"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Şultsdan Leyla Yunusa: Vərdişdən əl çəkmək çətinliyi

06 Dekabr 2014 - 00:22
in KÖŞƏ YAZILARI
FacebookVatsap

 

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Halal-hümbət mükafatları halal-hümbət adamlar ala bilmədikləri halda, haram-hümbət mükafatları haram-hümbət adamların alması elə asan1366439780_01
başa gəlir ki! 

Saxarovun adına iki mükafat var. Biri Norveç Helsinki Komitəsinin, biri də Avropa Parlamentinin. Norveç Helsinki Komitəsinin 2014-cü il üçün Andrey Saxarov Azadlıq Mükafatını Azərbaycanda həbs olunan QHT rəhbərlərinə və digər kateqoriya insanlara verib. İki səbəbdən mükafatın verilməsinə, alınmasına, kimlərinsə layiq görülüb-görülməməsinə qarışacağım yox, zatən! Birincisi, bu komitənin fəaliyyətini öz idarəedicilləri müəyyənləşdirir. İkincisi isə bu mükafata “layiq görülənlər”in BƏZİLƏRİNİN fəaliyyəti, BƏZİLƏRİNİN əsil-nəslini xatırlamaq bəs edir. Sadəcə, bir sıra nüansları qeyd etməsək, olmur. Axı bu mükafat ehtiyacı olmadan qrant alıb onlarla insanı işlə təmin edən, şüurlu həyatını, ictimai fəaliyyətini insan hüquqlarının müdafiəsinə həsr edən, neçə-neçə insanın azadlığına qovuşmasında, hüquqlarının qorunmasında fədakarlıq edənlərdən birinə, məsələn Novella Cəfəroğluna verilmir.

Ondan başlayaq ki, mükafatçı adların bəziləri QHT rəhbərləridir və həbsdədirlər. Allah qapılarını açsın (hansı səbəb olur-olsun kiminsə zindanda olmaısını arzulamaq günahdir)! Ancaq bu adamlar rəsmi ittihamlara görə, siyasi baxışlarından, ictimai fəaliyyətlərindən dolayı deyil, vergidən yayınmaya görə həbs olunublar. Bu məlumatları daxildə də, xaricdə də çoxları oxuyub, Ancaq özünü demokratiyanın “xaç atası” hesab edənlər, onların QHT-ləri, mətbuatı, bir sözlə başbilənləri belə istəyir. Bunun nümunəsidir ki, Yelena Bonner-Əlixanyanın ərinin adına olan bu mükafat da bizim kolleqalarımızın bir qrupuna verilib. Amma adına mükafat təsis olunan rus Saxarov arvadı Əlixanyandan daha çox ermənpərəst idi, nəinki azadlıq carçısı. Sovetlərin əleyhinə çıxmaq AZADLIQ CARÇISI olmaq deyil axı! Əgər bu CARÇILIQ bununla ölçülsəydi mükafat Soljenitsının adını daşıyardı.

Məncə, Qərbin müvafiq institutları və QHT-ləri Azərbaycanda bu vəziyyətin davam etməsində, eləcə də bu gün mükafatlandırılan adamların həbsdə qalmasında maraqlıdır desək, qətiyyən səhv etmərik. Ona görə ki, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, digər təşkilat və qurumlar Azərbaycan hakimiyyəti ilə təzyiq dilində danışmağın keçərli olmadığını artıq yaxşı bilirlər, amma o yoldan geriyə çəkilmirlər. Nəticə budur. Zənnimcə, belə olmasaydı, haqqında məhkəmə hökmü çıxarılmış bəzi məhbuslarla bağlı prezidentin humanist qərar verəcəyi gözlənilirdi. Nəticədə bu məhbusların bir çoxunun həbsdə keçirəcəyi sonuncu bayram Qurban Bayramı, azad olunduğu gün isə Azərbaycanın Dövlət Müstəqilliyi Günü – 18 Oktyabr olacaqdı. Necə ki, Həsən Hüseynli, üç nəfər gənc NİDAçı bu hissi yaşadılar. Amma həmin bu QƏRBLİ TUTUQUŞUlar imkan vermirlər ki, həbsdə qalan digərləri də azadlığa çıxsın. Qəsdən, özlərinin maraqları naminə.

Onu demək yerinə düşər ki, həbs olunan QHT rəhbərlərinin intelektual olduqlarına, savadlı olmalarına kimsə şübhə etmir. Ancaq bu kriteriyalar hələ nə problemin həlli, nə də məsələnin mahiyyətidir. Bu şəxslər intellektual, savadlı olduqları qədər də fəaliyyətlərində şəffaf olmağa məhkum idilər. O qədər şəffaf ki, özlərinə qarşı hər hansı ittihamın yaranmasına yol qalmasın. Bəs nədən savadlı olmalarına rəğmən presedent yaradıblar? Hesabatlar, hesabatların dərc olunması hələ şəffaflıq deyil. Alınan vəsaitlər o dərəcədə şəffaflıqla xərclənməliydi ki, vergidən yayınma ittihamını irəli sürmək mümkün olmasın. Amma oldu! Deməli, şəffalıq elə olmayıb. Ola bilsin ki, bu yerdə kimsə iddia edəcək ki, fəqr etməzdi, bütün hallarda olacaqdı. Onda əks məntiq var ortada. Əgər bu vəsaitlər, maliyyə təyin və təsdiq olunan məqsədlərə tam xərclənsəydi, şəffalıq olsaydı onda villalar, maşınlar, xarici səfərlər, xaricdə evlər nəyin hesabına alınardı? Layihə rəhbəri kimi alınan əmək haqqınamı? Gərək illərlə… və s. xaricdə, Bakıda ev, maşın alasan…

10 ilə yaxındır ki, bizim təşkilatımız ildə bir dəfə güclə qrant ala bilir… Əks arqumetlər axtaranlar üçün bu illər ərzində onlarla qrant layihələri təqdim etdiyimiz, amma verməyən təşkilatlardan bir neçəsinin adını yazmaq istəyirəm: ABŞ-ın Azərbaycandakı səfirliyi, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi, Norveçin  Azərbaycandakı səfirliyi, Kanadanın Türkiyə və Azərbaycan səfirliyi, ATƏT-in Bakı Ofisi, Avropa Şurası, Milli Demokratiya Fondu, Avrasiya Fondu… Siyahını çox uzatmaq olardı, amma ümumi mənzərəni görməyə elə bu qədər də yetər.

Deyirlər ki “çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu”. Demokratiya, şəffalıq uğrunda mübarizəni gərək birinci özündən başlayasan. Fəaliyyətin, büdcən, işçilərinin adı, məvacibi, ödəmələr, vergi yükü və ödənişləri ictimaiyyətə, xalqa, hökumətə CAR olsun. Oldumu??

Onlar demokratiya, insan hüquqlarının qorunması üçün mübarizə apardıqlarına görə basqılara məruz qalıblar, həbs olunublar, deyənlər üçün: Bəs yerdə qalanlar, həbs olunlayanlar, bizlər demokrtiyanın əleyhinə olmuşuq? Bəlkə biz kef içində yaşayırıq? Bəlkə insan hüquqlarının pozulmasını tələb etmişik? Hətta bu hüquqların pozulması üçün bir piket, mitinq təşkil etmişik? Vallah, səbəb o deyil. Şəxsən demokratiyanın müdafiəsindən heç zaman kənarda olmamışam. Amma bu donorlar, beynəlxalq təşkilatlar heç zaman bizim bir layihəyə də dəstək verməyiblər. Nədəni gün kimi aydındır: Şəbəkədə üzvlüyümz olmayıb, onların cızdıqları dairədə durmamışıq. Şəbəkənin üzvü olmağın, cızılan dairədə fəaliyyət göstərməyin hesabat hazırlamaqdan başqa gizli nüansları da var. Bizlərə etibar etməyiblər, onların dedikləri istiqamətə (oxu: özlərinə və ya kiməsə) vəsait ayrılmayacağını bildiklərindən yaxına buraxmayıblar. Bu həm də təkcə bizə aid deyil, 100-lərlə belə QHT var.

Bu günlərdə isə (konkret olaraq, noyabrın 26-da) Strasburqda Saxarovun adını daşıyan digər mükafatın təqdimatı keçirilib. Leyla Yunusun da namizəd olduğu Avropa Parlamentinin Saxarov adına “Fikir azadlığı” Mükafatı Konqo Demokratik Respublikasından olan həkim-ginekoloq Denis Mukveqe verilib. Mükafatı konqolu namizədə verən Avropa parlamentinin spikeri Martin Şults mərasimdəki çıxışında bu mükafata digər namizəd olan, amma ala bilməyın Azərbaycan vətəndaşı (bəli ANCAQ VƏTƏNDAŞ) Leyla Yunsun həbsindən danışıb və onun azad olunmaını istəyib. O, bildirib ki, Leyla Yunus Saxarov mükafatına namizəd idi. Çünki Azərbaycanda insan haqlarını böyük əzmlə müdafiə edir və bunun uğrunda vuruşur. Burda cənab Şultsun məntiqi itir. Birincisi, Leyla Yunusun hüquq müdafiəçisi olması özü hər zaman mübahisəli olub. Çünki onun siyahısında daim elə adamların adları yer alırdı ki, onlar birbaşa terroçuluq fəaliyyəti göstəriblər, yaxud digər cinayətlərdə adları hallanıb. İnsan hüquqları uğrunda mübarizə cinayətkarları müdafiə etmək deyil axı! Amma cənab Şultsun Azərbaycanla bağlı növbəti fikirləri məqamən dərinliyini göstərir. Guya ki, sədrlik etdiyi Avropa Parlamenti Azərbaycana nümayəndə heyəti göndərmək istəyinə nail ola bilməyib. Buna görə də Avropa Parlamenti üzvlərinə Azərbaycana getməyə imkan verilməməsini yolverilməz hesab edir və etirazını bildirir.

Amma rəsmi məlumatlar bunu təkzib edir. Xarici İşlər Nazirliyindən bildirilir ki, Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı müvafiq dövlət qurumlarına hər hansı rəsmi müraciət daxil olmayıb.  Bəs onda Şults nədən danışır, özü də indi? Məncə, bunun bir neçə səbəbindən biri də mükafat arzusu həyata keçməyən Leyla Yunusun könlünü almaq cəhdidir. Avropa Parlamenti nümayəndə heyəti göndərmək istəsəydi və Azərbaycan hökuməti buna icazə verməsəydi, dərhal mətbuata məlumat ötürərdi. Heç olmasa, Xədicə İsmayıla deyərdilər. Demək, cənab Şultsun indiki bəyanatı həmişəki, ənənvi mövqeyinin davamı, bir az da “könül xoş etmək”dir. Təbii ki, növbəti ikili standartın görüntüsüdür.

Vərdişi unutmaq çətindir. Bir qaraçı dilənçini nə qədər təmin edirsən et, öz vərdişindən əl çəkməyəcək. İndi Leyla Yunus da, onun avropalı dostları da, elə Şults da vərdişlərindən əl çəkməyəcəklər.

Aktual.az

Previous Post

Şultsdan Leyla Yunusa: Vərdişdən əl çəkmək çətinliyi

Next Post

Bürclər (6 dekabr)

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Bürclər (6 dekabr)

Bürclər (6 dekabr)

Son xəbərlər

Kolumbiyada 6,8 bal gücündə zəlzələ baş verib

Kolumbiyada 6,8 bal gücündə zəlzələ baş verib

10 Avqust 2026 - 17:27
Seutaya daxil olan miqrantların sayı 80 minə çatıb

Seutaya daxil olan miqrantların sayı 80 minə çatıb

10 Avqust 2026 - 17:15
Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir

Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir

10 Avqust 2026 - 17:08
Azərbaycanda tranzit daşımaları son 5 ilin rekord səviyyəsinə çatıb

Azərbaycanda tranzit daşımaları son 5 ilin rekord səviyyəsinə çatıb

10 Avqust 2026 - 16:57
Tehran Kiyevi hədələdi: “Ziyan ödənilməsə, qisas alınacaq”

Tehran Kiyevi hədələdi: “Ziyan ödənilməsə, qisas alınacaq”

10 Avqust 2026 - 16:44
Lerik-Lənkəran sərhəddində zəlzələ oldu

Lerik-Lənkəran sərhəddində zəlzələ oldu

10 Avqust 2026 - 16:36
Lökbatanda dənizdə batan iki qadının meyiti tapıldı

Lökbatanda dənizdə batan iki qadının meyiti tapıldı

10 Avqust 2026 - 16:29
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 38 mlrd. manatı ötüb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 38 mlrd. manatı ötüb

10 Avqust 2026 - 16:20
Əsas kapitala investisiya qoyuluşu 11%-ə yaxın artıb

Əsas kapitala investisiya qoyuluşu 11%-ə yaxın artıb

10 Avqust 2026 - 16:11
İtaliyada seçki öncəsi Ukrayna dilemması: Meloni nə edəcək?

İtaliyada seçki öncəsi Ukrayna dilemması: Meloni nə edəcək?

10 Avqust 2026 - 16:00
AZAL Naxçıvana gedən sərnişinlərə müraciət etdi

AZAL Naxçıvana gedən sərnişinlərə müraciət etdi

10 Avqust 2026 - 15:51
Azərbaycanda əhalinin gəlirləri 10%-ə yaxın artıb

Azərbaycanda əhalinin gəlirləri 10%-ə yaxın artıb

10 Avqust 2026 - 15:42
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb

Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb

10 Avqust 2026 - 15:34
Rayonlarda qeyri-sabit hava avqustun 14-dək davam edəcək

Rayonlarda qeyri-sabit hava avqustun 14-dək davam edəcək

10 Avqust 2026 - 15:25
Azərbaycan iqtisadiyyatında artım olub

Azərbaycan iqtisadiyyatında artım olub

10 Avqust 2026 - 15:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.