"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home ŞOU

Əməkdar artist: "Artıq hər şey gec idi, biz dost kimi ayrıldıq…" – FOTOSESSİYA

09 Yanvar 2015 - 01:03
in ŞOU
FacebookVatsap
Yoldaşım məndən 12 yaş kiçikdir”

ruhƏməkdar artist Ruhəngiz Musəvinin Milli.Az-a müsahibəsi.

Bunu da oxuyun

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Beyons milyarder statusu qazanıb

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

– Ruhəngiz xanım, illər keçir, amma tamaşaçılar sizi ilk vaxtlardan necə görüblərsə elə də qalmısınız… Gözəlliyinizi kimdən almısınız?

– Ruhəngiz xanımı Allah bu cür yaradıb. Məndə təbiilik var, yalanı sevmirəm. Daxili dünyam ilə xarici dünyam bir-birini tamamlayır. Sevib-sevilmişəm və hər zaman şən əhval- ruhiyyədə olmuşam. Məni yaşadan və saxlayan sənətimdir və tamaşaçılardır. Bəzən mənə deyirlər ki, sizin üz cizgiləriniz heç dəyişməyib, necə var idisə elə də qalıb (gülür). Təbii ki, bütün bu xoş sözlər mənə gözəl əhval-ruhiyyə bəxş edir.

– Ruhəngiz xanım, həm aktrisa oldunuz, həm də müğənni. Hansı sahə sizdə daha uğurlu alındı?

– Biz elə bir vaxtda sənətə gəlmişik ki, bütün tanınmış simaları görmüşük. Mən gözəl rejissorlarımızdan, istedadlı müğənnilərimizdən bəhrələnərək həm aktrisa, həm də müğənni olmuşam. O vaxt hər müğənnini filmə çəkmirdilər, yaxud efirə çıxarmırdılar. Rəşid Behbudov ilə bütün dünyanı gəzmişəm. 1976-cı ildə Azərbaycanda ilk gəmi hərəkət edərkən mən o gəminin “Gözəl”i olmuşam. Mənim o vaxt uzun saçım, iri gözlərim vardı. Ümumiyyətlə, bizim şərq qadınları hamısı gözəldir və surətpərəstdirlər.

– Nəsiminin nakam Şəmsini çox incidiblər?

– Bəli, həyatda məni çox incidiblər. Heç bir insan deyə bilməz ki, mən ona pislik etmişəm. Amma mənə qarşı diqqətsiz davrananlar olub. Mən o vaxt Mahnı Teatrında çalışırdım, Tofiq Quliyevin yaradıcılıq gecəsi idi. “Nəsimi” filmindəki Şəms obrazına İsa Hüseynov mənim çəkilməyimi istədi. O dedi ki, mən Şəmsimi tapmışam. Baxmayaraq ki, bu rolda çəkilmədim, amma Həsən Seyidbəyli bu obraza məni çəkmək istəyirdi. Onlar deyirdilər ki, sizdə əsl şərq qadını obrazı var. Rəşid Behbudov “Nəsimi” filmində çəkilməyimə razılıq vermədi. Həsən Seyidbəyli ondan mənim üçün icazə alarkən o cavabında demişdi: “Bura sizin üçün nədir? Ya get kinoya çəkil, ya da müğənniliyini et” (gülür). Mənə o filmdə çəkilmək qismət olmadı.

– Çəkildiyiniz filmlərin içərisində ən yadda qalanı “Baladadaşın məhəbbəti” oldu… Filmin uğurlu alınmasının başlıca meyarını nədə görürsünüz?

– Bəli, bu film indiyə kimi sevilir və baxılır. Həm uğurlu rejissor işi, həm də aktyor qrupu filmin baxılması üçün başlıca səbəbdir. Ad çəkməyəcəyəm, o filmə baxan bəzi aktyorlar deyirdilər ki, bilsəydik, rejissordan xahiş edib Şamilin yerinə səninlə biz çəkilərdik. Görün hazırda çəkilən hansı film bu qədər maraqlı olur? Onun üçün də gərək insan işinin peşəkarı olsun.

– Ruhəngiz xanımın ilk məhəbbəti yadına gəlir?

– Mənim ilk məhəbbətim olmuş şəxs dünyasını dəyişib. İlk məhəbbəti yaşayanda 18 yaşım var idi. ”Həyat bizi sınayır” filmində baş rolda çəkilən Fikrət adlı aktyoru sevmişəm. Amma o mənə dost kimi yanaşıb. Bu faktı ilk olaraq sizə açıqlayıram. Onun çox pak siması var idi, mən ona vurulmuşdum. Amma illər keçdi, bir gün mənimlə görüşdü və etiraf etdi ki, həyatımın ən böyük səhvini səninlə evlənməməkdə etdim. Hətta o mənə evlilik təklifi də etdi… Mən belə düşündüm ki, tanınmış müğənni olduğum üçün o mənimlə ailə qurmaq istəyir. Niyə bəs o zaman mənə evlilik təklifi etmirdi… Artıq hər şey gec idi. Biz dost kimi ayrıldıq…

– Amma sonra ailə həyatı qurdunuz. Ayrılmağınıza səbəb nə oldu? Axı siz hamı ilə yola gedən bir xanımsınız…

– Həyat yoldaşımla 10 il yaşayandan sonra bəzi səbəblər üzündən ayrılmağa özüm qərar verdim. O mənim filmlərdə çəkilməyimim tərəfdarı deyildi. Buna görə də bir neçə filmdən gələn təklifi qəbul etməmişdim. 2-ci dəfə isə sevib ailə həyatı qurdum. Yoldaşım məndən 12 yaş kiçikdir. O məni həqiqətən də çox sevib. Mən deyirdim ki, sən subay oğlansan, öz yaşıdınla evlən. Bu insan mənim qayğımı çəkirdi, hara gedirdimsə mənimlə birlikdə gedirdi. Amma o hazırda işi ilə bağlı xaricdə yaşayır.

– Hal-hazırda ayrılmısınız? Əlaqələriniz varmı?

– Sözün düzünü deyim ki, əlaqələrimiz əvvəlki kimi deyil. Amma onunla 10 il yaşamışam, aramızda qarşılıqlı sevgi olub. Bir-iki dəfə zəng edib, danışmışıq. Biz ayrılmamışıq, sadəcə olaraq işlə bağlı xaricdə yaşayır.

– Ruhəngiz xanım, teleaparıcı Günel Musəvinin sizin qızınız olduğunu deyirdilər. Bu, doğrudurmu?

– Xeyr, Günel mənim qızım deyil. Mənim bir qızım var, bir nəvəm. Allah Riyadımı mənə çox görməsin. Bütün istəyim, sevgim hazırda nəvəmədir. Hər müğənni bu yaşda xalqın sevgisini uzun illər saxlaya bilmir. Mən bu gün də bunu bacarıram. Hazırkı müğənnilərə qarşı xalqın sevgisi tükənib. Amma bəyəndiyim müğənnilər də var. Röyanı çox bəyənirəm. O, Azərbaycan musiqisinə yenilik gətirib. Xatun, Sevda Yahyayeva, Ayan da bəyəndiyim müğənnilərdəndir.

Previous Post

Əməkdar artist: "Artıq hər şey gec idi, biz dost kimi ayrıldıq…" – FOTOSESSİYA

Next Post

“Boko Haram” iki min nigeriyalını qətlə yetirib – ÖZƏL

Bənzər yazılar

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

13 Fevral 2026 - 02:36

Tanınmış sənətçi Muazzez Ersoy illər öncə yaşlanmamaqla bağlı zarafatla işlətdiyi "sehrli hovuz tapacağam" ifadəsinin ABŞ-li milyarder Ceffri Epşteynin cinayət işi...

Beyons milyarder statusu qazanıb

Beyons milyarder statusu qazanıb

29 Dekabr 2025 - 18:13

Amerikalı müğənni Beyons (tam adı Beyons Giselle Knowles-Carter) Forbes siyahısında milyard dollarlıq gəliri keçən beşinci musiqiçi oldu. Elchi.az xəbər verir...

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

19 Dekabr 2025 - 17:26

Kıvanç Tatlıtuğ və Başak Dizer Cütlüyünün Ailə Həyatı Kıvanç Tatlıtuğun oğlu Kurt Efe - Stilist Başak Dizer ilə aktyor Kıvanç Tatlıtuğ yeddi il öncə...

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

02 Oktyabr 2023 - 19:51

Türk klassik musiqisinin divası Bülənt Ərsoy dəbdəbəli səhnə geyimləri, zinət əşyaları və qeyri adi tərzi ilə tez-tez gündəmi zəbt edir....

Next Post

“Boko Haram” iki min nigeriyalını qətlə yetirib - ÖZƏL

“Boko Haram” iki min nigeriyalını qətlə yetirib - ÖZƏL

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Xarkova hava zərbələri endirilib, ölənlər var

Xarkova hava zərbələri endirilib, ölənlər var

26 Oktyabr 2026 - 22:22
Vasile Tofan: Moldovanın hava məkanı 100 dəfədən çox pozulub

Vasile Tofan: Moldovanın hava məkanı 100 dəfədən çox pozulub

26 Oktyabr 2026 - 21:24
“Anthropic” şirkəti IPO üçün müraciət edib

“Anthropic” şirkəti IPO üçün müraciət edib

26 Oktyabr 2026 - 21:14
Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

26 Oktyabr 2026 - 20:33
Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

26 Oktyabr 2026 - 20:05
Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

26 Oktyabr 2026 - 20:03
Prezidentin sosial şəbəkə hesablarında Dünya Turizm Təşkilatının Baş katibini qəbul etməsinə dair videoçarx paylaşılıb – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Dünya Turizm Təşkilatının Baş katibini qəbul etməsinə dair videoçarx paylaşılıb – VİDEO

26 Oktyabr 2026 - 19:25
Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

26 Oktyabr 2026 - 18:56
Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

26 Oktyabr 2026 - 18:45
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

26 Oktyabr 2026 - 18:38
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

26 Oktyabr 2026 - 18:36
Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

26 Oktyabr 2026 - 18:27
Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

26 Oktyabr 2026 - 18:16
Keniyada yanacaq qiymətlərinə etiraz edən şəxslər saxlanılıb

Keniyada yanacaq qiymətlərinə etiraz edən şəxslər saxlanılıb

26 Oktyabr 2026 - 18:05
Azərbaycan və Vyetnam ali auditdə rəqəmsal texnologiyaların tətbiqini müzakirə edib

Azərbaycan və Vyetnam ali auditdə rəqəmsal texnologiyaların tətbiqini müzakirə edib

26 Oktyabr 2026 - 17:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.