"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

“Milyarderlər İttifaqı” yenidən siyasi səhnədə

03 Fevral 2015 - 10:36
in SİYASƏT MANŞET
FacebookVatsap

Abbasov və İbrahimbəyov yenidən rusların “Bakı layihəsində”; Moskvanın elitar restoranlarının img1737489birində RATİ-nin fəal üzvləri Dağıstan prezidenti Ramazan Abdulatipov, Abbas Abbasov və Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov nədən danışıblar?…

Bunu da oxuyun

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasov haqda məlumatlar yenidən ölkə mətbuatının gündəmini zəbt edib. Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətində (“AzerRos”) son yaşananlar, A.Abbasovun keçmiş silahdaşı Söyün Sadıqovla təşkilata nəzarət uğrunda açıq mübarizəsi və Kremlin bu savaşda sabiq baş nazir müavininin tərəfini tutması diqqəti yenidən bu personanın üzərinə yönəldib.

 
Bəzi məlumatlara görə, “AzerRos”da baş verən qarşıdurmada rəsmi Bakı da maraqlıdır və bu mübarizədə S.Sadıqovun tərəfindən “vuruşur”. İddialara görə, Azərbaycan hakimiyyəti 2012-ci ildə Kremlin xeyir-duası ilə yaradılan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqını (RATİ) 2015-ci il seçkiləri ərəfəsi tam zəiflətmək istəyir və bu səbəbdən əlverişli situasiyadan yararlanaraq savaşan tərəflərdən birini tutur. 
Xatırladaq ki, A.Abbasovun təşkilatdan uzaqlaşdırıldığı 17 yanvar qurultayına Rusiyanın hüquq-mühafizə orqanları ciddi maneə törətmiş, Azərbaycanın Rusiyadakı səfirliyinin müavini isə S.Sadıqovun rəhbərlik etdiyi tədbirdə şəxsən iştirak edərək ona dəstək vermişdi.
***
Bəllidir ki, son prezident seçkiləri zamanı RATİ, xüsusən bu qurumun fəal üzvləri olan A.Abbasov və S.Sadıqov Azərbaycan iqtidarına kifayət qədər başağrısı yaratmışdı. Amma Rusiya prezidenti Vladimir Putinin seçki ərəfəsi Bakıya səfərindən sonra “Milyarderlər ittifaqı” Azərbaycanın fəal siyasi səhnəsindən çəkildi, Kremlin projesi olduğu deyilən Milli Şuranın isə yalnız adı qaldı.
Bəs niyə hakimiyyət seçki ilində yenidən “Milyarderlər ittifaqı”nın fəallaşmasından ehtiyat edir və bu qurumu zəiflətmək üçün hətta nifrət etdiklərini gizlətməyən S.Sadıqovun tərəfini belə tutmağa razılıq verirlər? 
 
“Yeni Müsavat”ın əldə etdiyi xəbərə görə, bugünlərdə Moskvanın elitar restoranlarının birində Azərbaycan hakimiyyətini narahat edə biləcək bir ekip diqqəti cəlb edib. Məlumata görə, Dağıstan prezidenti Ramazan Abdulatipovun başda əyləşdiyi məclisdə Abbas Abbasovla bərabər Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov da olub. Buradaca qeyd edək ki, seçkidən sonra R.İbrahimbəyovla  A.Abbasovun münasibətləri soyumuşdu, hər halda, hər iki tərəfin mətbuata açıqlamalarında bu soyuqluq sezilirdi.
Məsələn, A.Abbasovun müsahibələrinin birində R.İbrahimbəyovun Azərbaycan hakimiyyətinə qəzəbli olmasına Bakıda Kino Evinin tikilməsinə razılıq verilməməsi ilə izahı qarşı tərəfi narazı salmışdı. Son olaraq A.Abbasovun“AzerRos”un Ağsaqqallar Şurasından uzaqlaşdırılması barədə xəbərlərə R.İbrahimbəyov  etinasız olaraq münasibət bildirmək istəməmişdi.
İndi seçki ilində yenidən “Milyarderlər ittifaqı”nın     yenidən təşkilatlanması (həmin məclisdə digər RATİ üzvlərinin iştirak etdiyi də deyilir) maraq doğurur.
Yeri gəlmişkən, 2013-cü ilin yanvarında Putinin Dağıstan prezidenti vəzifəsinə təyin etdiyi RATİ-nin Koordinasiya Şurasının üzvü Ramazan Abdulatipovun Azərbaycan hakimiyyəti ilə münasibətləri hələ də gərgindir. Dağıstan prezidenti olduğu iki il ərzində onun Azərbaycan rəhbərliyi ilə rəsmi təmasının olmaması da deyilənləri təsdiq edir.
***
2013-cü il seçki ərəfəsində A.Abbasovun rəhbərliyi ilə Azərbaycanın siyasi səhnəsinə çıxan “Milyarderlər ittifaqı” ölkədə az qala zəlzələ effekti yaratdı. Hətta bütün proseslərə skeptik yanaşmağa vərdiş edən, “onsuz da xeyri yoxdur, heç nə dəyişməyəcək” kimi pessimist əhval-ruhiyyədə olan Azərbaycan seçicisi də “Milyarderlər ittifaqı”na dəyişikliyin müjdəçisi kimi baxmağa başladı.
Müxalif siyasi düşərgə isə “Milyarderlər ittifaqı”nın üzvü olan  R.İbrahimbəyovun rəhbərliyi ilə Milli Şura yaradaraq nəzərlərini Moskvaya dikməyə məcbur oldu.
Sonrası məlum: İbrahimbəyov Bakıya, Milli Şura hakimiyyətə gələ bilmədi, Abbas Abbasov da,  “milyonçuları” da kölgəyə çəkildi…   
Azərbaycan siyasi səhnəsində hələ ki ciddi fəallıq gözə dəymir. Amma Moskvadakı restoran görüşü barədə xəbərin fonunda iki fakt diqqət çəkir. Birincisi, uzun müddətdir yalnız “kino çəkən”, “mən siyasətdə deyildim ki” deyən  R.İbrahimbəyovun yenidən mediada fəallaşması və yanvarın 28-də Milli Şura üzvlərinə göndərdiyi müraciətdir. Həmin müraciətdə qeyri-adi fikirlər yoxdur. Amma müxalifətlə “barışığa” çağırılan müraciətdə hədəf yenə Azərbaycan hakimiyyətidir.
İkinci diqqət çəkən məqam isə R.İbrahimbəyovun fəxri sədrlik etdiyi qurumun mart ayında aksiyalara başlayacağı ilə bağlı anonsudur…
Mümkündür ki, sadaladıqlarımız yalnız Moskva görüşü ilə üstü-üstə düşən təsadüfdür. Amma o da mümkündür ki, Kreml kritik parlament seçkiləri ərəfəsi yenidən rəsmi Bakını pressinq altında saxlamağı hədəfləyib.
A.Abbasovun “AzerRos”da zədələnmiş reputasiyası Kreml üçün də arzuedilən deyil. Bu səbəbdən də Rusiyadakı nüfuzlu dostlarının ona və həm də R.İbrahimbəyova yeni şans verməsi də mümkündür.
Baş rolda yenə Abbas Abbasov olarsa…
(Musavat.com)

 

Previous Post

“Milyarderlər İttifaqı” yenidən siyasi səhnədə

Next Post

Ukraynaya hərbi yardımla bağlı hələ gözləyir…

Bənzər yazılar

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Fevral 2026 - 20:23

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral 2026 - 16:38

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin...

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

11 Fevral 2026 - 17:32

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə...

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

05 Fevral 2026 - 20:19

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. Elchi.az xəbər verir...

Next Post

Ukraynaya hərbi yardımla bağlı hələ gözləyir...

Ukraynaya hərbi yardımla bağlı hələ gözləyir...

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.