"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

"Get, bədənini sat…" – İcra başçısının bacanağı şəhid ailəsini kabinetində döydü – Rüsvayçı olay

13 Mart 2015 - 13:00
in SOSİAL
FacebookVatsap

Füzuli rayonunda İcra Qrupunun rəhbəri şəhid ailəsinə divan tutur.

Bunu da oxuyun

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

İcra başçısının bacanağı şəhid ailəsini kabinetində döydü - Rüsvayçı olayŞəhid ailələri, Qarabağ əlilləri və torpaqlarımızın azadlığı uğurunda mübarizə aparanlara dövlətimiz tərəfindən həmişə yüksək səviyyədə diqqət və qayğı göstərlir. Onlara pulsuz mənzillər, maşınlar verilir, sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində qərarlar qəbul edilir. Təəssüf edirik ki, bəzi məmurlar özlərinin maddi maraqlarının təmin olunması üçün belə insanlara qarşı saymamazlıq edir, hətta ölkə Prezidentinin də tapşırıq və göstərişlərini saymır, hörmətsizlik edirlər. Belə hikkəli və özbaşına məmurlardan biri də Ədliyyə Nazirliyinin Füzuli rayon İcra Qrupunun rəhbəri Vaqif Hüseynovdur.

Savash.org mia.az-a istinadla xəbər verir ki, Vaqif Hüseynovun Füzuli rayonunun Yuxarı Dilağarda kənd sakini, şəhid ailəsi Cavadov Elyas Çapar oğlunun başına açdığı oyunlar, onu söyüşlərlə təhqir etməsi, öz kabinetində vəhşicəsinə döyməsi və 5 sutka həbs verdirməsi barədə onun həyat yoldaşı Bağırova Banuçiçək Üzeyir qızı artıq Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevaya ərizə ilə müraciət edib.

Elyas Cavadov birinci həyat yoldaşından ayrılaraq ikinci dəfə ailə həyatı qurub. Onun birinci həyat yoldaşından iki uşağı var. İkincidən də iki uşağı var. Xəstə olduğundan tez-tez müalicə olunur. Belində yırtıq olması və əməliyyat olunması barədə həkimdən qeydiyyatdan da keçib. Ancaq pulu olmadığından əməliyyat oluna bilmir. Daimi iş yeri olmadığından iş tapanda günəmuzd işləyərək birinci həyat yoldaşına aliment göndərir. Onun əlində 670 manat aliment göndərməsi barədə qəbz də var. Bundan əlavə dövlətin məcburi köçkünlərə sosial müavinət kimi həray verdiyi 18 manat 15 qəpiklik kartı da 4 ildən çoxdur ki, birinci həyat yoldaşındadır. Üstəlik, Elyas Cavadov kredit yolu ilə götürdüyü soyuducunu, televizoru və digər ev əşyalarını da birinci həyat yoldaşına verib. Hazırda həmin kreditləri də Elyas Cavadov ödəyir.

Bir neçə ay əvvəl Ədliyyə Nazirliyinin Füzuli Rayon İcra Qrupunun rəhbəri Vaqif Hüseynov Elyasın mobil telefonuna zəng vuraraq onun külli miqdarda aliment borcu olduğunu bildirib və cavab gözləmədən şəhid ailəsini(şəhidlik vəsiqəsi №100061) kişiyə yaraşmayan söyüşlərlə təhqir edib (yəqin ki, bu söyüşlər Azərselin yaddaşında saxlanılır) və onu yanına çağırıb. Elyas isə bildirib ki, o, Bakıda günəmuzd işləyir. İcra məmurunun hədə-qorxusundan sonra Elyas Füzulu Rayon Məhkəməsinə, icra qrupunun rəhbəri Vaqif Hüseynovun yanına gedir. Əsil mərəkə də bundan sonra başlanır.

V.Hüseynov deyir ki, sən 3 ildir ki, aliment ödəmirsən. Halbu ki, bu barədə E.Cavadova heç bir rəsmi bildiriş göndərilməyib. E.Cavadov isə əlindəki qəbzləri göstərək deyib ki, mən işlədikcə aliment göndərmişəm. Bu da 670 manatlıq qəbz. Bundan əlavə sosial kartımı da 4 ildir ki, həyat yoldaşıma vermişəm. Bu da ümumilikdə 650 manat edir.Üstəlik 2013-cü ildə biz bir yerdə yaşamışıq. Alimenti bundan sonra da ödəyəcəyəm. Bu faktlardan əsəbiləşən icra məmuru yenə söyüşlərə başlayır və şəhid ailəsini kabinetində vəhşicəsinə döyür. Sonra isə onu Füzuli Rayon Məhkəməsinin hakimi Məhəmməd Bağırovun yanına apararaq 10 sutka verilməsini tələb edib. Hakim də işin mahiyyətini araşdırmadan bu tələbi yerinə yetirib. Sonradan Elyas Cavadovun aliment ödədiyini, alimentdən yayınmadığını öyrənən hakim bu qərarı tələm-tələsik dəyişərək 10 sutkanı 5 sutka ilə əvəz edib. Görünür Vaqif Hüseynov Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin bacanağı olduğundan hakim M.Bağırov da hikkəli icra məmurunun qanunsuz tələbini yerinə yetirmək məcburiyyətində qalıb.

Həyat yoldaşının həbs olunduğunu və bundan sonra iki südəmər uşağa yeməyə heç nə verə bilməyəcəyini, onların acından öləcəyini görən Banuçiçək Bağıroğa Vaqif Hüsynova zəng edərək Elyası niyə həbs etdirdiyini soruşur. İcra Qrupunun rəhbəri isə telefonda ona belə cavab verib: “Əcəb etmişəm. Gedin kimə istəyirsiniz deyin. Buranın yiyəsi mənəm. Hələ o çıxan kimi yenə də içəri soxduracağam. Mənim dediyimi gətirməyənə qədər türmədə olacaq”.

B.Bağıroğa isə deyir ki, pulumuz yoxdur, haradan tapaq. Bu dəfə icra qrupunun rəhbəri əsəbu halda deyir: “Cavan adamsan. Get bədənini sat, 500 manat düzəlt gətir, ondan sonra ərini buraxım”.

Cənab Prezident İlham Əliyev belə harınamış dövlət məmurları üçün deyib: “Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır”.

Azərbaycan Prezidenti bu il fevralın 12-də “2009-2013-cü illərdə Regionların sosial iqtisadi inkişafı” Dövlət Proqramının 4-cü ilinin yekunlarına həsr olunan iclasında özbaşıçalıq edən məmurlara bir daha sərt xəbərdarlıq edib. Dövlət başçısı deyib ki, bəzi məmurların mərkəzdən uzaq yerlərdə arxayın hərəkət etməsi barədə onda məlumatlar var və bəzi məmurlar və onların övladları harınlamaqla sadə vətəndaşlara divan tutur. Prezident bu barədə son xəbərdarlıq etdi və əks təqdirdə həmin məmurların və onların övladlarının, yaxınlarının ciddi cəzalandırılacağını bildirdi.

Özünü Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin bacanağı kimi təqdim edən Ədliyyə Nazirliyinin Füzuli Rayon İcra Qrupunun rəhbəri Vaqif Hüseynovu yəqin kimsə, ilk növbədə Ədliyyə Nazirliyinin rəhbərliyi, həmçinin bacanağı Alı Alıyev cənab Prezidentin tapşırıq və tövsiyələrinə hörmətlə yanaşmağa dəvət edəcək, onun insanlara divan tutmasının qarşısını alacaqlar. Bizdə olan məlumata görə, Vaqif Hüsynovdan şikayət edənlərin sayı çoxdur.

Rayon İcra Hakimiyyətinin yaxın qohumunun həmin rayonda yüksək vəzifədə olmasının aqibəti, bax, belə olur.

Yəqin ki, bu özbaşınalıqlara qanun çərçivəsində son qoyulacaq. Yoxsa, Vaqif Hüseynovun bu hegemonluğu gənc bir ailənin faciəsi ilə bitəcək. (savash.org)

Previous Post

"Get, bədənini sat…" – İcra başçısının bacanağı şəhid ailəsini kabinetində döydü – Rüsvayçı olay

Next Post

Bizim kəndin dəliləri

Bənzər yazılar

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

10 Mart 2026 - 17:25

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları sosial sığorta sisteminin müasir yanaşmalar əsasında təkmilləşdirilməsi, sosial sığorta sahəsində prosedurların innovativ həllərlə...

Dövlət Məşğulluq Agentliyi 26 əmək yarmarkası təşkil edib

Dövlət Məşğulluq Agentliyi 26 əmək yarmarkası təşkil edib

02 Mart 2026 - 17:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə paytaxt və regionlarda 26 əmək...

Next Post

Bizim kəndin dəliləri

Bizim kəndin dəliləri

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.