"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Avqurlar kimi gülmək… – (Məmməd Süleymanov yazır)

18 Mart 2015 - 00:52
in CƏMİYYƏT
FacebookVatsap

Məmməd SüleymanovGörünür, bu da bizim karmamızdır: parlamentdə əslində çox vacib olan məsələnin – baş nazirin illik hesabatının müzakirəsinə “papaq atmaq” əməliyyatının detalları ilə rəng qatmaq…

Çoxdandır ağacların arxasında gizlənən meşəni görməzlikdən gəlməkdəyik, vacib problemlərin köklərini axtarmadan xırda nüanslarla əylənməyi isə cəsarətli tənqid kimi qələmə verməyə aludəyik.

Bunu da oxuyun

FHN-in qurumlarında Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib

FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Üçüncü onillikdir baş nazir olan Artur Rasizadənin illik hesabatları üç onillikdir ki, Azərbaycanda Yer cənnətinin artıq bərqərar olduğunun mənzərəsini cızmaqdadır. Əsas gəlir mənbəyi olan neftin qiyməti ilin sonuna qədər lap üç dəfə də düşsə, yəqin gələn ilin bu vaxtında biz yenə eyni tonda mətni dinləyəcəyik.

Buna öyrəncəliyik, üstəlik də biganəyik. Parlamentdə oturanlar da hesabatda tənqid olunası bir şey axtarıb tapa bilmirlər. Siseron buna vaxtilə “Avqur gülüşü” deyərdi (bu barədə bir az sonra).

İndi isə Milli Məclisdə Fazil Mustafanın etiraz çıxışına köklənmək istərdim. Deputat mövcud sosial durumun ağırlığını qabartmağa cəhd edir. Ancaq necə? Metaforalarla və Ezop dili ilə.

Və istər-istəməz əmin olursan ki, özlərini tənqidçi kimi göstərmək istəyənlər də artıq ən ziyansız tənqidlərini belə hədəfsiz, bələyərək, qorxa-qorxa edirlər.

Lap Mixail Jvanetskinin kəlmələrindəki kimi: “Əvvəl-əvvəl danışanda böyür-başımıza baxmağa başlayırıq. Sonra isə artıq fikirləşəndə də çevrilib ətrafımıza baxırıq”.

Bir tərəfdən, danışmaq qadağan deyil, susmaq isə olmaz. Susanda da heç bir fikir ifadə etmirsənmiş kimi danışmalısan (Söhbət yalnız Fazil Mustafadan getmir, o, ümumiləşmiş obrazdır. Müasir siyasətçilər də, məmurlar da, qəzetçilər də… bu cür edirlər).

İndi isə Məclisdəki mükaliməyə qulaq kəsilək. Deputat deyir: “Bəzilərinin hasarı çox hündür və qapıları kilidli olduğu üçün papaqlar hasarından keçmək mümkün olan evlərə atılır. İndi bu məsələni müzakirə etmək lazımdır ki, orta təbəqədən olan insanlar papaqların içini nə ilə doldursunlar”.

Yəni o, əslində kəskin təbəqələşmədən, kapitalizmin gətirdiyi yoxsulluqdan, siniflərə bölünmədən danışır və bu siniflərin hündür hasarlarla bir-birindən ayrıldığını önə çəkir. Üstəlik, deputat hətta “yoxsul təbəqə” kəlməsi də işlətməyərək ölkədə “orta təbəqə”nin belə papaqlarının boş qaldığından şikayətlənir.

Bu necə “orta təbəqə”dir ki, papağı boşdur və gedib hündür divarların o tayındakılardan pay istəyir?

İkincisi, bu kəlmələrdən elə anlaşılır ki, bayram imkansızlar üçün az qala dilənmək vasitəsidir, hasarın o tayındakılar isə onlarla ünsiyyəti sıfıra endirib. Bir sözlə, özü də istəmədən, Ezop dili ilə deputat hətta bayramda belə paysız qalan əzilənlərin portretini, üstəlik də sinfi ziddiyyətlərin həddini cızır.

Bu məsələni müzakirəyə çıxarmağa çalışır, necə deyərlər, sosial siyasət tələbində bulunur. Elə bir cəmiyyəti dilinə gətirir ki, orada hasarlar hündür deyil, təbəqələr arasında ünsiyyət şansı var, “orta təbəqənin papaqlarının içi boş deyil”.

Fərqinə də varmır ki, mövcud Sistemdə məhz indiki cür də olmalıdır: periferiya kapitalizmi, antaqonist siniflər, ifrat təbəqələşmə, sosial siyasətin iflası. Hündür divarlar indiki Sistemin məntiqindən çıxır, onun atributudur. Və kim bu divarların yoxluğunu istəyirsə, tamamilə fərqli quruluş uğrunda çalışmalıdır. Yəni, sosialist olmalıdır.

Üstəlik, Sistemdə ildə bir gün ehtiyacı olanların papağını payla doldurmaqla Sistemin məğzi dəyişmir. Eyni ictimai münasibətlər, eyni sinfi ziddiyyətlər qalır. Və Sistemin mahiyyəti elədir ki, ən xırda ədalətin bərpası üçün də oyunun bütün qaydaları, idarəçiliyin bütün özülü dəyişdirilməlidir. Buna isə ilk növbədə elə Milli Məclisin deputatları çalışmalıdır.

İndiki bahalaşma da, yoxsulluq da, antisosial siyasət də neftin qiymətlərinin oynamasının yox, hazırkı siyasi-iqtisadi münasibətlərin məhsuludur. Və manat ona görə devalvasiyaya uğramadı ki, bunu ölkə iqtidarı iradi qərarla reallaşdırdı. Xeyr, ona görə ki, kapitalizmin qaçılmaz satelliti olan böhran məhz indiki devalvasiya ilə müşayiət olunmalı idi.

Böhran nəticəsində xalqın müflis olduğundan narahatsınız? Onda böhransız cəmiyyət qurmağa çağırın.

Elə bir cəmiyyət ki, orada “qara şənbə” yoxdur, işsizlik yoxdur, mülkiyyət Azadlıq kimi qələmə verilmir, sosial siyasət məntiqi nəticədir, antaqonist siniflər mövcud deyil, bir sözlə, insan həqiqətən insan kimi yaşayır.

Yox, bunu istəmirsizsə, qurduğunuz kapitalizminizlə qürur duyun, bazar iqtisadiyyatını, özəlləşdirməni, yırtıcı reyder reyslərini vəsf edin və bir daha hündür divarlardan, boş papaqlardan danışmayın. Oturduğunuz budağı kəsməyə razısızmı?

Görünür, deputatın “Ezop dili”nə spikerin eyni dillə cavabı da bundan xəbər verir.

Papağı “milli mentalitet” adlandıran Oqtay Əsədov deyir: “Sən fikirlərini milli mentalitetə toxunan məsələ kimi dedin. Vaxtilə bacadan da papaq atırdılar. Narahat olma, hansı qapıya papaq atsan, inanmıram ki, sənin papağın boş gəlsin”.

Yəni bu Sistemə uyğunlaşa bilmiş deputatın onu tənqid etməyi absurddur. Yoxsa ki, sözdən tutub tamamilə əlverişsiz nəticələrə qədər getmək olar. Bir sözlə, mövcud reallıq – Sistemin məntiqi nəticəsidir, onu dəyişmək isə başqa bir Sistem arzulamaqdır. Madam ki Fazil Mustafa da daxil olmaqla heç bir deputat (və deputat olmayan siyasətçilər də) bunu arzulamır, yaxşı olmazmı ki, bu populist tənqidi də kənara tullasınlar?

Məntiqidir, nə deyəsən?! “Çünki oldun dəyirmançı…”

***

O ki qaldı Artur Rasizadənin “gözəllikləri vəsf edən” hesabatına, ölkədə hər şey əladır: iqtisadi artım göstəricisi 2,8% olub, əhalinin hər nəfərinə düşən əlavə dəyər 6300 manata çatıb. Hesabat ilində əsas kapitala 17,6 mlrd. manat vəsait yatırılıb və investisiyanın 66%-i qeyri-neft sektorunun payına düşüb. İnflyasiya 1,4% səviyyəsində saxlanılıb. Hesabat ilində manatın sabitliyi qorunub. Ölkənin valyuta ehtiyatları 51,3 mlrd. dolları keçib. Ötən il ünvanlı sosial yardım alanların sayında 33,7% azalma qeydə alınıb (yəni yoxsulluq kəskin azalıb).

Əlbəttə, söylənənlərin həyatda təsdiqinə dair bircəcik canlı nümunə tapmaq cəhdim uğursuz alındı – dost-tanış, qohum-qardaş, qonşular arasında Rasizadənin optimizmini öz həyatında təsdiq edə biləcək bir nəfər də tapmadım. Əksinə, hamı “daha da pis olub və daha da pis olacaq” ovqatındadır.

Və elə buradaca yazının əvvəlindəki “Avqur gülüşü” termininin üzərinə gəlməyin vaxtıdır.Qədim Romada avqurlar quşların uçuşuna və səsinə görə insanların taleyini xəbər verən kahinlər idi.

Siseron özünün “Falçılar haqqında” kitabında yazırdı ki, adamları aldadıb ələ salan bu şəxslər bir-biri ilə rastlaşanda gülüşlərini saxlaya bilmirdilər. Onlar adamları axmaq yerinə qoymağın necə asan olduğuna təəccüblənməklə yanaşı bir-birinə bu fırıldağı qəhqəhə çəkərək danışırdılar. Yəni axmaq yerinə qoyulanlar həm pullarından olur, həm də gülüş obyektinə çevrilirdi.

Bir sözlə, “Avqurlar kimi gülmək” başqalarını qəsdən aldadan və bir-birində yalançını tanıyaraq gülən şəxslər barədə işlədilir.

Sanki Mixail Lermontov özünün “Zəmanəmizin qəhrəmanı”nda bizdə iyerarxiyanın bütün pillələrini zəbt etmiş avqurların obrazını yaradıb: “Biz tez-tez rastlaşır və dəxilsiz əşyalar barədə ciddi şəkildə söhbətlər edirdik. Bu, o vaxta qədər davam etdi ki, bir gün hər ikimiz bir-birimizin başını aldatdığını anladıq. Və Roma avqurları kimi bir-birimizin gözünün içinə baxaraq qəhqəhə çəkməyə başladıq, sonra da məmnun halda ayrıldıq”…

Previous Post

Avqurlar kimi gülmək… – (Məmməd Süleymanov yazır)

Next Post

Rektor qızından daha bir sensasiya: "Məni heç kim döyməyib"

Bənzər yazılar

FHN-in qurumlarında Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib

FHN-in qurumlarında Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib

12 Noyabr 2026 - 18:53

Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 12 Noyabr - Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib. Bu barədə Elchi.az-a FHH-dən...

FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib

FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib

12 Noyabr 2026 - 18:37

Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 12 Noyabr - Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib. FHN-dən Elchi.az-a verilən məlumata...

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

12 Noyabr 2026 - 17:08

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, noyabrın 13-də Bakıda və Abşeron...

Masallıda gənclərin sahibkarlıq potensialının inkişafına yönələn təlim təşkil olunub

Masallıda gənclərin sahibkarlıq potensialının inkişafına yönələn təlim təşkil olunub

12 Noyabr 2026 - 16:19

11 noyabr 2026-cı il tarixində Masallı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə...

Next Post

Rektor qızından daha bir sensasiya: "Məni heç kim döyməyib"

Rektor qızından daha bir sensasiya: "Məni heç kim döyməyib"

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Sənin üçün doğulmuşam” 2 milyon oldu – VİDEO

“Sənin üçün doğulmuşam” 2 milyon oldu – VİDEO

12 Noyabr 2026 - 21:37
Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb

Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb

12 Noyabr 2026 - 21:33
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

12 Noyabr 2026 - 21:25
Azərbaycan və Tacikistan COP31 çərçivəsində ətraf mühitin mühafizəsini müzakirə edib

Azərbaycan və Tacikistan COP31 çərçivəsində ətraf mühitin mühafizəsini müzakirə edib

12 Noyabr 2026 - 20:42
Uitkoff Ukrayna üzrə danışıqların növbəti raundunun razılaşdırıldığını bildirib

Uitkoff Ukrayna üzrə danışıqların növbəti raundunun razılaşdırıldığını bildirib

12 Noyabr 2026 - 20:40
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

12 Noyabr 2026 - 20:39
Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər

Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər

12 Noyabr 2026 - 20:35
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir

Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir

12 Noyabr 2026 - 19:21
Bakıda “17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” keçirilib

Bakıda “17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” keçirilib

12 Noyabr 2026 - 19:12
FHN-in qurumlarında Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib

FHN-in qurumlarında Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib

12 Noyabr 2026 - 18:53
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib – YENİLƏNİB

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib – YENİLƏNİB

12 Noyabr 2026 - 18:46
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib

FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib

12 Noyabr 2026 - 18:37
Dünyada daşqınlarla bağlı ölüm hallarının sayı son 13 ilin ən yüksək həddini keçib

Dünyada daşqınlarla bağlı ölüm hallarının sayı son 13 ilin ən yüksək həddini keçib

12 Noyabr 2026 - 18:24
Ronaldu Anri ilə birlikdə serial çəkir

Ronaldu Anri ilə birlikdə serial çəkir

12 Noyabr 2026 - 18:11
Netanyahuya xəbərdarlıq: Milli təhlükəsizliyi təhlükə altına atmayın

Netanyahuya xəbərdarlıq: Milli təhlükəsizliyi təhlükə altına atmayın

12 Noyabr 2026 - 17:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.