Rusiyanın Nijni Novqorod şəhərində təcrübədə olan polis əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən 29 yaşlı azərbaycanlı yanvarın 23-də saxlanılıb.
“Report” xəbər verir ki, hadisə 13 yanvar tarixində Engels küçəsində baş verib.
İstintaqın fərziyyəsinə görə, avtomobil dayanacağında münaqişə baş verib. Həmyerlimizin öz maşını ilə az qala polis əməkdaşlarını vuracaqmış və bu, qarşı tərəfin xoşuna gəlməyib. Tərəflər arasında yaranan mübahisə sonda bıçaqlanma ilə nəticələnib.
Qanlı münaqişədən sonra soydaşımız hadisə yerindən uzaqlaşıb. Hüquq-mühafizə orqanları bir neçə gün hadisədə müqəssir bilinən şəxsi axtarıb. Lakin ehtimal edilən qatil özü polisə gəlib. Onun etirafına görə, vicdanı gizlənməsinə icazə verməyib və o, polisə təslim olmaq qərarına gəlib.
Məhkəmə ilkin istintaq üçün şübhəli şəxs barədə həbs qəti imkan tədbiri seçib.
Türkiyənin paytaxtı Ankaranın Etimesqut rayonunda marşrut avtobusu yerüstü piyada keçidinə çırpılıb. Elchi.az yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində...
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas futbolçuları ilə fəxr edir. Elchii.az azxəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi UEFA Çempionlar...
Tehranın irəli sürdüyü yeddi şərt ABŞ tərəfindən icra olunmasa, Vaşinqton İranın etimadını qazana bilməyəcək. Elci.az IRIB-yə istinadən xəbər verir ki,...
Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Elchi.az xəbər verir ki, qəza rayonun...
Son şərhlər