"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

14-cü “zon”da öldürülən məhkumun bacısı Prezidentə ürəkparçalayan məktub yazdı

15 Fevral 2015 - 14:22
in XƏBƏR LENTİ
FacebookVatsap

img1709559Simuzər Babayeva: “Öz cəngəllik qanunları ilə idarəçilik edən məmurları ifşa etməyinizi, cəzalandırmağınızı xahiş edirəm”

Bunu da oxuyun

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

Ötən il dekabrın 22-də 14 saylı Cəzaçəkmə Müəssisəsində öldürülən məhkum Elşad Babayevin bacısı Simuzər Babayeva Azərbaycan Prezidenti İlham Əliyevə məktubla müraciət edib.

Redaksiyamıza daxil olan həmin müraciətdə deyilir:

“Ürəyinə dağ basılmış bir bacı kimi, gecə-gündüz oğul deyib, fəryad edən anamın adından və öz adımdan xahiş edirəm.
Cənab Prezident, mənim vətənim hüquqi, demokratik dövlətdir. Sizdən humanist, vətənpərvər Prezident olaraq, qoyduğunuz qanunları heçə sayan, insanları özbaşına tətbiq etdikləri qanunla cəzalandıran, onlara işgəncə verən, haqq-hüquqlarını heçə sayan, öz cəngəllik qanunları ilə idarəçilik edən məmurları ifşa etməyinizi, cəzalandırmağınızı xahiş edirəm. Əks təqdirdə, bu hadisələrin təkrarlanmayacağının qarantiyası yoxdur”.

Elşad terrorçu, vətən xaini, cinayətkar deyildi

S.Babayeva qardaşının başına gələnləri, onun həbsə düşməsini və öldürüləndən sonra üzləşdiyi qanunsuzluqları belə qeyd edir: “Qardaşım Elşad Babayev 22 dekabr 2014-cü ildə 14 saylı Cəzaçəkmə Müəssəsində öldü. Müəssisədən mənə zəng edib bildirdilər ki, qardaşımın meyiti Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 19 nömrəli xəstəxananın morqundadır. Xəbəri aldıqdan sonra dərhal xəstəxananın morquna yollandım və gördüklərim mənə ölüm xəbərindən daha ağır təsir etdi. Qardaşımın bütün bədəni, əlləri, qolları, ayaqları, başı, üzü ağır zədələr, amansız döyülməkdən yaranmış qançır izləri, yanığa bənzər yaralar içində idi. O gün, o soyuq morqda qardaşımı o vəziyyətdə görmək məni bir insan, bir bacı kimi dərindən yaraladı. Qardaşıma ağır işgəncəni verənlər, onu bu vəziyyətə salacaq qədər amansız vəhşiliklə dəyənəkləyib, ölümünə səbəb olanlar təəssüf ki, mənim öz millətimdən idi. Ölkəmdə, vətənimdə bunca qəddar vəzifəli məmurun, dövlət qulluqçusunun olması, məni dərindən məyus etdi. Elşad terrorçu, vətən xaini, cinayətkar deyildi.

Müstəntiq Eyyub Bəşirov dedi ki…

O, səhv etmişdi və məhkəmə qaydasında ona 1 il 2 ay azadlıqdan məhrumetmə cəzası vermişdilər. Özü də məhkəməsində səhv etdiyini və idmançı olaraq, 234.1-ci maddə ilə məhkəmə qarşısında dayanmasını özünə bağışlamadığını demişdi. O gecə qardaşımın işgəncəyə məruz qalmış bədəninin şəkillərini telefonumla çəkdim və sonra çox gec olmasına baxmayaraq, 14 saylı Cəzaçəkmə Müəssəsinə yollandım. Dəhşətli işgəncələri qardaşıma kimlərin və nədən etdiklərini öyrənmək üçün mən müəssəsinin əsas giriş qapısından içəri girdim. Lakin məni rəisin yanına buraxmadılar. İçəridə generalların iclas etdiyini söylədilər. Bir az keçdikdən sonra həmin general digər işçilər ilə çıxışa doğru gəldilər və mənim suallarımı cavabsız qoyub, heç bir məlumat verə bilməyəcəklərini etinasızca bildirdilər. Daha sonra özünü Qaradağ Rayon Prokurorluğunun müstəntiqi kimi təqdim edən Eyyub Bəşirov mənə qardaşımın məhbuslar tərəfindən döyülmədiyini, intihar etmədiyini dedi. Hətta həmin gün səhər məhbusların qardaşımın ölümünə etiraz olaraq, qiyama qalxdıqlarını da bildirdi.

Mədət Quliyev məni qəbul etdi, amma…

Qardaşımı dəfn etdikdən sonra, dekabrın 29-da ədliyyə nazirinin müavini Mədət Quliyevin yanına getdim və qardaşımın ölümünə yol açmış bədənindəki ağır xəsarətlərin səbəbini soruşdum. Penitensiar Xidmətin rəisi Mədət Quliyev mənə hadisənin dekabrın 13-də baş verdiyini söylədi. Onun söylədiyinə görə, Elşad 13 dekabrda əlində çay ilə müəssəsinin daxilində “sançast” deyilən bir yerə keçmək istəyib və nəzarətçilər buna əngəl olublar və guya Elşad onların əmrlərinə tabe olmayıb. Əlindəki çayı nəzarətçilərin üstünə atıb, itaətsizlik göstərib. Bu səbəbdən də həbsxananın daxili cəza metodları ilə cəzalanıb. Mən xidmət rəisinə sual verdim. Soruşdum ki, Azərbaycan qanunlarında bu cür ağır işgəncələr verməni, bu şəkildə vəhşicəsinə döyməni sanksiyalaşdıran bir maddə varmı?

Qardaşıma tətbiq edilən cəza vəhşilikdir

Xidmət rəisi dedi ki, qanunda müəyyən rezin dəyənək uyğulama cəzasına icazə var. Ona dedim ki, qardaşıma tətbiq edilən cəza vəhşilikdir! Bu, özbaşına, vəzifədən sui-istifadə edərək, qanunları heçə sayan şəxsin cəza metodudur. O müəssisə, dövlət müəssisəsidir. Dövlətimiz demokratik, hüquqi dövlətdir və hər qanun pozuntusu qanun çərçivəsində, hüquqi şəkildə əksini tapmalıdır. Ədliyyə, prokurorluq, məhkəmə bunun üçündür.

Qardaşımın günahı nə idi?

Mən xidmət rəisinə müəssisə rəhbərliyinin rüşvətxorluğundan, özbaşınalığından müəssisədə var olan rüşvət otağından, müəssisə işçilərinin kobud rəftarından danışdım. Çünki dəfələrlə müəssisədə qardaşımın ziyarətinə gedəndə bunların şahidi olmuşdum. Mədət Quliyev mənə söz verdi ki, bu söylədiklərimi, etiraz və ricalarımı diqqətə alıb, tədbir görəcək. Lakin aradan xeyli zaman keçməsinə baxmayaraq, heç bir nəticə görmədim. Qardaşımın qapalı dövlət müəssisəsində öldüyü məlumdur. O gün növbədə olan nəzarətçilər, rejim rəisləri məlumdur. Hər yer nəzarət kameraları ilə izlənilir və yaddaşa işlənir. Mən xidmət rəisinə mətbuatda 5 nəfərin adının hallandığını söylədim və onların adlarını dedim. O isə mənə onda 3 nəfər haqda məlumat olduğunu bildirdi. İkinci zərbəni qardaşımın ölüm səbəbi ilə bağlı yazılı həkim rəyini alanda yaşadım. Mən bu rəylə tamamilə razılaşmadığımı bildirdim. Etiraz etdim.

Həkimin üzünün ifadəsini heç unutmuram

S.Babayeva məhkəmə tibb ekspertinin saxtakarlığından da yazıb: “Həkimin öz yazdığı cəfəngiyata özü belə, inanmaqda çətinlik çəkən, günahkar görünümlü üz ifadəsi, təşvişli baxışları və kağızı mənə verərkən titrəyən əlləri yadımdan çıxmaz. Həkimdən soruşdum: Bəs qardaşımın bədənindəki ciddi zədələri, xəsarətləri görmədinizmi? Həkim mənə qardaşımın ölümünün Allahın işi, qisməti olduğunu dedi. Kağızda qardaşımın kəskin ürək çatışmazlığından öldüyü yazılmışdı. Qardaşım heç vaxt ürəyindən, nə də bir başqa yerindən şikayəti olmamışdı”.

İstintaqın bu yöndə gedişi və həkimin saxta rəyi ilə qətiyyən razılaşmıram

S.Babayeva qardaşının ölümünə etiraz edən məhkumlara divan tutulmasını da Prezidentə ünvanladığı məktubda qeyd edib: “Dekabrın 22-də qardaşımın ölümünə etiraz edən dustaqları, dekabrın 26-da gecə saatlarında müəssisəyə gətirilən xususi təyinatlılar tərəfindən amansızcasına döyülüblər. 11 nəfər sağlam məhkumu “tibbzon”a köçürüblər. Bu haqda həmin Cəzaçəkmə Müəssisəsində cəza çəkib, əfv fərmanıyla azadlığa buraxılan Qurban Məmmədov ətraflı danışıb. O, qardaşımın orda vəhşicəsinə döyülüb, öldürüldüyü faktını təsdiqləyib. Lakin aradan xeyli vaxt keçməsinə baxmayaraq, əliqanlı, özbaşına məmurlardan heç birisi məsuliyyətə cəlb olunmayıb. Biz zərərçəkmiş kimi tanınmamışıq. Mən istintaqın bu yöndə gedişi və həkimin saxta rəyi ilə qətiyyən razılaşmıram. Qardaşımın ölümünə etiraz səslərini ucaldıb, qiyam edən dustaq yoldaşlarının içəridə bir neçə əşya, kompyüter qırdıqları, yararsız hala saldıqları üçün təcili müəssisədəcə məhkəmə keçirib, işləri artırılıb. Onları Qobustana Qapalı Həbsxanasına yolladılar. Cənab Prezident, görünür öldürülən qardaşımın, bir insanın həyatı o əşyalardan daha önəmsizdir, gərəksizdir”.
S.Babayeva qeyd edir ki, qardaşının ölümü ilə bağlı Baş Prokurorluq tərəfindən CM-nin 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə başlanan iş Qaradağ rayon Prokurorluğundan Bakı şəhər Prokurorluğuna təhvil verilib: “Deyirlər ki, istintaq davam edir. Vuran bəlli, ölən bəlli, ortada da şahid, sübutlar var. Lakin nəticə yoxdur. Həkim rəyi isə cəfəngiyyatdır. Təsəvvür edin ki, bir insanın öldürülməsini, həm də xüsusi amansızlıqla öldürülməsini vəzifə səlahiyyətlərini aşma kimi qiymətləndiriblər. Mən bu işin ədalətli, qanunların tələb etdiyi kimi araşdırılmasını Sizdən, Konstitusiyamızın qarantı kimi xahiş edirəm”.

 

Previous Post

14-cü “zon”da öldürülən məhkumun bacısı Prezidentə ürəkparçalayan məktub yazdı

Next Post

Zakir Həsənov əsgərləri təbrik etdi – FOTOLAR

Bənzər yazılar

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13

Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub. Elchi.az -ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan...

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11

BƏƏ sahillərində "Gem No. 2" tankerindən neft sızması dayandırılıb, yeni neft sızması halları aşkar edilməyib, zərər çəkmiş sahilboyu ərazilərin təmizlənməsi...

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29

Yəmənin hökumət qüvvələri "Yəmən şəfəqi" hücum əməliyyatı çərçivəsində son saatlar ərzində husilərə 1087 zərbə endirdiyini açıqlayıb. Elchi.az xəbər verir ki,...

Next Post

Zakir Həsənov əsgərləri təbrik etdi - FOTOLAR

Zakir Həsənov əsgərləri təbrik etdi - FOTOLAR

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.