"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Bir Lamiyə vardı…

02 Fevral 2015 - 20:01
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Vaqif Səmədoğlunu itirdiyimiz günün ertəsi dostum sosial şəbəkədə belə bir status yazdı: “Niyə img1737273məhbus Lamiyənin xəbəri Vaqif Səmədoğlunun ölüm xəbərindən daha böyük hadisəyə çevrildi?”

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yazıçının obrazları adətən özündən məşhur olur, dostum.

Yazıçını elə obrazları tanıdır. Bəzən kitabın adını unudub qəhrəmanın adıyla tanıyırlar əsəri.

 

Şekspiri Hamlet, Hüqonu Qavroş, Cek Londonu Martin İden, Tolstoyu Anna Karenina … elə Anna yerində saxlayaq.

 

Yazıçı Anar müsahibəsində belə deyib: “Mənə sual verirlər ki, “Təhminə” niyə ölür? Deyirəm, yaxşı, onda deyin, “Anna Karenina” niyə ölür, “Hamlet” niyə ölür? Axı dünya ədəbiyyatının çox əsərlərində baş qəhrəmanlar ölür”.

Eh, Anar müəllim, Anar müəllim…

Təkcə baş qəhrəmanlar yox, bütün insanlar tez, ya gec ölürlər. Məsələ bunda deyil!

Ölürlər, ancaq necə? 

Bir müsahibim Anna Karenina haqda belə demişdi: “Onu cəmiyyət atdı qatarın altına!”

18 yaşından ərə verilən Anna yaşa doldu və günlərin birində başqa bir adamı sevdi. O zamanın rus mentalitetinə görə kübar, əsilzadə bir zümrədən olanlara bu, yolverilməz idi. Başqaları üçün xoşbəxt ailə tablosu yaratmalısan. Üzündə təbəssüm, ərinin qoluna girib hər yerdə onunla mutlu bir xanım kimi görünməlisən. Anna gizlətmədi sevgisini, ayrıldı ərindən. Ancaq toplum aşağıladı onu, qovdu, dışladı… Anna ən dəhşətli intiharı seçdi.

Yaxşı əsər mesaj verir. Doğmalarımızı mental sərsəmlikdən qorumağa çağırır.

“Bir qız 15 yaşına kimi zorlanıb, nişanlanıb, qatil və məhbus olub.  Bu nə deməkdi?!  15 yaşına kimi…” 

Təhminəni də cəmiyyət öldürdü.

Lamiyə də yazılmayan romanın qəhrəmanıdır. Onu nə vaxtsa  Tolstoy yazıb “Dirilmə”də. Katyuşadı Lamiyə. Katyuşa (Maslova) Nexlyudovla yaxınlıq edir və oğlanın onu atmasıyla həyatın məngənəsinə düşür. Sonunda fahişəyə çevrilir. Bir gün müştərilərindən birinin zəhərlənib öldürülməsində ittiham olunur. Məhkəmədə komissiya üzvlərindən biri həmin o Nexlyudov olur. Tolstoy yazır: “Məhkəmə – hakimlər, ittihamçılar hansı mənəvi kriterilərlə insanlara cəza verirlər və biz cəza verənlərin məhkumdan daha dürüst insan olduğunu hardan bilirik?”

Lamiyə Quliyeva

Əsərin başqa bir yerində isə belə bir fikir yer alır: “Fahişəlik – qadına vurulan ən böyük ləkədi, bunun da günahkarı cəmiyyətdi!”.

Suç-cəmiyyət-cəza kontekstində yazan digər yazıçı Dostoyevskidi. Ancaq onun məhkəmə sisteminə baxışı  Tolstoydan  fərqlidi.

Dostoyevski səbəb nə olur olsun, cinayət işləmiş Raskolnikovunu cəzadan qurtara bilmir. Onu sonunda qanuna təslim edir. Suç cəzasını alır. Ancaq bir məsələ də var, Raskolnikov ona pisliyi dəyməyən günahsız bir qarını öldürür. Bizim bütün psixoloji, mənəvi, sosial səbəblərimiz insan haqqına uduzur.

Bu tezislə qanun qarşısında cinayət edən yox, səbəbkar – əsl cinayətkar cavab verməlidi. Nəticənin yox, səbəbin şərhə ehtiyacı var. Çağdaş Qərb hüquq sistemində belə presedentlər az deyil.

Bir qız 15 yaşına kimi zorlanıb, nişanlanıb, qatil və məhbus olub. 15 yaşına kimi…

Qız prosesin sonuna kimi namusuna toxunduğu üçün oğlanı öldürdüyünü deyib. Bilinən budu.

O, heç özü də bilmir başına gələnlərin səbəbini. Onda da bilmirdi. Bəlkə bu gün də bilmir.

Öncə bunu yazaq: 12-14 (8-18 də pik nöqtə) yaş ən həssas – ikinci cinsi formalaşma dönəmidi qızların. Qızlıqdan qadınlığa keçid dövrüdü. Cinsəl meyli də təbiidi. Bu dönəmdə aqressiv də olurlar.

Bir qız 15 yaşına kimi bakirəliyini itirməyə, nişanlanmağa, qatil və məhbus olmağa vaxt tapıb. Bu nə deməkdi?! Nə işlərlə məşğuldu bu ölkənin cocuqları. Zorlanıb, ya öz istəyi ilə baş verib, hər halda Lamiyə bakirə olmadığını nişanlısından gizlədib. Niyə gizlədib? Biz hamımız bunun cavabını adımız kimi bilirik. Qətlə də yol açan  hamımızın bildiyi bu səbəbdir. Bakirə olmamaq ayıb sayılır. Nişanlı, ər özünü başıaşağı hiss edəcəkdi. Ona görə də biləndə birlikdə bu ləkədən qurtulmaq qərarına gəliblər. Baxmayaraq ki, nişanlı da sonadək məhkəmə zalında oturanlara heç nədən xəbəri olmadığını söyləyib. Ancaq son ucda ömürlük həbsə məhkum edilib. Zamanında belə bir xəbər yayıldı ki, guya ölənin cinsi orqanı kəsilib. Meyiti isə üzərində bıçaq izləri ilə çaydan tapıblar.  Bunu qız təkbaşına edə bilərdimi?

Mental cəfəngiyata görə nə qədər ölüm hadisəsi baş verir ölkədə. Üç gəncin həyatı məhv oldu. Kimsə uduşla, ləyaqətlə çıxmadı bu olaydan.

“Təhminəni də cəmiyyət öldürdü. Lamiyə də yazılmayan romanın qəhrəmanıdır. Onu nə vaxtsa  Tolstoy yazıb “Dirilmə”də.” 

15 yaşlı qız nişanlanmalı yox, təhsil almalıdı. Həbsxana həyatında bunu başa düşüb: “Yaşıdlarım universitetlərdə təhsil alır, mənsə burdayam. Belə olmasını istəməzdim” – deyir. Bircə anasını tək qoyduğu üçün peşmandı. Qisası üçün yox. Azərbaycanlının mentalitetindən bilinir, o, heç vaxt qanunlarla idarə olunmayıb. Adamlar özləri çıxış yolu axtarır hələ də. Yalnız dəmir qanunlarla çözülər bu sorun. Uşaqları oxutmaq, bölgə-bölgə maraqlar, hobbilər yaratmaq kömək olar.  Erkən nikahlarla mübarizəyə qalxmaq, qızların yalnız ər üçün böyüdülməsinə imkan verməmək kimi öhdəliklər var.

Hər şey ortada olsa da olayda ortada olmayan səbəblər aranır.  Qadınsa yenə günahkardı. 25 yaşlı qız üçün də, 45 yaşlı, hətta 65 yaşlı qadın üçün də eyni şeylər deyilir burda. Əxlaq, namus mövzusunu qadının üstündən götürüb bütün insanlara aid etmək vaxtıdı. Əxlaqsızlığın həm də özbaşınalıq, rüşvətxorluq, şər, kiminsə haqqını yemək olduğunu anlatmalıyıq. Həbsxanada uşaq doğmaqla da dəfələrlə təcavüzə uğradığını demək istədi bəlkə də. Bəlkə də adından yayılan açıqlamada olduğu kimi, ümidsizliyə qapıldı, başa düşdü ki, ordan heç vaxt çıxmayacaq və həyatına anlam qatmaq istədi. Hər halda bu onun ən doğru addımı oldu. Çünki insan taleyi yada düşdü. Sevdiyimiz, yaşlı bir şairin, yazıçının ölümündən daha ucuz bir hadisə deyil bu. Söhbət insan həyatından gedir. Bu mənada aid olduğum dördüncü hakimiyyətə – mediaya sayğılarımı çatdırıram. Pulun yox, insanın yanında olan mediaya. Jurnalistika çox sorunun çözülməsinə, yoluna qoyulmasına kömək edir, insanların pənah yeridi. Media olmasa insan taleyi tamamilə unudular.

Qıza gəlincə, cəza müddəti bitsə də onu azadlığa buraxmırlar. Guya  kimləsə həbsdə dalaşıb və buna görə yenidən cinayət işi açılıb. Həbsxanada belə davalar, haray-həşir çox olur. Hər davaya cinayət işi açılmır, həbsxana qaydaları ilə karserə salına, icbari iş verilə bilər. Adi mübahisə üstündə 5 il 6 ay… onun qazamatda qalmasında yalnız Aslanov maraqlı deyil. İllərdi bundan çox adam faydalanmaq istəyir. Gözəl, kimsəsiz, rahat bir yemdi, oyuncaqdı bu qız onlar üçün. Buraxmırlar.

“Bir tərəfdə Azərbaycanın ən imkanlı rayonlarından birinin sabiq icra başçısı, oliqarx Aslan Aslanov, digər tərəfdə yalnız “metrikası” olan, köməksiz gənc bir qız – Lamiyə Quliyeva” 

Bir tərəfdə Azərbaycanın ən imkanlı rayonlarından birinin sabiq icra başçısı, vəzifədə olarkən Nizami Gəncəvinin  adına olan kəndə atasının adını (Əliyaqublu) verdirəcək qədər səlahiyyət yiyəsi, qohumları müxtəlif strukturlara başçılıq edən, yaratdığı futbol klubuyla ölkə birincilikləri “alan”, oliqarx Aslan Aslanov, digər tərəfdə yalnız “metrikası” olan, köməksiz, ölkəsinin qanunlarıyla qorunan (?) gənc bir qız – Lamiyə Quliyeva.  Əlbəttə, belə bir durumda insanlar köməksizə acıyacaqlar. Ona görə də  necə yaşamağımızın önəmi böyükdü. Gerçəkdən dərd gələndə bizə inansınlar, “yalançının evi yandı” misalını yaşamayaq. Övlad itkisi ağır dərddi. Necə əzablı olduğunu bütün normal adamlar anlayır.

“Bir Lamiyə də vardı uzun illər öncə, Rəşad Nuri Güntəkin “Dodaqdan qəlbə”də yazıb onu. Gənc yaşından ləkələndi. Bətnində körpəsi olduğunu bilən kimi adamlar onu “kötü kadın” bildilər”

Ancaq! Övladımızdı deyə istədiyini edə bilməz. Heçmi günahı, yanlışı olmayıb? Övladı üçün “nə istəyirsən et, arxandayam” pontu yaradan valideynlər, onu hamıdan öncə özünüz öldürürsünüz. Bir ailə tanıyırdım. Harın, havayı yeyən, ərköyün bir təpəgöz böyütmüşdülər. Oğlan bir qızı incitmişdi. Mən ömrümün sonuna kimi  bağışlamazdım oğlumu. Ancaq həmin ailə heç nə olmamış kimi uşağına bəraət qazandırırdı. “Əşi, o qız küçədə qalmışın biriydi, ağlı olaydı, bizimki kişidi” deyirdi. Sonuc? Uzun çəkmir belə davranışlar, hardasa qırılır. O da “peredoza”dan öldü.

Necə olur, övladınız sevdiyi ilə razılığınız olmadan evlənirsə bağışlamırsız, ancaq başqalarına qarşı haqsızlığı, kiməsə qarşı tərbiyəsizliyi bağışlayırsınız. Bu necə olur?

***

Bir Lamiyə də vardı uzun illər öncə, Rəşad Nuri Güntəkin “Dodaqdan qəlbə”də yazıb onu. Gənc yaşından ləkələndi. Bətnində körpəsi olduğunu bilən kimi adamlar onu “kötü kadın” bildilər. Kimsəyə deyə bilmədi ki, sizin bəh-bəhlə adını çəkdiyiniz, sayğı duyduğunuz adamdı günahkar. Biz də öz “milli-mənəvi” tabularımızla, ölkədə hökm sürən özbaşınalıqla bir gözəl qızın  həyatını məhv etdik.

Aysel Əlizadə

Previous Post

Bir Lamiyə vardı…

Next Post

Müdafiə naziri gəncləri təbrik etdi

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Müdafiə naziri gəncləri təbrik etdi

Müdafiə naziri gəncləri təbrik etdi

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.