"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

İsgəndər Xəlilovun “Şirin ev” fırıldağı – QALMAQAL

23 Fevral 2015 - 21:12
in CƏMİYYƏT
FacebookVatsap

Məşhur iş adamı məhkəməyə verildi, onun həbs təhlükəsi də var

Bunu da oxuyun

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Geomaqnit qasırğası olacaq

İsgəndər Xəlilovun “Şirin ev” fırıldağı - QALMAQALRusiyada yaşayan azərbaycanlı milyarder İsgəndər Xəlilovun ətrafında dolaşan fırıldaqçılıq ittihamlarının növbəti dalğası başlayıb. Oliqarxın adı ilə bağlı olan “Svit Haus” MMC tərəfindən Bakıda tikintisi dayandırılan binadan mənzil alan daha iki şəxs Yasamal rayon Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, “Svit Haus” MMC Bakının Nərimanov rayonu, Təbriz küçəsində, Heydər Əliyev Mərkəzinin yanında 2010-cu ildə sayca üçüncü çoxmərtəbəli binanın təməlini qoyan kimi oradakı mənzillərin satışına başlayıb. Yaxınlıqda iki bina ucaldan şirkətin rəhbərliyi üçüncü binanın tikilib başa çatmasına təminat kimi tikintinin İsgəndər Xəlilova məxsus olduğunu və “Svit Haus” MMC-nin icraçı katibi və onun təsisçilərindən biri milyarderin elə öz qardaşı, “Bakı Toxucu Tikiş” ASC-nin sədri Cavanşir Xəlilovun olduğunu göstərirdi.

Bunlar öz yerində, məsələnin çox maraqlı təfərrüatları var…

İ.Xəlilovun şirkətini məhkəməyə verənlərdən biri Səadət Əliyevadır. Onun vəkili Sadiq Rəsulov Qaynar.info saytına bildirib ki, S.Əliyeva 2011-ci il sentyabr ayında müqavilə bağlayaraq həmin yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 90,9 m2 olan 2 otaqlı mənzilə 63.630manat (1 kv. m. 700 manat hesabı ilə) ödəməklə 3 il müddətində təhvil almalı imiş. Müqaviləyə əsasən, alıcı ilkin olaraq avans kimi 19.100 manatı ödəyib, qalan 44.530 manat pulu isə 30 ay ərzində hər ay 1.485 manat ödəməyi öz öhdəsinə götürüb. Bundan başqa, S.Əliyeva həmin binanın alt zirzəmisində yerləşən ümumi sahəsi 21 m2 olan qeyri-yaşayış sahəsini hər 1 m2-in dəyəri 800 manat olmaqla alınması ilə bağlı daha bir müqavilə imzalayır, əvvəlcə 19.100 manat, daha sonra 9 dəfə hər dəfə 1500 manat olmaqla “Svit Haus”  MMC-yə ödəniş edir. Beləliklə, iddiaçı Səadət Əliyeva “Svit Haus”  MMC-yə ümumilikdə 32.600 manat pul ödəyib. Sonra isə tikintinin davam etdirilmədiyini gördükdə, ödənişləri dayandırıb.

Beləliklə, şirkət 2014-cü ilin sentyabr ayında mənzili iddiaçıya təhvil verməli olduğu halda, demək olar ki, tikinti ümumiyyətlə aparılmayıb, müqavilə bağlanan dövrdə aparılmış tikinti işləri olduğu kimi qalıb. Beləliklə, S.Əliyeva məhkəməyə üz tutub…

İ.Xəlilova bağlı olan şirkəti məhkəməyə verən digər şəxs – Emil Yusubov isə “Svit Haus” MMC ilə bağladığı müqaviləyə əsasən inşa ediləcək həmin binanın 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 149,4 m2 olan 3 otaqlı mənzili ümumi dəyəri olaraq 104.580 manata (1 kv. m. 700 AZN) almaqla bağlı müqavilə bağlayıb və həmin məbləğin 94.380 manatını şirkətə ödəyib.

Lakin araşdırmalar nəticəsində məlum olub ki, “Svit Haus” MMC həmin binanın tikintisini aparılmaq üçün rəsmi dövlət qurumlarından ümumiyyətlə razılıq almayıbmış.

“Beləliklə, aydın olur ki, tikinti işlərini aparmaq üçün hər hansı bir rəsmi icazə almadığı halda bütün alıcıları aldadaraq onların pulunu qanunsuz olaraq mənimsəyib. Lakin keçən müddət ərzində iddiaçılar tikinti ilə bağlı müraciət edən zaman hər dəfə cavabdeh “Svit Haus” MMC-nin rəhbərliyi tərəfindən tikinti işləri aparılmasında hər hansı bir problemin olmadığı və mənzillərlə qarajın tikilərək təhvil veriləcəyi bildirilib” – vəkil Sadiq Rəsulov deyib.

Ən sonda şirkət rəhbərliyi MMC-yə göstərilən ünvanda tikinti işlərinin aparılmasına dövlət tərəfindən icazə verilmədiyini etiraf edib. Ödənilən pula gəlincə, “şirkətin sahibi İsgəndər Xəlilov Bakı şəhərinə gəldikdən sonra pullarınız geri qaytarılacaq” deyilir.

Bir neçə il əvvəl “Milyerderlər ittifaqı” adlanan Rusiya Azərbaycan Təşkilatları İttifaqına qoşulan, hətta adı sensasiyalı məqalələrdə hallanan İ.Xəlilovun isə ölkəyə nə vaxt dönəcəyi açıqlanmır. Əslində, onu məhkəməyə verən S.Əliyeva və E.Yusubov təkcə buna görə qeyri-müəyyənliklə üzləşməyiblər. Bunu onların vəkili deyir: “Optimist olaraq düşünək ki, tikintinin “sahibi” deyilən bu şəxs gəldi və ödənilən pulları geri qaytardı. Həmin məbləğlə hazırda necə bir mənzil almaq olar?  “Svit Haus” MMC hazırda həmin ünvanda inşası başa çatmış binalarda mənzilin 1m2-ni 1400 manata satır, yəni yuxarıda adıçəkilən zərərçəkənlərin müqaviləyə görə göstərilən 700 manatdan 2 (!) dəfə baha. Həmçinin, daşınmaz əmlakın qiymətləndiriciləri tərəfindən məlum olur ki, həmin ərazidə inşa olunan binalarda mənzillərin 1m2-nin dəyəri kateqoriyalarından aslı olaraq 1300-1600 manat məbləğindədir. Yəni, əgər şirkət üzərinə düşən öhləkikləri vaxtında yerinə yetirmiş olsaydı, iddiaçılar da həmin ərazidə istədikləri mənzili və qeyri-yaşayış sahəsini almaq üçün indiki vəziyyətdə əlavə pul sərf etmək məcburiyyətində qalmazdılar, yaxud çoxmərtəbəli yaşayış binasında olan mənzillərini daha baha qiymətə sata bilərdilər. Nəticə etibarı ilə, vətəndaşlar həm əlavə zərərə düşüb, həm əldə edə biləcəkləri gəlirdən məhrum olublar. Göründüyü kimi, hər il daşınmaz əmlak bazarında qiymətlər bahalaşdığı üçün hazırda həmin ərazidə mənzillər müqavilələrdəkilərdən iki dəfə baha qiymətə satılır”.

Vəkil S.Rəsulov bildirib ki, məhkəmə iddiasına əsasən ödənilmiş məbləğlər cavabdeh tərəfindən indiki bazar qiymətinə uyğun olaraq iddiaçılara qaytarılmalıdır. Yəni, “Svit Haus” MMC tərəfindən Emil Yusubova 188.760 manat, Səadət Əliyevaya isə 65.200 manat ödənilməlidir.

Bundan başqa, Yasamal rayon Məhkəməsindən “Svit Haus” MMC-nin rəhbərliyinin hərəkətlərində cinayət tərkibi olduğu üçün mülki işin məhkəmə iclasının sonunda həmin şəxslərin barəsində prokurora xəbər verilməsi barədə xüsusi qərardad çıxarılması da xahiş olunub.

Yeri gəlmişkən, araşdırmalar nəticəsində məlum olub ki, İsgəndər Xəlilov tərəfindən həmin ərazidə ucaldılan ikinci binanın da tikinti üçün lisenziyası mövcud deyil və bu səbəbdən oradan mənzil alan şəxslər nəinki ora köçə bilmir, heç təmir işlərini də apara bilmirlər. Görünən odur ki, Xəlilovların “Svit Haus” (“Şirin ev”) ətrafındakı fırıldaqları onlara çox acı günlər yaşadacaq…///qaynar.info

Previous Post

İsgəndər Xəlilovun “Şirin ev” fırıldağı – QALMAQAL

Next Post

İlham Əliyev ünvanlı sosial yardımla bağlı fərman imzaladı

Bənzər yazılar

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun –...

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün...

Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58

İyunun 4-də Günəş aktivliyi yüksək olacaq. Geomaqnit qasırğası olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə,...

İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat...

Next Post

İlham Əliyev ünvanlı sosial yardımla bağlı fərman imzaladı

İlham Əliyev ünvanlı sosial yardımla bağlı fərman imzaladı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.