"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Üç günəşli adamlar

01 May 2015 - 10:04
in MƏDƏNİYYƏT
FacebookVatsap

c6fd53ac9529ff07ef51276a2abaae65Kulis bu yaxınlarda 56 yaşını qeyd edən şair İlham Qəhrəmanın yeni şeirlərini təqdim edir.

Bunu da oxuyun

Bakıda “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib – FOTO

Məleykə Əsədovanın 29 yaşlı bacısı qızı vəfat etdi

AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

İlham Qəhrəmanın özü ilə də, sözü ilə də iki min ildir ki, tanışam. Təəccüb etməyin, İlhamı doğrudan da keçən minillikdən tanıyıram. Şeir, müsahibə, tərtibatçılıq kimi müxtəlif janr və sahələrlə bağlı üç kitabına ön söz yazmışam.

İlham milli ənənələrə bağlı şairdir, amma təqlidçi yox, özünəməxsusdur və bununla da göstərir ki, inkarçı olmadan da yenilikçi olmaq, orijinal ruhlu şeirlər yazmaq olar; onun bədii obrazları bəzən ağlagəlməz dərəcədə yenidir, həyatidir və buna görə də yaddaqalandır; poetik dilinin xəlqiliyi baxımından onunla kimisə müqayisə etmək isə ümumən mümkünsüzdür – bu, artıq İlhamın stixiyasıdır; fəlsəfi ümumiləşdirmələrlə incə müşahidə qabiliyyətindən xəbər verən detalçılığın, heca vəzni ilə sərbəst şeirin üzvi sintezi onun şeirlərinin başlıca məzmun və forma özəlliyidir.

Bütün sadaladığım xüsusiyyətləri İlhamın sizə təqdim etdiyim bu son şeirlərində də görürəm. Bu şeirlərində də İlham mövzu ampluası tanımır – sevgi şeirləri də yazır, bəzən kəskin səciyyə alan sosial-siyasi mövzuya da, vətənpərvərlik lirikasına da üz tutur, fəlsəfi düşüncələrə də meyllənir… Amma əvvəlkilərlə müqayisədə bu şeirlərdə bir fərq aydın görünür – səsin amplitudasının maksimum düşməsi. Və bunun öz yerini səssiz düşüncə axarına verməsi. Bu şeirlər, musiqiçilərin diliylə desək, artıq bir gəncin bəzən pərdədən çıxan şaqraq zəngulələri deyil, durub-toxtamış, səsi tam oturuşmuş bir xanəndənin incə boğazlar, ustalıq tələb edən qaynatmalarla şərtlənən mükəmməl, püxtə ifasıdır. Bu şeirlər göstərir ki, Puşkin düz deməyib, nəinki 26, hətta 56 yaşda da şair qalmaq mümkündür. 

Yaş söhbətini elə-belə salmadım, dünən – aprelin 24-ü  çağdaş Azərbaycan şeirində təkrarsız üslubu və özünəməxsus xarakteri ilə seçilən İlham Qəhrəmanın doğum günü idi. Şair dostuma uğurlar arzu edir, onun ürəkdən gələn duyğularının oxucuların qəlbinə yol tapacağına inanıram.

Əsəd Cahangir

 

TƏK

 

Bir düzün ortasında, bitən

ağac kimi təkəm, telli balam…

Mənim təkliyim yerdə

çəkdiyim ahdan,

Göydə Allahdan gəlir,

telli balam.

 

Kim bilir başıma

nə gəldi, telli balam?!

Təklər bu dünyada

tək əldi, telli balam.

 

Sevinc göz yaşında boğulur,

Kədərin çiçəyi çırtdayıb,

kədərim gülüşür,

telli balam.

Bütün qəmli mahnılar

təkliyin səsidi,

qəmli mahnılar sümüyümə düşür,

telli balam!

 

İtsəm məni necə nişan verərsən,

Necə soraq edərsən, telli balam?!

Heç kimin qəlbinə dəyməyən,

qəlbi ipək adamı,

Ürəyi sözə pətək adamı,

Adamların arasında

tək adamı, necə soraq edərsən,

telli balam?!

 

Təkəm, telli balam, –

tək səbir kimi,

Şamaxı yolundakı

tək qəbir kimi!

Belə tək olan

tək mənəm,

Bu təkliyimlə

görk mənəm, telli balam!

 

09.11.2014

 

lll

 

Canım, telli balam,

Hissim torpaq kimi

Əsirdi, ilhaqdı.

Hər yerdən görünür, –

Mənim yurd həsrətim

Yol kimi çılpaqdı.

 

17.09.2014

 

 

PORTRET

 

Masanın üstündə,

Əli əlinin üstündə,

Çənəsi əllərinin üstündə,

Pəncərədən uzaq məchul nöqtəyə

gözündə bir sualla baxmaq –

Görəsən nə vaxt?

 

12.10.2013

 

 

YAXŞIDI

 

Yardan ayrılanda zar-zar ağlayan,

Yarının böyrünü kəsə yaxşıdı.

Bir adam yol ala səfər eyləyə,

Tələsə tez çatsın kəsə yaxşıdı.

 

Səvabdı şirin söz xalqa dadırmaq,

Günahdı hav günü qıraqda durmaq.

Qələm hüzurunda qulluqda durmaq,

Tanrıdan vergili kəsə yaxşıdı.

 

Yazda çiçək aça, payız bar tökə,

Allah var tökəndə o ki var tökə…

Axşamdan başlaya narın qar tökə,

Səhər açılanda kəsə yaxşıdı.

 

05.02.2015

 

 

SƏHƏNGDƏKİ QARPIZIN NAĞILI

 

(uşaqlar üçün)

 

Körpə vaxtı qış axşamları

Nənəm yığıb uşaqları

Bir şirin nağıl başlardı.

Nağılın yarısında

diqqətimiz üzülər,

bizi mürgü tutardı.

Nənəm tez ortalığa

belə bir söz atardı –

Kim yatsa,

səhəngdəki qarpızı kəsəcəyik…

Qarpızın yuxu dağıtmağına əvəz yox!

Bundan sonra ilan vuran yatardı,

biz yox!

 

Qarpızın yolunu

gözlədə-gözlədə

Bizə nağıl söylər,

tapmaca satardılar.

Səhəngdəki qarpızı nənəm

özünə şərik qoşardı –

Nağılın mürgüyə qədərini nənəm,

Mürgüdən sonrasını qarpız danışardı.

 

Nağıllar bitərdi,

Səhəngdəki qarpız kəsilməzdi.

Ümidimiz sabahkı

nağıl axşamına qalardı,

ümidimiz əskilməzdi.

 

Qışın nağıl gecələri…

Evimizin isti sobası,

Pəncərədən sallanan

sal buz yadıma düşür.

O vaxtdan harda

qarpız görsəm səhəng,

Səhəng görsəm

qarpız yadıma düşür.

 

Xatirələr boyunbağıdı

Bu gün bir muncuğun bağı qaçıb.

Bir sözlə səhəngdəki qarpız

Bizə çox nağıl danışıb,

Başımıza çox nağıl açıb.

 

8 Mart 2015

Antalya hava alanı

 

 

ÇİÇƏKLƏR

 

Çiçəklər örüş yeridi,

iş yeridi arılara.

Çiçəklər səhnədi quşlara.

Çiçəklər “sevirəm!” deməkdi

bir bəy əlində.

“Sevilirəm!” deməkdi

bir xanım əlində.

Ən ağır günümüzdə

hamı bizi tərk edər,

Çiçəklər gecəni də

bizimlə qalar qəbrimizdə!

 

25.03.2015

 

 

ARİF ƏMRAHOĞLUNUN XATİRƏSİNƏ

 

Bu yola vaxtsız buruldun

Niyə belə tez yeridin?!

Ağacın alt budağıydın,

Əlimiz çatan yer idin.

 

Yığışıb yazarların

Küçəsindən getmisən.

Səni sevən dostların

Kisəsindən getmisən.

 

Haqqı-salam sənlə idi

Haqqı-salamın itməzdi,

Sucuq yerdən ot yaşılı,

Səndən xoş sifət getməzdi.

 

Sən ki, orda yaxındasan

Bizdən pıçılda Tanrıya.

Qapın məscid qapısıydı

Açıq olardı hamıya.

 

Bakının ortasında

hər səni görəndə

Adamı vurardı kəndin ətiri.

Yanına gələni əyləşdirərdin

Qızlara deyərdin bir çay gətirin.

 

Sən baxan səmtə baxanda

Başda Vətən gəlir, –

Kür, Araz, Həkəri görünür.

Siqareti külqabına qoyub

Aldığın salamın yeri görünür.

 

…Birər-birər gəzdim bu dağı,

Dərəsi, təpəsi, tapı qalmadı.

Ağac yıxılanda səmtinə aşar

Səndən sonra bizə aşacaq yer,

Açılacaq qapı qalmadı.

 

06.04.2015

 

 

ACI ŞEİRLƏR

SİVİL CƏZA

 

Cəza cürbəcür olur, telli balam,

Baş üzəni, əl üzəni…

Cəza da var sivildi,

Sadəcə adamı

adam yanında qızardır, telli balam –

Layiq olanın haqqını

layiq olmayana vermək

birincinin yanında

ikinciyə verilən cəzadı, telli balam.

 

10.03.2015

Sabiha Gökçen

 

 

GÜNƏŞİ ÜÇ ADAMLAR

 

Hər adam sən deyən deyil,

telli balam,

Hər adamın açılacaq qapısı,

dönəcək dönəlgəsi olmur.

 

Elə adam var,

telli balam,

Sacayaq kimi göydə günəşi üçdü,

yerdə kölgəsi olmur!

 

11.03.2015

 

 

QURBAN YAQUBOĞLUNA

 

Kim halından halı bilər

Bu halı haldan olmuşun?!

Nə sağı haraya yetər,

Nə solu, soldan olmuşun.

 

Həsrət sevgi sazağıdı,

Əriməyən buz dağıdı.

Bizim dağlar göz dağıdı.

Yox yolu yoldan olmuşun.

 

Sel çayda həşir qoparır,

Dalğalar enir, qabarır…

Həm körpünü sel aparır,

Həm salı saldan olmuşun!

 

18.07.2014

Nabran

 

525.az

Previous Post

Üç günəşli adamlar

Next Post

Eks KQB agenti: “SSRİ-də generallar belə savaşırdı…”

Bənzər yazılar

Bakıda “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib – FOTO

Bakıda “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib – FOTO

09 Oktyabr 2026 - 11:49

Bakıda İsveçrə və Azərbaycan musiqiçiləri və Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib....

Məleykə Əsədovanın 29 yaşlı bacısı qızı vəfat etdi

Məleykə Əsədovanın 29 yaşlı bacısı qızı vəfat etdi

08 Oktyabr 2026 - 17:45

Xalq artisti Məleykə Əsədovanın 29 yaşlı bacısı qızı Mina dünyasını dəyişib. Elchi.az xəbər verir ki, bu barədə şairə Nazilə Səfərli...

AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

06 Oktyabr 2026 - 16:51

Azərbaycanlı şair-jurnalist, publisist, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli Gürcüstan Yazıçılar Birliyinin (GYB) üzvü seçilib. Tbilisi şəhərində Gürcüstan Yazıçılar Birliyinin...

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52

Azərbaycanın “Avroviziya 2027” mahnı müsabiqəsində iştirakı ilə bağlı qərar verilib. Elchi.az Axşam.az-a istinadla xəbər verir ki, ölkəmiz gələn il də...

Next Post

Eks KQB agenti: “SSRİ-də generallar belə savaşırdı…”

Eks KQB agenti: “SSRİ-də generallar belə savaşırdı…”

Son xəbərlər

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.