"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Azərbaycan” qəzeti Obamanı sərt tənqid etdi – Olduğu kimi

13 Yanvar 2015 - 10:12
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Elchi.az həmin yazını olduğu kimi təqdim edir.img1708411
ABŞ Prezidenti Barak Obama 2009-cu ildə “beynəlxalq diplomatiyanın möhkəmləndirilməsi və xalqlar arasında əməkdaşlığın gücləndirilməsi üçün göstərdiyi böyük səylərə görə” Nobel mükafatına layiq görüldü. Bu, cənab Obamanın prezident seçilməsindən cəmi 9 ay sonra baş verdi. ABŞ-ın ilk afro-amerikalı lideri yüksək kürsüdə oturmamışdan əvvəl bəyan etmişdi ki, ölkəsinin birtərəfli xarici siyasətindən imtina edəcək və Amerika ilə yanaşı, həm də digər dünya ölkələrinin maraqlarını qoruyacaq. O, hətta İranla danışıqlar masasına oturacağını və Quantanamo həbsxanasını bağlayacağını vəd etmişdi. Amerikalıların və bütün dünyada bir çox insanların gözündə Obama sülh və davamlı sabitliyi tərənnüm etdirən dövlət başçısı kimi rəğbət doğururdu. Ancaq müdriklərin dediyi kimi, yalnız böyük şəxsiyyətlər öz əməlləri ilə bəyan etdikləri yüksək idealları təsdiqləyirlər.
ABŞ-ın Corc Vaşinqton universitetinin professoru Marta Finnemor və dosent Henri Farrelin “Foreyn Affairs” nəşrində dərc etdikləri “İkiüzlülüyün sonu. Amerikanın xarici siyasəti sızınıtılar əsrində” başlıqlı məqalədə ABŞ-ın, xüsusilə də Barak Obama Administrasiyasının həyata keçirdiyi xarici siyasəti ikiüzlülüyün bariz nümunəsi kimi xarakterizə etmişlər. Müəlliflərin fikrincə, “ikiüzlülük – başqalarını öz hərəkətlərinin legitimliyi ilə razılaşmağa əmin etmək üçün Vaşinqtonun həyata keçirdiyi “yumşaq güc” siyasətinin vacib tərkib hissəsidir”. Ancaq ABŞ ordusunun qulluqçusu Bredli Menninqin “Wikileaks”a ötürdüyü yüz minlərlə məxfi məlumatın açıqlanmasından və ABŞ Milli Təhlükəsizlik Agentliyinin analitiki Edvard Snoudenin Amerikanın casus proqramlarını ifşa etməsindən sonra, “Vaşinqton ikiüzlülüyünün süqutu kimi təsvir oluna biləcək halla rastlaşdı – bəyanatlar və əsl niyyətləri, bəzi hallarda isə öz məqsədlərinə çatmaq uçun istifadə etdiyi çirkin və ikrahdoğurucu metodlar üçün manevr imkanları sərt şəkildə daraldı”.
Bütün dünya açıq şəkildə gördü ki, ABŞ nəinki düşmən hesab etdiyi ölkələrin, hətta dost dövlətlərin rəhbərləri də daxil olmaqla yüksək vəzifəli şəxslərini izləyir, onların haqqında kompromat toplayır. Həmin məlumatlar təsdiq edirdi ki, ABŞ-ın xüsusi xidmət orqanları Avropa İttifaqının Brüsseldəki, Avropa Şurasının Vaşinqton və Nyu Yorkdakı, həmçinin onlarla ölkənin səfirliklərini dinləyir. Lazım gəldikdə, Dünya Bankının keçmiş rəhbəri və həmin dövrdə Fransa prezidentliyinə ən real namizədlərdən biri olmuş Dominik Ctross-Kannla bağlı olduğu kimi, istənilən şəxsə qarşı ssenari qurula və reallaşdırıla bilər. Bu isə dünya liderlərinin ABŞ-a və onun “səmimi” görünməyə çalışan prezidentinə qarşı etimadın və inamın itməsinə səbəb oldu.
“Həm də digər dünya ölkələrinin maraqlarını qoruyacağını” vəd edən cənab Obama nəinki sözlərinin üstündə durmadı, hətta Amerikaya ənənəvi müttəfiq olan ölkələri də qan çanağına çevirdi. 2009-cu ilin aprelində Misirə səfəri zamanı ABŞ Prezidenti iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi, Misirə dəstək, ABŞ-la İslam dünyası münasibətləri haqqında “yeni eranın başlanması” kimi bəyanatlarla yadda qalmışdı. Ancaq üstündən bir müddət keçmiş 30 illik prezidentliyi dövründə Vaşinqtondan gələn bütün sifarişləri can-başla icra edən Hüsnü Mübarək devrildi, Misir vətəndaş qarşıdurması meydanına çevrildi, keçmiş ölkə rəhbərinin üzərində isə məhkəmə quruldu. Demokratiya haqqında gözəl bəyanatların müəllifi olan rəsmi Vaşinqton Misir hərbçilərinin qanuni seçilmiş prezident Məhəmməd Mursini necə devirdiklərini kənardan müşahidə etdiyi bəs deyilmiş kimi, dövlət çevrilişini “çevriliş” adlandırmaqdan belə çəkindi. Bu da təsadüfi deyildi. Çünki həm H.Mübarək, həm də M.Mursi hakimiyyətinin devrilməsi planının arxasında da ABŞ dururdu. Nə rəsmi Vaşionqton, nə də vaxtilə Dövlət Departamentində yüksək vəzifə tutmuş Devid Kramerin başçılıq etdiyi “Freedom Hause” təşkilatı Qahirə məhkəməsinin bir gündə “Müsəlman qardaşları” təşkilatının 500-dən artıq üzvü barəsində edam qərarı çıxarmasına münasibət bildirmədi.
2001-ci il Nyu Yorkda törədilmiş terror hadisəsindən sonra Əfqanıstan, İraq, Yəmən, Tunis, Misir, Liviya, Suriya kimi ölkələrdə baş vermiş hadisələr Amerikanın “sülhməramlı” siyasətinin və cənab B.Obamanın bəyan etdiyi “İslam dünyası ilə yeni münasibətlər erası”nın konturlarını açıq göstərir. “Rəngli inqilablar”, “Ərəb baharı” və digər çevriliş ssenarilərinin ayrı-ayrı ölkələrə hansı bəlaların gətirdiyini həmin ölkələrin xalqları daha yaxşı bilir və bu dəyişikliklərin lazım olub-olmadığına hamıdan yaxşı onlar cavab verə bilərlər.
Dünənə kimi İraqdan eşidilən qətllər, insan tələfatı haqqında məlumatlar bu gün Avropanın mərkəzindən – Ukraynadan gəlir. Vaxtilə SSRİ-nin güclü və böyük potensiala malik respublikalarından biri olmuş Ukrayna məhz ABŞ-ın və onun Avropadakı müttəfiqlərinin səyləri nəticəsində indi vətəndaş qarşıdurması meydanına çevrilib. Ölkədə real iqtisadiyyat çöküb, sosial problemlər artır, Krım itirilib, ölkənin Şərqi isə separatçıların əlinə keçərək rəsmi Kiyevin tabeçiliyindən çıxıb. Bundan sonra Ukraynaya beynəlxalq münasibətlər sistemində öz müvazinətini düzəltmək üçün neçə onilliklər lazım olacağını demək çətindir.
Amma Ukrayna hadisələri daha bir reallığı bütün çılpaqlığı ilə dünyaya göstərdi. ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nulandın Kiyevdəki səfir Ceffri Payatla məşhur telefon söhbəti həm də Maydanda baş verənlərin əsl mahiyyətini, ssenaristlərin və icraçıların kimliyini bütün dünyaya nümayiş etdirdi. Kiyevdə hakimiyyət dəyişikliyini Avropa İttifaqının əli ilə reallaşdırmağa çalışan Vaşinqton prosesin istənilən nəticə verməməsini xanım Nulandın dili ilə “…. EU” kimi ifadə etdi. Əgər 2013-cü ilin dekabrında V.Nulandın Maydanda yemək paylaması ABŞ-ın Avropa İttifaqının Ukraynadakı siyasətinə dəstəyi idisə, həmin xanımın Avropa haqqında fikri “bir şey edə bilmirsiniz, kənara çəkilin, biz gəlirik” mesajı kimi başa düşüldü.
Marta Finnemor və Henri Farrelin məlum məqaləsində bildirilir: “Birləşmiş Ştatların beynəlxalq arenada asanca qeyri-ardıcıl siyasət həyata keçirməsi Amerika liderlərində mülayimliyin yaranmasına səbəb olub. Az ölkə onların ikiüzlülüyünü ifşa etdiyinə və həmin ifşaediciləri qulaq ardına vurmaq mümkün olduğuna görə, siyasətçilər onların ölkəsinin ikili standartlar siyasəti yürütdüyünü hiss etmir və başa düşmürlər”. Fransua Laroşfukonun dediyi kimi, “biz başqalarının qarşısında cild dəyişməyə artıq o qədər öyrəşmişik ki, öz qarşımızda da cildə girməyə başlamışıq”.
Həqiqətən də cənab Obamanın dövründə ABŞ-ın Azərbaycanla bağlı siyasəti kəskin qeyri-ardıcıllığı və anlaşılmazlığı ilə seçilir. Hər halda, həm böyük Corc Buş, həm Bill Klinton, həm də kiçik Corc Buşun dövründə bu ölkədə kimin kim olduğu, kimin nəyə görə cavabdehlik daşıdığı bəlli idi. Söz deyilirdi, vəd verilirdi və heç olmasa, onların icrasına həqiqi cəhdlər göstərilirdi. ABŞ tərəfindən Azərbaycanın müstəqilliyinin dəstəklənməsi, birgə həyata keçirilən nəhəng enerji layihələri, Azərbaycanın ABŞ-ın terrorla mübarizəsinə hərtərəfli dəstəyi və digər məsələlər iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. Hər halda, hər iki ölkə bu əməkdaşlıqdan yalnız udurdu. Ancaq B.Obama hakimiyyətə gəldikdən sonra ABŞ-ın Azərbaycanla bağlı prioritetləri “səhrada ilğım”ı xatırlatmağa başladı. Bir tərəfdən ABŞ dövlət başçısı Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini, İlham Əliyev hakimiyyəti ilə işləməyə davam edəcəklərini bəyan edir, digər tərəfdən də Azərbaycana dəstək istiqamətində heç bir addım atılmır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan əsas vasitəçilərdən biri kimi, ABŞ ikili standartları dövlət siyasəti səviyyəsinə yüksəltdi. Obama Administrasiyası hətta M.Brayzanın Azərbaycana səfir təyin edilməsində belə aciz görünməyə çalışdı. Halbuki Snoudenin və “Wikileaks”ın ifşalarından sonra Konqresin Xarici Əlaqələr Komitəsinin haradan və necə təlimatlandırıldığı da mübahisə mövzuları sırasından çıxıb. Bütün bunlar azmış kimi, ABŞ-ın bəzi dairələri Azərbaycanda müxtəlif hakimiyyət dəyişikliyi ssenariləri həyata keçirməyə can atdılar. ABŞ mediası və QHT-ləri Azərbaycana qarşı “qara piar” kampaniyasını günü-gündən şiddətləndirir. Bu ikiüzlülük və riyakarlığın səbəbini anlamaq mümkün deyildir. Belə halda görünən odur ki, Obama Administrasiyası ardıcıl ifşalardan, özünə qarşı dünyada inamın, etibarın əsaslı şəkildə sarsınmasından sonra ayrı-ayrı dövlətlərlə münasibətlərini necə davam etdirəcəyini hələ də müəyyənləşdirə bilməyib.
Ancaq cənab Obamanın şəxsi inciklik kasasında özünə layiqli yer tutmuş bir nüansı da diqqətdən qaçırmayaq. Məlumdur ki, 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması layihəsi həyata keçirilən vaxt ABŞ Prezidenti Ankaraya səfərə gəlmişdi. O da bəllidir ki, həm Dövlət katibi xanım H.Klinton, həm də cənab Obamanın özü Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlayaraq onu Türkiyəyə dəvət etmişdilər. Bundan məqsəd Azərbaycan dövlət başçısını sərhədlərin açılmasına razı salmaq olmuşdu. İlham Əliyev Türkiyəyə getməkdən imtina etməklə həm Türkiyəni antiazərbaycan siyasətinə sürükləmək, onun heysiyyatına toxunmaq cəhdlərindən sığortaladı, həm də cəsarətli və uzaqgörən dövlət başçısı kimi Azərbaycanın maraqlarını hər şeydən uca tutduğunu nümayiş etdirdi. Görünür, Barak Obama hələ də bugünə kimi Azərbaycan Prezidentinə bunu bağışlaya bilmir.
Beləliklə, ekspertlər deyirlər ki, cənab Obamanın prezidentliyi dövründə bütün dünyada terror daha da şiddətlənib, qaynar nöqtələrin miqyası genişlənib, vətəndaş qarşıdurması alovlanmış ölkələrin sayı durmadan artır, iqtisadi tənəzzül dünyadakı mövcud iqtisadi sistemi çökdürür, inkişaf etmiş dövlətlər belə sosial problemlərdən əziyyət çəkir, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq xalqlar və dinlər arasında qarşıdurma və qarşılıqlı ittihamlarla əvəzlənir və s. Daha acınacaqlısı isə odur ki, dünyanın ən nəhəng ölkəsi kimi ABŞ nəinki bu problemləri həll etməkdə aciz görünür, hətta bir sıra hallarda neqativ tendensiyanın təkanverici qüvvəsi kimi çıxış edir.
İndi ekspertlər sual edirlər ki, görəsən nə vaxtdan Nobel Komitəsi öz mükafatını konkret əməllərə görə yox, boş bəyanatlara görə verməyə başlayıb? Bu həmin mükafatın nüfuzuna mənfi təsir göstərmirmi? Digər tərəfdən, görəsən dediyinin əksini edənlərə hansı mükafat düşür?
Previous Post

“Azərbaycan” qəzeti Obamanı sərt tənqid etdi – Olduğu kimi

Next Post

Erməni müharibə veteranı:“Biz indi Azərbaycanın gücünü hiss edirik…”

Bənzər yazılar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

03 İyun 2026 - 16:18

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı İsraili potensial məhv olmaqdan xilas edib. Elchi.az...

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

03 İyun 2026 - 10:16

Yeni tədqiqatlar göstərir ki, həftədə 90-120 dəqiqə ağırlıq qaldırma məşqləri etmək vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Elchi.az...

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

02 İyun 2026 - 19:41

Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi , ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Elchi.az xəbər verir ki, müzakirələr Kanadanın xarici işlər...

Next Post

Erməni müharibə veteranı:“Biz indi Azərbaycanın gücünü hiss edirik...”

Erməni müharibə veteranı:“Biz indi Azərbaycanın gücünü hiss edirik...”

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.