"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Özünü FHN-in polkovniki kimi təqdim edən rəis 6050 manat rüşvət aldı

06 Yanvar 2015 - 12:07
in GÜNDƏM
FacebookVatsap

fhn1Özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edən rəis rüşvət almaqda ittiham olunur. İttiham tərəfi onda bunu sübut edəcək səs yazılarının olduğunu deyir.

Bunu da oxuyun

Prezident: 3 500-dən çox Azərbaycan vətəndaşı minalardan zərər çəkib

ANAMA sədri: 2020-ci ilin noyabr ayından Azərbaycanda minatəmizləməyə 590 milyon dollar ayrılıb

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

Ucar şəhəri, Vaqif küçəsi, ev 13-də yaşayan İsmayıl İsrayıl oğlu Kərimovvirtualaz.org saytının redaksiyasına müraciət edərək “FHN zabiti tərəfindən aldadıldığını” bildirib.

İsmayıl Kərimov özünü “FHN-in Mülki Müdafiə Komissiyasının rəisi, polkovnik Əlövsət Məhərrəmov” kimi təqdim edən şəxsin onlardan bacısı oğlu Rauf Mehdiyevi işə düzəldəcəyi vədi ilə 6050 manat pul aldığını söyləyir.

Şikayətçinin sözlərinə görə, “polkovnik Məhərrəmov” R.Mehdiyevi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsinə düzəldəcəyi vədini verib. Bununla da onlardan 6050 manat alıb.

İsmayıl Kərimov saytımıza açıqlamasında pulun Ə.Məhərrəmova üç dəfəyə verildiyini söylədi: “İlk danışığımız ötən ilin aprelində olub. Bacım oğlunu FHN-ə işə düzəldəcəyini demişdi. Qayınatam 3500 manatı şəxsən özü Əlövsət Məhərrəmova verib. Sonradan isə 250 manat və 2300 manatı Əlövsət Məhərrəmova bacım oğlu Rauf Mehdiyev verib. Məhərrəmov özünü bizə FHN-in Mülki Müdafiə Komissiyasının rəisi, polkovnik kimi təqdim edib”.

İ.Kərimovun sözlərinə görə, Ə.Məhərrəmov onlara deyib ki, əvvəlcə 2-3 aylıq kurs olacaq, bundan sonra isə Raufun FHN-ə işə düzəlməsi ilə bağlı əmr veriləcək: “Təxminən 3 aya yaxın vaxt keçdi. Bacım oğlu Rauf kursa da gedirdi. Biz və bacımgil rayonda oluruq. Rauf Bakıda kursa gedirdi. Bacım oğlu ali təhsilli deyil. Əlövsət Məhərrəmov Raufa deyib ki, gəl səni Ukraynaya universitetə düzəldək, oradan diplom alandan sonra səni zabit kimi işə düzəldərik, sıravi işçi kimi getmə. Məhərrəmov Raufdan buna görə də təhsilhaqqı kimi 2350 manat ödəniş tələb edib. Biz razılaşdıq. İnanın ki, biz bu məbləğin 50 manatını düzəldə bilməmişdik. Əlövsət Məhərrəmov özü cibindən 50 manat çıxarıb üstünə qoyaraq bu pulu ödəyib. 2300 manatı Rauf özü Əlövsət Məhərrəmovun Dövlət Dəmiryolu Xəstəxanasının həyətindəki ofisində görüşərək ona vermişdi”.

Şikayətçi İsmayıl Kərimov

Şikayətçinin sözlərinə görə, bundan sonra Əlövsət Məhərrəmov Raufun ötən il sentyabrın 11-12-də Ukraynaya göndəriləcəyini deyib. Lakin sentyabrda bu fikrindən daşınıb. O, Raufa və ailəsinə bildirib ki, onun Ukraynaya getməsinə ehtiyac yoxdur, amma adı universitetdə gedir.

İ.Kərimov deyir ki, bundan sonra onlar Əlövsət Məhərrəmovdan şübhələnib və bu həlləm-qəlləmliyə etiraz ediblər. Pullarının geri qaytarılmasını istəyiblər. Elə bütün problemlər də bundan sonra yaşanıb. Əlövsət Məhərrəmov pulu qaytaracağı vədi ilə Raufu və ailəsini razı salmağa çalışıb.

İ.Kərimov deyir ki, özünü FHN-in polkovniki kimi təqdim edən Ə.Məhərrəmovla telefonla şəxsən özü danışırmış. Lakin “polkovnik” hər dəfə vaxt istəyərək, vədlər verərək onları yola verirmiş: “Sonuncu dəfə ötən ilin dekabrında danışdıq. Əvvəlcə həftənin birinci gününə, sonra isə beşinci gününə pulu qaytaracağını vəd etdi. Sonradan isə telefon zənglərimə cavab vermədi”.

Ə.Məhərrəmovdan şübhələnən İ.Kərimov deyir ki, sonradan onunla olan telefon danışıqlarını qeyd etməyə başlayıb: “Onunla telefon danışıqlarımı yazmağa qərar verdim ki, əlimdə sübut olsun. Bu səs yazılarında da o, təsdiq edir ki, bizdən pul alıb və qaytaracaq. Amma bizə yalandan vədlər verir. Məhərrəmov bizə bir neçə nazirlə qohum olduğunu da deyib. Səs yazılarında hamısının adı var. Mən dediklərimi sübut etməyə hazıram”.

Bu süründürməçilikdən bezən İ.Kərimov FHN-in elektron poçtuna şikayət məktubu göndərdiyini və nazirliyə dəvət olunduğunu dedi. O, bundan başqa prezident İlham Əliyevə və fövqəladə hallar naziri Kəmaləddin Heydərova da məktub ünvanladığını bildirdi.

Bu iddialarla bağlı Əlövsət Məhərrəmovun da mövqeyini öyrəndik.

Ə.Məhərrəmov virtualaz.org saytına açıqlamasında bildirdi ki, qeyd edilən məsələdən, şikayətdən xəbərdardır, lakin o, heç kimdən pul almayıb.

Ə.Məhərrəmov səslənən iddialarla bağlı bunları dedi: “O insanları tanımıram. Mənə zəng edib belə bir iş görməyimi istədilər. Lakin mən onların bu təklifini rədd etdim. Mənim FHN-in polkovniki olduğumu yazıblar. Bu – yalandır. Mən Bakı Dəmiryol Xəttinin Mülki Müdafiə Qərargahının rəisiyəm. Yəqin ki, bununla bağlı FHN-dən də təkzib veriləcək”.

 

Qərargah rəisi ona qarşı ittihamlar irəli sürən İ.Kərimovla telefon danışığında pul almasını etiraf etməsi məsələsinə də münasibət bildirdi: “Mən telefonda onlara yalnız bu təklifi rədd etdiyimi bildirmişəm. Başqa danışıq olmayıb”.

Ə.Məhərrəmov əlavə etdi ki, İ.Kərimov bu səs yazılarını hüquq-mühafizə orqanlarına təqdim edəcəyi təqdirdə o da hüquq-mühafizə orqanlarına müraciət edərək haqqında yalan məlumatlar yayılması ilə bağlı şikayət edəcək.

Əlövsət Məhərrəmov FHN-in polkovniki olması və pul alması xəbərini təkzib edəndən sonra şikayətçi İsmayıl Kərimovla növbəti dəfə əlaqə saxladıq.

İ.Kərimov bir daha qeyd etdi ki, Ə.Məhərrəmov özünü onlara “FHN-in Mülki Müdafiə Komissiyasının rəisi, polkovnik” kimi təqdim edib: “O, özünü FHN-in polkovniki kimi təqdim edib. Pulu da bacım oğlu Rauf özü aparıb ofisində Əlövsət Məhərrəmova verib”.

Bundan sonra Ə.Məhərrəmovun ofisinin yerləşdiyi Dəmiryol Xəstəxanasına getdik.

Ofisdə Ə.Məhərrəmovla görüşmək istəsək də onun bir neçə dəqiqə əvvəl işdən çıxaraq harasa getdiyini dedilər. Amma bunu bird aha dəqiqləşdirdik ki, Ə.Məhərrəmov FHN-in polkovniki yox, həqiqətən də Bakı Dəmiryol Xətti Mülki Müdafiə Qərargahının rəisidir.

Sonda onu da deyək ki, şikayətçi İ.Kərimov artıq FHN-ə dəvət olunub. Bizə isə məsələnin araşdırılacağını və səslənən ciddi ittihamlara hüquqi qiymət veriləcəyini gözləmək qalır…

Previous Post

Özünü FHN-in polkovniki kimi təqdim edən rəis 6050 manat rüşvət aldı

Next Post

Texnologiya Universitetinin rektoru Mikayıl Cabbarova bahalı maşın bağışlayıb? – ŞOK İTTİHAM

Bənzər yazılar

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident: 3 500-dən çox Azərbaycan vətəndaşı minalardan zərər çəkib

02 Sentyabr 2026 - 11:48

Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla,...

ANAMA sədri: 2020-ci ilin noyabr ayından Azərbaycanda minatəmizləməyə 590 milyon dollar ayrılıb

ANAMA sədri: 2020-ci ilin noyabr ayından Azərbaycanda minatəmizləməyə 590 milyon dollar ayrılıb

02 Sentyabr 2026 - 11:09

Mina problemini heç bir ölkə təkbaşına həll edə bilməz. Elchi.az xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov IV...

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

01 Sentyabr 2026 - 17:03

Böyük siyasətdə təsadüflərə yer yoxdur. İlk baxışdan hətta təsadüfi hesab olunan hadisələr belə zamanla möhtəşəm geosiyasi gedişatın unudulmaz rəmzinə çevrilə...

İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir – CANLI

31 Avqust 2026 - 18:45

Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev...

Next Post

Texnologiya Universitetinin rektoru Mikayıl Cabbarova bahalı maşın bağışlayıb? – ŞOK İTTİHAM

Taleh Qaraşovun müəmmalı bazar əməliyyatları

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55
ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

04 Sentyabr 2026 - 21:53
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 21:09
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

04 Sentyabr 2026 - 21:03
Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

04 Sentyabr 2026 - 19:26
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 19:12
Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

04 Sentyabr 2026 - 18:53
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Yaşıllıqlara 200 min manat ziyan vuruldu

04 Sentyabr 2026 - 18:45
Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

04 Sentyabr 2026 - 18:36
Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

04 Sentyabr 2026 - 18:22
Bakı metrosunda ötən ay 18 milyondan çox səfər qeydə alınıb

Bakıda yeni metro stansiyanın adı “20 Sentyabr” olacaq

04 Sentyabr 2026 - 18:14
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

04 Sentyabr 2026 - 17:59
Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

04 Sentyabr 2026 - 17:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.