"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Paris terrorçularından biri özünü təslim etdi, polis iki qardaşı axtarır – FOTOLAR

08 Yanvar 2015 - 16:33
in XƏBƏR LENTİ
FacebookVatsap
img1718496Fransanın BFM TV kanalının verdiyi məlumata görə sözü gedən şəxs öz adını sosial mediada gördükdən sonra təslim olmaq qərarına gəlib.
Yanvarın 7-də 3 maskalı şəxs Parisdə “Charlie Hebdo” jsatirik jurnalın redaksiyasına silahlı hücum edərək 12 nəfəri qətlə yetirib. Jurnalistləri və onların köməyinə gələn polis işçilərini gülləyəndən sonra cinayətkarlar hadisə yerindən qaçıb.
AzadlıqRadiosu hadisələrin gedişini izləyərək, daim bu yazını yeniləyir. Son xəbərlər mətnin yuxarısında yerləşdirir.
PARİSİN CƏNUBUNDA DAHA BİR SİLAHLI TOQQUŞMA
Parisin cənubunda daha bir atışma olub. Media 3 nəfərin yaralandığını bildirir. Hadisənin yanvarın 7-də baş verən qətliamla əlaqəsi olub-olmadığı haqda xəbər verilmir.
CİNAYƏTKARLARDAN BİRİ POLİSƏ TƏSLİM OLUR
Fransanın prokurorluq orqanları “Charlie Hebdo” jurnalına silahlı basqın edərək 12 nəfəri öldürməkdə şübhəli bilinən üç şəxsdən birinin – özünün təslim etmiş şübhəlinin adını açıqlayıb.
Reuters agentliyi xəbər verir ki, bu, 1996-cı il təvəllüdlü Hamyd Mourad-dır.
Beləliklə, hazırda qaçaq düşən Said və Cherif Kouachi qardaşlarının axtarışı davam edir.
Polis bildirib ki, hücum edənlərdən birinin şəxsiyyəti, qaçarkən maşında qoyduğu şəxsiyyət sənədindən bəlli olub.
Polis mənbələri bildiriblər ki, axtarışda olan iki qardaşdan biri – Cherif Kouachi əvvəllər terrorçuluq ittihamı ilə 18 ay həbsxana cəzası çəkib.
O, 2005-ci ildə şərqi Parisdəki məsçiddə İraqda amerikalılara qarşı döyüşmək üçün yaraqlıları səfərbər edən qrupun üzvü olub.
Polis qardaşların son dərəcə təhlükəli və silahlı olduqları barədə əhaliyə xəbərdarlıq edib.
***
Reuters agentliyi xəbər verir ki, satirik “Charlie Hebdo” jurnalına qanlı basqınla əlaqədar polisin axtardığlı 18 yaşlı şəxs könüllü olaraq Fransanın şimal-şərqindəki prokurorluğa gəlib.
Polis hazırda 1980-ci il təvəllüdlü Said Kouachi, 1982-ci il təvəllüdlü Cherif Kouachi qardaşlarını və 1996-cı il təvəllüdlü Hamyd Mourad-ı 12 nəfərin qətli ilə əlaqədar axtarır.
Prokurorluq rəsmisi özünü təslim etmiş şəxsin kimliyini açıqlamayıb.
Fransanın BFM TV kanalının verdiyi məlumata görə sözü gedən şəxs öz adını sosial mediada gördükdən sonra təslim olmaq qərarına gəlib.
Bu da xəbər verilir ki, iki qardaşa yaxın çevrədə olanlardan bəziləri də həbs ediliblər.
Axtarışda olan qardaşlar: 32 yaşlı Cherif Kouachi və 34 yaşlı Said Kouachi
***
Fransa polisi “Charlie Hebdo” satirik jurnalının Paris redaksiyasına hücum edərək 12 nəfəri qətlə yetirmiş yaraqlıların axtarışını davam etdirir.
Onların qaçıb aradan çlıxdıqları avtomobil sonradan Fransa paytaxtının şimalında aşkar edilib.
“Renault Clio” markalı avtomobil elə şəhərin bu hissəsində oğurlanıbmış.
Hücum edənlərdən üçüncünün basqındakı funksiyasına görə sürücü olduğu bəllidir.
Yaraqlıların kimliklərinin müəyyən edildikləri bildirilir, lakin adlar rəsmən təsdiq edilməyib.
BBC-nin Newsnight proqramı şübhəlilərin Əlcəzair əsilli olduqları ehtimallarını səsləndirib.
Bəzi xəbərlərə görə hücumla əlaqədar ölkənin şimal-şərqindəki Reims şəhərində əməliyyat keçirilir.
Şahidlər hücum edənlərin fransızca səlis danışdıqlarını qeyd edirlər.
Fransanın daxili işlər naziri Bernard Cazeneuve hücum edənlərin 3 nəfər olduğunu təsdiq edib.
İnternetdə paylaşılmış həvəskar videosüjetdə yaraqlıların “Biz Məhəmməd peyğəmbərin karikaturalarına görə qisas aldıq” deyə qışqırdıqları eşidilir.
Bəzi məlumatlara görə atışma barədə xəbər alan polis dərhal hadisə yerinə çatıb və hətta polis maşını qaçmaq istəyən şübhəlilərin qarşısını kəsib. Lakin burada başlanmış atışmada polislərdən ikisi öldürülüb.
İkinci polisin artıq yerə yıxılmış vəziyyətdə başına atəş açılaraq öldürüldüyü bildirilir.
Polis mənbələri basqınçıların qaçmaq üçün iki avtomobildən istifadə etdiklərini xəbər verirlər.
Yaraqllılar basqın yerinə Citroen C3 markalı avtomobildə gəliblər. Bu avtomaşın da oğurluq olub.
Bəzi xəbərlərə görə, polis qaçanların izini günorta saatlarından sonra itirib, lakin hazırda onların izinə yenidən düşə biliblər.
Ölkədə terror təhlükəsi dərəcəsi ən yüksək həddə qaldırılıb.
İbadət evlərinin , ticarət mərkəzlərinin, media qurumlarının mühafizəsinin gücləndirildiyi xəbər verirlir.
Media bildirir ki, bundan əvvəl, dekabrda Fransada baş vermiş zorakılıqların təcrübəsiz həvəskarlar tərəfindən törədildiyi görünürdü, lakinjurnalın redaksiyasına hücum edənlərin hərəkətlərindən onların yaxşı təlim gördükləri hiss olunur.
France 24 telekanalının internet saytında FTB-nin direktoru James Comey-yə istinadən bildirilir ki, büronun əməkdaşları təhqiqat işində Fransa xəfiyyələrinə dəstək verirlər.
****
Fransanın paytaxtı Parisdə satirik Şarli Yebdu (Charlie Ebdo) jurnalının ofisinə edilmiş silahlı hücumda azı 12 nəfər həlak olub. Onlardan 4 nəfəri tanınmış karikaturaçı, 2 nəfərisə polis əməkdaşıdır.
“France 24” telekanlı hadisənin şahidlərindən birinin çəkdiyi bu videokadrları yayıb. Görüntüdə yaraqlıların polis əməkdaşını öldürdükləri əks olunur:
Polis həmçinin 10 nəfərin yaralandığını və onlardan bəzilərinin ağır vəziyyətdə olduğunu deyir.
Agentliklərin məlumatına görə maskalı və silahlı adamlar binaya soxulub və təxminən 5 dəqiqə atışma gedib.
Skynews xəbər verir ki, hücum edənlər 3 nəfər olub. Onlar “Məhəmməd peyğəmbərin qisasını aldıq” qışqırıblar. Onlar “Kalaşnikov” avtomatları ilə silahlanıbmışlar.
Bundan sonra onlar jurnalın redaksiyasına gəldikləri maşına əyləşib hadisə yerini tərk ediblər.
Sonradan maşını atıblar. Maşını tapan polis əməkdaşları araşdırma aparırlar.
Vatikanın sözçüsü Ciro Benedettini terror aktını “iyrənc” adlandırıb. Deyib ki, bu, “ikiqat qorakılıq aktıdır”, həm xalqa, həm də mətbuat azadlığına qarşı.
Ərəb ölkələri Liqası, eləcə də sünnilərin ən nüfuzlu elm mərkəzi olan Al-Azhar Universiteti (Misir) Parisdəki terror aktını pisləyiblər.
ABŞ prezidenti Barak Obama deyib ki, jurnal redaksiyasına “qorxaqcasına hücum edənlər söz azadlığından nə dərəcədə qorxduqlarını” göstəriblər.
ABŞ Dövlət katibi John Kerry deyib ki, ölən jurnalistləri “azadlıq uğrunda şəhidlər” adlandırmış fransalı imamla razıdır: “Bu, sivilizasiyalar arasında qarşıdurma deyil, bu, sivilizasiya ilə sivil dünyaya qarşı çıxanların qarşıdurmasıdır”.
Kerry ABŞ-ın ağır gündə Fransa xalqının yanında olduğunu bildirib. Onun sözlərinə görə, fikir azadlığı və mətbuat azadlığı fundamental, bəşəri dəyərlərdir. Kimsə bu dəyərləri hədəfə ala, hücum edə bilər, amma məğlub edə, məhv edə bilməz.
Almaniya kansleri Angela Merkel, Britaniyanın baş naziri David Cameron da hadisəni pisləyən dünya liderləri arasındadırlar.
Hadisə yerinə gələn prezident Francois Hollande bunun terror aktı adlandırıb. O bildirib ki, son bir neçə həftədə başqa bir neçə hücumun da baş verməsi önləmmişdi.
Məlumatlara görə prezident gününün sonunda hökumətin təcili iclasını çağıracaq.
Jurnalın əvvəlki redaksiyası da 2011-ci ilin noyabrında tamamilə yandırılmışdı.
O vaxt Məhəmməd peyğəmbərin karikatirasını çap edəndən bir gün sonra qəzetin redaksiyasına Molotov kokteylləri atıldı.
“Charlie Hebdo”-nun keçən həftəki son tvitində isə İslam Dövləti yaraqlılarının lideri Abu Bakr al-Bagdadinin karikaturası verilmişdi.
Bu, jurnalın islamla bağlı karikaturlar çap etməsindən sonra baş vermişdi.

 

Bunu da oxuyun

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Previous Post

Paris terrorçularından biri özünü təslim etdi, polis iki qardaşı axtarır – FOTOLAR

Next Post

Azərbaycanda turizmin inkişafına 5 milyon manat ayrılıb

Bənzər yazılar

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41

Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-a çatdırılacaq. Bu barədə Elchi.az -a Azərbaycan...

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

14 Sentyabr 2026 - 22:38

İngiltərədəki "Great North Run" yarımarafonunun 25 yaşlı iki iştirakçısı qaçış zamanı vəziyyətləri pisləşdikdən sonra ölüblər. Elchi.az  xəbər verir ki, bu...

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

14 Sentyabr 2026 - 22:36

İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 23-də Nyu-Yorka (ABŞ) üçgünlük səfər edəcək. Elchi.az xəbər verir ki, bu barədə hökumət başçısının...

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

14 Sentyabr 2026 - 22:33

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 daha nəfər xəsarət alıb. Elchi.az -ın xəbərinə görə, hadisə Alpout kəndində qeydə...

Next Post

Azərbaycanda turizmin inkişafına 5 milyon manat ayrılıb

Azərbaycanda turizmin inkişafına 5 milyon manat ayrılıb

Son xəbərlər

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41
İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

14 Sentyabr 2026 - 22:38
Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

14 Sentyabr 2026 - 22:36
Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

14 Sentyabr 2026 - 22:33
Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək

Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək

14 Sentyabr 2026 - 22:31
Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

14 Sentyabr 2026 - 20:17
Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

14 Sentyabr 2026 - 20:14
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

14 Sentyabr 2026 - 20:11
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 - 20:07
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

14 Sentyabr 2026 - 20:04
Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

14 Sentyabr 2026 - 19:25
MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

14 Sentyabr 2026 - 19:12
MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

14 Sentyabr 2026 - 19:03
Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

14 Sentyabr 2026 - 18:56
İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

14 Sentyabr 2026 - 18:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.