"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Putin istefa verə bilər (FOTO)

28 Dekabr 2014 - 23:09
in SİYASƏT
FacebookVatsap

Putin Medvedevi işdən çıxarmasa, istefa verməli olacaqimg1711902

Bunu da oxuyun

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Bir qrup prokurorluq əməkdaşı təltif edilib – SƏRƏNCAM

Rusiyanın ən tanınmış siyasətçilərindən biri olan Sergey Baburin yenidənqurma dövrünün populyar simalarındandır.

1990-cı ildən etibarən Rusiyanın siyasi elitasında özünəməxsus yeri və rolu olan, uzun müddət Dövlət Duması sədrinin müavini vəzifəsində çalışan S.Baburin virtualaz.org saytının müxbirinin suallarını cavablandırıb.

-Bu gün Rusiyada nə baş verir?

-Rusiya iqtisadiyyatının indiki ağlamalı vəziyyəti dövlətin 20 il ərzində yürütdüyü antixalq siyasətinin birbaşa nəticəsidir. Oliqarxik iqtisadiyyat, sosial layihələrin rədd edilməsi, inflyasiya – bütün bunlar Rusiya iqtisadiyyatı üçün ağır nəticələr verib. Bunlar Rusiya iqtisadi sisteminin, Medvedyev hökumətinin və başda Nabiullina olmaqla Mərkəzi Bank rəhbərliyinin iflasa uğradığını da sübuta yetirir. Yeri gəlmişkən, Putin mətbuat konfransında dedi ki, Rusiyadakı inflyasiyaya görə təkcə Nabiullina məsuliyyət daşımır. Əgər prezident ilin sonuna qədər inqilabi kadr dəyişiklikləri etsə, buna təəccüblənmərəm. Bundan əlavə, mən belə hesab edirəm ki, əgər Putin baş nazir Medvedyevi və Nabiullinanı yaxın vaxtlarda işdən çıxarmasa, onda öz istefası barədə düşünməli olacaq.

-Bu böhran nədən başladı? Krımdan?

-Krımın məsələyə dəxli yoxdur. Bu böhran Rusiyanın üstünə çoxdan gəlirdi. Hələ Krımdan və neftin ucuzlaşmasından da əvvəl Rusiyada yük daşımalarının həcmi 50 faiz azalmışdı. Bu, nəyi göstərir? Öncə onu göstərir ki, Rusiyada iqtisadi proseslər sanksiyalarsız və Krımsız da zəifləmişdi. Rusiyada təşəkkül tapan oliqarxik kapitalizm uzun müddətdir dəyişmir. Bəzi oliqarxlar getsə də yerinə təzələri gəlib. Mahiyyət dəyişməyib yəni. İqtisadi böhran böyük ölçüdə oliqarxlar tərəfindən yetişdirilib. Onlar pulları Rusiyadan sürətlə çıxarırdılar. Üstəlik, neftdən böyük pullar əldə edən hökumət ölkəni neft iynəsindən qurtara bilmədi.

-Putinin istefasını da istisna etmədiniz. Nəyə əsasən belə deyirsiniz?

-Bir maraqlı detalı deyim. Medvedyevin adamları son vaxtlar Moskvada yaman fəallaşıb. Medvedyevin mütləq həll etməli olduğu məsələ aydındır. Ya Putin komandasını dəyişməlidir, ya da Medvedyevin komandası Putini devirəcək. Burada üçüncü yol yoxdur. Bu vəziyyət nə qədər belə davam etsə, Putinin öz prezidentlik müddətini uğurla başa vurmaq şansları da bir o qədər azalacaq.

-Putin mətbuat konfransında Qərbi ittiham edib dedi ki, qərblilər rus ayısını zəncirə vurmağa çalışırlar. Bu fikirlə razısınızmı?

-Qərbin Russiyanı cəzalandırmaq istəməsinə şübhə yoxdur. Amma Obamanın iradları mənə çatmır. Putin bütün addımlarını nəyə görə ABŞ-la razılaşdırmalıdır axı?! Rusiya 52-ci ştatdır bəyəm?! Rusiya öz maraqlarını əsas götürərək siyasət yürüdür. ABŞ-ın tətbiq etdiyi sanksiyaların heç bir beynəlxalq qüvvəsi yoxdur. Sanksiyaları yalnız BMT tətbiq edə bilər. ABŞ qaydaları pozur. Amerikalılar hələ Qorbaçov dövründən Rusiyanın onların maraqlarına xidmət etməsinə vərdiş ediblər. Putin isə sadəcə müstəqil olduğunu göstərən kimi sanksiyalar başladı. Allaha şükür ki, Rusiya indi öz maraqlarına uyğun olan beynəlxalq münasibətlər sisteminə qayıdır.

-Amma Rusiya belə siyasətlə təkcə düşmən qazanmır, həm də müttəfiqlərini itirir. Hətta Lukaşenko da Rusiyadan üz döndərdi…

-Yox, Lukaşenko üz döndərməyib. Lukaşenko sadəcə öz ölkəsini Rusiyadan yox, Medvedyevin liberal hökumətindən uzaqlaşdırmaq istəyir. O, Nabiullinanın rublun başına açdığı oyndan uzaq qalmağa çalışır. Düzdür, mən Lukaşenkonun çılğınlığına arada təəssüflənirəm. Amma başa düşürəm ki, o, Belarusu Rusiyada baş alıb gedən dərəbəylikdən qorumalıdır.

-Rusiya ilə Ukrayna arasında böyük müharibə ehtimalı nə dərəcədə realdır?

-Qərb bu iki ölkəni çoxdan bəri müharibəyə təhrik etsə də məncə, müharibə olmayacaq. Müharibə nə rus, nə də Ukrayna xalqının maraqlarına uyğun deyil. Ərəb və cənubi slavyan sivilizasiyalarını darmadağın edən Qərb indi də Şərqi Avropaya girişib. Biz Qərbin fitvasına gedib bir-birimizi qıra bilmərik. Əgər Ukrayna hakimiyyəti Donbasa müharibə üçün girsə, onda Donetsk və Luqansk Xalq respublikalarının tanınması məsələsi ciddi şəkildə qolyulacaq.

-Sizcə, bu geosiyasi savaşdan kim qalib çıxacaq?

-Kim daha ağıllı olsa – o. Məncə, əgər Putin hökuməti dəyişsə, onun bu savaşdan qalib çıxmaq şansları daha böyük olacaq.

–Bəs Medvedyevdən sonra hökumətə kim rəhbərlik edə bilər?

-Rusiya Təhlükəsizlik Şurasının sədri Sergey İvanov. Yaxud Sergey Stepaşin və ya Sergey Qlazyev. Onlar Rusiya iqtisadiyyatını böhrandan çıxarmağa qadir adamlardır.

-Bəs Rusiyada inqilabı mümkün sayırsınızmı?

-Təəssüf ki, rus xalqını artıq uzun illərdir inqilaba sürükləyirlər. Xalq buna inadla müqavimət göstərir. Amma sonsuza qədər müqavimət göstərmək də mümkün deyil.

-Rusiya-Azərbaycan münasibətlərinin indiki vəziyyətini necə qiymətləndirirsiniz?

-Qərb bütün postsovet məkanındakı vəziyyəti qarışdırmaqda, suyu bulandırmaqda davam edəcək. Əmin olun ki, Qarabağa dair istənilən qərar Qərb tərəfindən süngü ilə qarşılanacaq. Qarabağ məsələsi Qərbə Azərbaycana və Ermənistana təzyiq vasitəsi kimi çox lazımdır. ABŞ-ın Azərbaycanı Rusiyadan qoparmaq istiqamətində hansısa nəticəyə nail olması da real məsələdir. Bununla belə ümidimi itirmirəm. Əminəm ki, iki ölkə arasındakı mehriban qonşuluq siyasəti qorunub saxlanacaq.

Mənbə
ANS PRESS

Previous Post

Putin istefa verə bilər (FOTO)

Next Post

Şaxta Babanın hədiyyəsi

Bənzər yazılar

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

28 Sentyabr 2026 - 15:30

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər. Baş Prokurorluqdan Elchi.az-a verilən xəbərə...

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

28 Sentyabr 2026 - 11:13

Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki,...

Bir qrup prokurorluq əməkdaşı təltif edilib – SƏRƏNCAM

Bir qrup prokurorluq əməkdaşı təltif edilib – SƏRƏNCAM

28 Sentyabr 2026 - 10:41

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşı təltif edilib. Elchi.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən,...

Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib – SƏRƏNCAM

Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib – SƏRƏNCAM

28 Sentyabr 2026 - 10:33

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki,...

Next Post

Şaxta Babanın hədiyyəsi

Şaxta Babanın hədiyyəsi

Son xəbərlər

Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28 Sentyabr 2026 - 15:47
Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

28 Sentyabr 2026 - 15:30
Şəhid ailələri və müharibə iştirakçılarının 13 min nəfəri biznes qurub

Şəhid ailələri və müharibə iştirakçılarının 13 min nəfəri biznes qurub

28 Sentyabr 2026 - 15:16
Tramp Zelenskinin verdiyi vəd barədə danışdı

Tramp Zelenskinin verdiyi vəd barədə danışdı

28 Sentyabr 2026 - 15:00
“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik

“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik

28 Sentyabr 2026 - 14:51
Ermənistanda 27 sentyabr skandalı: üzr istədilər

Ermənistanda 27 sentyabr skandalı: üzr istədilər

28 Sentyabr 2026 - 14:42
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

28 Sentyabr 2026 - 14:30
Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

28 Sentyabr 2026 - 14:18
Ukraynadan daha bir qrup uşaq Azərbaycana gəlir

Ukraynadan daha bir qrup uşaq Azərbaycana gəlir

28 Sentyabr 2026 - 14:09
Merts öz partiyasını məhv etməkdə ittiham olunub

Merts öz partiyasını məhv etməkdə ittiham olunub

28 Sentyabr 2026 - 14:00
Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat etdi

28 Sentyabr 2026 - 13:55
Leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

28 Sentyabr 2026 - 13:52
II Beynəlxalq İnvestisiya Forumu ölkəmizin cəlbedici sərmayə obrazını dünyaya təqdim etdi

II Beynəlxalq İnvestisiya Forumu ölkəmizin cəlbedici sərmayə obrazını dünyaya təqdim etdi

28 Sentyabr 2026 - 13:45
YAP-ın VIII qurultayında struktur dəyişiklikləri gözlənilir

YAP-ın VIII qurultayında struktur dəyişiklikləri gözlənilir

28 Sentyabr 2026 - 13:30
Qaz pulunun çox gəlməməsi üçün bunları edin

Qaz pulunun çox gəlməməsi üçün bunları edin

28 Sentyabr 2026 - 13:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.