"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Telman İsmayılov: “Bu, qlobal fəlakət idi”

31 Mart 2015 - 16:23
in XƏBƏR LENTİ
FacebookVatsap

Telman İsmayılov: “Bu, qlobal fəlakət idi”

Bunu da oxuyun

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

“AST” şirkətlər qrupunun prezidenti Telman İsmayılovun virtualaz.org saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
 
 
-Telman Mərdanoviç, burada, sizin sarayınızda nə qədər fotolar asılıb. Hər tərəfdən bizə məşhur simalar baxır. Bəs nəyə görə həmin Monika Belluci yoxdur?
-(Gülür…) Bunların hamısı sizin saytınızın xəbərindən başladı.
Qeyd: Xatırladaq ki, ötən il italyan KİV-ləri Vensan Kasselə boşanma prosesinə başlayan məşhur italiyalı aktrisa Monika Bellucinin guya azərbaycanlı oliqarxa görə ərindən ayrıldığını yazmışdı. Bu mövzunu Kann festivalında jurnalistlərlə söhbətində Belluci özü də qızışdırdı. O, informasiyanı nə təsdiq, nə də təkzib etdi.
 
-Bağışlayın, ancaq hər şey italyan KİV-lərindən başladı. Sonra informasiyanı Türkiyənin “Hürriyet” qəzeti yaydı. Yeri gəlmişkən, Türkiyə haqda. Bu günlərdə Türkiyə KİV-ləri daha da uzağa gedib yazdılar ki, sizin əfsanəvi “Mardan Palace” oteliniz borclara görə hərraca çıxarılır. Bu, doğrudur?
-Mən bu otelin sahibi deyiləm. Əgər istəsəniz, sizi əsl sahibi ilə tanış edə bilərəm.
Qeyd: Telman İsmayılov geri dönür və nəvəsini çağırır. Balaca Telman – Telman İsmayılov adlı oğlan qaçaraq gəlir.
-Budur otelin sahibi. Oteli o sata bilər. Mən kiməm ki… (gülür).
-Bəs ciddi danışsaq?
-Türkiyədə mənim haqqımda dezinformasiya yayan adamlar var. Bunu qəsdən edirlər. Onlar məni Türkiyədən sıxışdırıb çıxarmaq istəyirlər. Bu informasiyanı bütünlüklə təkzib edirəm. Təkrar edirəm, mənim bu oteli satmaq planım yoxdur. Yeri gəlmişkən, fürsətdən istifadə edib sizi də istədiyiniz vaxt oteldə dincəlməyə dəvət edirəm.
-Təklifinizdən hökmən yararlanaram. Buna baxmayaraq daha bir sual: sizin borclarınız varmı, bəlkə otelin tikintisi zamanı götürdüyünüz hansısa kreditlərlə bağlı öhdəliklərdən söhbət gedir?
-Mən sizin suala sualla cavab verirəm. Nə vaxtsa eşitmisiniz ki, kimsə öz nağd pulları hesabına hansısa meqa-layihəni həyata keçirsin? Bu ki, absurddur. Əlbəttə, otelin tikintisi zamanı mən bank kreditlərindən istifadə etmişəm. Söhbət cəmi 110 milyon dollardan gedir. Türkiyədə mənim heç bir problemim yoxdur.
-Hətta Ərdoğan hökuməti ilə də?
-Əlbəttə. Vaxtilə məhz çox hörmətli Rəcəb Tayyib Ərdoğan məni Türkiyədə bəzi siyasi qüvvələrin təzyiqlərindən qorudu. Əgər mən bəzi türkiyəli qruplaşmaların mənə qarşı aqressiyasının səbəblərini danışsam, beynəlxalq qalmaqala səbəb olardım. Yəqin bilirsiniz, mən İsrail vətəndaşıyam. İsveçrədə, İtaliyada, Baltikyanı ölkələrdə və dünyanın digər ölkələrində mülkiyyətim, biznesim var. Türkiyə vətəndaşlığı nəyimə lazımdır?
-Ancaq “Mardan Palace”in açılışından sonra bir çox KİV-lər sizin Türkiyə hökumətinə vətəndaşlıq barədə müraciət etdiyinizi yazdılar…
-Bu, doğru deyil.
-Əgər indi Moskvadasınızsa, yəqin Rusiya hakimiyyəti ilə problemlərinizi də yoluna qoymusunuz?
-Bəli, əlbəttə. Bu, qlobal fəlakət idi. Mən bu çətin situasiyadan çıxa bildim. Ancaq deməliyəm ki, Rusiyanın ali siyasi rəhbərliyinin bu işlərə heç bir aidiyyəti yox idi.
 
-Bu, hansısa hakimyyətdaxili qruplaşmaların həmləsi idi?
-Sualınızı şərhsiz qoyuram.
-Aydındır ki, söhbət hansısa qruplaşmadan gedir. Və təxmin etmək qalır ki, hansı qruplaşma idi. Hakimiyyət sizin məşhur “Çerkizovsk” bazarını bağladı. Rusiya bazarlarında hansısa biznesiniz qaldımı?
-Yox. Ancaq tezliklə mən Moskvada qlobal tikinti layihəsinə başlayacam. Biz 2 milyon kvadratmetr sahəsi olan yeni tikinti kompleksi inşa edəcəyik. Əminəm ki, kifayət qədər uğurlu layihə olacaq.
-KİV-lərdə yazıblar ki, problemlərinizin həllində Çeçenistan rəhbəri Ramzan Kadırovun xüsusi rolu olub. Şayiələr dolaşırdı ki, sizə görə Putindən o xahiş edib. Əslində belə olubmu?
-Mən vaxtilə Ramzan Kadırovun atası, rəhmətlik Əhməd Kadırovla çox yaxın dost olmuşam. Bəli, Ramzan Kadırovla da yaxın münasibətlərim var. Təkcə o yox, Rusiyanın yüksək elitasının bir çox digər simaları da xahiş ediblər.
-Və deyilənə görə, bunun əvəzində Çeçenistana böyük yatırım qoymalı idiniz…
-Doğru deyil, mənim orada heç bir biznesim yoxdur.
-Bəs “Terek” futbol klubu? Bəyəm siz bu klubun sponsoru deyilsiniz?
-Yox, mənim bu klubun maliyyələşdirilməsinə heç bir aidiyyətim yoxdur.
-Sizin Azərbaycanda biznes maraqlarınız varmı? Və sonuncu dəfə Bakıda nə vaxt olmusunuz?
-Azərbaycanda çoxlu dostlarım var. Gördüyünüz kimi, ailəmiz azərbaycanlı ailəsindən fərqlənmir. Bu ənənələri qoruyuruq və saxlayırıq. Bakıda tez-tez oluram. Sonuncu dəfə bir neçə ay əvvəl olmuşam.
-Deyəsən, AZAL prezidenti Cahangir Əsgərovla yaxın dostluğunuz var. Sizin ad gününüzdə nəqliyyat naziri Ziya Məmmədov da iştirak edirdi…
-Cahangir Əsgərovla dostluğu çox qiymətləndirirəm və qoruyub saxlayıram. İnanın, o, həyatım boyu rastlaşdığım ən layiqli adamlardan biridir. Bəli, sualınızın bu hissəsi doğrudur. Azərbaycanda biznesə gəldikdə isə sizin ölkənizdə heç bir biznesim yoxdur.
Doğrudur, bir vaxtlar arzum var idi ki, Şüvəlan qəsəbəsində Azərbaycanın Kann kurortunu yaradım. İnvestisiya yatırmağa hazır idim, ancaq təəssüf ki, bu layihəni bir çox səbəblərdən reallaşdırmaq mümkün olmadı.
-Prezident seçkiləri ərəfəsində siz “Milyarderlər İttifaqı” adını alan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqında iştirak edirdiniz. Adınız rəsmi Bakının qəzəbinə səbəb olan bu təşkilatın təsisçiləri arasında keçirdi. Azərbaycan hakimyyəti ilə sizin aranızda nə baş vermişdi?
-Nə “Milyarderlər İttifaqı”? Bunlar tamamilə axmaq və sərsəm iddialar idi. Biz qarşımıza heç bir siyasi məqsəd qoymamışdıq, çünki o, siyasi təşkilat deyildi, humanitar və öz-özlüyündə milli-mədəni təşkilat idi. Burada hər şey sadədir. Mən sizə açıq deyirəm. Bir neçə adam mənə Abbas Abbasov barədə eyham vurub. Onu 50 ildir tanıyıram. Dostluğumuz onun 14, mənim 8 yaşım olanda başlayıb. Bu möhkəm dostluğu hələ də saxlayırıq. Mən Abbas Abbasovu həmişə Heydər Əliyevin, sonra isə İlham Əliyevin sadiq tərəfdaşı kimi tanımışam. Və o, heç vaxt öz mənəvi atasına və onun varisinə – sədaqətlə xidmət etdiyi adamlara qarşı çıxmaz.
Abbas Abbasov istefa verəndən və Bakıdan Moskvaya gələndən sonra o, öz potensialından Azərbaycan diasporunun möhkəmlənməsi naminə istifadə edə bilərdi. Bəyəm o, evdə oturmalı idi? Bundan əlavə, Bakıda ondan xahiş etdilər ki, o vaxt hansısa Söyün Sadıqovun başçılıq etdiyi “AzerRos”a rəhbərliyi üzərinə götürsün. Bundan artıq ortada heç nə ola bilməzdi. İstəmədilər ki, Abbasov öz təcrübəsindən, bacarığından istifadə edib Moskvadakı azərbaycanlıları müdafiə etsin. Nəticədə o, bu işlərdən də kənarlaşdı.
Mənim Çerkizovdakı bazarımda yüz mindən çox azərbaycanlı işləyirdi. Onların hamısı çörək qazanırdı. İndi bu insanların çoxu işsiz qalıb…
Azərbaycan hakimiyyəti ilə münasibətlərimə dair sualınıza gəldikdə isə demək istəyirəm ki, sizin hakimiyyətlə heç bir problemim yoxdur və ola bilməz. Mən uzun illərdir şəxsən tanıdığım prezident İlham Əliyevə böyük hörmətlə yanaşıram. O, Azərbaycanın layiqli lideridir, atasının işini ağılla davam etdirir.

 

Previous Post

Telman İsmayılov: “Bu, qlobal fəlakət idi”

Next Post

MN: Azərbaycan tərəfi düşmən barədə hər cür məlumata malikdir

Bənzər yazılar

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

31 Avqust 2026 - 23:00

Noyemberyan icmasının rəhbəri Arsen Ağababyan Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan iş çərçivəsində saxlanılıb. Elchi.az  xəbər verir ki, bu barədə...

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

31 Avqust 2026 - 22:59

Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elchi.az- a verilən məlumata...

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

31 Avqust 2026 - 22:57

İsveç Fransadan 4,3 milyard avro dəyərində dörd müdafiə və müdaxilə freqatı alacaq. Elchi.az  "Le Monde"yə istinadən xəbər verir ki, müvafiq...

Bakı və Abşeron yarımadasında dolu yağacaq

Bakı və Abşeron yarımadasında dolu yağacaq

31 Avqust 2026 - 21:12

Bakı və Abşeron yarımadasında dolu yağacaq. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun...

Next Post

MN: Azərbaycan tərəfi düşmən barədə hər cür məlumata malikdir

MN: Azərbaycan tərəfi düşmən barədə hər cür məlumata malikdir

Son xəbərlər

Sahibə Qafarova Qoşulmama Hərəkatı ilə bağlı konfransda çıxış edib

Sahibə Qafarova Qoşulmama Hərəkatı ilə bağlı konfransda çıxış edib

01 Sentyabr 2026 - 17:59
Bakıda avtomobil yandı

Bakıda avtomobil yandı

01 Sentyabr 2026 - 17:47
Həsrət Cəfərov reytinqdə liderliyini qorudu

Həsrət Cəfərov reytinqdə liderliyini qorudu

01 Sentyabr 2026 - 17:38
Pezeşkiyan: “ABŞ ilə qarşıdurmada qalib gələcəyimizə əminəm”

Pezeşkiyan: “ABŞ ilə qarşıdurmada qalib gələcəyimizə əminəm”

01 Sentyabr 2026 - 17:26
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi

NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi

01 Sentyabr 2026 - 17:18
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub

Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub

01 Sentyabr 2026 - 17:13
Ukrayna əhalisinin 15 milyona qədər azalacağı proqnozlaşdırılır

Ukrayna əhalisinin 15 milyona qədər azalacağı proqnozlaşdırılır

01 Sentyabr 2026 - 17:10
Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

01 Sentyabr 2026 - 17:03
Pezeşkiyan: “Birqütblü dünyaya qarşı mübarizədə Rusiyanı dəstəkləyirik”

Pezeşkiyan: “Birqütblü dünyaya qarşı mübarizədə Rusiyanı dəstəkləyirik”

01 Sentyabr 2026 - 16:58
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

01 Sentyabr 2026 - 16:45
Akif Quluzadə Banqkokda növbəti görüşünə çıxacaq

Akif Quluzadə Banqkokda növbəti görüşünə çıxacaq

01 Sentyabr 2026 - 16:37
Norveç kralı VIII Hokon and içib

Norveç kralı VIII Hokon and içib

01 Sentyabr 2026 - 16:25
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

01 Sentyabr 2026 - 16:18
Trampın populyarlığı çökür: dəstək 33 faizə endi

Trampın populyarlığı çökür: dəstək 33 faizə endi

01 Sentyabr 2026 - 16:00
Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib

Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib

01 Sentyabr 2026 - 15:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.