Rusiyanın dövlət başçısı Vladimir Putin Türkiyə ziyarətində dövlət başçısı Rəcəb Tayyib

Ərdoğana Suriya prezidenti ilə müxalifləri eyni masa ətrafında bir araya gətirməyi təklif edib.
Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğan bu təklifi rədd edib.
Bildirilir ki, Ərdoğan Suriya prezidenti Bəşər Əsəd ilə müxalifləri görüşdürməyin mümkün olmadığını bildirib. Putinin təklifini qəbul etməyən Ərdoğan,- “Bu, mümkün deyil. Onun zəmini qalmayıb,”- deyə bildirib.
Suriyadakı muxaliflərlə özlərinin də təmasa keçdiyini bildirən Putin, Ərdoğana deyib: “Sizin müxaliflər üzərindəki etkinizi bilirik. Onları razı edin, Əsəd ilə müxalifləri eyni masa ətrafında görüşdürək”,- təklifi edib. Ərdoğan isə deyib ki, Suriyada bu qədər olay yaşandıqdan sonra bu iki tərəfin, yəni müxaliflərlə Bəşər Əsədin eyni masa ətrafında oturtmaq mümkün deyil.
Son şərhlər