"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Sensasiya: Ukrayna vətəndaşı Ağstafada 23 il qul kimi saxlanıb

05 Yanvar 2015 - 16:19
in CƏMİYYƏT
FacebookVatsap

qulGəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonu, Köçəsgər kənd sakini, 1960-cı il təvəllüdlü Əliyev Şahin Kərəm oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Bunu da oxuyun

TDT Baş katibi: Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının dözümlülüyünü təcəssüm etdirir

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

Sabah 31 dərəcə isti olacaq

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, təqsirləndirilən şəxs Ş.Əliyev Ukrayna vətəndaşı, 1951-ci il təvəllüdlü Aleksandr Zıkovun pasportunu və hərbi biletini götürüb, sərbəst yerdəyişmə imkanlarını əlindən almaqla ona psixi təsir göstərərək daim qorxu altında saxlayıb və azadlığını məhdudlaşdırıb.

2007-ci ilin sentyabr ayından etibarən Ukrayna vətəndaşını özünə məxsus fermada saxlayan Şahin Əliyev onu öz mal-qarasına baxmağa, təmizlik işləri aparmağa məcbur edib, mütəmadi olaraq döyüb.

DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə daxil olan məlumat əsasında ötən il aprel ayının 5-də keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Aleksandr Zıkov fermada aşkar edilib.

Törətdiyi cinayət əməlinə görə Şahin Əliyevə qarşı Cinayət Məcəlləsinin 144-2.1-ci (məcburi əmək) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Şahin Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində 1986-cı ildə spirt satışı ilə məşğul olduğuna görə məhkum olunduğunu, 2006-cı ildə isə oğurluqda ittiham edildiyini göstərib: “Maldarlıqla, fermer təsərrüfatı ilə məşğul oluram. Ferma kəndimizdən 5 kilometr aralıda yerləşir. Saşanı (Aleksandr Zıkovu nəzərdə tutur-red.) tez-tez Tovuz rayon sakini olan Həsən adlı şəxsin yanında qonaqlıqda görmüşdüm. Onun nə işlə məşğul olduğunu bilmirdim. 2007-ci ildə Həsən vəfat etdi. Yas mərasimində Saşanın yenə içkili olduğunu gördüm. Saşa mənə yaxınlaşıb yeməyinin, arağının olmadığını, heç kimin onun qeydinə qalmadığını deyərək onu fermaya aparmağımı xahiş etdi.

Həsənlə münasibətimiz olduğuna görə onun oğlu Eldar Saşanı mənə verməkdən imtina etmədi. Saşanı özümlə fermama apardım, hərbi biletini, pasportunu da Eldardan götürdüm. O vaxtdan etibarən Saşa fermada işləməyə başladı”.

Təqsirləndirilən şəxs Ş.Əliyev Aleksandr Zıkovun işdən bezdiyini, işləmək istəmədiyini dedikdə ona döyməklə hədələdiyini, silahla onu vuracağı ilə qorxutduğunu deyib: “Saşa qorxusundan hər bir əmrimi yerinə yetirirdi.  Sənədləri məndə olduğuna görə heç yana gedə bilmirdi. Həm də mənim qorxumdan fermanı tərk edə bilmirdi. Onun qaldığı otaqda qızıdırıcı yox idi. Ona görə də Saşaya mütəmadi olaraq içki verirdim ki, soyuqdan ölməsin”.

Zərərçəkmiş şəxs qismində dindirilən Aleksandr Zıkov 1992-ci ildən etibarən Azərbaycanda olduğundan yaxınları ilə əlaqəsini itirdiyini deyib: “Uzun illər əvvəl Nijni Novqorodda kafedə Fikrət adlı bir azərbaycanlı ilə tanış olmuşdum, sonradan onun heyvanlarına baxırdım. 1992-ci ildə Fikrət məni özü ilə Azərbaycana gətirdi. O vaxtdan Fikrətin valideynlərinin yanında qalır, mal-qaraya qulluq edirdim. Gördüyüm işin müqabilində isə mənə pul yox, yemək verirdilər. Fikrət bir neçə ildən sonra məni Ukraynaya geri qaytaracağına söz versə də gəlib çıxmırdı. Sənədlərim onun atasında idi. Atası da sənədlərimi qaytarmaqdan imtina edir, Fikrət gələndə qaytaracağını deyirdi.

Oradan çıxıb özümə iş axtardım. Əvvəl Tovuz rayon sakini olan Xanlar adlı şəxsin heyvanlarına baxdım. Sonradansa Həsənin yanında işlədim. Həsən qışda mal-qaranı Ceyrançölə aparır, yayda Tovuza gətirirdi. Həsən mənə çox yaxşı baxırdı. O, rəhmətə gedəndən sonra oğlanları mənə o cür baxmırdılar. Həsənin oğlu məni müəyyən məbləğə Şahin adlı şəxsə satdı. 2007-ci ildə Şahinin yanında işləməyə başladım. Şahin fermada məni qapısı olmayan, beton döşəməli, soyuq və kiçik bir otaqda yerləşdirdi. Mənim üçün aldığı ərzaq həmişə araq, kartof, soğan və makarondan ibarət olurdu. Hər gün səhər saat 07:30-dan axşam saat 21:00-dək işləyirdim, fermadan kənara çıxmağıma icazə verilmirdi.

Fasiləsiz işlətdiyi üçün Şahinin yanında qalıb işləmək istəmirdim. Əvvəllər türmədə olduğuna görə Şahinin xasiyyəti çox sərt idi. Bir neçə dəfə məni özünə məxsus silahla hədələmişdi deyə qorxurdum.

1992-ci ildən Azərbaycanda olduğumdan yaxınlarımla əlaqəni də itirmişdim, heç kimlə əlaqə saxlamaq imkanım yox idi. Azərbaycanda qeyri-qanuni yaşadığımı başa düşürdüm. Amma nə sənədlərim, nə də pulum olmadığından heç yana qaça bilmirdim, polis tərəfindən tutulacağımdan və Şahinin məni tapıb öldürəcəyindən qorxurdum. Çünki Şahinin Surqutda reketliklə məşğul olduğunu və qardaşının da orada güllələndiyini bilirdim. Şahin məni daim psixoloji qorxu altında saxlayırdı. Ondan asılı vəziyyətə düşdüyümə görə vətənimə qayıda bilmirdim”.

Previous Post

Sensasiya: Ukrayna vətəndaşı Ağstafada 23 il qul kimi saxlanıb

Next Post

Anar Məmmədov “Lans”ı "Hafka"nın əlindən aldı

Bənzər yazılar

TDT Baş katibi: Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının dözümlülüyünü təcəssüm etdirir

TDT Baş katibi: Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının dözümlülüyünü təcəssüm etdirir

18 Oktyabr 2026 - 11:59

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Müstəqilliyin Bərpası Günü ilə bağlı Azərbaycanı təbrik edib. Elchi.az xəbər verir ki,...

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr 2026 - 15:40

Valeh Feyruz oğlu Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb....

Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56

Sabah Azərbaycanda hava necə olacaq? Oktyabrın 18-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

17 Oktyabr 2026 - 12:48

Sabunçu rayonunda Zabrat-Maştağa avtomobil yolunun Zabrat dairəsindən Maştağa qəsəbəsi Elşən Məhərrəmli küçəsi ilə kəsişməyədək olan hissəsində bu gündən etibarən təmir...

Next Post

Anar Məmmədov “Lans”ı "Hafka"nın əlindən aldı

Anar Məmmədov “Lans”ı "Hafka"nın əlindən aldı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

TDT Baş katibi: Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının dözümlülüyünü təcəssüm etdirir

TDT Baş katibi: Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının dözümlülüyünü təcəssüm etdirir

18 Oktyabr 2026 - 11:59
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb

Ötən gün itkin düşmüş 8 nəfər tapılıb

18 Oktyabr 2026 - 11:57
Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub

Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub

18 Oktyabr 2026 - 11:54
Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

17 Oktyabr 2026 - 20:21
Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

17 Oktyabr 2026 - 19:21
Moskvada 103 aviareys təxirə salınıb

Moskvada 103 aviareys təxirə salınıb

17 Oktyabr 2026 - 19:00
“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

17 Oktyabr 2026 - 18:43
Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

17 Oktyabr 2026 - 18:02
Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

17 Oktyabr 2026 - 17:00
İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

17 Oktyabr 2026 - 16:35
Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

17 Oktyabr 2026 - 15:57
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr 2026 - 15:40
Roma Papası xəstəxanadan evə buraxılacaq

Roma Papası xəstəxanadan evə buraxılacaq

17 Oktyabr 2026 - 14:32
Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.