"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Kəlbəcərli köçkünlər Gəncə İcra Hakimiyyətinə yürüşə hazırlaşır

24 Yanvar 2015 - 13:43
in CƏMİYYƏT
FacebookVatsap

elmarƏmlak Komitəsinin Gəncə şöbəsi ilə Elmar Vəliyevin torpaq davası haqda şok məlumatlarGəncədə məskunlaşmış Kəlbəcərdən olan köçkünlər Şəhər İcra Hakimiyyətinə yürüş etməyə hazırlaşır. Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda bildirlir ki, köçkünlər onlara verilən vədlərin yerinə yetirilməməsindən və şərlənmələrindən narazıdırlar. 

Bunu da oxuyun

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

Köçkünlər mətbuata ünvanladıqları müraciətdə hadisənin düzgün təqdim edilməməsindən də gileyləniblər. Qeyd edirlər ki, əslində etiraz edənlər söküntülərə məruz qalan ərazidə yaşayan, “Qaçqınkoma” rüşvət verməyən və mənzil ala bilməyən kəsimin nümayəndələridirlər: “Sökülən mənzillər Gəncənin tam kənarında, Göygöl rayonuna gedən yolun sağ və sol cinahlarında yerləşən təqribən 500 hektar sahədə yerləşir.
Deməli, bura şəhərin mərkəzi hissələrinə aid deyil, eyni zamanda da, bu ərazidə heç bir strateji infrastruktur layihələri həyata keçirilməyib. İnsanlar zəhmətlə pul toplayıb, müvafiq icra aparatından sərəncam alıblar. Paralel olaraq, neçə ildir burda yaşayıblar, özlərinə sosial mühit qurublar. Onların üzərinə qaz, su, işıq və digər kommunal xidmətlərə görə ödəniş etmək öhdəliyi qoyulub. İllərdir sözügedən ərazidə sakinlər bu öhdəlikləri yerinə yetiriblər. İndi nə oldu ki, bu ərazi İcra Hakimiyyətinin yadına düşdü? Həm də Gəncədə torpaq islahatlarının dayandığı və torpaq satmaq üçün qıtlığın müşahidə olunan bir dövrdə? Elə isə nədən heç kim bu hadisədən az sonra Gəncənin digər bir yaşayış massivində – ”Farfor Zavod ətrafı” adlanan hissəsində Gəncə Şəhər İcra Hakimiyyəti ilə Əmlak Komitəsinin yerli şöbəsi arasında narazılığın olmasını və bu narazılığın ucbatından ərazinin Əmlak Komitəsi tərəfindən hasara alınması, insanların ev tikə bilməməsi haqda bəhs etmədi? Yoxsa icra başçısının müavini Naqif Həmzəyevin “mediadakı dostları” bunları da görməzdən gəldi? Bu ərazilər Elmar Vəliyevin sərəncamı ilə satılıb və Əmlak Komitəsinin balansındadır. Hazırda bu qurumla aralarındakı sövdələşmə pozulub. Ona görə də İcra Hakimiyyəti vəziyyətin daha da qəlizləşməməsi üçün Əmlak Komitəsinin yerli şöbəsi ilə danışıqlar aparır”.
Köçkünlər etirazın yaranma səbəblərini belə açıqlayırlar:  “Əvvəla, bu ərazilərin bir qismini Gəncənin icra başçısı Elmar Vəliyevin təqdimatı ilə şəhərin Nizami rayonuna icra başçısı təyin etdirilən Məharət Mustafayev satdırıb. Bu o Məharət Mustafayevdir ki, deyilənə görə, icra başçısı olmamışdan əvvəl Elmar Vəliyevlə iş ortağı olub. Gəncəbasar bölgəsində, o cümlədən Goranboy rayonunda avtomaşın yağlarının satışı ilə məşğul olub və sonradan bu regionda ”monopoliya” yaradaraq ancaq özləri maşın yağlarının satışını təşkil ediblər. Hələ icra başçısı olmamışdan öncə Elmar Vəliyev öz “qara büdcə”sini formalaşdırmaq üçün Məharət Mustafayevin “məharətlərindən” istifadə edib.
M. Mustafayevi də Gəncənin Nizami rayonuna ona görə icra başçısı təyin etdirib ki, bu rayon ərazisində yerləşən mərkəzə yaxın bahalı torpaq sahələrinin müxtəlif adamlara satışını təşkil etsin və bütün qanunsuz əməllərini icra etdikdən sonra “günahlarını” M. Mustafayevin boynuna yıxıb, sudan quru çıxsın. Belə də oldu! İndinin özündə də heç bir rəsmi vəzifə tutmayıb, işsiz olmasına rəğmən, Məharət Mustafayev Elmar Vəliyevin tapşırıqları ilə hərəkət edir, onun işlərini həyata keçirir. Gəncədə yerli hakimiyyət nümayəndələrinin bir niyyəti var: “Torpaq sat, pul qazan!” Harada görünüb ki, hətta qanunsuz tikili olsa belə, məhkəmə qətnaməsi olmadan ev sökülsün? Harada görünüb ki, sənədsiz olduğu iddia edilən evlər üçün infrastruktur formalaşdırılsın və vergi ödətdirilsin? Harada görünüb ki, sənin dinc etiraz etmək istəyinin qarşılığında səni möhkəmcə döysünlər və Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi açalar? Sonra da ölkə mətbuatında bar-bar bağıralar ki, bizə müqavimət göstərdin? Hazırda iki nəfər etirazçı həbsdədir. Onlarla xəsarət alan etirazçılar isə öz evləri dağıdıldığından qohumlarının evində müalicə olunur”.
Köçkünlər onlara E.Vəliyev tərəfindən verilən vədlərin icra olunmasını tələb edirlər. Yada salaq ki, ötən il dekabrın 10-da Gəncənin “Avtozavod” qəsəbəsi adlanan ərazisində Nizami RİH-nin əməkdaşları ilə məcburi köçkünlər arasında insident yaşandı. Həmin qəsəbədə məskunlaşmış Kəlbəcər rayonundan olan köçkünlər etiraz əlaməti olaraq Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəridilər. DİN-in yaydığı məlumata görə, cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı, orada olan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev və müavini xəsarət alıb.
Previous Post

Kəlbəcərli köçkünlər Gəncə İcra Hakimiyyətinə yürüşə hazırlaşır

Next Post

Hillary Clinton Vladimir Putini parodiya etdi (Video)

Bənzər yazılar

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb. Elchi.az -ın məlumatına görə, müəyyən edilib ki, axtarışda...

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18

Bu ilin may ayında Azərbaycandakı internet trafikinin 92,14 %-i insanların payına düşüb. Elchi.az -ın "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə,...

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07

İyunun 3-də Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) 34-cü iclası...

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

03 İyun 2026 - 18:23

30 may tarixində Boolood komandası mövsümün ikinci tədbirini İçərişəhərin qala divarlarının yaxınlığında, Bakının ən tanınmış tarixi məkanlarından biri olan Qoşa...

Next Post

Hillary Clinton Vladimir Putini parodiya etdi (Video)

Cahangir Hacıyevin “rasxodu” çoxalıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.