"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Yadlıqlar daha çox gənclərə təsir edir…

02 Fevral 2015 - 22:17
in KÖŞƏ YAZILARI
FacebookVatsap

İşıqlı Atalı ishiqli_atali




Gəncliyin qayğılarından tez-tez danışılır. Ancaq çox zaman bütün bu müzakirələr, təhlillər bir yana aparıb çıxarmır. Əslində əsas problem bütövlükdə cəmiyyətin insana dəyişkən, ruhani (insani, ulusal) yox, ictimai (sosial) varlıq olaraq baxmasındadır. Bəşər tarixində elə bir zaman olubmu ki, insanlar arzularını tam gerçəkləşdirə bilsinlər? Müxtəlif ictimai-iqtisadi formasiyalar insandan keçib, zamanın, şəraitin diqtəsi əsas sayılıb. Həticədə taleyi özünə tapşırılmayan insanın nə uşaqlıq, nə gənclik, nə də qocalıq dövrü istədiyi kimi keçməyib.

***
Bu, bütövlükdə insanlığın problemidir. İlk növbədə mənəvi dünyasını qurmalı olan gənclik pulçuluq, təbəqəçilik, özgəçiliklər məngənəsinə düşür, çıxa bilmir. Xilas adına bu gün dünyada çoxlu ideologiyalar var. Bəşərin mənəvi durumu isə gündən-günə çətinləşir. İntiharlar (suisidlər, qan-qadalar, hər cür vəhşilik çeşidləri) daha çox gəncliyin əhvalına təsir edir, gənclərin ömrünü kəsir…

***
Azərbaycan gəncliyi bir çox cəhətlərdən dünyanın halına uyğunlaşmaqdadır. Bu uyğunlaşma isə bizim gəncliyin xilası olmayacaq. Yalnız ulusal (milli) ölçüyə əsaslanan fikir birliyi əsasında Azərbaycan gəncliyi çağdaş dövrün qarışıq və ziddiyyətli girdabından xilas ola bilər. Gənclik insan həyatının ən məhsuldar, enerjili, arzulu, həm də sonsuz ümidli bir çağıdır.
Sovet dövrünün gəncliyi barədə bu gün daha çox nostalji hissiylə danışılsa da, hər halda o zaman da gəncliyin kifayət qədər çoxsaylı problemləri var idi. Rusiya imperiyasının təməlində qurulan sovet imperiyası kollektivləşmə, faşizmlə müharibə, eləcə də sonrakı mərhələlərdə gəncliyin enerjisindən amansızcasına istifadə etdi. SSRİ süqut edən zaman başqa respublikalar kimi azadlığa çıxan Azərbaycan da bu müddət ərzində gərgin həyat yaşamalı oldu.

***
Sabahkı gəncliyin təməli olacaq çağdaş uşaqların tərbiyəsi əsil problemə çevrilib. Çünki informasiya əsrində uşaq psixologiyasını nəzarətdə saxlamaq daha da çətinləşir. İlk növbədə isə uşaqlara və gənclərə milli-mənəvi dəyərləri aşılamaq lazımdır. Bütün tərbiyə haqqında deyilənlər əksər hallarda sözdən o yana getmir. Qloballaşma (kürəsəlləşmə) bəlasının artdığı bir vaxtda millətin, dövlətin inkişafı üçün yeni nəsillərin tərbiyəsinin milli prinsiplərlə aparılması gərəklidir. Yalnız sənə məxsus olan səninkidir, özününküdür. Əgər millətin milli dəyərləri insaniliyi ifadə edirsə, o, həm də bəşəridir. Güclü millətin özündən əl çəkib başqalarından mənəvi dəyər umması əslində bəşəriliyə ziddir.

***
Millətin sabahı haqqında ciddi düşünənlər indi daha çox olmalıdır. Gedişat onu göstərir ki, qarşıdakı illərdə valideynlər uşaqlarının tərbiyəsilə bağlı daha böyük problemlərlə rastlaşacaqlar. Artıq bu qayğıların artması göz qabağıdadır. Hə qədər ki, valideynlər uşaq tərbiyəsində onları gözləyən bəlalara qarşı mübarizənin gərəkliyini və onların aradan qaldırılması yollarını aydın dərk etməyiblər, məsələ gündən-günə daha çıxılmaz şəkil alacaq. Azərbaycan gəncliyi tarixən, xüsusən bu və ya başqa keçid dövrlərində çoxlu itkilərə, səhvlərə, aldanışlara məruz qalıb. Rus imperiyasından qabaq Azərbaycan gəncliyi ərəb, fars və başqa imperiyaların zülmünə məruz qalıb. Bütün bu təsirlər ilk növbədə gəncliyin əxlaqına mənfi mənada təsir edib. Hər gələn yad təsirlər gəncliyin ruhuna inadla təsir etməyə, onu ram etməyə çalışıb. Hər bir dövrdə mövcud olan gənc nəsil əgər doğru-düzgün istiqamətləndirilmirsə, o zaman onun başqalarına, yəni özgələrə yaraması fəlakəti baş verir. XVIII yüzildə Azərbaycanın xanlıqlara bölünməsi, bunun ardınca yurdumuzun iki yerə parçalanması tarixi gerçəklikdir. Zaman-zaman Quzey Azərbaycan gəncliyi rusçuluğun təsirinə salındı. Güneydəki gənc nəslin isə daim farsçılıq təsirinə salınması cəhdi bu gün də davam edir.

***
Azərbaycan gəncliyi sözün böyük mənasında xəlqi təmələ, bəşəri sevgiyə malik olmalıdır. 70 illik əsarət dövrünü yaşayan Azərbaycanda müstəqillikdən sonrakı dövr sözün böyük mənasında milli-mənəvi dəyərlərə qayıdış üçün geniş imkanlar açdığı dərəcədə bu, başqa, daha doğrusu yad, özgə təsəvvürlərin, baxışların yurdumuza ayaq açması, cövlan etməsi ilə müşahidə olundu. Təəssüf ki, bu gün sözün böyük mənasında dünyabaxışı, yaşam tərzi formalaşdırılması yönündə ciddi iş görə biləcək əhəmiyyətli yaradıcı sahələr bu baxımdan ziqzaqlı, gərgin dövrünü yaşamaqdadır. İstər-istəməz Qərb dəyərlərinin soydaşlarımızın ağlına, ruhuna işləməsi, gündən-günə daxilləri çulğaması, qarışdırması problemi daha da çıxılmazlığa salır. Başqa tərəfdən də Şərq aləminin qarışıqlığı, halsızlığı bu gərginliyi artırır. Bu gün çox hallarda özgələşməyə qarşı dirəniş yaranmır. Ancaq müqavimət nə qədər ki, qəti deyil, o zaman bu cür “mübarizələr” sadəcə effektiv bir görüntü təsiri bağışlayacaq. Bir sözlə, Azərbaycan gəncliyi özünü davamlı şəkildə yaratmalıdır…

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Previous Post

Yadlıqlar daha çox gənclərə təsir edir…

Next Post

“Milyarderlər İttifaqı” yenidən siyasi səhnədə

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

“Milyarderlər İttifaqı” yenidən siyasi səhnədə

“Milyarderlər İttifaqı” yenidən siyasi səhnədə

Son xəbərlər

Lökbatanda dənizdə batan iki qadının meyiti tapıldı

Mingəçevirdə Kür çayında 21 yaşlı gənc batıb – VİDEO

12 Avqust 2026 - 19:23
“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

12 Avqust 2026 - 19:06
Suqovuşanda mina partladı – Xəsarət alan var

Xocavənddə buldozer minaya düşüb, xəsarət alanlar var

12 Avqust 2026 - 18:55
Bakıda oğurluq edən şəxslər saxlanıldı

Yasamalda oğurluq edən şəxslər saxlanılıblar

12 Avqust 2026 - 18:31
“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

12 Avqust 2026 - 18:23
“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

12 Avqust 2026 - 18:15
Bakıda 16 istiqamətdə sıxlıq var

Bakıda 16 istiqamətdə sıxlıq var

12 Avqust 2026 - 18:00
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

12 Avqust 2026 - 17:49
Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

12 Avqust 2026 - 17:37
Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

12 Avqust 2026 - 17:30
Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

12 Avqust 2026 - 17:21
Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

12 Avqust 2026 - 17:14
“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

12 Avqust 2026 - 17:09
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

12 Avqust 2026 - 17:06
Litva Baş naziri HHM xərclərinin artırılmasını vacib sayır

Litva Baş naziri HHM xərclərinin artırılmasını vacib sayır

12 Avqust 2026 - 16:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.