"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

“Qudurğanlığın” qırxıncı günündəkilər

23 Mart 2015 - 09:09
in KÖŞƏ YAZILARI
FacebookVatsap
63İstənilən cəmiyyətin çöküşü məhz özbaşınalıqlardan başlayır
 

Heydər Oğuz
mektub@heyderoguz.com

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Xəzər Universiteti rektorunun qızının başına gələnlər ölkənin bir çox qaranlıqlarına işıq tutdu. İlk öncə, o məlum oldu ki, zülmə, haqsız istismara, haram qazanca söykənən iqtisadi düzənlər təkcə kasıb ailələrə bədbəxtliklər gətirmir. Kasıb ailələr qədər zəngin övladları da bu haramxor anlayışın qurbanları olurlar.Yalnız mətbu orqanlar tərəfindən son bir neçə il ərzində işıqlandırılan xeyli sayda xoşagəlməz məlumatlar ölkədə bir ovuc adamın harınladığını, ölkə başçısının sözüylə desək, “qudurduğunu” göstərir. Təsəvvür edin ki, özbaşınalıq nə həddə çatıbsa, ən yüksək siyasi iradənin belə “quduzluğa” qarşı apardığı mübarizə heç bir effekt vermir. Hər gün müxtəlif məmurun, iş adamının gülmə-şəkər balalarının milli mentalitetə zidd əməlləri gün üzünə çıxır. Onların qurşandığı gecə həyatı, qeyri-insani hərəkətlər ictimai müzakirələrə səbəb olur. Təbii ki, “qudurğanlıqların” qırxıncı günündə ortaya çıxan bu cür xoşagəlməz hadisələr bir sıra ictimai problemlərə yol açır və nəticədə hər kəs bundan mənfi yöndə təsirlənir.

“Qudurğanlıq” mühitinin ən böyük zərbəsinin onun mərkəzində dayananlara dəyməsi, əlbəttə, təsadüfi deyil. Bu, bəlkə də, ilahi ədalətin  haramxorluğa kəsdiyi cəzadır. Bir insan üçün pul-para, zənginliklər yalnız və yalnız onun xoşbəxt yaşamasına xidmət göstərdiyi zaman həqiqi möhtəvasına çatmış olur. Adı bu cür qalmaqallarda hallandırılan “qəhrəman”lardan heç birinin isə xoşbəxt həyatı olduğunu söyləmək mümkün deyil. Harın övladların bir çoxunun ailələrinin dağılması, ömürlərinin gecə barlarında keçməsi, özlərinin narkotika, içki aludəçisi olması, valideynlərinin dost-aşna arasında başaşağı gəzməsi haram qazancın onlara bəxş etdiyi ən böyük “hədiyyə”lərdəndir.

Bir çoxlarının gözəl şair, alicənab insan, təfəkkürlü elm xadimi kimi tanıdığı Hamlet İsaxanlının övladının başına gələn bu hadisədən nə qədər narahat olduğunu sezməmək mümkün deyil. Hər bir ata kimi o da hadisədə qızının adının hallanmasını istəmir, təhqirə məruz qalmasına baxmayaraq öz adına da ləkə gətirir deyə, hətta cinayətkarların cəzalandırılmasını belə arzulamırdı. Bir ziyalı və bir valideyn kimi Hamlet müəllimi yaxşı anlayıram. Azərbaycan cəmiyyəti bu istedadlı adamı tamam başqa keyfiyyətlərilə tanımalıydı. Nə yazıq ki, o, qızının gecə saat 4 radələrində iki şəxs tərəfindən döyülməsiylə gündəmə gəldi, dost-düşmən ağzına düşdü.

Əslində, iki harın qardaşın Ülkər İsayevaya atdığı şillələr ona yox, atasına atılmışdı. Bu, haramxor rejimlə razılaşan, onun zülmünə qarşı susmağa üstünlük verən, bəlkə də, bu zülmdən qidalanan ziyalıya atılan şilləydi. Şilləni isə zülmün özü atırdı. Hamlet İsaxanov cənabları bu şilləni haqq etmişdimi? Onun haqqında heç bir ciddi məlumata malik olmadığımdan suala cavab verə bilmərəm. Amma onu da düşündüyümü gizlətmirəm ki, İlahi ədalət iki harın qardaşa bu şilləni atdırmaqla həmin suala cavab vermişdi. Zənnimcə, bu mesaj yalnız Hamlet müəllimə deyil, onun kimi haramxorluğa boyun əyən hər kəsə ünvanlanmışdı. Mesajın altında yatan hikmət isə bundan ibarətdir-“Sizlərin hər biriniz bu cəmiyyətin üzvüsünüz və cəmiyyəti haqsızlıqlar girdabından xilas etmədikcə onun zərbələrini də dadacaqsınız. İstənilən qorxunc məxluqun ən ağır zərbələri isə məsafəcə ona daha yaxın olanlara dəyir”.

Rektor qızının döyülməsi olayının işıq tutduğu digər bir qaranlıq  cəmiyyətimizdə cinayətkar ünsürlərin nə dərəcədə kök atmasıyla bağlıdır. Hadisə qurbanının rəfiqələrindən birinin mətbuata verdiyi açıqlamalar bunun ən bariz sübutudur: “Hər adamın “duxu” çatmaz Zaurgildən şikayətçi olmağa. Bakıda onların qarşısına hər oğul çıxa bilmir”.

Sual oluna bilər: Bakıda hər adamın “dux”unun çatmadığı Zaur və Elin qardaşları kimdir və onlar bu gücü hardan alırlar?

Mətbuatın araşdırmalarından məlum olur ki, gecə barlarının bu əsrarəngiz cəngavərləri bir “kriminal avtoritet”in övladlarıdır. Muxtar Şirinoviç kimi tanınan bu avtoritet Moskvada yaşayır və gücünü də cinayətkar aləmdəki nüfuzundan alır.

Kriminal ünsürlərin ölkədə bu qədər at oynada bilməsi yalnız iki qardaşın “ərköyünlüyü” sayəsində ortaya çıxmayıb. Azərbaycan xalqının adından danışmaq səlahiyyəti daşıyan, millət vəkilliyinə layiq görülən Fəzail Ağamalının bir müddət əvvəl mətbuata verdiyi açıqlamalarda Rövşən Lənkəranskinin şəninə mədhiyyələr söyləməsi siyasi elitanın kriminal aləmə duyduğu sayqının önəmli nümunələrindəndir. Millət vəkilinin belə sayqıyla yad etdiyi kriminal dünyanın ölkəmizdəki çəkisi bu mənada heç kimə təəccüblü görünməməlidir.

Kriminal aləmə bu sərhədsiz sayqının nəticəsidir ki, iki qardaşın Bakının mərkəzində hər kəsin gözü qarşısında törətdiyi əməllər ilk əvvəl məhkəmə orqanı tərəfindən ört-basdır edilməyə çalışıldı. Elə bu faktın özü adi bir avtoqəzaya görə tanınmış hüquqşünasa 3 il cəza kəsilən ölkəmizdə hüquqi nihilizmin miqyasının göstərən başlıca dəlillərdən biridir. Təsəvvür edin ki, hadisə mətbuatda yayılır, video-görüntülər sosial şəbəkələri bəzəyir, polis qardaşlar haqqında gərəkli tədbirləri görür, prokuror cinayət işi qaldırıb onu məhkəməyə göndərir. Məhkəmənin hakimi isə şikayətçi yoxdur deyə qardaşları sərbəst buraxır.

Adamı ən çox narahat edən isə bu qərarı çıxaran hakimin qadın olmasıdır. İctimai təhlükəli şəxslərin ictimai yerdə törətdikləri özbaşınalıqlar, əməllərinin ictimai təhlükəsi və bunun bir qadına qarşı yönəlməsi Xətai Rayon Məhkəməsinin qadın hakimi Raziyə Ataşovanı qətiyyən narahat etmrsə, onun bundan sonra da vəzifəsini davam  etdirməyə mənəvi haqqı çatırmı? Belə çıxır ki, hakim Raizyə Ataşova ya ictimai təhlükəli əməllərin cəzalandırılması üçün fərdi şikayətə ehtiyac olmadığını bilmir, ya da bu qərarı verərkən hansısa maddi təmənnası olub. Hər iki halda hakimin əməlləri hüquqi qiymətini almalıdır; çıxartdığı bu qərar savadsızlığından irəli gəlibsə, işdən qovulmalı, yox, əgər maddi mənfəət xətrinə bu hökmü veribsə, özü müttəhimlər kürsüsündə əyləşməlidir.

Raziyə Ataşovanın ağır şəkildə cəzalandırılması həm də ona görə lazımdır ki, digər hakimlərə də ibrət dərsi olsun. Bir cəmiyyətin təmizlənməsi, arınması üçün bundan başqa yol yoxdur. Zira özbaşınalıqları yaradan başlıca amil ölkəmizdə hökm sürən cəzasızlıq mühitidir. Bütün cinayətkar ünsürlər törətdikləri əməlin cəzasız qalacaqlarına əmin olduqlarından at oynada bilir, xalqın cibindən  oğurladıqları haram pulları hakimə, prokurora, polis məmuruna yedirdərək cinayətlərini davam etdirirlər.

Xüsusilə haqqında danışdığımız harınlıq hadisəsində ortaya çıxan bu məqam xeyli düşündürücüdür. Polisin, prokurorun əməyi, hətta hansısa riski gözə almaq sayəsində apardığı mübarizə ən son cəza instansiyası olan məhkəmə tərəfindən bu cür etinasızlıqla qarşılanırsa, təbii ki, ölkənin kriminogen durumu müsbətə doğru dəyişilə bilməz, hüquq mühafizə orqanları kriminal dünyaya qurban verilər, nəticədə, loru dillə desək, it yiyəsini tanımaz. Sirr deyil ki, istənilən cəmiyyətin çöküşü məhz bu özbaşınalıqlardan başlayır.

Azərbaycan hakimiyyəti Ülkər İsayeva hadisəsinin işıq tutduğu qaranlıqlara ciddi baxmalı, cəmiyyətimizin mənəvi-əxlaqi dəyərlərinin yenidən bərpası naminə hər kəsi səfərbər etməlidir. Bizi bir millət kimi əxlaqi deformasiyaya aparan prosesin dayandırlması yalnız bir neçə hüquq-mühafizə işçisinin fədakarlığıyla effektli nəticə verə bilməz. Başda ən yüksək siyasi iradə olmaqla cəmiyyətin bütün fərdləri bu mübarizədə əlindən gələni ortaya qoymalıdır.

Previous Post

“Qudurğanlığın” qırxıncı günündəkilər

Next Post

Tanınmış aktyor separatçı kürdlərə dəstək verdi

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Tanınmış aktyor separatçı kürdlərə dəstək verdi

Tanınmış aktyor separatçı kürdlərə dəstək verdi

Son xəbərlər

Temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

21 Avqust 2026 - 12:30
Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Avqustun pensiya ödənişi yekunlaşıb

21 Avqust 2026 - 12:22
Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

21 Avqust 2026 - 12:17
Gəncədə sərxoşluq səbəbindən xəstəxanaya yerləşdirilən kişi ölüb

İsmayıllıda toyda 24 nəfər zəhərlənib

21 Avqust 2026 - 12:02
Britaniya Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyir

Britaniya Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyir

21 Avqust 2026 - 11:50
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Kəlbəcərə dolu düşüb – FAKTİKİ HAVA

21 Avqust 2026 - 11:42
Səfir: Birləşmiş Krallıq Azərbaycanı mühüm regional tərəfdaş kimi qiymətləndirir

Səfir: Birləşmiş Krallıq Azərbaycanı mühüm regional tərəfdaş kimi qiymətləndirir

21 Avqust 2026 - 11:37

Bakıda və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb

21 Avqust 2026 - 11:29
Avropa Ukraynadakı münaqişədə “kritik mərhələ” elan etdi

Avropa Ukraynadakı münaqişədə “kritik mərhələ” elan etdi

21 Avqust 2026 - 11:17
El-Nino Panama kanalını vurdu: Gəmi keçidləri azaldılır

El-Nino Panama kanalını vurdu: Gəmi keçidləri azaldılır

21 Avqust 2026 - 11:08
ABŞ-da çarter təyyarəsinin qəzasında 8 nəfər həlak olub

ABŞ-da çarter təyyarəsinin qəzasında 8 nəfər həlak olub

21 Avqust 2026 - 10:56
ABŞ: Qəzzə sülh planını tam həyata keçirəcəyik

ABŞ: Qəzzə sülh planını tam həyata keçirəcəyik

21 Avqust 2026 - 10:44
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək

MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək

21 Avqust 2026 - 10:32
Tramp Kim Çen Inla dost olmaq istəyir

Tramp Kim Çen Inla dost olmaq istəyir

21 Avqust 2026 - 10:24
2027-ci il üçün həyəcan siqnalı verildi: Bu, tarixdə ən isti El Nino olacaq

2027-ci il üçün həyəcan siqnalı verildi: Bu, tarixdə ən isti El Nino olacaq

21 Avqust 2026 - 10:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.