"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

“Bu, çeçen xalqının müqəddəs müharibəsinin başlanma siqnalıdır” – Rusiyalı ekspert

05 Dekabr 2014 - 18:24
in DÜNYA
FacebookVatsap

Bunu da oxuyun

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

img1695705Dekabrın 3-dən 4-nə keçən gecə Çeçenistan Respublikasının paytaxtı Qroznıda mücahidlərin polislərə hücumu Rusiyada şok effekti yaradıb. Düzdür, Çeçenistanda “üsyan” yatırılandan sonra da terror aktları və polis məntəqələrinə hücumlar tez-tez təşkil olunur. Amma son hücum onların heç birinə bənzəmir.
Qeyri-rəsmi məlumatlara görə, döyüşlərdə 70-80 nəfər “kadırovçu” öldürülüb. Hücumu təşkil edən silahlıların sayı haqqında dəqiq məlumat olmasa da, səslənən rəqəmlər Moskvanın narahat olması üçün kifayət qədər əsaslar yaradır. Bəzi məlumatlarda onların sayının 300-ə qədər ola biləcəyi iddia olunur. Yerli jurnalistlərdən biri şəhərdə 200-ə qədər mücahidin hərəkət etdiyini bildirib.
Çeçenistan parlamentinin spikeri Dukuvaxa Abdurrahmanovun Çeçenistanda baş verən terror hadisələrin təşkilatçılarının Vaşinqton və Brüsseldə oturduğunu deməsi isə geosiyasi mətləblərdən xəbər verir. O, ABŞ və Qərbi Avropadan Çeçenistana Ukrayna və Baltikyanı ölkələr vasitəsilə faşizmin geri qayıtdığını bildirib.
Ukraynanın “obozrevatel.com” saytında Qroznıda baş verən son hadisələri şərh edən jurnalist-ekspert Nikolay Feldmanın fikirləri isə Moskva üçün daha qorxulu sayıla bilər. O qeyd edir ki, liderlər Qroznıdakı hadisələrin xüsusi xidmət orqanlarının əməliyyatı, yaxud “hibrid müharibəsi”nin ikinci cəbhəsinin olduğunu aydınlaşdırmağa çalışırlar. Əslində isə Qroznıda baş verənlərin Rusiya üçün hansı nəticələrə səbəb olacağına aydınlıq gətirməlidirlər.
N.Feldmanın fikirincə, əgər həqiqətən çeçen mücahidləri ikinci cəbhəni açıbsa, o halda Donbas hövzəsindəki çoxsaylı “kadırovçular” vətənə geri qayıdacaqlar: “Bu, çeçen xalqının bütün nümayəndələrinə müqəddəs müharibənin başlandığı barədə siqnaldır. Bu siqnaldır ki, onlar, nəhayət, qələbə, müstəqillik və tarixi ədalətin bərpası üçün real şanslara malikdirlər. Bu həmçinin Kreml tərəfindən işğal edilmiş kiçik qardaş xalqlara – dağıstanlılara, osetinlərə və abxazlara siqnaldır: silahı ələ götürmək və torpaqları azad etmək lazımdır”.
Ekspertin sözlərinə görə, Qroznıda baş verənlər bütövlükdə real münaqişədir: “Bu, Rusiya və Kreml üçün çox pisdir. Yaxınlaşan və qaçılmaz dağılma əlamətidir. Hücumların sayı gec-tez Kremli vuracaq. Ehtimallardan biri isə budur ki, Çeçenistan paytaxtındakı hadisələr “kadırovçular” və Rusiya xüsusi xidmət orqanlarının “daxili irini” açmaq məqsədi ilə həyata keçirdiyi birgə əməliyyatdır. Məqsəd isə Ukrayna ilə müharibədən diqqəti yayındırmaq ola bilər. Amma bu, Rusiya üçün daha pisdir. Çünki Kreml bu halda ikinci cəbhəni öz əlləri ilə açır və yuxarıda sadaladığımız siqnallar zəncirini yaradır. Amma hər iki halda Qroznıdakı hadisələr çox ciddi zəngdir, böyük miqyaslı problemlərin yaxınlaşdığını göstərən siqnallar zəncirinin başlanğıcıdır”.
“Krımın zəbt edilməsi, Donbas hövzəsində oyuncaq respublikalarının yaradılması və Ukraynaya qarşı müharibə müharibənin yeni mərhələsini yaratdı. Yeni müharibə Rusiyanın öz ərazisində başlayıb. İnsanlar məhv olur, binalar yanır, ağır silahdan istifadə olunur. Bu müharibədir və görünür Rusiyanın daha çox ərazilərini əhatə edəcək. Və Rusiya üçün yaxşı yol görünmür”.
Previous Post

“Bu, çeçen xalqının müqəddəs müharibəsinin başlanma siqnalıdır” – Rusiyalı ekspert

Next Post

Neft ucuzlaşacaq, yoxsa bahalaşacaq?

Bənzər yazılar

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07

Rusiya hücumu nəticəsində Ukraynanın Sumı vilayətinin Şostka rayonunun Yampol kəndində 2 nəfər ölüb. Elchi.az xəbər verir ki, bu barədə Sumı...

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında İran limanlarının davam edən blokadası çərçivəsində 127 ticarət gəmisinin istiqamətini dəyişdirib. Elchi.az...

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11

Tatarıstanda ilkin səhiyyə sahəsində çalışan həkimlər üçün süni intellekt (Sİ) əsaslı köməkçinin yaradılması planlaşdırılır. Elchi.az xəbər verir ki, bu barədə...

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14

Xorvatiyanın qərbində, Medulin şəhəri yaxınlığında kiçik təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post

Neft ucuzlaşacaq, yoxsa bahalaşacaq?

İran geri çəkilməyəcək

Son xəbərlər

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.