"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

Ağasəlim Mircavadov: Bu, bütün klublarımıza aiddi – MÜSAHİBƏ

21 Yanvar 2015 - 11:58
in İDMAN
FacebookVatsap

Premyer Liqa klublarının, eləcə də aşağı yaşlı futbolçulardan ibarət yığmalarımızın Antalyadakı təlim-məşq toplanışını yaxından 93b367aeefa8cb772599cb393eb342deizləyən Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

Bunu da oxuyun

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Montellanı bu türk mütəxəssis əvəzləyə bilər

 

– “Neftçi” – “Elazığspor” qarşılaşmasını izlədiniz. Təmsilçimizin oyunu haqda nə deyə bilərsiniz?

– Tək bu oyunu deyil, klublarımızın Antalyada keçirdiyi qarşılaşmaların əksəriyyətini izləmişik. Bu cür oyunlarda nəticə vacib deyil. Çünki baş məşqçi heyətdə müxtəlif dəyişikliklər edir. Konkret “Neftçi”yə gəldikdə, Arif Əsədov gənclərə şans verməklə, nəyə qadir olduqlarını yoxladı. Həm futbolçuların mövqelərini təkmilləşdirdi, həm də fiziki güclərinin neçə dəqiqəyə yetdiyini aydınlaşdırdı. Bəzi futbolçular var ki, xoşuma gəldilər. Həm cəld idilər, həm də topla yaxşı işləyirlər. Ümumi götürdükdə isə axtarışlar davam edir. Daha 2 oyun keçirəcəklər. Bu matçlardan sonra Arif Əsədov “11-liy”i müəyyənləşdirəcək. Çünki yoxlama oyunlarında düşərgəyə nə qədər futbolçu dəvət etmisənsə, hamısını yoxlamalısan. Bu, vacibdi, həm də lazımdı. Bəzi futbolçular var ki, oyun təcrübəsinin azlığından əziyyət çəkirlər. Məsələn, mərkəz müdafiəçisi kimi çıxış edən Rahil Məmmədov topla oynamağa qorxurdu. Çünki o, bu səviyyədə az oyun keçirib. Üzərində çox işləməlidir, boy-buxunu var. Bir məsələni də qeyd edim. Bizim futbolçular topsuz az hərəkət edirlər. Bu tək “Neftçi”yə yox, bütün klublarımıza aiddi.

 

– Premyer Liqa klublarından ikisində – “Qəbələ” və “Xəzər Lənkəran”da baş məşqçi dəyişilib. Bəs komandaların oyun tərzi necə, dəyişibmi?

– Bu iki komandanın oyununu hələ izləməmişik. “Qəbələ” yanvarın 23-də “Kuban”la qarşlaşacaq. Maraqlı oyun olacaq. “Qəbələ”nin oyununu izləməsək də, baş məşqçisi ilə söhbətimiz olub. Ümumiyyətlə. Klublarımızın burda olması yaxşı haldır. Çalışırlar, hazırlaşırlar.

 

– Oyunu ilə diqqətinizi cəlb edən futbolçular varmı?

– Var. “İnter”dən Coşqun Diniyevi qeyd edərdim. Yaxşı təsir bağışlayır. Məhəmməd Mirzəbəyov da diqqətimizi cəlb edib. “Simurq” da çalışır komanda şəklində çıxış etsin. Amma onların müdafiə xəttində problemlərin olduğu görünür. Buna görə baş məşqqçi axtarışlarını davam etdirir. “Neftçi”yə gəldikdə, komandada gənclər çoxdu. Onlar U-21-ə cəlb oluna bilərlər. Biz də həmin futbolçuları diqqət mərkəzində saxlayırıq.

 

– Sizcə, çempionatın indiyə qədərki hissəsi maraqlı keçib, yoxsa maraqlı oyunlar hələ qarşıdadı?

– Çempionatın maraqlı hissəsi qarşıdadı. Bir faktı da vurğulayım ki, Premyer Liqaya “Xəzər Lənkəran” rəng qatırdı. Həm oyunu, həm də azarkeşləri ilə. Onlar da strategiyanı dəyişdi və gənclərə şans verdi.

 

– Bu addım komandanın gücünü nisbətən də olsa zəiflədəcəkmi?

– Təbii ki, bu onların oyununa təsir edəcək. Bu, məlum məsələdi. Yəqin ki, onlar bu il avrokuboklarda oynamaq istəklərini təxirə salacaqlar. Bu artıq onların seçimidi.

 

– Həm əsas, həm də U-21-in baş məşqçisi Antalyadadı. Onlarla Məşqçilər Korpusunun üzvləri arasında fikir mübadiləsi aparılıbmı?

– Hər gün analizlər edir, yığmaya namizəd futbolçularla bağlı söhbətlər edirik. U-17 və U-16-nın oyunlarını da izləmişik, baş məşqçiləri ilə görüşmüşük. Əsas odur ki, proses gedir. Hazrlıq başa çatdıqdan sonra toplanışı analiz edəcəyik. Çünki U-17 elit-raundda çıxış edəcək. Bu oyunlar da martda Bakıda keçiriləcək. Deməli, U-17-nin ölkə xaricindəki toplanışı marta qədər yekunlaşır. Fevralda da toplanış olacaq, amma Bakıda. Rusiyanın U-17 yığması dəvət edilib və onlarla 2 yoxlama oyunu keçiriləcək. Gördüklərimiz haqda onu deyim ki. Baş məşqçilər vicdanla çalışırlar. Bizim klubların daxili işinə qarışmaq ixtiyarımız yoxdu. Amma yığmalarda iş gedir. Oyunçular məşqçilərin əlində olduğu hiss olunur. Antayaya gəlmək şərt deyil, məqsəd aydın olmalıdır. Bilinməlidi ki, Antalyaya nə üçün gedirəm. Yaxşı hazırlıq prosesi keçirilməlidir ki, martda da uğur olsun. Yeri gəlmişkən, “Amkar”ın baş məşqçisi Hacı Hacıyevlə də görüşdük, fikir mübadiləsi apardıq. Rusiya çempionatı haqda müəyyən bilgilər əldə etdik. O da bizim çempionatla maraqlandı.

 

– Hansısa təklif irəli sürdümü?

– O, bütün müzakirələrə açıq insandır. Nəyi düzgün bilirsə, onu mütləq deyir. Bəzi işlərlə bağlı məsləhətləri oldu. Biz də onu rəhbərliyə təklif edəcəyik. Bu gün komitənin işi həm də çempionatın səviyyəsinin artırılmasına kömək etməkdi. Çempionatmızda struktur dəyişib, artıq yığmanın baş məşqçisi klublarla sıx əlaqəli işləyir. Əvvəl isə belə deyildi. Biz də bu əlaqənin daimi olmasına çalışırıq. Prosineçki səmimi insandır, həm dinləyir, öyrənir, həm də axtarır, araşdırır. Bu yaxşı və faydalı cəhətdir. Əvvəllər bizdə yığma klublar əlaqəsiz işləyirdi. Lakin indi fərqli mənzərə izləyirik. Təbii ki, hadisələrin bu cür axarına baş məşqçi razılıq verir. Özü kimi köməkçiləri də işgüzardırlar. (apasport.az)

 

Previous Post

Ağasəlim Mircavadov: Bu, bütün klublarımıza aiddi – MÜSAHİBƏ

Next Post

“Azərbaycana qarşı sanksiya tətbiq olunması barədə çağırışlar ordumuzun inkişafına təsir göstərməyəcək”

Bənzər yazılar

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. Elchi.az xəbər verir ki, kişilərin 81 kq çəki dərəcəsində mübarizə...

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. Elchi.az xəbər verir ki, kişilərin 81 kq çəki dərəcəsində mübarizə...

Montellanı bu türk mütəxəssis əvəzləyə bilər

Montellanı bu türk mütəxəssis əvəzləyə bilər

07 Oktyabr 2026 - 16:56

Futbol üzrə Türkiyə millisinin əsas komandasının yeni baş məşqçisi Arda Turan ola bilər. Elchi.az xəbər verir ki, bu barədə türkiyəli...

Ronaldo milli ilə bağlı qərarını verdi

Ronaldo milli ilə bağlı qərarını verdi

07 Oktyabr 2026 - 13:42

Kriştiano Ronaldo Portuqaliya millisindəki gələcəyi ilə bağlı qərarını açıqlayıb. Elchi.az xəbər verir ki, 41 yaşlı hücumçu milli komandadan ayrılmadığını və...

Next Post

"Azərbaycana qarşı sanksiya tətbiq olunması barədə çağırışlar ordumuzun inkişafına təsir göstərməyəcək"

"Azərbaycana qarşı sanksiya tətbiq olunması barədə çağırışlar ordumuzun inkişafına təsir göstərməyəcək"

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.