"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycanlı iş adamı müflis oldu, indi taksi sürür

05 Yanvar 2015 - 23:52
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

img1716248 (1)Türkiyədə özünə normal biznes quran, qəzet açan, sonradan müflis olan Azərbaycan əsilli biznesmen Turan Ababəy indi taksi sürür.
Virtualaz.org saytı xəbər verir ki, “Hürriyet” qəzeti azərbaycanlı iş adamının başına gələnləri işıqlandırıb.
Qəzet yazır ki, 2014-cü il, fevralın 9-da “Yalana qarşı həqiqətin qəzeti” şüarı ilə fəaliyyətə başlayan “Karşı” qəzeti 65 gün sonra – aprelin 14-də fəaliyyətini dayandırıb. Turan Ababəy bundan sonra müflis olub. Hər kəs ondan üz döndərib. Səbəb kimi isə Türkiyə hökumətinin “paralel dövlət” adlandırdığı, terrorçuluqda ittiham etdiyi Fətullah Gülən camaatına yaxın olması göstərilib. Lakin o, bu ittihamları rədd edir.
T.Ababəy başına gələn bu hadisədən sonra bir müddət hər kəsdən gizlənib. Sonradan isə işsizlikdən taksi sürücülüyünə başlayıb.
T.Ababəy başına gələnləri ilk dəfə olaraq “Hürriyet” qəzetinə nəql edib.
Turan Ababəy qəzetin necə açılması, sonradan baş verən proseslər, müflis olması və indiki həyatını dilə gətirib: “İki il öncəki “Gezi parkı” etirazları zamanı jurnalist Eren Erdemlə tanış olduq. Qəzet layihələri var idi. Layihəni həyata keçirmək üçün maliyyə dəstəyi axtarırdılar. Qəzeti çıxaracaq qədər pulumuz var idi. Yazarlarla danışdıq. Bir çox adamların fikrini öyrəndik. Gündəlik 30 min nüsxə qəzet sata bilsəydik, işimizi davam etdirə biləcəkdik.
Tanışdan, dostdan, qohumlardan 110 nəfər işə götürüldü. Layihədə isə 34 işçi nəzərdə tutulmuşdu. İşçilərin sayı 30 min tiraja nəzərdə tutulmuşdu, lakin götürülən işçi sayına görə 100 min tirajla çıxmalı idik.
Sonra işçilər arasında qruplaşma oldu. İşçilər Eren Erdemin və Kutlu Esendemirin adamları olaraq iki cəbhəyə ayrıldılar. Onlar bir-birləri ilə işləmək istəmirdilər.
Jurnalist Kutlu Esendemirin qrupu daha çox idi. Mən də məcbur olub Eren Erdemiri işdən çıxardım. Kutlu Esender bəzi planlaşdırmalar etdi. Günlər keçdikcə tiraj düşdü. Sonra qəzetə təzyiqlər edilməyə başlandı. Kağız ala bilmirdik, heç bir mətbəə qəzeti çap etmək istəmirdi. Kağızı satan pulunu versən belə “vermərəm” deyirdi”.
T.Ababəy qəzetin bağlanmasına əsas səbəb kimi məşhur iş adamı Ali Ağaoğlundan aldığı reklamı göstərib: “İş adamı Ali Ağaoğlundan reklam aldıq. Qəzetdə veriləcək reklamın məbləği 6800 türk lirəsi idi. Twitterdə bu xəbər geniş müzakirə edilməyə başlandı. 3 yazarımız istefa verdi. Bundan sonra oxucular da azaldı. Qəzetin əsas çöküş səbəbi bu oldu. Ali Ağaoğlundan da reklamın pulunu ala bilmədik.
Qəzetin çıxdığı ilk gündən bağlandığı günə qədər heç bir yazısına müdaxilə etmədim. Jurnalistlər yazdı, jurnalistlər cavab verdi. Ancaq Türkiyədə qəzet çıxarmağın çətinliyini gördüm. Türkə türk, kürdə kürd, PKK-ya PKK deyə bilmirsən. Belə düşündüyün halda ən az 30 min belə düşünən insan tapmalısan. Qəzeti bağlayanda işçilərin bizdən alacağı 14 günlük maaşları var idi. Bizim də alacağımız pullar var idi. İşçilər etiraz etməyə başladılar. Heç kim məni dinləmirdi. Hamı pulunu istəyirdi.
Bir gün ofisin olduğu binaya getdim. Ofisi boşaltmışdılar. Əşyalar satılmışdı. Əşyaların bir qisminin satıldığı yerləri tapdım. Polisə müraciət edərək əşyaları satan 39 və alan 3 nəfərlə bağlı şikayət etdim. Qəzetin adını isə 120 min türk lirəsinə satdım”.
Əslinin Azərbaycandan olduğunu deyən T.Ababəy bildirib ki, ona qarşı müxtəlif ittihamlar irəli sürülüb: “Mənə “Gülən camaatı” damğası ilk olaraq bir köşə yazarı tərəfindən yapışdırıldı. Sonra həmişə bundan danışıldı. Mən bu yaşıma qədər “camaat”dan heç kimlə görüşməmişdim. Qəzet çıxdıqdan sonra tanışlıq çərçivəsində Türkiyə İş Adamları və Sənayeçiləri Konfederasiyasına – TUSKON-a getdik (bu təşkilat “Gülən camaatı”na yaxınlığı ilə tanınır-red.). Cəmi bir dəfə görüşümüz oldu. Mən iğdırlıyam, Azərbaycan əsilliyəm. Ancaq qəzetimizə bunların heç bir aidiyyəti yox idi.
Qəzet bağlandıqdan sonra heç kimə bu haqda danışmadım. Ev ünvanıma və şirkətimə 84 məhkəmə şikayəti gəldi. Toxuculuq sənayesi sahəsində biznesim vardı. Tezliklə bu sahədəki işlərim də pis getməyə başladı. İş yerimə, maşınlarıma, bütün mülkümə həbs qoyuldu. Çıxış yolu tapacağım heç nə qalmadı. İş axtarırdım. Heç kim iş vermirdi. Adımızdan qorxurlar. Aylarla depressiyada qaldım. Dərmanlar atırdım. Bir qohumum taksi sürürdü. Təklif elədi ki, sən də gəl bu işi gör. Məcbur qalıb bu işi gördüm. Gündəlik qazancım həftə içi 60-70, həftə sonu isə 100 lirəyə çıxır. Amma belimdə ağrılar var. Bir neçə gündür ki, işə çıxa bilmirəm”.
Müflis olmuş azərbaycanlı iş adamı deyib ki, bu günlərə düşəcəyi ağlının ucundan da keçməzdi: “Qəzetin ən yaxşı maaş alanından çayçısına qədər heç kim bu vəziyyətə düşmədi.
Buradan da tekstil firmalarının sahiblərinə səslənirəm. Tekstil işini çox yaxşı bacarıram, iş axtarıram. Biz bir qəzet açdıq. Səhv iş görmədik. İnsanların doğruya çatması üçün yaxşı bir iş idi. Yenə olsa, yenə də edərəm…”
Previous Post

Azərbaycanlı iş adamı müflis oldu, indi taksi sürür

Next Post

Müflis olub taksi sürən iş adamı

Bənzər yazılar

Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

23 Oktyabr 2026 - 15:16

Mülki Məcəlləyə “Məhsul şəhadətnaməsi” adlı yeni paraqraf əlavə ediləcək. Elchi.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsində və...

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

22 Oktyabr 2026 - 23:16

Azərbaycan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Birinci Komitənin (Silahsızlanma və Beynəlxalq Təhlükəsizlik Komitəsi) adi silahlarla bağlı tematik müzakirələrində Azərbaycanın...

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

22 Oktyabr 2026 - 23:14

Ukrayna və Finlandiya arasında ümumi dəyəri təxminən 300 milyon avro olan yeddi saziş imzalanıb. Elchi.az -ın  məlumatına görə, sənədlər oktyabrın...

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

22 Oktyabr 2026 - 23:09

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun və əməkdaşlığın daha da inkişafında maraqlıdır. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın Estoniyadakı səfiri...

Next Post

Müflis olub taksi sürən iş adamı

37.5 min dollar - bir balığın qiyməti!

Son xəbərlər

Zelenski istefaya çağırıldı

Zelenski istefaya çağırıldı

23 Oktyabr 2026 - 15:30
Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

23 Oktyabr 2026 - 15:16
AFFA klub rəhbərinə ağır cəza verdi

AFFA klub rəhbərinə ağır cəza verdi

23 Oktyabr 2026 - 15:08
Aİ Şurasının prezidenti Rusiyaya mesaj verib

Aİ Şurasının prezidenti Rusiyaya mesaj verib

23 Oktyabr 2026 - 15:00
Aqrar subsidiyaların hüquqi statusu qanunla müəyyənləşdirilir

Aqrar subsidiyaların hüquqi statusu qanunla müəyyənləşdirilir

23 Oktyabr 2026 - 14:52
“20 Sentyabr” metrostansiyası nə vaxt istismara veriləcək?

“20 Sentyabr” metrostansiyası nə vaxt istismara veriləcək?

23 Oktyabr 2026 - 14:43
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

23 Oktyabr 2026 - 14:30
Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib

Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib

23 Oktyabr 2026 - 14:14
Kənd yerlərində qaz limitləri artırılsın – Zahid Oruc

Kənd yerlərində qaz limitləri artırılsın – Zahid Oruc

23 Oktyabr 2026 - 14:07
Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

23 Oktyabr 2026 - 14:00
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub

UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub

23 Oktyabr 2026 - 13:51
Məktəblərdə gözlənilən qadağa – Mühüm dəyişiklik

Məktəblərdə gözlənilən qadağa – Mühüm dəyişiklik

23 Oktyabr 2026 - 13:42
Yolu keçərkən bu səhvi etməyin – DYP-dən xəbərdarlıq

Yolu keçərkən bu səhvi etməyin – DYP-dən xəbərdarlıq

23 Oktyabr 2026 - 13:30
“Qırmızı xətt”də altı vaqonlu qatarlar hərəkət edəcək – Bəxtiyar Məmmədov

“Qırmızı xətt”də altı vaqonlu qatarlar hərəkət edəcək – Bəxtiyar Məmmədov

23 Oktyabr 2026 - 13:18
Monteneqro 2028-ci ildə Aİ-yə daxil ola bilər – Merts

Monteneqro 2028-ci ildə Aİ-yə daxil ola bilər – Merts

23 Oktyabr 2026 - 13:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.