"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Fransada “Azərbaycan-Cənubi Qafqazın lider dövləti” kitabının təqdimatı olub

06 Aprel 2015 - 17:50
in GÜNDƏM, MANŞET
FacebookVatsap

11139645_618536701610209_2065743185_nFransada “Azərbaycan-Cənubi Qafqazın lider dövləti” adlı kitabın təqdimat mərasimi keçirilib. “A2Cmedia” nəşriyyatı tərəfindən çap olunan kitabın tərtibçiləri Paris-1 Panteon Sorbon Universitetinin fəxri sədri, Beynəlxalq Geosiyasət Akademiyasının prezidenti, Parisin V rayonu merinin müavini professor Jak Soppelsa və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı, Paris-1 Panteon Sorbon Universitetinin siyasi elmlər doktoru Turab Qurbanovdur. Jak Soppelsanın rəhbərliyi ilə nəşr olunan 190 səhifəlik məqalələr toplusundan ibarət kitabın ön sözünün müəllifi Fransanın ölkəmizdəki sabiq səfiri Bernar Dorəndir. V rayonunun meriyasında keçirilən təqdimat mərasimini açan Jak Soppelsa Cənubi Qafqazın lider dövləti Azərbaycana Fransada böyük marağın olduğu nəzərə alınaraq belə bir kitabın nəşrinə zərurət yarandığını söyləyib. O, qədim və zəngin tarixə malik Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini, mühüm geosiyasi məkanda yerləşdiyini diqqətə çatdırıb. J.Soppelsa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycanın bir çox beynəlxlaq təşkilatlara üzv olmasından və iqtisadiyyatının sürətlə inkişaf etməsindən də söhbət açıb. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov demokratik və dünyəvi ölkəmizin qədim sivilizasiyanın beşiyi kimi Şərqlə Qərbin qovuşuğunda yerləşdiyini, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistanla həmsərhəd olduğunu qeyd edib. O, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik quruluşlu dövlət olduğunu, qadınlara seçib-seçilmək hüququnun verildiyini, lakin bu dövlətin cəmi 23 ay yaşadığını diqqətə çatdırıb. Azərbaycanın yalnız 70 ildən sonra öz müstəqilliyini bərpa etdiyini, ilk illərdə iqtisadi və siyasi çətinliklərlə üzləşdiyini bildirib. Səfir 70 illik totalitar rejimdən xilas olan Azərbaycanda ötən əsrin 90-cı illərinin ortalarından sabitliyin bərqərar olunduğunu, ölkənin iqtisadi inkişaf yoluna qədəm qoyduğunu, qısa vaxtda dünyanın aparıcı dövlətləri arasında nüfuzunun artdığını bildirib. Azərbaycanın BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatlara tamhüquqlu üzv olduğu, yeraltı sərvətlərinin dünya bazarına çıxarılması sayəsində iqtisadi imkanlarının artdığı, dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatında xeyli irəliləyişlər əldə edildiyi, bu inkişafın ölkə iqtisadiyyatının modernləşməsinə şərait yaratdığı diqqətə çatdırılıb. Fransanın regionda Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayan E.Əmirbəyov orbitə çıxarılan Azərbaycan peykinin bu əməkdaşlığın bariz nümunəsi olduğunu qeyd edib. Səfir Fransa Prezidenti Fransua Ollandın Bakıya, Azərbaycan Prezidenti İlham Əliyevin Parisə səfərlərinin iki ölkə arasında mövcud əlaqələrin inkişafı istiqamətində mühüm addımlar olduğunu söyləyib. O, Fransanın Azərbaycanla ticarət dövriyyəsində mühüm tərəfdaş olduğunu vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat uzun illər davam edən münaqişənin danışıqlar yolu ilə həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın göstərdiyi səyləri yüksək qiymətləndirib. Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığından bəhs edən Fransanın İqtisadi, Sosial və Ətraf Mühit Şurasının sabiq üzvü, Paris Beynəlxlaq və Siyasi Elmlər İnstitutunun professoru xanım Patrisya Mamet Azərbaycanın Avropa təsisatları ilə əlaqələrindən, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolundan, Avropa İttifaqı ilə əməkdaşlığından söhbət açıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı, Paris-1 Panteon Sorbon Universitetinin siyasi elmlər doktoru Turab Qurbanov kitabda toplanmış məqalələrdə bəhs edilən məsələlər barədə məlumat verib. Kitabda J.Soppelsanın “Cənubi Qafqazın geosiyasəti-Azərbaycan güc münasibətlərinin mərkəzində”, “Azərbaycan və “yumşaq güc”: idmandan humanitar Davosa”, T. Qurbanovun “Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspekti tərəflərin nöqteyi-nəzərində”, BMT-nin İnformasiya İdarəsinin sabiq direktoru səfir Hassen Fodhanın “Azərbaycan-BMT münasibətləri: beynəlxalq sülh və əməkdaşlıq naminə əməkdaşlıq”, Beynəlxalq Geosiyasət Akademiyasının üzvü, siyasi elmlər doktoru Karol Blijsverdin “Azərbaycan və enerji çağrışları: neft zənginliklərindən alternativ enerjiyə”, Paris Şərqi Kretey Universitetinin idarəetmə və beynəlxalq mübadilələr fakültəsinin dekanı professor Jan-David Avenelin “Azərbaycanın iqtisadiyyatı: müasir vəziyyət və perspektivlər”, Patrisya Mametin “Azərbaycan və Avropa institutları: gələcək inteqrasiya naminə hüquqi və təşkilatı islahatlar” və Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalovun “Azərbaycan: İpək yolu üzərində dövlətçilik ənənəsinin zəngin tarixi” məqalələri toplanıb. Qeyd edək ki, qondarma erməni soyqırımının “100 illiyi” ərəfəsində daha çox təxribat törətməklə fəallaşan ermənilər bu tədbirdə də belə əməllərindən çəkinməyiblər. Fransadakı erməni diasporunun təqdimatda iştirak edən nümayəndələrindən biri ölkəmizin tarixinə kölgə salmaq məqsədilə təxribat xarakterli sual verib. Səfir E.Emirbəyov bu suala faktlar əsasında tutarlı cavab verib və erməni tərəfin əsassız iddalarını ifşa edib.

Bunu da oxuyun

“Odissey”in kitab satışları 1400 faiz artdı

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

Əsgər Əliyev,

AZƏRTAC-ın xüsusi müxbiri,

Paris

Previous Post

Fransada “Azərbaycan-Cənubi Qafqazın lider dövləti” kitabının təqdimatı olub

Next Post

Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsinə qatılmayacaq

Bənzər yazılar

“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur “Odissey” dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin...

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

31 İyul 2026 - 22:24

Bakı şəhərində aparılan təmir işləri ilə əlaqədar sabahdan etibarən avqustun 3-dək paytaxtın bir sıra küçə və yollarında nəqliyyat vasitələrinin hərəkətinə...

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

31 İyul 2026 - 21:49

Bakı şəhərində fəaliyyət göstərən Şuşa təcili tibbi yardım bölməsi artıq öz doğma yurdu – Şuşa şəhərinə köçürülüb. Bu barədə Elchi.az...

Next Post

Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsinə qatılmayacaq

Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsinə qatılmayacaq

Son xəbərlər

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15
Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan dili və əlifbası günüdür

01 Avqust 2026 - 00:00
“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39
Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.