"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan nümayəndə heyəti İtaliyada kardinal Canfranko Ravazi ilə görüşüb – FOTO

12 Dekabr 2014 - 00:22
in SİYASƏT
FacebookVatsap

 

Bunu da oxuyun

Elçin Əmirbəyov İsveçin ölkəmizdəki səfiri ilə görüşdü

Baş nazirin müavini: Ermənistan-Azərbaycan sərhədində fövqəladə delimitasiya işləri aparılacaq

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

“İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda konfransda iştirak etmək 1781990_687981681300598_4955716144007131505_nüçün İtaliyada səfərdə olan Azərbaycan nümayəndə heyəti bu gün Vatikanda Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi tərəfindən qəbul edilib. Azərbaycan nümayəndə heyətinin Vatikanda salamlamaqdan böyük məmnunluq duyduğunu dilə gətirən kardinal, Azərbaycan Milli Məclisi və İtaliya Senatı tərəfindən təşkil olunan konfransın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Daha sonra o, Azərbaycan 2 dəfə səfər etdiyini, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşlərini məmnuniyyətlə xatırladığını bildirib, Heydər Əliyev Fondu ilə Vatikan arasında nümunəvi əməkdaşlıq münasibətlərinin mövcudluğundan məmnun olduğunu ifadə edib. Kardinal Ravazi Mehriban xanımın dəstəyi ilə Vatikanda həyata keçirilən işlər barədə Azərbaycan nümayəndə heyətinin üzvlərinə məlumat verib və hazırda gələcək əməkdaşlığa dair planların da gözdən keçirildiyini diqqətə çatdırıb. Azərbaycan nümayəndə heyəti adından səmimi qəbul üçün kardinala təşəkkürlərini bildirən millət vəkili Azər Kərimli Milli Məclisin sədri Oqtay Əsədovun salamlarını kardinal Ravaziyə çatdırıb və Romada 10 dekabrda keçirilən “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda konfransla bağlı kardinala məlumat verib. Azərbaycan nümayəndə heyətinin tərkibi haqda məlumat verən millət vəkili Azərbaycanın dini və etnik dözümlülük nümunəsi olduğunu vurğulayıb. Heydər Əliyev Fondunun Müqəddəs Taxt-Tac ilə əməkdaşlıq çərçivəsində Vatikanda həyata keçirdiyi işlərin də Azərbaycanda mövcud olan tolerantlığa yaxşı bir baxış prizması formalaşdırdığına diqqət çəkib. Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı 10 dekabr tarixli konfransın olduqca uğurlu keçdiyini, dünyada dini zəmində münaqişələrin və qarşıdurmaların tüğyan etdiyi bir vaxtda tolerantlığın, birgəyaşayışın təbliğ olunmasının əhəmiyyətindən danışıb. Azərbaycan ilə Vatikan arasında münasibətlərin yaxşı səviyyədə olduğunu bildirən Komitə sədri, mərhum Papa II İohan Pavelin Azərbaycana səfərini xatırladıb. Çıxışının sonunda kardinal Ravaziyə Müqəddəs Quran kitabı bağışlayan Komitə sədri Azərbaycan ilə Vatikan arasında münasibətlərin bundan sonra da inkişaf etdirilməli olduğunu bildirib.
Görüşdə iştirak edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev müxalifət partiyalasının sədri kimi Vatikanla Azərbaycan arasındakı əlaqələrin inkişafından və bu istiqamətdə hökumətin atdığı addımlardan razı qaldığını bildirib. Qüdrət Həsənquliyev Roma Papasının Türkiyəyə səfəri zamanı Qarabağ məsələsini, Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz yurdlarından didərgin düşmüş 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün gələcək taleyindən söz açmadığını, lakin Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsini gündəmə gətirdiyini xatırladıb, Azərbaycan xalqının bundan təəssüf hissi keçirdiyini deyib. BAXCP sədri Gürcüstan patriarxı II İlyanın erməni qriqoryan kilsəsinin nümayəndələri ilə görüşündə Roma papasının adından danışdığını bildirib: “Hərçənd ki, biz II İlyanın dediklərinə inanmırıq, lakin məsələni olduğu kimi dilə gətirməyi özümə borc bilirəm. Gürcüstan patriarxı bildirib ki, guya Roma papası onunla görüşdə guya Ermənistanla Gürcüstanın müsəlman ölkələrinin əhatəsində bir vadi olduğunu və buna görə də bir-birlərini qorumalı olduqlarını deyib. Təbii ki, biz bütün bunların həqiqət olduğuna inanmasaq da, hesab edirəm, belə açıqlamalara aydlnlıq gətirilməlidir”.
Kardinal Gianfranco Ravazi BAXCP sədrinin narahatlığını başa düşdüyünü deyib, səmimi və açıq fikirlərinə görə ona təşəkkürünü bildirib. Kardinal Ravazi deyib ki, Roma Papası müsəlman dünyası ilə dialoqu fəaliyyətinin əsas prinsiplərindən biri hesab edir. O, Qüdrət Həsənquliyevin fikirlərinin Vatikan Dövlәtinin katibliyində araşdırılacağını bildirib. Kardinal Ravazi eyni zamanda qeyd edib ki, bəzən mətbuat həqiqətdən uzaq fikirlər də yazır.
Görüşün sonunda millət vəkili Azər Kərimli Azərbaycan nümayəndə heyəti adından kardinala, pontifik şurasının prezidenti Canfranko Ravazi isə Müqəddəs Taxt-Tac adından millət vəkilimizə xatirə hədiyyəsi təqdim edib.

Previous Post

Azərbaycan nümayəndə heyəti İtaliyada kardinal Canfranko Ravazi ilə görüşüb – FOTO

Next Post

Azərbaycanda daha bir ailə faciəsi (VİDEO)

Bənzər yazılar

Elçin Əmirbəyov İsveçin ölkəmizdəki səfiri ilə görüşdü

Elçin Əmirbəyov İsveçin ölkəmizdəki səfiri ilə görüşdü

02 Noyabr 2026 - 12:11

Bu gün Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsveçin ölkəmizdəki səfiri Luis Morsinq ilə görüşüb. Elchi.az xəbər verir...

Baş nazirin müavini: Ermənistan-Azərbaycan sərhədində fövqəladə delimitasiya işləri aparılacaq

Baş nazirin müavini: Ermənistan-Azərbaycan sərhədində fövqəladə delimitasiya işləri aparılacaq

02 Noyabr 2026 - 12:00

“Böyük ehtimalla TRIPP infrastrukturlarına görə Ermənistan-Azərbaycan sərhədlərində fövqəladə delimitasiya işləri həyata keçiriləcək”. Elchi.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin...

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11

Manamada Bəhreyn və İordaniya arasında Birgə Ali Komitənin 23-cü iclası keçirilib. Elchi.az xəbər verir ki, toplantı Bəhreyn Müdafiə Qüvvələrinin Baş...

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin...

Next Post

Azərbaycanda daha bir ailə faciəsi (VİDEO)

Azərbaycanda daha bir ailə faciəsi (VİDEO)

Son xəbərlər

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

02 Noyabr 2026 - 16:00
Təhsil işçiləri metro və avtobuslardan 1 qəpiyə istifadə edəcəklər

Təhsil işçiləri metro və avtobuslardan 1 qəpiyə istifadə edəcəklər

02 Noyabr 2026 - 15:53
Tramp Vyetnamdakı qələbəsinə əmindir

Tramp Vyetnamdakı qələbəsinə əmindir

02 Noyabr 2026 - 15:44
“Sabah”ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?

“Sabah”ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?

02 Noyabr 2026 - 15:30
Keçən il 3 manat idi – Qiyməti kəskin düşdü

Keçən il 3 manat idi – Qiyməti kəskin düşdü

02 Noyabr 2026 - 15:16
Yeni Konstitusiya layihəsi bu ay dərc olunacaq – Paşinyan

Yeni Konstitusiya layihəsi bu ay dərc olunacaq – Paşinyan

02 Noyabr 2026 - 15:08
Bolqarıstanda yeni prezident seçildi

Bolqarıstanda yeni prezident seçildi

02 Noyabr 2026 - 15:00
25 gün meteor yağışı olacaq

25 gün meteor yağışı olacaq

02 Noyabr 2026 - 14:52
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı

Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı

02 Noyabr 2026 - 14:43
Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb

02 Noyabr 2026 - 14:30
178 min mənzilə istilik veriləcək

178 min mənzilə istilik veriləcək

02 Noyabr 2026 - 14:14
Qaytarıla bilməyən kreditlər bağlanacaq

Qaytarıla bilməyən kreditlər bağlanacaq

02 Noyabr 2026 - 14:07
Kreml ABŞ seçkilərinə münasibət bildirib

Kreml ABŞ seçkilərinə münasibət bildirib

02 Noyabr 2026 - 14:00
Azərbaycan mətbuatından oğurlanan pullar

Azərbaycan mətbuatından oğurlanan pullar

02 Noyabr 2026 - 13:51
Noyabrda 11 gün iş olmayacaq

Noyabrda 11 gün iş olmayacaq

02 Noyabr 2026 - 13:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.