandır. Azərbaycan mənim Anamdır”.

Gör neçə ildir Azərbaycan mənim Anamdı, Azərbaycan mənə Ana nəvazişi göstərir, Anasızlığımı hiss etdirməyəcək qədər qayğıkeşdir, Nənə. Görürsənmi, düz demişdim…

Previous Post

Anamla Anamlı Anlarımı Anarkən…

Next Post

“Anti-Azərbaycan qüvvələri: olduqları və göründükləri kimi” – Dəyirmi masa

Bənzər yazılar

Qarabağda 75-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb

Qarabağda 75-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb

08 Sentyabr 2026 - 15:42

“Qurumlar arasında rəqəmsal sənəd mübadiləsi hər ay təxminən 5 milyon səhifəyə qənaət etməyə imkan verir. Bu, ildə 6 mindən çox...

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

08 Sentyabr 2026 - 14:33

Azərbaycan Respublikası Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı...

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

08 Sentyabr 2026 - 13:30

44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın verdiyi itkilər açıqlanıb. Elchi.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsi 2020-ci ildə baş vermiş...

YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

08 Sentyabr 2026 - 12:45

Yeni Azərbaycan Partiyasının VIII Qurultayına hazırlıq başlayıb. Elchi.az xəbər verir ki, artıq partiyanın rayon təşkilatlarının konfransları keçirilir. Konfranslarda rayon təşkilatlarının...

Next Post

“Anti-Azərbaycan qüvvələri: olduqları və göründükləri kimi” - Dəyirmi masa

“Anti-Azərbaycan qüvvələri: olduqları və göründükləri kimi” - Dəyirmi masa

Son xəbərlər

Merkelin keçmiş hökumət təyyarəsi ABŞ-də satışa çıxarılıb

Merkelin keçmiş hökumət təyyarəsi ABŞ-də satışa çıxarılıb

08 Sentyabr 2026 - 17:59
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi

Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi

08 Sentyabr 2026 - 17:46
Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib

Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib

08 Sentyabr 2026 - 17:39
Rutte: Ukrayna Aİ vəsaitləri ilə “Patriot” raketləri ala biləcək

Rutte: Ukrayna Aİ vəsaitləri ilə “Patriot” raketləri ala biləcək

08 Sentyabr 2026 - 17:30
Xaricdə iş vədi ilə çoxsaylı insanları aldadan şəxsin işi məhkəməyə göndərildi

Xaricdə iş vədi ilə çoxsaylı insanları aldadan şəxsin işi məhkəməyə göndərildi

08 Sentyabr 2026 - 17:25
Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri ilə görüşüb

Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri ilə görüşüb

08 Sentyabr 2026 - 17:14
Çində təbiət fəlakəti: 12 nəfər həlak oldu, 1 nəfər itkin düşüb

Çində təbiət fəlakəti: 12 nəfər həlak oldu, 1 nəfər itkin düşüb

08 Sentyabr 2026 - 17:05
Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

08 Sentyabr 2026 - 16:55
“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

08 Sentyabr 2026 - 16:48
Anar Əsədli barəsində qərar verilib

Anar Əsədli barəsində qərar verilib

08 Sentyabr 2026 - 16:35
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib – VİDEO

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib – VİDEO

08 Sentyabr 2026 - 16:24
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

08 Sentyabr 2026 - 16:17
Abşeronda motoxuliqanlıq edən 30 sürücü saxlanılıb – VİDEO

Abşeronda motoxuliqanlıq edən 30 sürücü saxlanılıb – VİDEO

08 Sentyabr 2026 - 16:08
“Rusiyaya təzyiqi artırmaq lazımdır” – Kallasdan ÇAĞIRIŞ

“Rusiyaya təzyiqi artırmaq lazımdır” – Kallasdan ÇAĞIRIŞ

08 Sentyabr 2026 - 16:00
“Qarabağ” Koxalski ilə yollarını ayırıb

“Qarabağ” Koxalski ilə yollarını ayırıb

08 Sentyabr 2026 - 15:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.