"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

“Həbsxanalardakı dükanlara nəzarət edən yoxdur”

27 Fevral 2015 - 16:47
in SOSİAL
FacebookVatsap

Məmməd Zeynalov bu mağazaların Penitensiar Xidmətə məxsus olduğunu deyir; Tural Abbaslı: “Həbsxanalarda biznes formalaşıb”

Bunu da oxuyun

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

“Həbsxanalardakı dükanlara nəzarət edən yoxdur”Azərbaycanda manatın ucuzlaşmasından sonra həbsxanalardakı mağazalarda da qiymətlərin artması barədə xəbərlər yayılıb. Məlumatda qeyd olunur ki, həbsxana daxilində zəruri tələbat mallarının, xüsusilə çörək və siqaretin qiyməti 20 qəpik artıb.

Cəzaçəkmə müəssisələrindəki qiymətlər hər zaman bayırdakı qiymətlərdən ciddi şəkildə fərqlənib. Həbsxanada yeməyin keyfiyyətsiz olması məhbusları daxildə satılan gündəlik zəruri tələbat məhsullarından istifadə etməyə məcbur edir.
Qiymət artımı ilə bağlı 14 saylı “zon”da cəza çəkən Müsavat başqanının müavini Yadigar Sadıqov ailəsi ilə görüşü zamanı məlumat verib. O qeyd edib ki, cəza çəkdiyi yerdə çörəyin qiyməti 60 qəpiyə qalxıb.
Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalovun cəzaçəkmə müəssisələrindəki dükanlar barədə fikirlərini öyrəndik. Sabiq rəis bu cür satış obyektlərinin məxsus olduğu aidiyyəti orqanın adını açıqladı: “Cəmiyyətin bir hissəsi kimi, artım cəzaçəkmə müəssisələrinə təsirsiz ötüşməyəcək. Hər zaman bayırdakı qiymətlərlə həbsxana daxilindəki qiymətlər arasında 40-50% fərq olub. Orada bütün mallar baha satılır. Məhbuslar arasında yeməkxanada yemək yeyən dustağa yaxşı baxmırlar. Həmin məhbusları kasıb hesab edirlər. Müəssisədə 1000 məhbus varsa, onun 200-300-ü yeməkxanadan istifadə edir. Qalanları orada yemək yeməyi şəxsiyyətlərinə sıxışdırmırlar. Dükançılar ştatda olan işçilərdir. Həbsxanaların mərkəzi bazaları var. Malların əksəriyyəti bu bazalardan gətirilir. Bu satış yerləri Penitensiar Xidmətə məxsusdur”.
 
Hüquq müdafiəçisi Novella Cəfəroğlu həbsxanalardakı qiymət artımına inanmır: “Müəssisələrdə çörək və digər məhsulların qiyməti artmayacaq. Həbsxanada hər şey var. Məhbuslar istədiklərini alırlar. Qiymətlərdə fərq ola bilər. Amma ciddi fərq yoxdur. Yaxınlarda bu barədə söhbət oldu. Dedilər ki, həbsxanalarda qiymət artmayacaq”.
 
 
Keçmiş vicdan məhbusu Tural Abbaslı “zon”larda fəaliyyət göstərən dükanlardakı qiymətlərin bayırdan dəfələrlə çox olduğunu söylədi: “Həbsxana daxilində adətən bir dükan olur. Rəqabət-filan olmur. Məhbuslar məcburən həmin dükandan istifadə edirlər. Burada gündəlik ərzaq məhsulları satılır. Belə məhsulların qiyməti bayırdan qat-qat yüksək olur. Əminəm ki, indiki vəziyyətdən istifadə edib, həmin dükanlar qiymətləri qaldırıblar. Bu dükanlara nəzarət yoxdur, rəis və satış obyektini işlədən şəxsin ümidinə qalır. Satılan məhsullardan rəisə faiz verilir. Bu dükanlar Penitensiar Xidmətdə qeydiyyatdan keçmir. Hətta məhbuslar üçün bayırdan gətirilən bəzi məhsullar qadağan edilir. Hansı ki, həmin məhsullar orada satılır. Bir yerdə 600-700 məhbus varsa, orta hesabla dükana ayda 20-30 min pul vəsaiti daxil olur. Burada rəislərin böyük pay bölgüsü olur. Dükan sahibləri məcbur olub, həm öz xeyirlərini, həm də rəislərə çatacaq məbləği məhsulların üzərinə qoyurlar. Penitensiar Xidmətin bununla bağlı nəzarəti, mərkəzləşmiş idarə sistemi yoxdur. Bəzi yerlərdə bəzən məhbusların etirazı ilə qiymətlər 10-20 qəpik azalır. Bu qəpiklər məhbuslar üçün çox dəyərli olur”.
Səslənən iddialarla bağlı Penitensiar Xidmətin mövqeyini öyrənməyə çalışsaq da, buna nail ola bilmədik.

 

Previous Post

“Həbsxanalardakı dükanlara nəzarət edən yoxdur”

Next Post

Aydın Əliyev manatın ucuzlaşmasının gömrüyə təsirindən danışdı – AÇIQLAMA

Bənzər yazılar

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Next Post

Aydın Əliyev manatın ucuzlaşmasının gömrüyə təsirindən danışdı - AÇIQLAMA

Aydın Əliyev manatın ucuzlaşmasının gömrüyə təsirindən danışdı - AÇIQLAMA

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

24 Sentyabr 2026 - 17:12
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

24 Sentyabr 2026 - 17:06
Kongo Demokratik Respublikasında gəmi qəzasında 39 nəfər həlak olub

Kongo Demokratik Respublikasında gəmi qəzasında 39 nəfər həlak olub

24 Sentyabr 2026 - 16:59
Vilayət Eyvazov xaricdə Polis Akademiyalarına ezam olunan kursantları qəbul edib

Vilayət Eyvazov xaricdə Polis Akademiyalarına ezam olunan kursantları qəbul edib

24 Sentyabr 2026 - 16:46
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq

24 Sentyabr 2026 - 16:38
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

24 Sentyabr 2026 - 16:26
Azərbaycan millisinin AVRO-2028-ə vəsiqə qazanmaq üçün əlavə şansı yaranıb

Azərbaycan millisinin AVRO-2028-ə vəsiqə qazanmaq üçün əlavə şansı yaranıb

24 Sentyabr 2026 - 16:25
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

24 Sentyabr 2026 - 16:17
Formula 1: İkinci sərbəst yürüş start götürüb

Formula 1: İkinci sərbəst yürüş start götürüb

24 Sentyabr 2026 - 16:05
Ukraynaya milyardlarla avro dəstək: Aİ-dən yeni qərar

Ukraynaya milyardlarla avro dəstək: Aİ-dən yeni qərar

24 Sentyabr 2026 - 16:00
Bu il Azərbaycanda məişət zorakılığından 15 qadın, 7 kişi ölüb

Bu il Azərbaycanda məişət zorakılığından 15 qadın, 7 kişi ölüb

24 Sentyabr 2026 - 15:51
Dövlət Qulluğu Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

Dövlət Qulluğu Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

24 Sentyabr 2026 - 15:42
Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

24 Sentyabr 2026 - 15:30
“Erkən evlilik uşağın seçim haqqının əlindən alınmasıdır” – Fariz Əkbərovdan erkən nikahlarla bağlı vacib açıqlamalar

“Erkən evlilik uşağın seçim haqqının əlindən alınmasıdır” – Fariz Əkbərovdan erkən nikahlarla bağlı vacib açıqlamalar

24 Sentyabr 2026 - 15:18
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

24 Sentyabr 2026 - 15:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.