"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Avropa Oyunları ərəfəsində məhbuslara azadlıq çağırışı – MM-də konflikt

06 Mart 2015 - 13:39
in SİYASƏT
FacebookVatsap
Avropa Oyunları ərəfəsində məhbuslara azadlıq çağırışı - MM-də konflikt2014-cü il üzrə illik hesabatını Milli Məclisə təqdim edən Ombudsman Elmira Süleymanova hesabatında bələdiyyə seçkilərində qadınların “fəal iştirakını” nəzərə alaraq parlament seçkilərində də bu fəallığın təmin olunmasını zəruri sayıb. O, deyib ki, avtomobil qəzalarının artması xüsusi narahatlıq doğurur və bu məsələ ilə bağlı xüsusi tədbirlərin görülməsi zəruridir. Ombudsman qeyd edib ki, xüsusən qız uşaqlarının tədrisdən yayınması onu narahat edir. O, uşaqların cinsi istismara məruz qalması ilə bağlı da narahtlığını bölüşüb. E.Süleymanova mənzil fondunun yaradılması, gənclərin ipoteka kreditləri ilə təmin edilməsi, vətəndaşlara fərdi mənzil tikilməsi üçün müvafiq qanunvericiliyin qəbuluna ehtiyac görüb. Bildirib ki, qanunvericilikdəki boşluqlar bir sıra hallarda rüşvətxorluq hallarına şərait yaradır. 
 
Korrupsiya və insan haqlarına qarşı mübarizə ilə bağlı səlahiyyətli şəxslər və qurumların daha da fəal şəkildə aparılmasını zəruri sayan E.Süleymanova neqativ hallara qarşı mübarizədə hamıya uğurlar arzulayıb. Qısa çıxış edən Ombudsman deyib ki, hesabat deputatlara paylandığı üçün 30 dəqiqəlik məruzəni ixtisarla təqdim etməyi üstün tutub.
Müzakirələr zamanı çıxış edən deputat Musa Qasımlı hesabatı yüksək qiymətləndirib. “KİV-lə əməkdaşlıq sahəsində Ombudsmanın gördüyü işlər digər qurumlar üçün də örnək ola bilər” deyə, bildirib.
Əli Məsimli məruzəni müsbət qiymətləndirilməli olduğunu vurğulayıb. Ombudsmanın hesabatındakı təkliflər bölümündə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid və əlil olan vətəndaşların sığortasının ödənilməsi ilə bağlı təklifini o, xüsusi qeyd edib. Ə. Məsimli banklarda kreditlərin ödənilməsində dollar və manat söhbətinin ortaya çıxması ilə bağlı yaranan problemə də toxunub. O, əlaqədar təşkilatları bu problemi qanuna uyğun şəkildə həll etməyə çağırıb ki, problem Milli Məclisə yönəlməsin. Həmçinin ipoteka kreditlərinin 50 min manatdan 70 min manata qaldırılmasını da zəruri sayıb.
Musa Quliyev də məruzəni müsbət dəyərləndirib və onun “hərtərəfli hazırlandığını” vurğulayıb. Deputat qeyd edib ki, məruzədə onu qane etməyən məqamlar da var. Bildirin ki, bizi hüquq müdafiəçilərinin, KİV-lərdə çalışmış və sonradan müəyyən cinayətdə ittiham olunan şəxslərin adlarının çəkilməsi və onlara geniş yer verilməsi onu narahat edir: “Burada Azərbaycanı istəməyən təşkilatların əlinə oynanılır, onların dəyirmanına su tökülür. Ya bütün müraciət edən şəxslərin adı çəkilsin, ya da ayrı-ayrı insanlar fərdiləşdirməsin”. M.Quliyev Ombudsmanı Azərbaycana düşmən olan təşkilatlara öz mövqeyini daha qəti şəkildə deməyə çağırıb.
Zahid Oruc MTN-in keçirdiyi son əməliyyatı xatırladaraq deyib ki, hazırda Suriya ilə əlaqəli saxlanılan şəxslərin sayı 30-dan yuxarıdır, bu da Milli Məclisin qəbul etdiyi qərara uyğun həyata keçirilir: “Bizim diqqət etmədiyimiz bir məqam var ki, bu 30 nəfərdən 2-si xaricdə təhsil alan şəxslərdir” -deyən Z.Oruc bildirib ki, müstəqillik dövründə dini təhsil alanların sayı 6 mindən yuxarıdır. Odur ki, Azərbaycandakı dini məktəblərə xaricdən müəllimlərin cəlb olunmasına çalışmaq lazımdır, nəinki tələbələrin xaricdə təhsil alması. Bütün insanlarımız üçün xaricdə dini təhsil qadağan olunmalıdır, birmənalı şəkildə. İmkan verməməliyik ki, Azərbaycana xaricdən hansısa qüvvələr öz dini modellərini ixrac edə bilməsin”.
Qüdrət Həsənquliyev deyib ki, Azərbaycan Birinci Yay Avropa Oyunları keçirməyə hazırlaşdığı bir məqamda bəzi qüvvələr Azərbaycana qarşı insan haqları ilə əlaqədar təzyiqlər göstərir: “Bu faktdır ki, dünyada insan haqları ilə bağlı vəziyyət haqqında məlumatı həmin o beynəlxalq insan haqları təşkilatlarından alırlar, onların hesabatları ilə hesablaşırlar. Bu mənada Azərbaycanla bağlı da Elmira xanım öz nüfuzundan istifadə etməlidir. Biz çalışmalıyıq ki, Avropa Oyunları ərəfəsində əsaslı-əsassız həbs olunanların azadlığına nail olaq ki, Azərbaycana qarşı bundan istifadə olunmasın”.
Q. Həsənquliyev vergi orqanlarının sahibkarların fəaliyyətinə müdaxiləsindən də danışıb. Xatırladıb ki, indi güc strukturları, ayrı-ayrı dövlət orqanları sahibkarlardan öz məhsulunu konkret qiymətə satmasını tələb edir: “Bu da bazar iqtisadiyyatı prinsipinə ziddir. Hansı sahələrdə rəqabət aşağıdırsa, dövlət qurumları rəqabətin güclənməsinə nail olmalıdır. Obmudsman bu sahəyə də diqqət yetirməlidir. Çünki çoxlu sayda sahibkarlar bizə müraciət edirlər. Bu vəziyyət davam etsə, bir müddət sonra Azərbaycanda qıtlıq əmələ gələcək. Bəzi sahibkarlar öz mallarını anbarlarda saxlayırlar və satmaqdan imtina edirlər”.
Fərəc Quliyev telekanallardakı “mənasız” verilişlərin əvəzinə vətəndaşları məlumatlandırmaq üçün Ombudsmana efir vaxtının ayrılmasını zəruri sayıb.  Deputat sadə vətəndaşlarla yanaşı, haqlı olan məmurun da hüquqlarını qorumağa çağırıb.
Siyavuş Novruzov deyib ki, son vaxtlar bir qrup beynəlxalq təşkilatlar Azərbaycan haqqında olmazın şər-böhtan kampaniyasına başlayıb. Həmin təşkilatlar erməni mənşəli olanları, qrant verib onlardan “şapka” aldıqlarını müdafiə edir: “ Əfsuslar ki, burda sapı özümüzdən olan baltalar da var. Bu, AXCP, Əli Kərimlidir, onun ətrafında olan kriminal tör-töküntü və erməni fondlardan aldığı qrantlar hesabına saxladığı QHT-lərdir. Vaxtilə ermənilər Yerevandan Qorbaçova ümummilli lider haqqında teleqram vururdu, indi ermənilər yenə fəallaşıb. Mehriban xanım Avropa ölkələrində Avropa Oyunlarının təqdimat mərasimini keçirir. Avropa Oyunları ilk dəfə Azərbaycanda keçirilir. Biz də bir işin qulpundan yapışmalıyıq, hər kəs öz mövqeyini bildirməlidir”.  Daha sonra deputat Ombudsmana xitab etdi: “İsveçrə səfirliyində neçə aylardır bir nəfəri saxlayırlar. 1 milyon 565 min qrant alıb, 240 min vergidən yayındırıb. Səfirliyə məktub yazın ki, niyə oğrunu, kriminalisti saxlayırsınız, onlara dəstək verirsiniz? Götürün bir müəllimi, həkimi, Xocalı sakinini də saxlayın, niyə bir cinayətkarı aylardır orda saxlayırsınız?” S.Novruzov Q.Həsənquliyevin təklifini dəstəkləməyib və cinayət etmiş şəxslərin azadlığına qarşı çıxıb.
Bundan sonra Ombudsmanın məruzəsi qəbul edilib.

 

Bunu da oxuyun

Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan XİN Pakistanı təbrik etdi

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Previous Post

Avropa Oyunları ərəfəsində məhbuslara azadlıq çağırışı – MM-də konflikt

Next Post

Azərbaycanlı "oğru"lara müharibə elan edildi

Bənzər yazılar

Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

14 Avqust 2026 - 11:57

Ötən gün Baş prokuror Kamran Əliyev Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyi qəbul edib. Bu...

Azərbaycan XİN Pakistanı təbrik etdi

Azərbaycan XİN Pakistanı təbrik etdi

14 Avqust 2026 - 10:02

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında...

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

14 Avqust 2026 - 09:46

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib. Elchi.az xəbər verir ki, tədbirdə Pakistan nümayəndələri, media təmsilçiləri və digər şəxslər...

“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib

“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib

13 Avqust 2026 - 16:30

“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib. Elchi.az-ın xəbərinə görə, Prezident İlham Əliyev qanunun tətbiqi barədə Fərman imzalayıb. Qanun 6 fəsildən, 27...

Next Post

Azərbaycanlı "oğru"lara müharibə elan edildi

Azərbaycanlı "oğru"lara müharibə elan edildi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Təbii qazın dəyəri azaldı

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

14 Avqust 2026 - 19:28
ADY-də kükürd daşımaları 31%-dən çox artıb

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndəriləcək

14 Avqust 2026 - 19:17
“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

14 Avqust 2026 - 19:05
Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

14 Avqust 2026 - 19:00
AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı

AYNA: Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

14 Avqust 2026 - 18:51
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

14 Avqust 2026 - 18:35
ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

14 Avqust 2026 - 18:12
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

14 Avqust 2026 - 17:59
“Qəhrəmanlara bundan böyük təhqir ola bilməz” — Tramp memoriala hücumu pisləyib

“Qəhrəmanlara bundan böyük təhqir ola bilməz” — Tramp memoriala hücumu pisləyib

14 Avqust 2026 - 17:45
Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

14 Avqust 2026 - 17:38
Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

14 Avqust 2026 - 17:26
Qazaxıstanda elektrik enerjisinin verilişi tam bərpa olunub

Qazaxıstanda elektrik enerjisinin verilişi tam bərpa olunub

14 Avqust 2026 - 17:18
“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

14 Avqust 2026 - 17:07
Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

14 Avqust 2026 - 16:54
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

14 Avqust 2026 - 16:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.